Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-77/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-482/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Firmasına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmış, məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-482/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(119)- 482/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Bununla belə, məhkəmə iddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığı qənaətinə gəldiyi halda, həmin iddia ərizəsi aidiyyəti üzrə digər məhkəməyə göndərilməli idi. Bu səbəbdən iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən İddiaçı Cavabdeh Firmasına qarşı iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı, bu mümkün olmadıqda isə, iddia ərizəsi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-482/2021 №-li qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1ci maddəsinin tələbinə əsasən işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasının mümkünlüyü barədə qərardad qəbul edilməsi, bu mümkün olmadıqda isə, işin aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-482/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və kommersiya işi ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim X.Tağıyev) İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən “dəymiş zərərin əvəzinin ödənilməsi”ni xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh Firması ünvan 1 ünvanının yerləşdiyi ərazi, yəni Mingəçevir şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxil deyildir. Mingəçevir şəhəri Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddiaçı şikayətində iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət üzrə verildiyinə əsaslanmışdır, halbuki işdən görünür ki, tələb “dəymiş zərərin əvəzinin ödənilməsi” ilə (5524,56 manat məbləğində ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması) bağlıdır. Bu səbəbdən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə uyğun şəkildə verilməli idi. Şikayətdə həmçinin göstərilir ki, iddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılması mümkün olmadıqda, iddia ərizəsi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-də iddia ərizəsinin icraata götürülmə mərhələsində iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün verilmədiyi halda onun aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi deyil, geri qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-482/2021 saylı xx xxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-77/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-77/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver