Məhkəmə qərarları › İş №2-2(105)-78/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-78/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-78/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, “Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2-2(119)- 671/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi”nə dair İddiaçı ərizəsinin təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-671/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2- 2(119)671/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı 12 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2-2(119)-671/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-22(119)-671/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qətnaməsinin poçtla ona göndəriləcəyini güman etmiş, qətnamənin elektron kabinetdə yerləşdirilməsindən əvvəlcədən məlumatı olmamış və bu barədə məlumatı aldıqdan sonra 25 yanvar 2022-ci ildə qətnaməni elektron kabinetdə oxumuş və buna görə də, bir aylıq şikayət vermə müddətini buraxmadan 25 fevral 2022-ci ildə məhkəməyə həmin qətnamədən apellyasiya şikayətini versə də, həmin şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2-2(119)-671/2021 nömrəli qərardadı ilə İddiaçı “Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2-2(119)-671/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə oxumuş, buna qədər belə kabinetin olmasını bilməmiş və qətnamənin orada yerləşdirlməsindən məlumatı olmamışdır. 24 yanvar 2022-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasına gedib məhkəmə qətnaməsini istəmiş, ona demişlər ki, qətnamə əvvəlki kimi poçtla göndərilmir və əlbəəl verilmir. Ona “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetin olmasını, nece istifadə edilməsini izah etmişlər. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olub qətnaməni almışdır. Qətnamədən verilən apellyasiya şikayətinə “Qətnamənin alınma tarixi” adlı sənəd əlavə etmişdir. Həmin sənəddən görünür ki, kabinetinə gələn bütün sənədləri xx.xx.2022-ci il tarixdə oxumuşdur. Məhkəmə bu halı üzrlü hesab etməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli e-2-2(119)-671/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2-2(119)671/2021 nömrəli qətnaməsinin tam mətni 23 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və qətnamə 23 dekabr 2021-ci ildə İddiaçı məxsus şəxsi elektron kabinetə və onun nümayəndəsi (vəkili) Nümayəndə məxsus şəxsi elektron kabinetlərə yerləşdirilərək, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. İddiaçı şikayətinə “Qətnamənin alınma tarixi” adlı sənəd əlavə etdiyini və həmin sənədlə kabinetinə gələn bütün sənədləri xx.xx.2022-ci il tarixdə oxuduğunu bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir və prosessual müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2-2(119)-671/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar