Məhkəmə qərarları › İş №2-2(105)-79/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-79/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-79/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Cavabdeh2 “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi ” barədə ərizəsinə əsasən çıxarılmış Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 04 sentyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə 11 avqust 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminat və 01 sentyabr 2020-ci ilə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat icarə borcu olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti (i/v: 2-ci cild, səhifə 48-55) və kassasiya şikayəti (i/v: 2-ci cild, səhifə 172-183) təmin olunmamış və qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsi 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmış olsa da, icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərarla həmin icra sənədinin icraatına xitam verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 8-2(119)- 5/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-22(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icraatına xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarından tələbkar İddiaçı QSC və borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 82(119)-5/2022 nömrəli qərardadı qanuni qüvvəsini almış və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının davam etdirilməsi üçün həmin qərardad Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Cavabdeh2 10 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, qətnamədə qeyd olunan "Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin” sahəsinin nə qədər olması barədə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadı ilə Cavabdeh2 “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizəsi üzrə həmin qətnaməyə aşağıdakı məzmunda izah verilmişdir: “e-2-2(119)-599/2020 nömrəli kommersiya işi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsinin əsaslandırıldığı və eyni zamanda, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində istinad olunan “icarəyə verən” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “icarəyə götürən” Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsində icarəyə verilmiş sahibkarlıq obyektinin sahəsinin 150 (yüz əlli) m² (kv.m.) ölçüdə olduğu göstərilmişdir”. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini,qətnaməyə izah verilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qərardadından iddiaçının verdiyi şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Sumqayıt Apellyasiya Məhkəmənin kollegiyası işə yazılı icraat qaydasında baxaraq aşağıdakı göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Yuxarıda qeyd olunduğu kimi,Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 sentyabr 2020ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə istinad olunan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən isə “İcarəyəverən” “icarəyəgötürən”in müraciətini nəzərə alaraq özünün Dənizkənarı İstirahət zonasında 3 №-li sahəsini təsnifatı üzrə müəyyən olunan hüdudlarda 150 m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün “İcarəyəgötürən”ə icarəyə verir. Birinci instansiya məhkəməsi isə 27 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə həmin qətnamədə istinad olunan “icarəyəverən” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “icarəyəgötürən” Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsində “icarəyə verilmiş sahibkarlıq obyektinin sahəsinin 150(yüz əlli) m² (kv.m.) ölçüdə olduğunun göstərilməsi” məzmununda izah vermişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, “İş materiallarında olan “icarəyə verən” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “icarəyə götürən” Cavabdeh1 arasında bağlanmış 01 yanvar 2017- ci il tarixli 04 saylı İcarə Müqaviləsində icarəyə verilmiş sahibkarlıq obyektinin sahəsinin 150 (yüz əlli) m² (kv.m.) ölçüdə olduğu göstərilmişdir. Yəni, cavabdehlərin çıxarılmalarının tələb edildiyi sahibkarlıq obyekti ilə əlaqədar bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsinin 1-ci və 2-ci bəndlərində həmin Müqavilə əsasında icarəyə verilən obyektin sahəsinin 150 m² ölçüdə olduğu qeyd olunmuşdur (i/v: 1-ci cild, səhifə 31; 2-ci cild, səhifə 120)”. Bununla əlaqədar birinci instansiya məhkəməsi 01 yanvar 2017-ci il tarixli İcarə müqaviləsinin məzmununu olduğu kimi düzgün şərh etmədən icarə müqaviləsində icarə obyektinin sahəsinin 150 m² ölçüdə olduğunun göstərilməsi məzmununda MPM-in 230.1ci maddəsinin tələblərinə zidd qətnaməyə izah vermişdir. Belə ki, 01 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndində birbaşa göstərilmişdir ki, ““İcarəyəverən” “icarəyəgötürən”in müraciətini nəzərə alaraq özünün Dənizkənarı İstirahət zonasında 3 №li sahəsini təsnifatı üzrə müəyyən olunan hüdudlarla 150m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün “İcarəyəgötürən”ə icarəyə verir”.Həmin müqavilənin 2-ci bəndində isə göstərilmişdir ki, ““İcarəyəgötürən” öhdəsinə götürür: “İcarəyəverən”in Dənizkənarı İstirahət zonasında 3 №-li sahəsini təsnifatı üzrə müəyyən olan hüdudlarla 150 m²-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün icarəyə götürür və aldığı lisenziyaya əsasən fəaliyyət göstərir”. Yəni həmin müqavilədə yalnız 150 m²-lik əmlak deyil,həmin əmlakın aid olduğu Dənizkənarı istirahət zonasının 3№-li sahəsinin (təsnifatı ilə müəyyən olunmuş hüdudlarda) icarəyə verildiyi göstərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi özünün qəbul etdiyi qanuni qüvvəsini almış qətnaməsinin məzmununu dəyişməklə həmin qətnaməyə MPM-nin 230.1-ci maddəsinin tələblərinə zidd izah vermişdir.Buna görə birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsinə dair 27 may 2022-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qərardadı və həmin qərardad əsasında çıxarılmış iddiaçının şikayətinin təmin olunmasına dair xx.xx.2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadı ləğv olunmalı,cavabdehin ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiya məhkəməsinin hüququdur. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 365, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Şikayət qismən təmin olunsun. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2022-ci il tarixli e-2-2(119)-599/2020 qərardadı ləğv edilsin. Cavabdeh2 qətnaməyə izah verilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar