Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-8/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edənxxxxməruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Telman Qədir oğlu MəmmədovxxxxSəyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Süleymanov Mübariz Əli oğlunun, Cavabdehin nümayəndəsixxxxvəkili X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbi barədə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıxxxxcavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx xxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Müəssisəsi” MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 (səkkiz min altı yüz iyirmi beş) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 (iyirmi iki min səksən doqquz dollar 60 sent) ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 (iki yüz yetmiş yeddi min on dörd dollar 60 sent) ABŞ dolları məbləğində borcun, xx xxx 2015ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 (iki yüz qırx yeddi min iyirmi min doxsan beş manat 50 qəpik) manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 (iyirmi doqquz min on yeddi manat 79 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 (otuz altı min üç yüz səksən dörd manat 62 qəpik) manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu olmaqla - cəmi 431044,83 (dörd yüz otuz bir min qırx dörd manat 83 qəpik) manat məbləğində borcunxxxxödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçıxxxx“X2 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylıxxxxxx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqavilələri bağlanmışdır. xx xxxxxx 2016-ci il tarixli KXM 04 saylı kredit xətti müqaviləsinə əsasən “X2 Müəssisəsi” MMC-nə 4 ay müddətinə illik 18% faiz ödəmək şərti ilə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən isə “X2 Müəssisəsi” MMC-nə 12 ay müddətinə illik 18% faizlə 500000 (beş yüz min) manat məbləğində kreditlər verilmişdir. Həmin Müqavilələrin 1.1-ci bəndinə görə xxxx krediti ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən həmin kredit müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh “X2 Müəssisəsi” MMC keçən müddət ərzində öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişxxxxhəmin Müqavilələr üzrə kredit borcunuxxxxkreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Buna görə də, xx xxxxx 2019-cu il tarixinə cavabdeh “X1 Müəssisəsi” MMC-nin xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eləcə də, xx xxxxx 2019-cu il tarixinə cavabdeh “X1 Müəssisəsi” MMC-nin xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 manat cərimə borcu olmaqla cəmi 431044,83 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-147/2016 nömrəli qərarına əsasən İddiaçı ASC müflis elan edilmişxxxx1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olurxxxxBank səhmdarlarının ümumi yığıncağının, habelə Bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Həmin Qanunun 72.1-ci maddəsinə görə bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedicixxxxya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçıxxxx"X2 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya illik 18% olmaqla 12 ay müddətinə 500000 manat məbləğində kredit verilmişdir. Eləcə də, İddiaçıxxxx"X2 Müəssisəsi” MMC arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya illik 18% olmaqla 4 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin baş vermiş maliyyə böhranıxxxxdövlət sifarişlərinin dəyərinin vaxtında ödənilməməsi Müəssisənin fəaliyyətinə mənfi təsir göstərmişxxxxBank qarşısında kredit müqavilələri üzrə ödənişlərin həyata keçirilməsində problemlər yaranmışdır. Bütün bunlardan Bankın da məlumatı olmuşxxxxödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi individual ödəniş cədvəlinin tərtib edilməsi Banka təklif edilsə də, Bankın rəhbərliyi tərəfindən bu məsələ öz həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi üçün Banka dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Kredit müqavilələri üzrə borc məbləğinin mövcudluğu etiraf edilsə də, iddia tələblərində borcun məbləği əsassız olaraq şişirdilərək, cavabdeh tərəfindən Banka edilmiş ödənişlərin bir hissəsi cərimə faizi kimi bank tərəfindən hesablanaraq silinmişdir. Belə ki, "X2 Müəssisəsi” MMC tərəfindən adı çəkilən kredit müqavilələri üzrə 2016-cı ildə 20000 manat, 2017-ci ildə 165015,73 manat, 2018-ci ildə 197000 manat, 2019-cu ilin ilk dörd ayında isə 64000 manat məbləğində olmaqla, ümumilikdə 404015,73 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlərin bir qismi Bank tərəfindən əsassız olaraq cərimə faizi borcu kimi silinmişdir. Eyni zamanda, həmin kredit müqavilələrinin müddətləri 2016-cı ilin may ayında başa çatsa da, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə yalnız 2019-cu ilin may ayında məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəf hesab edir ki, bu iddiaçı tərəfindən qəsdən edilərək, cərimə faizlərinin daha da şişirdilməsi məqsədi daşımışdır. Yəni, iddiaçı tərəfindən hər hansı hüquqi əsasa söykənmədən külli miqdarda faizxxxxcərimə borcu hesablanmışdır. Eləcə də, iddiaçı dəbbəxxxxgecikmə faizi kimi göstərdiyi məbləğ üzrə hesablanmış borcun yaranma əsaslarını göstərməmişdir. Belə ki, iddiaçı bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarları nəzərə almadan faiz kimi göstərilmiş pulun məbləğini şişirdərək artırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair" xx xxxxxxx 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə müvafiq olaraq fizikixxxxya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtıxxxxəhatə etdiyi şəxslərin dairəsi baxımından zərurixxxxyararlı olmalıdır. Həmin müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2014-cü il tarixli Qərarında da bir daha vurğulanmışdır. Həmin Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. "X2 Müəssisəsi” MMC maddi çətinliklər üzündən kredit kimi götürdüyü pulun əsas hissəsini ödəyə bilmədiyi halda, Bankın bu məbləğlərdə dəbbəxxxxcərimə pulunu hesablaması ədalətsiz sayılmalıdır. Həmçinin, iddiaçı məlum kredit müqavilələri üzrə iddia müddətini ötürdüyündən, iddia tələbləri ümumiyyətlə rədd edilməlidir. Eyni zamanda, Cavabdeh xx xxxx 2019-cu il tarixli “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 12/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manat məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcuxxxx20000 (iyirmi min) manat məbləğində cərimə olmaqla - cəmi 209383,53 (iki yüz doqquz min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində borcun iddiaçı Ləğv prosesində olan İddiaçıxxxxCavabdehndən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində əsas borc, xx xxxxx 2019-ci il tarixə hesablanmış (5%-lə birlikdə) 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcuxxxx10000 (on min) ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 190600 (yüz doxsan min altı yüz) ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçı Ləğv prosesində olan İddiaçıxxxxCavabdehndən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsixxxxiddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh “X2 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsixxxxiş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə əsasxxxxfaiz borcunu azaldarkən iş üzrə birinci instansiya icraatında keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 20534 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Həmin rəydən görünür ki, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin İddiaçı ASC-yə kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə ( iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat doxsan bir qəpik), xx xxxxx 2019-cu il tarixə hesablanmış (5% faizlə birlikdə) 2109,62 (iki min yüz doqquz manat altmış iki qəpik ) manat faiz borcu təşkil etdiyi müəyyənləşdirilmişdir. xx.xx.2016-cı il tarixli kredit xətti müqaviləsi üzrə isə xx xxxxx 2019-cu il tarixə hesablanmış (5% faizlə birlikdə) 30600 (otuz min altı yüz) ABŞ dolları faiz borcu təşkil etdiyi müəyyənləşdirilmişdir. Hesab edirlər ki, qətnamə əsas, faizxxxxcərimə borcunun azaldılması hissəsində qanunsuzxxxxəsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, əsas,faizxxxxcərimə borcunun tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələrxxxxməhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmçinin həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunurxxxxdigər sübutlarla yanaşı qiymətləndirilir. Bundan əlavə həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildirxxxxbu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflixxxxtam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 88). Belə ki, 20534 nömrəli xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəy verərkən yalnışlığa yol vermişdir. Eyni zamanda hakim məhkəmə qətnaməsini elan edərkən bu yanlışlığa fikir verməmişxxxxqanunsuzxxxxəsassız qətnamə qəbul etmiş, maddixxxxprosessual hüquq normaları pozulmuşxxxxdüzgün tətbiq edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, öhdəliyin icrası zamanı əgər öhdəlik icra edən borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabınaxxxxnəhayət əsas borcun hesabına daxil edilir. Lakin ekspert rəy verərkən qanunun bu müddəasına əməl etməmiş, qanunsuz rəy vermişdir. Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, ödənilmiş borclar qanunvericiliyə əsasən faizdən silinmiş, hər ödənilmiş məbləğ üzrə faizdən silinməsindən sonra qalan məbləğ isə əsas borcdan silinmişdir. Həmçinin tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsinə əsasən xxxx kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 18-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti is xx.xx.2016-cı il tarixədək tam şəkildə xxxxa qaytarmalıdır.Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, xxxx kredit xəttixxxxona hesablanmış faiz məbləğinin ödənilməsini Müqavilənin 2.1 bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, borcverən gecikdiridiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36% miqdarında xxxxa cərimə tətbiq edir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda, məhkəmə ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia üzrə düzgün araşdırma aparmamışxxxxəsassız qərar qəbul etmişdir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iş tam, hərtərəflixxxxobyektiv araşdırılmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bundan əlavə, iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli 20534 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “borcverən” İddiaçıxxxx“xxxx” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 187273.91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat, 91 qəpik) manatxxxx5 %-lə birlikdə hesablanmış cəmi 2109.62 (iki min yüz doqquz manat, 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 189383.53 (yüz səksən doqquz min üç yüz səksən üç manat, 53 qəpik) manat məbləğində borcu vardır. Eləcə də, həmin Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, “borcverən”İddiaçıxxxx“xxxx” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, KXM 04 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 150000 (yüz əlli min) ABŞ dollarıxxxx5 %- lə birlikdə hesablanmış cəmi 30600 (üç min altı yüz) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 180600 (yüz səksən min altı yüz) ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə tərəfindən isə əsasxxxxfaiz borcları ekspert rəyinə istinad edilməklə təmin edilmiş, lakin əsasxxxxfaiz borcları ilə müqayisədə həddindən artıq cərimə məbləğləri qeyd edilmişdir. Bu tam əsassızxxxxqeyr-qanuni bir yanaşmadır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cii il tarixli Qərarında Mülki Məcəllənin 467-ci maddəsinə mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən buna məhəl qoyulmamış, xx.xx.2015-ci il tarixli, KXM 01saylı kredit xətti müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində, xx.xx.2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə 10000 (on min) ABŞ məbləğində cərimə borcunun cavabdehdən tutulması qət edilmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən heç bir hesablanma aparılmadan mütənasibliyin pozulması ilə müəyyən edilmiş cərimə məbləğləri reallığı əks etdirmirxxxxşişirdilmiş rəqəmlərdir. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarında qeyd edilmiş məbləğlərin ekspert araşdırması zamanı yazılandan kəskin dərəcədə fərqli olması iddiaçının rəqəmləri hər hansı bir hesablama ilə yox, şişirdərək yazmasını sübut edir. Belə ki, məhkəmə ekspert rəyində 2109.62 (iki min yüz doqquz manat, 62 qəpik) manat faiz borcu hesablanmış kredit müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində cərimə borcunun tutulmasına qərar vermişdir. Bu, mütənasibliyin pozulmasından əlavə eyni zamanda cavabdehin hüquqlarınınxxxxqanunla qorunan mənafelərinin də kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, məhkəmə tərəfindən çəkişmə prinsipi təmin edilməmiş, cavabdehin məhkəmə prosesində iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Bu həm Mülki Prosessual qanunvericiliyin tələblərini, həm də cavabdehin hüquqlarını pozmaq deməkdir. Belə ki, artıq elektron məhkəmə sistemi ilə işə baxılmasına baxmayaraq, iş elektron məhkəmə portalına işlənməmiş, cavabdeh məhkəmə baxışına dəvət edilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Süleymanov Mübariz Əli oğlu iddiaçının apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X6 cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünəxxxxya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdəxxxxya apellyasiya şikayətindəxxxxona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddixxxxprosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçınınxxxxcavabdehin nümayəndəlirinin izahatını dinləyib hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20 000 (iyirmi min) manat məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməli, cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 10 000 (on min) manat məbləğində müəyyən edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 10 000 (on min) ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməli, cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 5 000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 2015-ci il tarixli KXM 01 saylı Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “Borcverən”xxxxCavabdeh - “xxxx” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, yəni xx xxx 2016-cı il tarixinədək illik faiz dərəcəsi 18 % olmaqla 500000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “xxxx” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 22-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx xxx 2016-cı il tarixinədək tam şəkildə “Borcverən“ə qaytarmalıdır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “xxxx” kredit xəttixxxxona hesablanmış faiz məbləğinin ödənilməsinin Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 %miqdarında “xxxx”a cərimə tətbiq edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********393 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə Banka xx xxxxx 2019-cu il tarixinə 247595,50 (iki yüz qırx yeddi min iyirmi min doxsan beş manat 50 qəpik) manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 (iyirmi doqquz min on yeddi manat 79 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 (otuz altı min üç yüz səksən dörd manat 62 qəpik) manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu olmaqla - cəmi 431044,83 (dörd yüz otuz bir min qırx dörd manat 83 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “Borcverən”xxxxCavabdeh - “xxxx” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 4 (dörd) ay müddətinə, yəni xx xxx 2016-cı il tarixinədək illik faiz dərəcəsi 18 % olmaqla 150000 (yüz əlli min) ABŞ dollar məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “xxxx” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 18-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə xx xxx 2016-cı il tarixinədək tam şəkildə “Borcverən“ə qaytarmalıdır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “xxxx” kredit xəttixxxxona hesablanmış faiz məbləğini Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 %-i miqdarında “xxxx”a cərimə tətbiq edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********394 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə Banka xx xxxxx 2019-cu il tarixinə 150000 (yüz əlli min) ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 (səkkiz min altı yüz iyirmi beş) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 (iyirmi iki min səksən doqquz dollar 60 sent) ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 (iki yüz yetmiş yeddi min on dörd dollar 60 sent) ABŞ dolları məbləğində borcu vardır. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20534 №-li Ekspert Rəyindən görünür ki, “borcverən” İddiaçıxxxx“xxxx” Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx xxxxx 2019-cu il tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manatxxxx5%-lə birlikdə hesablanmış cəmi 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 189383,53 (yüz səksən doqquz min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində borcu vardır. Eləcə də, həmin Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, “borcverən” İddiaçıxxxx“xxxx” Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx xxxxx 2019-cu il tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə 150000 (yüz əlli min) ABŞ dollarıxxxx5%-lə birlikdə hesablanmış cəmi 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 180600 (yüz səksən min altı yüz) ABŞ dolları məbləğində borcu vardır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda istinad olunan 2 kredit müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə borc məbləği qismən ödənilsə də, müqavilə öhdəlikləri icra olunmayaraq borcun tam olaraq ödənilməsi təmin edilməmişdir. Bununla da, cavabdeh iddiaçı qarşısında üzrəinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X2 Müəssisəsi” MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 8625 (səkkiz min altı yüz iyirmi beş) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 22089,60 (iyirmi iki min səksən doqquz dollar 60 sent) ABŞ dolları faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcu olmaqla - cəmi 277014,60 (iki yüz yetmiş yeddi min on dörd dollar 60 sent) ABŞ dolları məbləğində borcun, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 247595,50 (iki yüz qırx yeddi min iyirmi min doxsan beş manat 50 qəpik) manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixinə hesablanmış 29017,79 (iyirmi doqquz min on yeddi manat 79 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 36384,62 (otuz altı min üç yüz səksən dörd manat 62 qəpik) manat faiz borcuxxxxmüqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu olmaqla - cəmi 431044,83 (dörd yüz otuz bir min qırx dörd manat 83 qəpik) manat məbləğində borcunxxxxödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişxxxxona əsaslanmışdır ki, hər iki kredit xətti müqaviləsi üzrə cavabdehdən tutulan borcların miqdarı müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20534 №-li Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalıxxxxcavabdehdən tutulmalı olan borc məbləğləri həmin Rəyə əsasən müəyyən edilməlidir. İddia tələbinin cərimə məbləği ilə bağlı hissəsində isə məhkəmə tələb olunan cərimə məbləğlərini azaldılaraq, cavabdehdən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə 10000 (on min) ABŞ dolları məbləğində cərimə tutulmalı olması qənaətinə gəlmişdir. İddiaçı qətnaməni o əsasla mübahisələndirmişdir ki, qətnamə əsas, faizxxxxcərimə borcunun azaldılması hissəsində qanunsuzxxxxəsassız olduğuna görə ləğv edilməlidir. Cavabdeh qətnaməni o əsasla mübahisələndirmişdir ki, məhkəmə tərəfindən heç bir hesablanma aparılmadan mütənasibliyin pozulması ilə müəyyən edilmiş cərimə məbləğləri reallığı əks etdirmir. Məhkəmə tərəfindən çəkişmə prinsipi təmin edilməmiş, cavabdehin məhkəmə prosesində iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olması barədə vəsatət vermişxxxxbildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan əsas, faizxxxxəsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcunun müəyyən edilməli olmasına əsaslanmışxxxxcavabdehin xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il il tarixə (maliyyə arayışı verilən tarixə) olan əsas borcunun, illik 5%-lə heblanmış faiz borcunun, həmçinin müqavilə müddətinin sonuna xx.xx.2016-cı il tarixinə olan faiz borcunun müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə iddiaçının nümayəndəsi yalnız xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan əsas, faizxxxxəsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcunuxxxxhər iki müqavilə üzrə cərimə borcunu mübahisələndirmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. xx xxxxxx 2021-ci il tarixli 9/5371 №-li Ekspert Rəyindən görünür ki, “borcverən” İddiaçıxxxx“xxxx” Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun xx xxxxx 2019-cu il tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manatxxxx5%-lə birlikdə hesablanmış cəmi 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 189383,53 (yüz səksən doqquz min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində borcu vardır. Göründüyü kimi, son ekspert rəyi ilə birinci instansiya məhkəməsində verilmiş ekspert rəyi eynilik təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc, faiz borcuxxxxəsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcuna münasibətdə verilmiş ekspert rəyində hansı ziddiyyətlərin olduğunu konkret olaraq bildirməmişxxxxyalnız ona əsaslanmışdır ki, ekspert 2109.62 manat borc hesablayaraq çox az məbləğdə faiz borcu olması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəylərinə əlavə edilmiş cədvəl məlumatlarından görünür ki, (İ c səh 86-87) cavabdeh tərəfindən müqavilə müddəti ərzindəxxxxondan sonra edilmiş ödənişlər faiz borcuna silinmiş, sonra isə əsas borcdan çıxılmışdır. Həmin cədvəldən görünür ki, fazi borcu bir çox aylar üzrə hətta ödənişlər edilərək sıfırlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulaxxxxya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pulxxxxya eyni keyfiyyətdəxxxxmiqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlixxxxya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkənxxxxvəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtdaxxxxyerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəxxxxhəmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlərxxxxtələblər olmadıqda isə işgüzar adətlərəxxxxya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününüxxxxya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursaxxxxya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin günxxxxya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirxxxxhəmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkətxxxxya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulmasıxxxxya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdəxxxxxidmətlərdə qüsurlarlaxxxxya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçünxxxxgecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2xxxx445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası iddiaçının cərimə məbləğinin əsassız azaldılmasıxxxxcavabdehin həmin məbləğin tənasübsüz yüksək olması ilə bağlı apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsixxxxxx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə kreditlərin verilməsini, kredit müqavilələriinin şərtlərinin cavabdeh tərəfindən pozulmasını, nəticədə xx xxx 2015ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə cavabdehin 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manat məbləğində əsas borcxxxx5%-lə birlikdə xx xxxxx 2019-ci il tarixə hesablanmış 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində faiz borcu, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində əsas borcxxxx5%-lə birlikdə xx xxxxx 2019-ci il tarixə hesablanmış 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində faiz borcu yaranmasını müəyyən edərək, iddia tələbini həmin hissədə təmin etmiş, cərimə borcunu isə xx xxx 2015ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə isə 10000 (on min) ABŞ dolları məbləğində qismən təmin etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 467-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə (cərimə) pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyixxxxlazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilələrin 5.3-cü bəndlərinə əsasən, “xxxx” kredit xəttixxxxona hesablanmış faiz məbləğinin ödənilməsinin Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 %-i miqdarında “xxxx”a cərimə tətbiq edir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilələrlə ilə müəyyən etmişlər. Bu baxımdan, iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi qanuni tələbdir. Kredit müqavilələri üzrə cavabdehin cərimə borclarının olması da iş materiallarında olan arayışlarla (i.v.5,7) təsdqini tapır. Mülki Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə borcuxxxx xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinadən cərimə borcunun çox olması qənaətinə gələrək həmin məbləğləri müqavilələr üzrə müvafiq olaraq 10000 (on min) ABŞ dollarıxxxx20000 (iyirmi min) manat məbləğində müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini düzgün tətbiq edib tələb olunan cərimə məbləğini azaltsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği ilə razlaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bundan əlavə, iş materilallarından görünür ki, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit müqaviləsi 04 ay müddətinə bağlanmış, müqaviləyə əsasən cavabdehə 150000 (yüz əlli min) ABŞ dolları kredit verilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu ildə müraciət etmişxxxxmüqavilənin bitmə tarixi olan xx.xx.2016-cı ilə cavabdehə 96300 (doxsan altı min üç yüz) ABŞ dolları cərimə hesablamışdır. Halbuki həmin tarixə əsas borc 150000 (yüz əlli min) ABŞ dolları, faiz borcu isə 30600 (otuz min altı yüz) ABŞ dolları məbləğində olmuşdur. Eləcə də, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit müqaviləsi isə 12 ay müddətinə bağlanmış, müqaviləyə əsasən cavabdehə 500000 (beş yüz min) manat kredit verilmişdirxxxxmüqavilənin bitmə tarixi olan xx.xx.2016-cı ilə cavabdehə 118046,92 (yüz on səkkiz min qırx altı manat 92 qəpik) manat cərimə hesablanmışdır. Halbuki həmin tarixə əsas borc 187273,91 (yüz səksən yeddi min iki yüz yetmiş üç manat 91 qəpik) manat, faiz borcu isə 2109,62 (iki min yüz doqquz manat 62 qəpik) manat məbləğində olmuşdur. Göründüyü kimi, iddiaçının müqavilə müddəti üzrə hesabladığı cərimənin məbləği əsasxxxxfaiz borcunun məbləğinin təxminən yarısı qədər olmuşdur. Nəzərə alınsa ki, cavabdeh kreditdən ödənişlər etmişdir, belə olan halda, kredit müqavilələrinin qüvvədə olduğu 1 ilxxxx4 ay müddətində gecikdirilən günlər üçün 10000 (on min) ABŞ dollarıxxxx20000 (iyirmi min) manat cərimə hesablanması ağlabatan sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu hissəsində iddia tələbini qismən – 10000 (on min) ABŞ dollarıxxxx20000 (iyirmi min) manat məbləğində təmin edərkən birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarını tam nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiyası kredit müqavilələri üzrə əsas borcların məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirməyə görə 10000 (on min) ABŞ dollarıxxxx20000 (iyirmi min) manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək, xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 5 000 (beş min) ABŞ dolları məbləğində, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 10 000 (on min) manat məbləğində müəyyən edilməlidir. Cavabdehin məhkəmə prosesində iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı qəbul edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün xx.xx.2020-ci il tarixə (yekun məhkəmə aktı qəbul edilən gün) təyin edilmiş məhkəmə iclası ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi Həbibova Fidan tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələrxxxxməhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunurxxxxdigər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin cərimə borcu hissəsində qətnamənin ləğv edilməli olması barədə apelyasiya şikayətlinin dəlilini qəbul etmir. Çünki Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldıla bilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməməli, cavabdeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20 000 (iyirmi min) manat məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməli, cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 10 000 (on min) manat məbləğində müəyyən edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 10 000 (on min) ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməli, cavabeh “xxxx” Elmi- İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 5 000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.3-cü, 392, 393xxxx402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20 000 (iyirmi min) manat məbləğində cərimənin tutulması hissəsində dəyişdirilsin. Cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 10 000 (on min) manat məbləğində müəyyən edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-12/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 10 000 (on min) ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində dəyişdirilsin. Cavabeh “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC-dən xx xxxxxx 2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 5 000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-8/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-8/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver