Məhkəmə qərarları › İş №2-2(105)-80/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-80/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-80/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, e-2-2(119)-222/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 14 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X3” MMC tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı geri qaytarılması, cavabdeh “X3” MMC-dən İddiaçı xeyrinə 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 145 000 manat və 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdeh “X3” MMCdən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcarəyə verən” qismində İddiaçı ilə (bundan sonra – İddiaçı) “İcarəçi” qismində “X3” MMC (bundan sonra – Cavabdeh) arasında 01 fevral 2014-cü il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə (bundan sonra– Müqavilə) əsasən, İddiaçı ünvan 2 ünvanında mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmisini və 2370.8 kv.m istehsalat və satış pavilyonunu, cəmi 3550.8 kv.m sahəni (bundan sonra – “İcarə obyekti”) Cavabdehin istifadəsinə verməyi, Cavabdeh isə bunun qarşılığında Müqavilə ilə müəyən edilmiş icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1, 1.2 və 2.2-ci bəndləri). Həmin Müqavilə 01 aprel 2014-cü ildən qüvvəyə minib 01 aprel 2019-cu ilədək qüvvədə olmaqla, 5 il müddətinə bağlanılmışdır (Müqavilənin 5.1-ci bəndi). Həmin Müqavilə üzrə ödənilməli olan aylıq icarə haqqının məbləği aşağıdakı kimi müəyyən olunmuşdur (Müqavilənin 2.1-ci bəndi): 3.1. xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək - 2000 manat; 3.2. xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək - 3000 manat; 3.3. xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək - 4000 manat; 3.4. xx.xx.2017-ci ildən xx.xx.2018ci ilədək - 5000 manat; 3.5. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək - 5000 manat. 4. Müqavilənin 3.1.3 və 3.1.4-cü bəndlərinə əsasən, İddiaçı İcarə obyektini, onun daxilində olan və məişət təyinatlı avadanlıqları işlək və istifadəyə yararlı vəziyyətdə, texniki təhlükəsizlik, sanitar-gigiyenik qaydalarına cavab verən, təmizlənmiş və sazlanmış şəkildə Cavabdehin istifadəsinə vermiş və İcarə obyektindən qanunvericiliklə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə Müqaviləyə uyğun istifadə etməsinə hər cür şərait yaratmışdır. Lakin Cavabdeh Müqavilənin qüvvədə olduğu 5 il müddətində icarə haqqının ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyini pozaraq lazımınca icra etməmiş, İddiaçı borcun ödənilməsini dəfələrlə tələb etsə də, Cavabdeh hər dəfə yalançı vədlərlə borcun ödənilməsindən yayınmış, Müqavilə müddəti bitdikdən sonra isə İcarə obyekti boşaldılıb geri təhvil verilməmiş və həmin obyektdən icarə qaydasında istifadə etməyə davam olunmuş, nəticədə Cavabdehin İcarə obyektindən Müqavilə müddəti bitdikdən sonrakı dövrlərdə də istifadəyə görə külli miqdarda icarə haqqı borcu yaranmışdır. Belə ki, Cavabdeh Müqavilənin 3.2.4-cü bəndinə əsasən, icarə haqqını vaxtında və tam şəkildə ödəməli olduğu halda, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müəyyən olunan aylıq 5000 manat icarə haqqını ayda 1000 manat kəsirlə, aylıq 4000 manat olmaqla ödəmiş və bu müddət üçün 24000 manat (24 ay x 1000 manat) icarə haqqı borcu yaranmışdır. Müqavilə müddəti bitdikdən sonra 2019-cu ilin aprel-dekabr ayları üzrə aylıq 5000 manat hesabı ilə 45000 manat (9 ay x 5000 manat) ödəməli olduğu halda, cəmi 30000 manat icarə haqqı ödəmiş və bu müddət üçün 15000 manat borcu vardır. 2020-ci il üzrə ayda 5000 manat olmaqla 60000 manat (12 ay x 5000 manat) ödəməli olduğu halda, cəmi 14000 manat ödəmiş və bu müddət üçün icarə haqqı borcu 46000 manat olmuşdur. 2021ci il üzrə isə ayda 5000 manat olmaqla 60000 manat (12 ay x 5000 manat) ödənilməmiş icarə haqqı borcu əmələ gəlmişdir. Cavabdehin İddiaçıya qeyd edilən dövrlər üzrə cəmi icarə haqqı borcu 145000 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi, iki dəfə - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə isə yazılı şəkildə müraciət olunaraq, İcarə obyektindən müvafiq müddətlərədək istifadə olunan dövr üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi və İcarə obyektinin xx.xx.2021-ci il tarixli bildirişdə ən qısa zamanda, xx.xx.2021-ci il tarixli bildirişdə isə xx.xx.2021-ci il tarixədək tam boşaldılaraq geri təhvil verilməsi xahiş edilmişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdehə bildiriş-xəbərdarlıq göndərərək, xx.xx.2021-ci il tarixədək İcarə obyektindən istifadə olunan dövr üzrə yaranmış icarə haqqı borcunun ödənilməsini və obyektin qarşılıqlı təhvil-təslim aktı əsasında boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Ancaq Cavabdeh hər dəfə müxtəlif bəhanə və yalançı vədlərlə icarə haqqı borcunun ödənilməsini və İcarə obyektinin boşaldılaraq geri qaytarılmasını təmin etməmiş və hazırda da həmin İcarə obyektinə qanunsuz sahiblik və istifadə etməkdədir. Cavabdeh xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlığa cavab olaraq İddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətində özü də artıq bu icarə münasibətlərinin davam etdirilməsinin mümkün olmayacağı qənaətində olduğunu bildirmiş və icarə haqqı borcunun ödənilməməsinin səbəbini gah icarə müddətində İcarə obyektində guya 650000 manat dəyərində təmirbərpa işləri görməsi və tərəflərin təmirə sərf olunan xərclərin aylara bölünərək icarə haqları ilə əvəzləşdiriləcəyi barədə razılığa gəlməsi ilə, gah da 2020-ci ildə ölkə ərazisində başlayan pandemiya ilə əlaqədar ticarət müəssisələrinin uzun müddət fəaliyyət göstərə bilməməsi və ölkə rəhbərliyi tərəfindən bu dövrlər üçün icarəçilərdən icarə haqqının tələb edilməməsinin tövsiyə olunması ilə izah etmişdir. Halbuki, icarə obyekti Müqavilə şərtlərinə uyğun olaraq Cavabdehə istifadəyə yararlı vəziyyətdə verilmiş, İcarə obyektində hər hansı bir təmir və yeniləmə işləri ilə bağlı İddiaçıya hər hansı bir müraciət olunmamış və İddiaçı tərəfindən Cavabdehə hər hansı əlavə təmir-bərpa işlərinin yerinə yetirilməsinə dair tapşırıq verilməmişdir; İcarə müqaviləsinin 3.2.6-cı bəndində İcarə obyektini öz hesabına təmir etmək və bütün kommunal xərcləri ödəmək icarəçi olaraq Cavabdehin müqavilə öhdəliyi kimi müəyyən edilmişdir; Təmir xərclərinin icarə haqları ilə əvəzləşdirilməsi haqda nə icarə müqaviləsində şərt nəzərdə tutulmuş, nə də bununla əlaqədar tərəflərin ayrıca razılaşması olmuşdur; Əgər İcarə obyekti həqiqətən də istifadə üçün yararlı vəziyyətdə deyildisə, müqaviləyə uyğun gəlmirdisə və iddia edilən təmir-bərpa işlərinin görülməsinə zərurət var idisə, onda icarəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 677-ci maddəsində nəzərdə tutulan hüquqi müdafiə vasitələrini tətbiq edərdi, ancaq belə bir hal olmamışdır; Tərəflər arasında bağlanmış müqavilədə pandemiya onları müqavilə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azad edən fors-major halı kimi nəzərdə tutulmamış, pandemiya ilə bağlı ölkədə ticarət obyektlərinin fəaliyyəti heç də bütün il boyu dayanmış vəziyyətdə olmamış və buna görə icarə obyektləri üzrə icarə haqlarının alınmamasına dair hər hansı rəsmi qərar və ya sərəncam verilməmişdir. İddiaçı Cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilən xüsusatları onun diqqətinə çatdıraraq, Cavabdehdən bir daha yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlli şansı olaraq ən qısa müddətdə müqavilə öhdəliklərini tam icra edib, İcarə obyektini tam boşaldaraq geri təhvil verməyi xahiş etmiş, ancaq bu müraciətə heç bir cavab verilməmişdir. Bundan əlavə, “İcarəyə verən” qismində İddiaçı ilə “İcarəçi” qismində Cavabdeh arasında 1 (bir) il müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli digər İcarə müqaviləsinə əsasən, İddiaçının Abşeron rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən 1782 kv.m sahə də aylıq icarə haqqı 2500 manat olmaqla Anbar kimi Cavabdehin icarəsinə verilmişdir. Həmin Müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, Cavabdeh tərəfindən həmin obyektdən istifadəyə görə icarə haqqı ümumiyyətlə ödənilməmiş və nəticədə göstərilən dövr üzrə cəmi 30000 manat (12 ay x 2500 manat) borc əmələ gəlmişdir. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə göndərilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli yazılı müraciətlərdə həmin borcun da ödənilməsi xahiş olunsa da, buna heç bir məhəl qoyulmamışdır. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün İddiaçı tərəfindən Cavabdehə xx.xx.2021-ci il tarixdə “Təklif” göndərilmiş, lakin mübahisə ilə bağlı keçirilən ilkin məcburi mediasiya sessiyasında tərəflər arasında razılıq əldə olunmamışdır. 400 manat məbləğində mediasiya xərcini İddiaçı təkbaşına ödəmiş və mediator tərəfindən bu barədə xx.xx.2021-ci il tarixli müvafiq arayış verilmişdir. Bundan sonra İddiaçı Müqavilənin 6.1-ci bəndinin tələbinə əsasən Cavabdehlə aralarında yaranmış bu mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün xx.xx.2021-ci il tarixdə Cavabdehə Pretenziya göndərərək, ondan Pretenziyanı aldığı vaxtdan 3 gün ərzində İcarə obyektinin qarşılıqlı təhvil-təslim aktı əsasında tam şəkildə boşaldılaraq geri qaytarılmasını və icarə sahələrindən istifadəyə görə yaranmış icarə haqqı borclarının ödənilməsini təmin etməyi xahiş etmiş, amma hər hansı razılaşma və nəticə əldə olunmamışdır. Göründüyü kimi, Cavabdeh nə icarə haqqını ödəyir, nə də İcarə obyektini geri qaytarır. Bununla, Cavabdeh İddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla yanaşı, onu İcarə obyektinə sahiblik və istifadə etmək və həmin sahədən fayda götürmək imkanından məhrum edərək ziyana məruz qoymuş və buna davam etməkdədir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüququnun bərpasına nail olmaq üçün müvafiq xərclər çəkmək (dövlət rüsumu və mediasiya xərci ödəmək) məcburiyyətində qalmışdır. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı “İzahat” təqdim edərək, İddiaçı tərəfindən cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və “İzahat” onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış kompleksi 01 fevral 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən “X3” MMC-yə icarəyə verilmişdir. Yazılı müqavilənin müddəti 01 aprel 2019-cu il tarixi olaraq qeyd edilsə də, müqavilə öz qüvvəsini fərqli şərtlərlə davam etdirmişdir. Belə ki, müqavilənin imzalanması tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı olduğu kimi, müqavilənin qüvvədən düşməsi də tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı bir hüquqi hərəkətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə görə '‘müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır”. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi müqavilənin ləğv edilməsinə dair tərəflər arasında yazılı razılaşma olmadığı müddətcə, müqavilə ləğv edilmiş sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixindən sonrakı dövrlər üçün Şirkət tərəfindən bir neçə ayın icarə haqqı ödənişləri edilmiş və iddiaçı tərəfindən isə həmin icarə haqları nağd şəkildə qəbul edilmişdir. Həmçinin, bu dövr ərzində bütün aylar üzrə Şirkət tərəfindən kommunal ödənişlər İddiaçının nümayəndəsinə (həyat yoldaşı Zahid İsmayılova) nağd qaydada təqdim edilmiş (sırf bu səbəbə görə iddiaçının nümayəndəsinə nağd qaydada edilən ödənişlər Şirkətin rəsmi xərclərinə əlavə edilə bilinməmişdir) və iddiaçının nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə “müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır”. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə “bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yazılı müqavilənin müddəaları tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınaraq təfsir edilməlidir. Həmçinin, icarə müddəti ərzində icarə obyektində yüksək məbləğli təmir bərpa işləri görülmüşdür. Belə ki, icarə obyekti Şirkət tərəfindən icarəyə götürülərkən həmin obyektin daxilində heç bir təmir, hətta divarlarında suvaq işləri belə görülməmişdi. Divarları quru mişar daşlarından ibarət olan obyektin əvvəlcə 1000 kv.m-lik ərazisi tam təmir edildikdən sonra ofis və satış sahəsi, daha sonra isə təxminən 2750 kv.m-lik sahəsinin suvaq və təmizlik işləri görülmüşdür. Sonradan obyektin damından su axdığına görə Şirkət tərəfindən həyata keçirilmiş təmir işləri yararsız hala düşmüş və yenidən 2-ci dəfə təmir işləri həyata keçirilmişdir. Obyektin yenidən təmir edilməsiylə bağlı əlavə maddi ziyana məruz qalınmasına baxmayaraq, tərəflər arasındakı hüquqi münasibətlərə və yaranmış ticari maraqlara xələl gətırilməməsi məqsədi ilə bu barədə obyekt sahibinə heç bir pretenziya ünvanlanmamışdır. Şirkət obyektin ikinci hissəsini də anbar olaraq icarəyə götürmüş, anbarın da təmir bərpa işləri həyata keçirilmiş, mallar yığılmışdır. Əvvəlcədən razılaşdırılmasına baxmayaraq anbara liftin quraşdırılmasına imkan yaradılmadığı üçün anbarı su basmış, buna görə də külli miqdarda Şirkətin malları xarab olmuşdur. Bununla bağlı da Şirkət rəhbərliyi tərəfindən heç bir pretenziya irəli sürülməmiş və 2 ay sonra anbar tam şəkildə boşaldılmışdır. Bununla yanaşı xatırlatmaq lazımdır ki, 2019-cu ildə icarə obyektinin əslində “de facto” sahibi, iddiaçının həyat yoldaşı olan Zahid İsmayılov (həmçinin Abbas İsmayılov) Şirkətin rəhbərliyindən icarə münasibətlərinin davam etdirilməsini xüsusi olaraq xahiş etmişdir. Şirkət rəhbərliyi tərəfindən məhz bu xahiş nəzərə alınaraq, həmin icarə obyektinin ticarət mərkəzinə çevrilməsi qərarı alınmışdır. Bunun üçün də həmin icarə obyektində əsaslı təmir və quruculuq işlərinin aparılması zərurəti yaranmışdır. X1 bildirmişdir ki, hal-hazırda həmin obyektin təmirini həyata keçirə biləcək maddi imkana sahib deyildir. Məhz bu səbəblə də Şirkət rəhbərliyi təmir işlərini öz üzərinə götürmüş və tərəflər razılığa gəlmişdirlər ki, təmir işlərinə çəkiləcək xərclər aylara bölünərək icarə haqları ilə əvəzləşdiriləcəkdir. Lakin, buna rəğmən yenə də yuxarıda adı çəkilən şəxsin maddi ehtiyacı ilə bağlı xahişi nəzərə alınaraq bəzi aylara görə əlavə icarə haqları da ödənilmişdir. Beləliklə də, Şirkət tərəfindən icarə obyektinin 3750 kv.m-lik sahəsi ən yüksək tələblərə cavab verəcək şəkildə təmir-bərpa edilmiş və toplamda 650000 (altı yüz əlli min) manat məbləğində xərc çəkilmişdir. Bununla yanaşı mübahisəsiz hallardan biri də ondan ibarətdir ki, təmir işləri davam etdiyi müddətdə ölkə ərazisində pandemiya başlamış və ticarət müəssisələri uzun müddət fəaliyyət göstərə bilməmişdir. Dövlət rəhbərliyi tərəfindən dəfələrlə bildirilmişdir ki, ticarət obyektlərinin fəaliyyət göstərmədiyi dövrlər üçün icarəçilərdən icarə haqqının tələb edilməməsi məsləhət görülür. Bu hal Şirkət rəhbərliyi tərəfindən Zahid İsmayılova bildirilmiş, Zahid İsmayılov isə cavabında “tövsiyənin bizə heç bir aidiyyəti yoxdur” deyərək, əsl niyyətini ortaya qoymuşdur. Pandemiya ilə bağlı tətbiq edilən yeni qaydaların isə təkcə ölkəmizdə deyil, bütün dünyada rastlanılan tendensiya olduğu da aşkardır. Belə olan halda iddiaçı tərəfindən Şirkətdən icarə haqlarının qeyd-şərtsiz tələb edilməsi qanunvericiliyə, işgüzar adətlərə və ticarət münasibətlərinin normal axışına birbaşa ziddir. Mülki Məcəllənin 700.3-cü maddəsinə görə “əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir”. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə görə “əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur”. İndiki halda isə ölkə ərazisində tətbiq edilən sərt karantin qaydaları nəticəsində icarə obyektinin yararlılığı itdiyi üçün icarəçinin icarə haqqı ödəmək borcu da aradan qalxmışdır. Şirkətin həmin obyektdə işlə təmin olunan 23 işçisinin obyektə girişi bir neçə aydır ki, qadağan edilmişdir. Halbuki həmin işçilərin 2 ildən artıqdır ki, əmək haqları və digər məcburi dövlət sosial sığorta ödənişləri şirkət tərəfindən həyat keçirilməkdədir. Göründüyü kimi, məhz iddiaçı tərəfin hüquqazidd davranışları nəticəsində faktiki əmək fəaliyyətini icra edə bilməyən işçilər baxımından məcburi dayanma halı mövcud olmuş və buna görə də Şirkət üçün əlavə maddi yüklülüklər yaranmışdır. Xüsusi olaraq qeyd edilir ki, Şirkətin həmin obyektdə 2 500 000 (iki milyon beş yüz min) manatdan çox maddi dəyərə malik müxtəlif növdə malları və texniki vasitələri var. Şirkətin işçilərinin həmin obyektə girişinin təmin edilməməsi səbəbindən, həmin malların son istifadə müddəti ötməkdədir ki, bunun da maddi və digər risklərinin birbaşa olaraq iddiaçı tərəfin üzərində olması xüsusi olaraq iddiaçının diqqətinə çatdırılır və xəbərdarlıq edilir. Həmçinin Şirkətin heç bir kommunal borcu olmamasına baxmayaraq, icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsi ilə əlaqədar kameralar işləmədiyi üçün Şirkət mallarının aqibətindən xəbərdar deyildir. Şirkət rəhbərliyində artıq belə bir təsəvvür yaranmışdır ki, mallar iddiaçıya aid şəxslər tərəfindən talan edilməkdədir. Bir daha nəzərə çatdırılır ki, hər bir halda risk iddiaçıya aiddir. Nəzərə almaq lazımdır ki, təmir işləri aparılan müddət ərzində də icarə obyektindən 16000 manat məbləğində kafel-metlax, mərmər və digər tikinti məhsullarının oğurluğu olmuş, bununla bağlı Abşeron rayon Polis Şöbəsinə şikayət ünvanlanmış, lakin cinayət faktının üzəri açılmamışdır. Artıq son olanlar nəzərə alındıqda həmin cinayət faktının törədilməsi ilə bağlı Şirkət rəhbərliyində əlavə şübhələr yaranmaqdadır. Bütün bu qeyd edilənlərlə yanaşı Şirkət rəhbərliyi artıq bu ticarət münasibətlərinin davam etdirilməsinin mümkün olmayacağı qənaətindədir. Məhz bu səbəblə də icarə obyektindəki malların daşınması həyata keçirilmək istənilsə də, iddiaçı tərəfə aid olan şəxslər və şəxsən Zahid İsmayılov və Kamal İsmayılov qardaşları buna mane olmuşlar. X2 Şirkətin bəzi əməkdaşlarına qarşı olduqca kobud davranmış, qeyri-etik ifadələr işlətmişdir. Belə ki, Şirkət rəhbərliyi tərəfindən ilk əvvəl icarə obyektindəki qaimələrin, kameraların və kompüterlərin (server sisteminin) götürülməsi istənilmiş, X1 buna qarşı çıxaraq bütün malların bir dəfəlik daşınılacağı təqdirdə, hər hansı bir əşyanın götürülməsinə icazə veriləcəyini bildirmişdir. Bu da şirkət rəhbərliyində belə bir fikrin yaranmasına səbəb olmuşdur ki, icarə obyektindəki malların talan edilməsi faktı mövcuddur ki, Zahid İsmayılov bütün malların eyni vaxtda daşınması nəticəsində izlərin itirilməsini planlamaqdadır. Bütün bu özbaşınalıqlarına qarşı Zahid İsmayılova etiraz edildiyi zaman isə o, Şirkət rəhbərliyini “X3” MMC-nin də vergi nəzarətini həyata keçirən qardaşı - Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Abbas İsmayılovla hədələmişdir. Nəzərə almaq lazımdır ki, məhz 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2020-ci ilin aprel ayında şirkət barəsində əsassız olaraq külli miqdarda vergi borcu hesablanmış və Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspert rəyinə əsasən Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həmin vergi borcunun böyük ölçüdə əsassız olduğu öz təsbitini tapmışdır. Ümumilikdə qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi rəhbərliyi tərəfindən Şirkət rəhbərliyinə qarşı açıqca qərəz nümayiş etdirilməkdədir. Belə ki, sırf onun göstərişləri əsasında vergi müfəttişləri tərəfindən “X3” MMC-də bir ay müddətində bitirilməli olan növbədənkənar səyyar vergi yoxlaması 16 aylıq bir dövr ərzində davam etdirilmişdir. Rəsmi sənədlər (bank çıxarışları və vergi bəyannamələri və s.) mövcud olmasına baxmayaraq, vergi yoxlaması aktında vergi əməkdaşları tərəfindən bilə-bilə yalan və cəfəngiyyat dolu məlumat öz əksini tapmışdır. Təbii ki, vergi əməkdaşları bunu özbaşına edə bilməzdilər. Şirkətlərin vergi öhdəliklərinə nəzarət etməli olan rəhbərlik öz vəzifə öhdəliklərini səhv anlamış, mövcud səlahiyyətlərini şəxsi istək və intriqalarına alət etmiş və etməkdədir. Təbii ki, bu özbaşınalığına görə tədbir görülməsi üçün qanuna uyğun müdafiə vasitələrindən istifadə ediləcəkdir. Məhz bu hüquqtanımaz davranışlar barəsində hüquq-mühafizə orqanlarına və İqtisadiyyat Nazirinə və digər rəhbər şəxslərə müraciətlər edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində yazılı “İzahat” təqdim olunmuş və “İzahat” onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehdən digər tələblərlə yanaşı, Tərəflər arasında bağlanmış 3550,8 kv.m sahənin icarəsinə dair xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə 145000 manat və 1782 kv.m sahənin icarəsinə dair xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. 1-ci Müqavilə üzrə tələb onunla əsaslandırılır ki: - xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müəyyən olunan aylıq 5000 manat icarə haqqı ayda 1000 manat kəsirlə - aylıq 4000 manat olmaqla ödənilmiş və bu müddət üçün borc 24000 manatdır (24 ay x 1000 manat); - 2019-cu ilin aprel-dekabr ayları üzrə aylıq 5000 manat hesabı ilə 45000 manat (9 ay x 5000 manat) icarə haqqı ödənilməli olduğu halda, 30000 manat ödənilmiş və bu müddət üçün borc 15000 manatdır; - 2020-ci il üzrə ayda 5000 manat olmaqla, 60000 manat (12 ay x 5000 manat) icarə haqqı ödənilməli olduğu halda, 14000 manat ödənilmiş və bu müddət üçün borc 46000 manatdır; - 2021-ci il üzrə heç bir ödəniş edilməməklə, bu müddət üçün borc ayda 5000 manat olmaqla, 60000 manatdır (12 ay x 5000 manat). 2-ci Müqavilə üzrə tələb onunla əsaslandırılır ki, həmin müqavilənin qüvvədə olduğu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan müddət üçün heç bir ödəniş edilməmiş və göstərilən dövr üzrə borc aylıq icarə haqqı 2500 manat olmaqla 30000 manatdır (12 ay x 2500 manat). İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Cavabdehin nümayəndəsi 1-ci Müqavilə üzrə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üçün icarə haqqının həqiqətən də ayda 1000 manat kəsirlə, aylıq 4000 manat həddində ödənildiyini etiraf etməklə, 2019-cu ilin aprelindən etibarən heç bir ödəniş olmadığını və iddia ərizəsində 2019-cu ilin aprel-dekabr aylarının icarə haqqı kimi ödənildiyi göstərilən 30000 manatın əslində 2-ci Müqavilə üzrə ödəniş olduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, cavabdeh tərəfindən 1-ci müqavilə üzrə icarə haqqı borclarının ödənişi İddiaçının "xxxx" ASC-də olan kart hesabına mədaxil olunmaqla həyata keçirilmiş və həmin ödəniş kartı üzrə xx.xx.2022-ci il tarixli bank çıxarışı ilə müəyyən olunur ki, 2019-cu ilin aprel-dekabr ayları ərzində 30500 manat, 2020ci ildə 14000 manat ödəniş edilmiş, 2021-ci ildə isə heç bir ödəniş olmamışdır. Belə ki, çıxarışa əsasən 2019-cu ilin aprel-dekabr aylarında edilən ödənişlər: - xx.xx.2019-cu ildə - 2000 manat; - xx.xx.2019-cu ildə - 5000 manat; - xx.xx.2019-cu ildə - 3000 manat; xx.xx.2019-cu ildə - 2000 manat; - xx.xx.2019-cu ildə - 3000 manat; - xx.xx.2019-cu ildə - 2000 manat; - xx.xx.2019-cu ildə - 2000 manat; - xx.xx.2019-cu ildə - 6000 manat; xx.xx.2019-cu ildə - 5500 manat olmaqla, cəmi – 30500 manat. 2020-ci ildə edilən ödənişlər: - xx.xx.2020-ci ildə - 10000 manat; xx.xx.2020-ci ildə - 2000 manat; xx.xx.2020-ci ildə - 2000 manat olmaqla, cəmi – 14000 manat. Göründüyü kimi, cavabdehin nümayəndəsinin 2019-cu ilin aprel-dekabr ayları üzrə ödənilmiş 30000 manatın guya 2-ci müqavilə (xx.xx.2020-xx.xx.2021) üzrə icarə haqqının ödənişi olması və həmin müqaviləyə əsasən hər hansı borcun olmaması barədə “dəlili” əsassız olmaqla, heç bir mötəbər sübuta söykənmir. Maraqlıdır, hələ 2020-ci ildə bağlanmış və qüvvədə olmuş müqavilə üzrə icarə haqqı borclarını Cavabdeh 2019-cu ildə görəsən hansı əsasla və məntiqlə ödəmişdir? İddiaçının təqdim etdiyi “ödəniş kartı üzrə çıxarış” bir daha Cavabdehin bununla bağlı mülahizələrinin əsassızlığına dəlalət edir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, e-2-2(119)- 222/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m. zirzəmi və 2370,8 kv.m. istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m. sahəsi cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı (VÖEN **********) geri qaytarılması, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 68000 (altmış səkkiz min) manat məbləğində icarə haqqı borcu, 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98465 (doxsan səkkiz min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 319 (üç yüz on doqquz) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən–iddianın qalan hissədə (yəni xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə 77000 manat icarə haqqı borcunun və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının Cavabdehdən tutulub İddiaçıya ödənilməsi) təmin edilməməsi hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin edilməsi haqqında qətnamə qəbul edilməsini, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə cavabdehin iddiaçıya xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə cəmi borcu 144500 manat təşkil edib. Bu borcun 24000 manatı xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövrü əhatə edib. Qeyd edilən dövr üzrə müəyyən olunan aylıq 5000 manat icarə haqqı ayda 1000 manat kəsirlə aylıq 4000 manat olmaqla ödənildiyi üçün 24000 manat (24 ay x 1000 manat) borc yaranıb. Başqa sözlə, həmin dövrə görə 96000 manat (24 ay x 4000 manat) icarə haqqı ödənilib, 24000 manat isə ödənilməmiş qalıb. Bu faktı, yəni sözügedən dövr üçün icarə haqqının həqiqətən də ayda 1000 manat kəsirlə aylıq 4000 manat həddində ödənildiyini iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdeh özü də etiraf edib. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Borcun 14500 manatı 2019-cu ilin aprel-dekabr ayları, 46000 manatı 2020-ci il, 60000 manatı isə 2021-ci il üzrə ödənilməmiş icarə haqqı borcu olub. Müqavilə üzrə icarə haqqı borclarının ödənişi iddiaçının "xxxx" ASC-də olan kart hesabına mədaxil yolu ilə həyata keçirilməklə, həmin ödəniş kartı üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank çıxarışı ilə müəyyən olunur ki, 2019-cu ilin aprel-dekabr ayları ərzində 30500 manat, 2020-ci ildə 14000 manat ödəniş edilib, 2021-ci ildə isə heç bir ödəniş olmayıb. Göründüyü kimi, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun tərtib edildiyi tarixə xx.xx.2014-cü il tarixli müqavilə üzrə qalıq borc əslində 58000 deyil, 109500 manat (xx.xx.2017-xx.xx.2019-cu ilə görə 24000, 2019-cu ilin aprel-dekabr aylarına görə 14500, 2020-ci ilə görə 46000 və 2021-ci ilin yanvar-may aylarına görə 25000 manat) təşkil edib. Lakin məhkəmə qətnamədə əsassız olaraq ödəniş kartından çıxarışda olan ödənişlərin həqiqətən də cavabdehə aid olmasını müəyyən etməyin guya mümkün olmamasına istinadən, həmin çıxarışı mübahisənin həllində mötəbər sübut hesab etməmişdir. Baxmayaraq ki, cavabdeh məhkəməyə iddiaçının bu məsələ ilə bağlı dəlillərini təkzib edən və ya əksini təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin iş üzrə gəldiyi və guya işin halları ilə müəyyən olunmuş hesab etdiyi iddiaçının cavabdehin əmlak hüquqlarını pozaraq, onun icarə əsasında sahibliyində olan icarə obyektindən çıxarılmasından ötrü müvafiq hüquqi tənzimləmədən istifadə etmədən, 2021-ci ilin iyul ayının ortalarından etibarən icarə obyektinin giriş-çıxış qapılarının qıfıllarını dəyişərək, birtərəfli qaydada cavabdehin və onun işçilərinin icarə obyektinə girişinin və obyektdən istifadəsinin qarşısını alması, onu icarə obyektinə və orada bilavasitə özünün mülkiyyətində olan əmlaka sahiblik və ondan istifadə etmək imkanlarından məhrum etməsinə dair nəticəsi heç bir mötəbər sübuta əsaslanmır və işin konkret olaraq hansı halı (və ya halları) ilə müəyyən edildiyi məlum deyil. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə bu nəticəni müəyyən edən yeganə “sübut” növü kimi cavabdeh tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatları qeyd edir, hansı ki, bu izahatlar cavabdehin işdə olan digər hər hansı mötəbər sübutlarla və işin halları ilə öz təsdiqini tapmayan mülahizələrindən başqa bir şey deyildir. Belə olan halda, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə işdə iştirak edən şəxs kimi cavabdeh tərəfin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirməli idi. Çox parodoksal bir vəziyyət və haldır ki, işə baxan məhkəmə yalnız cavabdeh tərəfin izahatlarına istinadən iş üzrə sözügedən nəticəyə gəlməklə, qərəzli və əsassız olaraq mülkiyyətçi olmayan şəxs kimi cavabdehin əmlakdan istifadə və əmlaka sahiblik hüquqlarını mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarından daha üstün tutmuş və nəzərə almamışdır ki, hazırkı işin hallarına əsasən pozulmaqdan və hüquqdan suiistifadədən müdafiə edilməli olan hüquq əslində cavabdehin deyil, iddiaçının hüququ olmuşdur. Çünki işin halları ilə müəyyən və sübut olunur ki, cavabdeh 2019-cu ilin aprel ayından etibarən icarə haqqının ödənişi ilə bağlı üzərinə düşən müqavilə öhdləliklərini vaxtında və lazımınca icra etməmiş, 2021-ci ildən isə ümumiyyətlə heç bir ödəniş etməmiş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi, iki dəfə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yazılı şəkildə müraciət olunaraq, xx.xx.2021-ci il tarixdə bildiriş-xəbərdarlıq, xx.xx.2021-ci il tarixdə isə pretenziya göndərilərək, icarə obyektindən müvafiq müddətlərədək istifadə olunan dövr üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi və obyektin qarşılıqlı təhvil-təslim aktı əsasında boşaldılaraq təhvil verilməsi xahiş edilmiş, ancaq cavabdeh hər dəfə müxtəlif bəhanə və yalançı vədlərlə icarə haqqı borcunun ödənilməsini və icarə obyektinin boşaldılaraq geri qaytarılmasını təmin etməmiş, bununla icarə obyektinə qanunsuz sahiblik və istifadə etməyə davam edərək, iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla yanaşı, onu icarə obyektinə sahiblik və istifadə etmək və həmin sahədən fayda götürmək imkanından məhrum etməklə maddi ziyana məruz qoymuş və buna hazırda da davam etməkdədir. İş materiallarından görünür ki, iddiaçı müqavilə öhdəliklərini pozan cavabdehin icarə əsasında sahibliyində və istifadəsində olan icarə obyektindən çıxarılmasından ötrü müvafiq hüquqi tənzimləmədən istifadə etmiş, cavabdehə dəfələrlə şifahi, iki dəfə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yazılı şəkildə müraciətlər etmiş, xx.xx.2021-ci il tarixdə bildiriş-xəbərdarlıq, xx.xx.2021-ci il tarixdə isə pretenziya göndərmiş, lakin cavabdeh bunların heç birinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR MM-nin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır”. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə “bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yazılı müqavilənin müddəaları tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınaraq təfsir edilməlidir. İndiki mübahisə ilə bağlı işin hallarından da göründüyü kimi, tərəflər arasında icarə münasibətləri 01 aprel 2019-cu il tarixindən etibarən fərqli bir müstəviyə keçmiş, adi bir icarə müqaviləsindən fərqli qaydalar tətbiq edilmişdir. Ən önəmlisi tərəflər arasında yazılı bir icarə müqaviləsinin olmaması da tərəflər arasındakı icarə münasibətləri ilə bağlı fərqli bir razılaşmanın olmasına dəlalət edir. Həmçinin bildirilir ki, tərəflər arasındakı münasibətlər çərçivəsində icarə obyektində yüksək məbləğli təmir - bərpa işləri görülmüşdür. Belə ki, icarə obyekti şirkət tərəfindən icarəyə götürülərkən həmin obyektin daxilində heç bir təmir, hətta divarlarında suvaq işləri belə görülməmişdi. Divarları quru mişar daşlarından ibarət olan obyektin əvvəlcə 1.000 kv.m-lik ərazisi tam təmir etdikdən sonra ofis və satış sahəsi, daha sonra isə təxminən 2.750 kvadrat metrlik sahəsinin suvaq və təmizlik işləri görülmüşdür. Sonradan obyektin damından su axdığına görə şirkət tərəfindən həyata keçirilmiş təmir işləri yararsız hala düşmüş və yenidən 2-ci dəfə təmir işləri həyata keçirilmişdir. Obyektin yenidən təmir edilməsiylə bağlı əlavə maddi ziyana məruz qalınmasına baxmayaraq, tərəflər arasındakı hüquqi münasibətlərə və yaranmış ticari maraqlara xələl gətirilməməsi məqsədi ilə bu barədə iddiaçıya heç bir pretenziya ünvanlanmamışdır. Buna rəğmən iddiaçı mülki qanunverciliyin tələblərini kobud şəkildə pozaraq əsassız şəkildə obyektə girişlərini əngəlləmişdir. AR MM-nin 700.3-cü maddəsinə görə “əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir”. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə görə “əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur”. İndiki halda isə ölkə ərazisində tətbiq edilən sərt karantin qaydaları nəticəsində icarə obyektinin yararlılığı itdiyi üçün icarəçinin icarə haqqı ödəmək borcu da aradan qalxmışdır. Şirkətin həmin obyektdə işlə təmin olunan 23 işçisinin obyektə girişi 2021-ci ilin iyul ayından etibarən qadağan edilmişdir. Halbuki həmin işçilərin illərdir əmək haqları və digər məcburi dövlət sosial sığorta ödənişləri şirkət tərəfindən həyata keçirilməkdədir. Göründüyü kimi, məhz iddiaçı tərəfin hüquqazidd davranışları nəticəsində faktiki əmək fəaliyyətini icra edə bilməyən işçilər baxımından məcburi dayanma halı mövcud olmuş və buna görə də şirkət üçün əlavə maddi yüklülüklər yaranmışdır. Məhkəmə mövcud icarə münasibətləri çərçivəsində işgüzar adətləri, xx.xx.2019-cu il tarixindən etibarən tərəflər arasında yazılı icarə müqaviləsinin olmamasını, iddia edilən dövrün böyük əksəriyyətinin pandemiya dövrünə düşdüyünü, icarə obyektinin cavabdeh tərəfindən külli miqdarda xərc çəkilərək təmir edildiyini, cavabdeh şirkətin icarə obyektinə girişinin iddiaçı tərəfindən əngəlləndiyini, iddiaçı ilə bağlanmış digər anbar müqaviləsi üzrə cavabdehin öhdəliklərini tam yerinə yetirdiyini nəzərə almamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdehin əmlakları hazırda da oradadır. 58 min manatla bağlı isə onu deyə bilər ki, tələb olunan məbləğ yalnız o deyildir. Pretenziyada göstərilən məbləğlə məhdudlaşmaq kimi anlayış heç bir qanunda yoxdur. 2014-cü ildən icarə haqqı hər ay 4000 manat ödənildiyi üçün 58000 manat tələbində də 4000 hesabı ilə nəzərdə tutulmuşdur. Cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı mövqeyi isə əsassızdır, belə ki, sonrakı dövrlərdə də ödənişlər olmuş və iddia müddətinin axımı kəsilmişdir. Beləliklə toplam olaraq borc 60 000+46500+ 24000+ 14 500=145 000 manat təşkil edir. Qanunsuz özündə saxlama hələ də davam edir. Yəni, bu müddətdə də iddiaçı tərəf ziyana məruz qalır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və bildirdi ki, işin halları tam fərqlidir. Tərəflər arasında qarşılıqlı etibar münasibətləri olmuşdur. 24 ay ərzində 4000 manat ödəniş edilsə də, bununla bağlı heç bir mübahisə olmamışdır. Belə ki, Zahid İsmayılov öz üzərinə düşən işləri görməmiş, bu səbəbdən müqaviləyə dəyişiklik edilmədən hər ay 4000 manat ödənilməsi şifahi razılaşdırılmışdır. Bu səbəbdən 2017-2019-cu illər üzrə 4000 deyil, 5000 manat hesabı ilə icarə haqqı tələbi əsassızdır. Həmçinin iddiaçı tərəflə cavabdehin rəhbərliyi arasında danışıqlar olmuşdur ki, təmir işləri bitdikdən sonra yeni icarə müqaviləsi bağlanacaqdır. Cavabdeh təmiri qurtaran kimi, iddiaçı tərəf oradan çıxmalarını tələb etmişdir. Məhkəmə mövcud omayan icarə müqaviləsi üzrə icarə haqqı tutmuşdur. 2019-cu ilin aprel aylarından təmir işləri başlamış, 2020-ci ildə isə pandemiya ilə əlaqədar işləmək mümkün olanda işləmişlər, olmayanda isə işi dayandırmışlar. İndi isə iddiaçı pandemiya olan dövr üçün pul istəyir. İşin mübahisəsiz halıdır ki, orada təmir işləri getmişdir. 2021-ci ilin fevral ayında təmir bitmişdir. Ona qədər iddiaçı onlardan icarə haqları istəməmiş, sonradan istəmişdir. DƏDRX haqqında qanuna əsasən, müddəti 11 aydan çox olan icarə müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İddiaçıya heç bir icarə haqqı borcları yoxdur. Çünki oranı təmir etmişlər. İşin sülh yolu ilə həllini istəmişlər. Bu səbəbdən təmir pulunun ödənilməsi ilə bağlı müstəqil iddia qaldırmamışlar. Təmir pulu ödənilməsə, bununla bağlı iddia qaldıracaqlar. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-222/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən İddiaçı məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********05; Qeydiyyat nömrəsi–160606430; Qeydiyyat tarixi–27 oktyabr 2006-cı il). İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7771 kv.metr) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05-12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 27 dekabr 2014-cü il). İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********06; Qeydiyyat nömrəsi–**********; Qeydiyyat tarixi–20 aprel 2017-ci il). İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 fevral 2014-cü il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 aprel 2011-ci il tarixli 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerləşən 1180 kv.m zirzəmi sahəsi (zirzəmi) və 2370,8 kv.m satış pavilyonu (istehsalat və satış pavilyonu) olan obyekti (bundan sonra “İcarə obyekti” adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1. 01 aprel 2014-cü ildən 01 aprel 2015-ci il üçün 2000 (iki min) manat; 2. 01 aprel 2015-ci ildən 01 aprel 2016-cı il üçün 3000 (üç min) manat; 3. 01 aprel 2016-cı ildən 01 aprel 2017-ci il üçün 4000 (dörd min) manat; 4. 01 aprel 2017-ci ildən 01 aprel 2018-ci il üçün 5000 (beş min) manat; 5. 01 aprel 2018-ci ildən 01 aprel 2019-cu il üçün 5000 (beş min) manat təşkil edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə 01 aprel 2014-cü il tarixdən qüvvəyə minir və 01 aprel 2019-cu il tarixədək qüvvədədir. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 15 may 2020-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa (Qeydiyyat nömrəsi **********) əsasən Abşeron rayonu Masazır kəndi ərazisində mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1782 kv.m hissəsini anbar kimi istifadə kimi İcarəçiyə icarəyə verməyi, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 2500 (iki min beş yüz) Azərbaycan manatı təşkil edir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, digər razılaşma əldə olunmayıbsa, icarə haqqı hər aya görə cari ayın 15-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. İş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 08 fevral 2021-ci il tarixli məktubda 15 may 2020-ci il tarixli ikinci İcarə müqaviləsinə əsasən 1782 m2 sahənin icarəyə götürülməsi üçün aylıq 2500 manat icarə məbləğinin ödənişinin icra olunmaması, bu Müqavilə üzrə 08 fevral 2021-ci il tarixinədək hər hansı bir ödəniş edilmədiyi və həmin Müqavilə üzrə 22500 manat məbləğində borcun olduğu bildirilmiş və ən qısa zamanda birinci Müqavilə üzrə icarə obyektinin boşaldılması, ikinci Müqavilə üzrə olan borcun isə ödənilməsinin təmin olunması xahiş olunmuşdur. İş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 18 may 2021-ci il tarixli 03 nömrəli məktubda göstərilir ki, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsinin müddəti bitmiş, lakin İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq növbəti dövr üçün icarə müqaviləsi bağlanmamış, həmin müddət üçün istifadə olunan müddətə uyğun icarə haqqı ödənilməmiş və müqavilə üzrə icarəyə götürülmüş ünvan 4 ünvanında yerləşən ümumilikdə 3550 m2 sahədən ibarət icarə obyekti bu günə qədər boşaldılmamışdır. "X4" MMC-nin bu obyekt üzrə hal-hazırda istifadə olunan müddət üzrə icarə haqqı borcu 58000 (əlli səkkiz min) manat təşkil edir. Həmçinin bağlanmış 15 may 2020-ci il tarixli digər icarə müqaviləsinə uyğun 1782 m2 sahənin icarəyə götürülməsi üçün aylıq 2500 manat icarə məbləğinin ödənişi icra olunmamış və bu müqavilə üzrə bu günə qədər borc (12 ay üzrə) 30000 (otuz min) manat təşkil edir. Yuxarıda qeyd edilənlərlə bağlı X4 MMC-nin hüquqi ünvanına (ünvan 5 göndərilmişdir. Lakin, bu günə kimi bu məsələnin həlli istiqamətində hər hansı hərəkət olunmamış və istifadəyə görə icarə haqları ödənilməmiş və icarə obyektləri boşaldılıb təhvil verilməmişdir. Yaranmış bütün borcların (ümumi olaraq 88000 manat) bir həftə müddətində ödənişini təmin edərək 29 may 2021-ci il tarixə qədər İcarə obyektlərini tam boşaldaraq İddiaçı təhvil verilməsi xahiş olunur və əks halda müvafiq orqanlara rəsmi şəkildə müraciət olunacağı bildirilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, icarəyəverən İddiaçı tərəfindən icarəçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 18 may 2021-ci il tarixli 03 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahədən ibarət icarə obyektinə görə cavabdeh “X3” MMC-nin 18 may 2021-ci il tarixinə ödənilməmiş borcu cəmi 58000 (əlli səkkiz min) manat məbləğində olmuşdur. Lakin, cavabdeh tərəf (İcarəçi) həmin məktubla verilmiş xəbərdarlığı icra etməmiş və İcarəyəverən tərəf (iddiaçı) həmin məktubun tərtibindən iki ay sonra, yəni 2021-ci ilin iyul ayının ortalarında icarə obyektinin giriş-çıxış qapılarının qıfıllarını dəyişərək, birtərəfli qaydada İcarəçinin və onun işçilərinin həmin icarə obyektinə girişinin və obyektdən istifadənin qarşısını almışdır. Həmin müddətdən, yəni 18 may 2021-ci il tarixindən sonra cavabdehin məlum obyektdən ümumilikdə 2 (iki) ay ərzində təyinatı üzrə istifadə etməsi və məlum icarə Müqaviləsində aylıq icarə haqqının 5000 manat məbləğində olması nəzərə alındığı halda isə, həmin iki ay ərzində cavabdehin cəmi 10000 (on min) manat (5000 + 5000) məbləğində əlavə icarə borcu yaranır. Məhkəmə qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının ortalarından etibarən cavabdehin icarə obyektinə və icarə obyektində olan əmlakından istifadə etməsi - məlum mübahisə ilə əlaqədar hər hansı bir hüquqi tənzimləmə sənədi olmadan, birtərəfli qaydada - iddiaçı tərəfindən məhdudlaşdırıldığından, həmin tarixdən sonrakı dövr üçün həmin icarə obyekti üçün aylıq icarə haqqı borcunun hesablanması əsassızdır. Məhkəmə iş materialları ilə 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə ümumilikdə cəmi 30000 manat məbləğində icarə haqqı borcunun İcarəyəverənə ödənilmədiyi qənaətinə gəlmiş və həmin hissədə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisə edilməyən halları ilə müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m hissəsi 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. 2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müqavilə üzrə ödənişlər müqavilə şərtlərində qeyd olunduğu kimi həyata keçirilmişdir, tərəflər arasında bağlanmış 15 may 2020-ci il tarixli digər İcarə Müqaviləsi ilə icarəyə verən Abşeron rayonu Masazır kəndi ərazisində mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1782 kv.m hissəsini anbar kimi istifadə kimi İcarəçiyə icarəyə verməyi, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mübahisə 2017-ci il 01 aprel tarixindən sonra edilmiş ödənişlərlə bağlı yaranmışdır. Hər iki tərəfin apellyasiya şikayətinin dəlillərindən məlum olur ki, tərəflər məhz icarə münasibətləri üzrə ödənilməli olan məbləği mübahisələndirirlər, iddiaçı həmin məbləğin cavabdehdən tam tutulmalı olmasını, cavabdeh isə ümumiyyətlə iddiaçıya icarə haqqı borcunun olmamasını qeyd edir. Cavabdeh bundan başqa, ümumiyyətlə iddiaçı ilə 2019-cu ilin aprel ayından etibarən icarə münasibətlərində olmadıqlarını bildirir. İşin müəyyən edilmiş hallarından görünür ki, 2017-ci ilin aprel ayından icarə haqqı 5000 manat ödənilməli olmasına baxmayaraq, həmin ödənişlər cavabdeh tərəfindən 4000 manat məbləğində ödənilmişdir. Beləliklə həmin dövrə üzrə müqavilə şərtlərinə cavabdeh tərəfindən tam əməl edilməmiş və natamam ödənişlər edilmişdir. Bu səbəbdən 24 ay ərzində hər ay natamam ödənilmiş 1000 manat 24000 manat borcun yaranmasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, icarə münasibətləri tərəflər arasında müqavilə olmasa da, 2019-cu ilin aprel ayından sonra da davam etmişdir. Belə ki, bunu tərəflər arasında olan yazışmalar da təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi apellyasiya instansiyasında verdiyi izahatında tərəflər arasında icarə münasibətlərinin olmamasını və beləliklə icarə müqaviləsi olmadan birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq icarə haqları tutulduğunu qeyd etsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsinin müddəti 2019-cu il aprel ayında bitsə də, cavabdeh həmin obyektdə fəaliyyət göstərmiş, hətta 2019-cu ildən müxtəlif vaxtlarda ödənişlər də etmişdir. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, iddiaçı əvvəllər həmin məbləğlə razılaşmış, onu mübahisələndirməmiş, yalnız 2021-ci ilin fevral aylarından etibarən mübahisə yaranmışdır və məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə də verilmişdir. Cavabdehin icarə haqlarının ödənilməli olmaması ilə bağlı digər bir dəlili isə ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən icarə obyektində 650 000 manat məbləğində təmir işləri aparılmış və müqavilə müddəti bitdikdən sonra cavabdehin iddiaçının icarə obyektində olması yeni icarə müqaviləsi ilə rəsmiləşdirilməli və həmin müddət təmir işlərinə çəkilmiş xərclə əvəzləşdirilməli idi. Məhkəmə kollegiyası bu halla bağlı qeyd edir ki, iş materiallarında tərəflərin çoxsaylı yazışmaları vardır və həmin yazışmalarda cavabdeh tərəfin iddia etdiyi həmin təmir işləri barədə qarşılıqlı işgüzar yazışmaya, tərəflərin bununla bağlı hər hansı razılığa gəlməsinə rast gəlinmir. Əksinə təmir işləri ilə bağlı müqavilənin 3.2.6-cı bəndində qeyd olunmuşdur ki, icarəçi icarə obyektini öz hesabına təmir edir və bütün kommunal xərcləri ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinin olmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəhbərliyi tərəfindən iddiaçıya ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli müraciətdə aşağıdakılar qeyd edilmişdir: “...Yazılı müqavilənin müddəti 01 aprel 2019 tarixi olaraq qeyd edilsə də, bugünkü tarixə qədər müqavilə öz qüvvəsini saxlamaqdadır. Belə ki, müqavilənin imzalanması tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı olduğu kimi müqavilənin qüvvədən düşməsi də tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı bir hüquqi hərəkətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, müqavilənin ləğv edilməsinə dair tərəflər arasında yazılı razılaşma olmadığı müddətcə müqavilə ləğv edilmiş sayıla bilməz. Bununla yanaşı nə qədər ki, 01 aprel 2019-cu il tarixindən etibarən müqaviləyə xitam verilməsi ilə bağlı sizin tərəfinizdən hər hansı bir yazılı və ya şifahi qaydada müraciət ünvanlanmamışdır, hətta tam əksinə xx.xx.2019-cu il tarixindən sonra həmin icarə obyektinin şirkət tərəfindən təmir və istifadə edilməsinə göz yumulmuşdur ki, bu hal da onu deməyə əsas verir ki, tərəflər arasında icarə müqaviləsi əvvəlki şərtlərlə öz hüquqi qüvvəsini davam etdirməkdədir. Eyni zamanda qeyd edilməlidir ki. xx.xx.2019-cu il tarixindən sonrakı dövrlər üçün şirkət tərəfindən bır necə ayın icarə haqqı ödənişləri edilmiş, tərəfinizdən isə həmin icarə haqları qəbul edilmişdir...” Beləliklə cavabdeh tərəfin israrla istinad etdiyi tərəflər arasında icarə müqaviləsinin olmaması və bu səbəbdən icarə haqqı tutulmalı olmaması barədə dəlili onun öz müraciətində qeyd etdiyi halla təkzib olunur. İş materialları ilə, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı çoxsaylı izahatları ilə müəyyən olunur ki, cavabdeh özü də icarə münasibətlərində olduğu üçün mütəmadi iddiaçı tərəfə ödənişlər etmişdir. 1.Bu səbəbdən 2019-cu ilin aprel ayından sonra da tərəflər arasında icarə münasibətləri davam etdiyindən və müqavilə şərti ilə aylıq icarə haqqı 5000 manat təşkil etdiyindən borc aşağıdakı qaydada hesablanmalıdır. 24.000 manat (2017 aprel-2019 aprel dövrü üçün 24 ay ödənilməmiş 1000 manat)

2. 2019-cu il aprel ayından-2019-cu ilin dekabr ayınadək ödənilməmiş icarə haqları-9 ay X 5000 manat= 45 000-30 500=14.500 manat. Həmin dövr üzrə iddiaçı bəyan etmişdir ki, cavabdeh tərəfindən 2019-cu ildə 30 500 manat ödənilmişdir. Cavabdehin nümayəndəsi bunu tərəflər arasında bağlanmış ikinci anbar sahəsinin icarə müqaviləsi üzrə ödənildiyini və həmin müqaviləyə əsasən hər hansı borcun olmamasını bildirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, tərəflər arasında həmin müqavilə 15 may 2020-ci ildə bağlanmış və həmin müqavilədə icarə haqqının cavabdeh tərəfindən əvvəlcədən ödənildiyi barədə heç bir qeyd yoxdur. Əksinə, müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, digər razılaşma əldə olunmayıbsa, icarə haqqı hər aya görə cari ayın 15-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.

3. 2020-ci il üzrə hər ay 5000 manat olmaqla 60.000 manat. Həmin dövr üzrə iddiaçı bəyan etmişdir ki, cavabdeh tərəfindən 14 000 manat ödənilmişdir. 12 x 5000- 14000= 46000 manat.

4. 2021-ci il üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, bu müddət üçün borc ayda 5000 manat olmaqla, 60000 manatdır 12 ay x 5000 manat=60 000 manat. Qeyd olunmalıdır ki, sadalanan ödənişlərin iddiaçı tərəfindən bəyan edildiyi kimi ödənilməsini cavabdeh mübahisələndirmir və ödənişlərin qeyd edilən məbləğlərdən artıq olması ilə bağlı heç bir tələbi də yoxdur. xx.xx.2020-ci il tarixli digər icarə müqaviləsi üzrə isə cavabdeh ödənişlər etməmiş, bu səbəbdən 30 000 manat icarə haqqı borcu yaranmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən həmin hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçının cavabdehə icarə obyektinə daxil olmağa maneələr yaratması ilə bağlı isə kollegiya qeyd edir ki, həmin hal yalnız cavabdehin izahatlarında qeyd olunmuşdur. Məhkəmə yazışmalara istinad edərək həmin nəticəyə gəlmişdirsə, məhkəmə kollegiyası qeyd edir ki, həmin yazışmalarda öz növbəsində iddiaçının da icarə obyektini tez bir zamanda tərk etmək kimi cavabdehə ünvanlanmış xahişləri və icarə haqlarının ödənilməsi barədə tələbləri də mövcuddur. Məhkəmə isə yalnız cavabdehin izahatlarını əsas götürərək, icarə obyektinə daxil olmağa əngəllər yaradılması faktını təsdiq etmişdir. Məhkəmə kollegiyası bu halı təsdiq edəcək digər bir sübutun iş materiallarında olmaması səbəbindən cavabdehin həmin halla bağlı izahatlarını da mötəbər sübut hesab etmir. Cavabdehin icarə obyektində fəaliyyətinə müdaxilələr edilməsi, məhdudiyyətlər qoyulması iş materialları ilə təsdiqlənmir. Bundan başqa, kollegiya qeyd edir ki, 2 ay üçün tutulmalı olan məbləği məhkəmə hər ay üçün 5000 manat olmaqla 10 000 manat məbləğində müəyyən etsə də, iddiaçının istinad etdiyi kimi, əvvəlki aylar üzrə də həmin məbləğin 5000 manat müəyyən edilməli olması barədə iddiaçının tələbini əsassız olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki vaxta kimi cavabdehin əmlakları həmin icarə obyektindən çıxarılmamış və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə davam etməkdədir ki, bu məhkəmə mübahisəsi yaranana kimi tərəflər arasında olan yazışmaların məzmunu ilə də təsdiqlənir. Beləliklə həmin məktubların məzmununda qeyd olunmuş, icarə obyektindən cavabdehin çıxmaması, vaxtında ödənişlər etməməsi halı məhkəmə araşdırması ilə və faktiki olaraq həmin əmlakların hal-hazırda da iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlakdan çıxarılmaması ilə təsdiqlənsə də, cavabdehin fəaliyyətinə müdaxilə halı təsdiqini tapmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında icarə münasibətləri 2019-cu ilin aprel ayında bitsə də, 2021-ci ilin fevral ayına kimi tərəflər arasında mübahisə olmamış, faktiki olaraq icarə münasibətləri davam etmişdir. Bunu cavabdehin nümayəndəsi öz izahatında bildirmiş, iddiaçının cavabdehə ünvanlanmış icarə obyektini tərk etmək barədə ilk tələbinə də 08 fevral 2021-ci il tarixli məktubda rast gəlinir. Beləliklə, hazırkı halda iddiaçı və cavabdehin faktiki icarə münasibətlərində olmaları fevral 2021-ci il tarixədək davam etmişdir və tərəflərin faktiki icarə münasibətlərində olması məhkəmə kollegiyasının mövqeyinə görə, onların aydın iradə ifadəsi kimi qiymətləndirilməlidir. İcarə haqqında Azərbaycan Respublikası qanununun 13.5-ci maddəsinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 2021-ci ilin fevral ayından sonra isə iddiaçının şifahi və yazılı müraciətlərinə baxmayaraq, cavabdeh nə icarə obyektini təhvil vermiş, nə də ödənişlər etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin əmlakları çıxarmaq üçün MMC-nin kifayət qədər vəsaitinin olmaması, əmlakları yerləşdirmək üçün anbar lazım olduğunu bildirmiş və əmlakları boşaltmaq üçün şərait yaranan kimi, həmin əmlakları boşaldacaqlarını bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia verilən tarixədək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə müəyyənləşdirilmiş hər ay 5000 manat icarə haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından qeyd olunmalıdır ki, iddiaçının həmin tələbi qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

NƏTİCƏ HİSSƏ

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.3-cü, 392, 393 və 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-222/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi qismən- iddianın təmin edilməyən 77000 manat icarə haqqı borcu hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 145 000 (yüz qırx beş min) manat İddiaçı xeyrinə tutulsun. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar