Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-83/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Cavabdeh Əli oğlu Məmmədov və X4 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, X1 nümayəndəsi X9 iştirakı ilə, X18 Məhkəməsinin 2(85)-1038/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2(85)-1038/2010 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X11 tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada icraya yönəldilmişdir. X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X11 “X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə ilə xx xxxxxx 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən həmin ərizə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(85)-1038/2010 nömrəli qərardadı ilə X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X11 tərəfindən birlikdə verilmiş “X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)- 1038/2010 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə təmin edilməmişdir. (hakim Z.Sadiqov) X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X3 Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(85)-1038/2010 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, boşaldılması tələb edilən fərdi yaşayış evində 9 nəfər azyaşlı uşaq olmaqla 5 ailə yaşayır, qeyd edilən evdən başqa yaşamağa yerləri yoxdur. X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 saylı qətnaməsi qəbul edilərkən Quba rayonu, Dəlləkli kəndində yerləşən evdə qeydiyyatda olan və həmin evdən istifadə hüququ olan şəxslər kimi məhkəmə proseslərinə cəlb edilməmiş, qətnamə onlara rəsmi qaydada verilməmişdir. Qətnamədən Quba rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən çıxarılmaları tələb edilərkən məlumatlı olmuşlar. İpoteka predmeti olan evə istifadə hüquqlarının olması və həmin hüquqdan imtina barədə və ya “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməmələri nəzərə alınmadan qətnamə qəbul edilməklə hüquqları pozulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2(85)-1038/2010 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı, cavabdeh və X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı, cavabdeh və ərizəçilərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. X1 nümayəndəsi X20 şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasəndan xahiş etdi. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə X18 Məhkəməsinə müraciət etmiş (iş vərəqi: 2-5) və X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir (iş vərəqi: 131-136). X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)-1038/2010 nömrəli qətnaməsi Cavabdeh nümayəndəsi X9 iştirakı ilə keçirilən məhkəmə baxış iclasında qəbul edilmiş (iş vərəqi: 127-136) və həmin qətnamə Cavabdeh Məhdud Məsuliyyətli.Cəmiyyətinin nümayəndəsi X17 məhkəmə qəbzinə imza etdirilməklə xx xxxxxx 2010-cu ildə rəsmi qaydada sonuncuya təqdim edilmişdir (iş vərəqi: 138). Kollegiya qeyd edir ki, “X18 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(85)- 1038/2010 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəni vermiş X2, X15, X10,X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X11 həmin iş üzrə proses iştirakçısı, yəni tərəf olmamışlar. Həmin qətnamə iki hüquqi şəxs, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında yaranmış məhkəmə mübahisəsi əsasında qəbul edilmiş və məhkəmə iclaslarında cavabdeh hüquqi şəxsi qanuni təmsilçisi (direktoru) X20 təmsil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: X2, X15, X10, X16, Əsədov Cavabdeh Rafiq oğlu, X6 və X7 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2(85)-1038/2010 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Cavabdeh Məmmədov Fərmayıl Zeynallı
Məhkəmə qərarları › İş №2-2(105)-83/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-83/2020
04.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver