Məhkəmə qərarları › İş №2-2(105)-88/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-88/2020

10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-88/2020 10.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı "xxxx” MMC-nin nümayəndəsi və vəkili X3, Qətnamə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri X2 və X5 iştirakı ilə, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qiyabi qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpasına dair Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə "xxxx” MMC ilə Quba RİHB-nin Birinci Nügədİ İƏD üzrə Nümayəndəliyi arasında bağlanmış 21,04.2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Nümayəndəlikdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.(hakim Z.Pirverdiyev) Qətnamə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş, eyni zamanda, prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı ilə Quba rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı digər qərardadı ilə Quba rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpasına dair ərizəsi təmin edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili X6 xx.xx.2020-ci il tarixli qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin qərardadı demək olar ki, təkrarlayan xx.xx.2020-ci il tarixdə də qərardad çıxarmışdır. Həmin qərardada əsasən Quba Rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Quba rayon İcra Hakimiyyəti tərəfindən həmin qiyab qətnamədən şikayət verilməsi üçün prosessual müddətin ötürülməsi üzürlü sayılaraq həmin müddət bərpa edilmişdir. Göründüyü kimi, məhkəmə müxtəlif tarixlərdə eyni qərardadlar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məcbur olaraq hər iki qərardaddan ayrıca şikayət verilir. İddiaçı hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Quba Rayon İcra Hakimiyyəti qiyabi qətnamənin ləğvi üçün həmin qətnaməni çıxarmış məhkəməyə ərizə verməklə haqlı olmadığı halda, hansı əsasla qiyabi qətnamədən şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə təmin edilir və ötürülməmiş sayılır. Quba Rayon İcra Hakimiyyəti iş üzrə tərəf deyil. Bundan başqa, qiyabi qətnamə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, lakin 3 il keçməsinə baxmayaraq, icra edilməmişdir. İcra hakimiyyəti bu hərəkəti ilə süründürməçilik hallarına gətirib çıxarır. Ona görə də iddiaçı tərəf hesab edir ki, müddət bərpa edilməməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçının nümayəndəsi Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 №-li qərardadını ləğv edib, Quba Rayon İcra Hakimiyyətinin ərizəsini təmin edilməməsini, əks təqdirdə şikayətin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş, və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim X.Tağıyev) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Quba rayon İcra Hakimiyyətinin qətnamə maraqlarına toxunan şəxs olması ilə razıdır, lakin müddət bərpa edilməməli idi. Qiyabi qətnamə qəbul edilmiş və ondan şikayət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Quba rayon İcra Hakmiyyətinin nümayəndəsi X4 şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müddəti ötürməmişlər. Qətnaməni aldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Quba rayon İcra Hakmiyyətinin nümayəndəsi X4 şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müddəti ötürməmişlər. Qətnaməni aldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Quba rayon İcra Hakmiyyətinin nümayəndəsi X8 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və qətnamə maraqlarına toxunan şəxsin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi xx.xx.2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Poçt zərfindən görünür ki, ərizə xx.xx.2020-ci il tarixdə göndərilməsi üçün poçt şöbəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili X3 şikayəti təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 395- 396, 398, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçının nümayəndəsi və vəkili X3 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı "xxxx” MMC-nin nümayəndəsi və vəkili X3, Qətnamə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri X2 və X5 iştirakı ilə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə "xxxx” MMC ilə Quba RİHB-nin Birinci Nügədİ İƏD üzrə Nümayəndəliyi arasında bağlanmış 21,04.2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Nümayəndəlikdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.(hakim Z.Pirverdiyev) Qətnamə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş, eyni zamanda, prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı ilə Quba rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra qətnamə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş və apelyasiya şikayətini və digər sənədləri ərizəyə əlavə etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı ilə Quba rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsi təmin edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili X6 xx.xx.2020-ci il tarixli qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra Hakimiyyəti qiyabi qətnamənin ləğvi üçün həmin qətnaməni çıxarmış məhkəməyə ərizə verməklə haqlı olmadığı halda, hansı əsasla qiyabi qətnamədən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə təmin edilir və ötürülməmiş sayılır. Quba Rayon İcra Hakimiyyəti iş üzrə tərəf deyil. Bundan başqa, qiyabi qətnamə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, lakin 3 il keçməsinə baxmayaraq, icra edilməmişdir. İcra hakimiyyəti bu hərəkəti ilə süründürməçilik hallarına gətirib çıxarır. Ona görə də iddiaçı tərəf hesab edir ki, müddət bərpa edilməməlidir. Bundan başqa, iş materiallarından görünür ki, qiyabi qətnamə rəsmi müraciətdən sonra xx.xx.2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Quba Rayon İcra Hakimiyyəti qiyabi qətnaməni rəsmi şəkildə aldıqdan sonra 1 ay ərzində apelyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə bunu yeni koronavirus pandemiyası ilə bağlı müəyyən məhdudiyyətlər olması ilə əsaslandırır. Hesab edir ki, bu əsassızdır. Çünki Quba Rayon İcra Hakimiyyəti hər hansı fiziki şəxs deyildir ki, mövcud pandemiya onun üçün hər hansı məhdudiyyət yaratsın. İcra Hakimiyyətinin Hüquq şöbəsi və həmin şöbənin də hüquqşünasları məhdudiyyət olmadan fəaliyyət göstərir, ən azından məhkəməyə müraciət edə bilmirdilərsə, poçt vasitəsilə vaxtında apelyasiya şikayəti verə bilərdilər. Ona görə də hesab edir ki, müddətin bərpası əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının nümayəndəsi Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadını ləğv edib, Quba Rayon İcra Hakimiyyətinin ərizəsini təmin etməməyi, əks təqdirdə şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərməyi xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(85)-25/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş, və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim X.Tağıyev) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Quba rayon İcra Hakimiyyətinin qətnamə maraqlarına toxunan şəxs olması ilə razıdır, lakin müddət bərpa edilməməli idi. Qiyabi qətnamə qəbul edilmiş və ondan şikayət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Quba rayon İcra Hakmiyyətinin nümayəndəsi X4 şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müddəti ötürməmişlər. Qətnaməni aldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Quba rayon İcra Hakmiyyətinin nümayəndəsi X8 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və qətnamə maraqlarına toxunan şəxsin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə "xxxx” MMC ilə Quba RİHB-nin Birinci Nügədl İƏD üzrə Nümayəndəliyi arasında bağlanmış xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Nümayəndəlikdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İƏD üzrə Nümayəndəlik İcra Hakimiyyətinə tabedir. Lakin işə baxılarkən İcra Hakimiyyəti işə cəlb edilməmiş və bu barədə ona hər hansı məlumat verilməmişdir. İş materiallarından görünür ki, qiyabi qətnamə maraqlarına toxunan şəxsin müraciətindən sonra ona göndərilmiş və xx.xx.2020-ci il tarixdə Quba Rayon icra Hakimiyyətinin nümayəndəsi tərəfindən qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin qiyabi qətnamənin ləğvindən ötrü şikayət verilməsi üçün müddətin bərpası ilə bağlı ərizəsi poçt şöbəsinə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-2(85)- 25/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra, Quba Rayon İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra Quba rayon İcra Hakimiyyəti bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ərizələrə münasibət bildirilmiş və bir neçə qərardad qəbul olunmuş, beləliklə keçən müddət ərzində apelyasiya şikayəti vermək üçün prosessual müddət ötürülmüşdür. Bu səbəbdən tərəf qətnamədən apellyasiya şikayəti verərkən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Deyilənlərə əsaslanaraq, Quba rayon İcra Hakimiyyəti tərəfindən həmin qiyabi qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili X3 şikayəti təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 395- 396, 398, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçının nümayəndəsi və vəkili X3 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-25/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar