Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-9/2022 04.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və iddiaçının vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, e- 2-2(119)-644/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh dəymiş maddi ziyana görə 49669 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinə əsasən, cavabdeh özünə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən və sahəsi 70 kv.m olan qeyriyaşayış sahəsini 1 (bir) il müddətinə ona icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08 mart 2019-cu ildə onlar şifahi olaraq müqavilənin müddətsiz olmasına qərar vermiş və aralarında olan razılaşmaya əsasən o, fəaliyyətini davam etdirmək üçün icarəyə götürdüyü qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, həmin ünvanda fəaliyyətini təşkil etmək üçün müxtəlif reklam işləri görmüş və avadanlıqlar almışdır. Belə ki, təqdim edilən mütəxəssis rəyindən də göründüyü kimi, onun tərəfindən aşağıdakı təmir bərpa işləri aparılmışdır: 1) Dəyəri 150 manat olan qapı quraşdırılmış; 2) Dəyəri 3120 manat olan 52 ədəd projektor işıqlar quraşdırılmış; 3) Dəyəri 390 manat olan 13 ədəd divar kağızı vurulmuş; 4) Dəyəri 1500 manat olan malyar (rəngsaz) işləri görülmüş; 5) Dəyəri 550 manat olan malyar işi materialı alınmış; 6) Dəyəri 800 manat olan santexnika malları alınaraq quraşdırılmış; 7) Dəyəri 800 manat olan santexnika mallarının quraşdırılmasına xidmət haqqı ödənilmiş; 8) Dəyəri 100 manat olan əl-üz yuyan quraşdırılmış; 9) Dəyəri 300 manat olan unitaz quraşdırılmış; 10) Dəyəri 300 manat olan mətbəx mebeli yığılmış; 11) Dəyəri 1000 manat olan güzgülər quraşdırılmış; 12) 400 manat güzgülərin quraşdırılması üçün xərclənmiş; 13) Dəyəri 80 manat olan avtomat quraşdırılmış; 14) Dəyəri 185 manat olan “spot” işıqlar quraşdırılmış; 15) Dəyəri 140 manat olan gips-kardon işləri görülmüş; 16) Dəyəri 154 manat olan alçipan profil işləri görülmüş; 17) Dəyəri 700 manat olan şüşə şkaf yığılmışdır. Bundan əlavə, onun tərəfindən həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək üçün dəyəri 700 manat olan stabilizator, dəyəri 1200 manat olan və quraşdırılmasına 500 manat xərclənmiş kamera alınmış, mağazanın dizayn olunmasına 1200 manat xərclənmiş, mağazaya dəyəri 16000 manat olan mebel avadanlıqları və stendlər sifariş edilərək gətirilmiş, həmin mebellərin kargo şirkəti tərəfindən gətirilməsinə 5000 manat xərclənmiş, 3000 manata reklam lövhəsi hazırlanmış, dəyəri 450 manat olan 7 ədəd (ümumi dəyəri 3150 manat) və dəyəri 120 manat olan 10 ədəd (ümumi dəyəri 1200 manat) maniken və dəyəri 1,5 manat olan 1200 ədəd (ümumi dəyəri 1800 manat) asılqan alınmış, mağazanın fəaliyyəti üçün proqram təminatına 1500 manat və bonus kartlarının hazırlanmasına isə 750 manat xərclənmiş, dəyəri 1000 manat olan siqnalizasiya sistemi və dəyəri 2500 manat olan oğurluq əleyhinə antenlər quraşdırılmışdır. Beləliklə, onun tərəfindən mübahisəli qeyriyaşayış sahəsinin normal fəaliyyəti və müştərilərin rahatlığını təmin etmək üçün ümumilikdə 49669 manat məbləğində pul vəsaiti xərclənmişdir. Lakin 2020-ci ilin sonlarından cavabdeh onu narahat etməyə başlamış və icarə haqqını astronomik qiymətə qaldırmaq niyyətində olduğunu bildirmiş, əks halda onu güc strukturları ilə hədələməyə başlamışdır. Bundan sonra, 10 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərərək 01 mart 2021-ci il tarixdən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. Xəbərdarlıq məktubunda qeyd edilir ki, adı çəkilən qeyri-yaşayış sahəsini 19 mart 2015-ci il tarixdə X6 icarəyə vermiş və hazırda S.Əliyeva fəaliyyətini dayandırmışdır. Onunla (iddiaçı ilə) heç bir müqaviləsi olmadığına görə qeyri-yaşayış sahəsini 01 mart 2021-ci il tarixədək boşaltmağı tələb etmişdir. Qanunvericiliyin tələbinə görə, cavabdehlə aralarında olan icarə münasibətləri qeyri-müəyyən müddətə uzadıldığından cavabdeh yalnız 6 ay öncədən xəbərdarlıq müddətini gözləməklə ilin sonunda müqaviləyə xitam verə bilərdi. Lakin cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının hüquqlarını davamlı pozmaqdan əlavə, normal halda sahibkarlıq fəaliyyətini həyata keçirməyə də mane olur. Bu səbəbdən o, cavabdehin əsassız varlanması ilə ona dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş və cavabdeh onun (iddiaçının) hesabına əsassız olaraq varlanmışdır. Belə ki, cavabdehlə əldə edilən razılaşmaya əsasən o, cavabdehə məxsus qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan təmir işlərini görüb, həmin qeyri-yaşayış sahəsinə uyğun avadanlıqlar sifariş vermiş, reklam işləri gördürmüşdür. Lakin cavabdeh hazırda onun hüquqlarını pozduğuna görə həmin sahədən istifadə etməsi qeyri-mümkün olmuş və nəticədə ona 49669 manat maddi ziyan dəymişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə maddi zərər kimi 10000 manat, mənəvi zərər kimi 5000 manat, əldən çıxmış faydaya görə 15000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30030 (otuz min otuz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi əsassız olduğuna görə cavabdeh hesab edir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, əvvəla, ona məxsus qeyri-yaşayış sahəsi hazırki iddia tələbinin predmeti olmadığına görə, iddia ərizəsində "mübahisəli qeyri-yaşayış sahəsi" ifadəsi yolverilməzdir. Həmin qeyri-yaşayış sahəsi bütün qanuni əsaslarla 2004-cü ildən bu günə kimi mübahisəsiz olaraq onun istifadəsindədir. İkincisi, ilkin iddia ərizəsində göstərilənlər real həqiqətə uyğun deyil və İddiaçı öz şəxsi mülahizəsinin məhsuludur. Belə ki, o, istifadəsində olan 88 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini 19 mart 2015-ci il tarixli icarə Müqaviləsinə əsasən vergi ödəyicisi (VÖEN **********) X6 icarəyə vermiş və S.T.Əliyeva həmin qeyriyaşayış sahəsini maqazin kimi işlətmişdir. 2020-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, S.T.Əliyeva maqazini tərk etmiş, İddiaçı onun xəbəri olmadan cavabdehin imzasını saxtalaşdırmış və dayandırılmış, fəaliyyətdə olmayan VÖEN-dən istifadə etməklə 08 mart 2018-ci il tarixdə öz adına İcarə Müqaviləsi yazmış, həmin İcarə Müqaviləsində qeyri-yaşayış sahəsinin ölçüsünü kiçildərək 70 kv.metr, aylıq icarə haqqını isə azaldaraq 300 (üç) yüz manat göstərməklə saxta sənəd düzəltmiş və iki il ərzində həmin saxta sənəddən istifadə etməklə həm vergidən yayınmış, həm də qanunsuz hüquq əldə etməklə iki ildən artıq müddət ərzində bu hüquqdan istifadə etmişdir. İddiaçı hətta həmin saxta İcarə Müqaviləsini elektron vergi sisteminə köçürməyə də nail olmuşdur. O, faktla bağlı araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi barədə dəfələrlə və müxtəlif instansiyalara çoxsaylı müraciətlər etmiş və həmin İcarə Müqaviləsində olan imzanın ona məxsus olmamasını, ********** saylı VÖEN-in 03 dekabr 2014-cü il tarixdən – 03 dekabr 2019-cu il tarixədək dayandırıldığını bildirmişdir. Lakin onun müraciəti cavablandırılmadığına görə həyat yoldaşı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 26 aprel 2021-ci il tarixdə ərizə ilə Baş Prokurorluğa və Vergilər Nazirliyinə müraciət etmişdir. Hazırda, hər iki dövlət orqanında aidiyyəti üzrə araşdırma aparılır. Qeyd etmək lazımdır ki, S.T.Əliyeva ilə bağlanmış 19 mart 2015-ci il tarixli İcarə Müqaviləsindən başqa o, heç kimlə İcarə Müqaviləsi bağlamamış və S.T.Əliyeva ilə İcarə Müqaviləsi bağlayan zaman qeyri-yaşayış sahəsi onun tərəfindən əsaslı təmir edilmiş vəziyyətdə S.T.Əliyevaya icarəyə verilmişdir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsində S.T.Əliyeva tərəfindən heç bir təmir işləri aparılmamış və bu barədə aralarında heç bir söhbət və razılaşma olmamışdır. İddiaçı isə bu işdə tələb hüququ olmayan bir şəxsdir. Məhz İddiaçı qanunsuz hərəkəti nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş, həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuza xeyli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, o, hazırda fiziki şəxs X5 ilə aylıq icarə haqqı 3000 manat olmaqla İcarə Müqaviləsi bağlamışdır. İddiaçı isə ona məxsus qeyri-yaşayış sahəsini zəbt edərək ticarətlə məşğul olmuş və Respublikada koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə əlaqədar Nazirlər Kabineti yanında X2 bəhanə edərək 2020-ci il ərzində ümumiyyətlə ona aylıq icarə haqqı verməmişdir. Halbuki, ona məxsus qeyri-yaşayış sahəsi ilə yanaşı fəaliyyət göstərən digər obyektlərin icarədarlarına həmin dövrdə aylıq icarə haqqı ödənilmişdir. Ona görə də 2020-ci ilin noyabr ayında ona məlum olanda ki, S.T.Əliyeva maqazini tərk edib, dərhal İddiaçı əvvəlcə şifahi surətdə tələb edib ki, ona məxsus qeyri-yaşayış sahəsini boşaldıb, oranı tərk etsin. Lakin İddiaçı zorakılıq edərək qeyri-yaşayış sahəsini boşaltmadıqda, 10 fevral 2021-ci il tarixdə ona rəsmi xəbərdarlıq etməklə 01 mart 2021-ci il tarixədək qeyriyaşayış sahəsini boşaltmağı tələb etmişdir. İddiaçı yenə də qeyri-yaşayış sahəsini boşaltmamış və saxta İcarə Müqaviləsini əlində bayraq edərək onu məhkəməyə verəcəyi və təzminat alacağı ilə hədələmişdir. Qeyd etmək lazımdır ki, bu hərəkətləri etməzdən əvvəl İddiaçı ilkin iddia ərizəsində göstərilmiş və göstərilməmiş bəzi əşyaları qonşuluqda yerləşən yeni icarəyə götürdüyü maqazinə aparmış, ona məxsus qeyri-yaşayış sahəsində isə "ostatka" deyilən, satılmayan ucuz və keyfiyyətsiz bəzi malları, manikenləri və digər lazımsız əşyaları bilərəkdən və qəsdən saxlamışdır ki, guya ona məxsus qeyriyaşayış sahəsində əmlakı var və onun tərəfindən "Əmlakın çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət olunsun. İddiaçı bu kələyinin baş tutmaması üçün 01 aprel 2021-ci il tarixdə İddiaçı özünün, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ona məxsus qeyri-yaşayış sahəsində olan əşyalar (hələ heç kimə məlum deyil ki, həmin əşyalar S.T.Əliyevaya məxsusdur, yoxsa İddiaçı) Akt tərtib edilməklə qablaşdırılmış və 166 nömrəli Yükdaşıma xidmətinin yük avtomobilinə yüklədilməklə təhvil verilmiş və videoçəkiliş edilmişdir. İddiaçı 166 nömrəli Yükdaşıma xidmətinin sürücüsünə təzyiq göstərməsi və yaxud rüşvət verməsi nəticəsində sürücü qəfildən həmin əşyaları aparmaqdan imtina etmiş və oradan uzaqlaşandan sonra ona məxsus qeyri-yaşayış sahəsinin kilidini sındırmaqla həmin əşyaları yenidən və bu dəfə pərakəndə halda qeyri-yaşayış sahəsinə boşaltmışlar. O, axşam saat 23:00 radələrində ona məxsus qeyri-yaşayış sahəsinin kilidinin sındırıldığı və qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxt DİN-nin 102 telefon xidmətinə zəng vurub bu barədə bildirmiş, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə dəvət olunaraq izahat alınmış və oradan qayıdandan sonra gecə saatlarında həmin əmlaklar yenidən avtomaşın və fəhlə qüvvəsi cəlb etməklə, lakin bu dəfə Akt bağlamadan maşına yüklədilib saxlanc yerinə aparılmışdır. Beləliklə, İddiaçı saxta İcarə Müqaviləsi düzəltməsi, vergidən yayınması və digər qanunsuz hərəkətləri nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş və ona həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı qanunsuz hərəkətləri nəticəsində o təxminən 15 000 manat məbləğində gəlirini - yəni, hər ay 3000 manat məbləğində aylıq icarə haqqını itirmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi zərər kimi 10000 (on min) manat, mənəvi zərər kimi 5000 (beş min) manat, əldən çıxmış fayda kimi 15000 manat məbləğində pul tutulması barədə qətnamə qət edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 644/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 300 (üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 (beş) manat olmaqla, cəmi 305 (üç yüz beş) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (VÖEN **********) xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsi, cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddianın tam təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı İddiaçı məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdir ki, o, 2013-cü ildən Cavabdeh məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən obyekti icarəyə götürərək, paltar mağazası kimi işlətmişdir. Həmin obyekt icarəyə götürülərkən onun başqa bir obyektlə icarə müqaviləsi olduğuna görə həmin vaxt icarə müqaviləsi işçisi X8 ilə bağlanmışdır. X17 təxminən 2017-2018-ci illərdə Moskva şəhərinə köçmüş olduğundan, həmin obyektlə əlaqədar 08 mart 2018-ci il tarixli icarə müqaviləsi vergi orqanında onun özü ilə Cavabdeh arasında bir il müddətinə bağlanmış və son dövrədək həmin müqavilə üzrə o, həmin obyekti paltar mağazası kimi işlətmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08 mart 2019-cu ildən sonra onlar şifahi razılaşmaya əsasən müqavilənin müddətsiz olmasına qərar vermiş və şifahi razılaşmaya əsasən fəaliyyətini davam etdirmək üçün o, həmin qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, müxtəlif reklam işləri görmüş və avadanlıqlar almışdır. Mağazada iki dəfə, yəni 2013-cü ildə və 2018-ci ildə təmir işləri aparmışdır. O, obyekti götürəndə obyekt təmirsiz idi. Tualet, işıqlandırma yox idi, o, qoydurmuşdur. Həmin obyektin icarəyə götürüldüyü vaxtdan Cavabdeh hər ayın 15-i telefonla zəng edib icarə haqqını ödəməsini tələb edirdi. O, ödənişi nağd qaydada edirdi. Həmin obyektə görə hər ay icarə haqqı onun tərəfindən ödənilmişdir. 2018-ci ildən etibarən müqavilədə aylıq icarə haqqının 300 manat yazılmasına baxmyaraq, Cavabdeh ondan hər ay 4000 manat icarə haqqı alırdı. Belə ki, 2013-cü ildə həmin obyekti icarəyə götürdükdən sonra əvvəlcə icarə haqqını 6000 manat məbləğində ödəyirdi. Lakin bir il sonra onun təklifi ilə icarə haqqı 5000 manata endirilmişdi. 2015-ci ildə devalvasiyadan sonra isə icarə haqqı 4000 manat olmuşdu. Ona Cavabdeh demişdir ki, icarə haqqını müqavilədə az göstərməlidir, ona görə də, müqavilədə icarə haqqı 300 manat yazılmışdır. Obyektin faktiki ərazisi 100 kv.m-dir, lakin müqavilədə az göstərilmişdir. O, bu şərtlərlə razılaşmasa, obyekt əlindən çıxacaqdı. İcarə haqqı müqavilədə 4000 manat göstərilsə idi, o, 14% vergi ödəyəcəkdi və vergi orqanında onun üçün əvəzləşdirmə ediləcəkdi. Lakin Cavabdeh əlavə vergi ödəməli olacağını bildirərək, buna razılaşmamışdır. Ona icarə haqqının müqavilədə yüksək məbləğdə yazılması sərf edirdi, amma Cavabdeh buna razılaşmamışdır. Münasibətlərinin pozulma səbəbi isə Cavabdeh icarə haqqını daha da artırmaq istəməsi olmuşdur. O, 01 aprel 2021-ci ildə obyektdən çıxarılmış, cavabdeh tərəfindən mağazada olan avadanlıqları və əşyaları ona verilməyərək, başqa yerə daşınmış və səhəri gün də təmir adı ilə onun mağazada qalmış olan avadanlıqları yararsız hala salınaraq məhv edilmişdir. Mağazada olan malları və avadanlıqları onun icazəsi olmadan Cavabdeh tərəfindən qohumlarının köməyi ilə mağazadan çıxarılaraq başqa yerə aparılmış, qalanları isə sökülüb yararsız hala salınmışdır. Aparılan mallar - paltarlar, mebellər, posterminallar, asılqanlar, manikenlər, televizor, stabilizator, projektorlar və sair əşyalardır. Bir neçə ay öncə Cavabdeh onunla əlaqə saxlayaraq, icarə haqqını qaldırdığını və onu da həmin obyektdən çıxardığını demişdi. O, heç olmasa obyektdən çıxmaq üçün vaxt verməsini xahiş etsə də, Cavabdeh və qohumları mağazaya gəlib, onun əşyalarını aparmışlar. O, bunu videoçəkilişlə qeydə almış və polisə müraciət etmişdi. Lakin polisdə bu işin mülki iş olduğunu bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Sumqayıt Şəhər Məhkəməsi isə polis orqanının həmin qərarını ləğv etmiş və hal-hazırda həmin şikayətə yenidən baxılır. Cavabdeh onun mallarını qaytarmadığı üçün həmin malların və təmirin, yararsız hala saldıqları avadanlıqların pulunu ödəməlidir. Təmir işləri barədə yazılı razılaşma olmamış, cavabdehlə əsaslı təmir işlərini görmək barədə şifahi razılığa gəlinmişdir. Cavabdeh onun mağazada olan əmlakını və avadanlıqlarını qaytarmamışdır. O, hər ayın 15-i mütəmadi olaraq cavabdehə icarə haqqı ödəmişdir. Pandemiya dövründə ona bir neçə ay güzəşt edilmişdir. İcarə haqqı 01 mart 2021-ci ilə qədər tam ödənilmişdir. Yəni, yalnız 01 martdan 01 aprel ayına kimi icarə haqqı ödənilməmişdir. Mübahisə 2020-ci ilin noyabr ayından başlamışdır. 2020-ci ilin noyabr və dekabr, 2021-ci ilin yanvar aylarına görə hər ay üçün 1000 manat, əvvəlki aylar üçün isə 4000 manat məbləğində icarə haqqı ödənilmişdir. 2021-ci ilin yanvar ayının sonunda isə fevral ayı üçün 4000 manat məbləğində icarə pulunu əvvəlcədən ödəmişdir. 21 yanvar 2021-ci ildə pandemiya qurtardı və onlar icarə haqqının qiymətini artırdılar. Onun mağazada olan avadanlıqlarını və əmlaklarını cavabdeh tərəf öz bağlarına yığıblar. Onların mağazadan apardıqları və yaxud, söküb yararsız hala saldıqları mallar spot işıqlar, kameralar, 4 ədəd postterminal, kassa aparatı, mebellər, stendlər, manikenlər, geyimlər, işçilərin şəxsi əşyaları və sair digər əşyalardır. Malları onun icazəsi olmadan aparılmışdır. Onların arasında bağlanmış Müqavilə vergi orqanının elektron bazasındadır. Tələb edilən məbləğə aid olan təmir işləri və malların adı iddia ərizəsinin məzmununda sadalanmışdır. O, həmin təmir işlərinin və malların pulunu tələb edir. İlkin təmir xərci mütəxəssis rəyində təxminən 10000 manat məbləğində göstərilib. Digər xərclər ayrı yazılmışdır. Mebellərin yğılması və gətirilməsi də təmir xərcinə aid edilmişdir. İlkin təmir xərcinə metlax, ayaqyolu, razdevalka, sklad, arakəsmələr, qapılar və sairə daxildir. Obyekt 2018-ci ildə əsaslı təmir edilmişdir. 2021-ci il aprel ayının əvvəlində cavabdeh tərəf onun razılığı olmadan mağazanı boşaltmış və malları aparmışdır. Təmir barədə mülkiyyətçinin razılığı alınmamışdır, lakin təmirə etiraz da edilməmişdir. Hətta sevinirdilər ki, mağaza gözəlləşir. 52 ədəd projektor işıqları 2018-ci ildə quraşdırılmışdır, onu da cavabdeh aparmışdır. Projektorlar tavanda və vitrində idi. Projektorları sökmək olur, ancaq relsləri yox. Lampaları isə relssiz idarə etmək olmur. Bir çox əşyaları və avadanlıqları onun aparmasına icazə verməyiblər və “metallom” ediblər. Malyar və santexnika işləri təmirə aiddir. O, obyektdə “ayaqyolu” düzəltmiş, plastik qapılar, unitaz və sairə qoydurmuşdur. Mətbəx mebeli aparılmayacaqdı. Güzgülərin bəzilərini çıxarmaq olardı, digərləri isə yapışdırıldığı üçün çıxarıla bilməzdi. İşıqlar üçün avtomat quraşdırılmışdır. Spot işıqlar lampalar idi. Obyektdə istifadə olunan gips-karton və alçipanları aparmaq mümkün deyildi. Cavabdeh icazə versəydi aksessuarlar üçün olan şüşə şkafı, yəni vitrini, stabilizatoru, kameraları aparacaqdı. Mebelləri və stendləri də aparacaqdı. İşıqlı reklam mağazanın çölündə idi, apara bilərdi, lakin onu da cavabdeh tərəf söküb aparmışdır. Ayaqüstə olan manikenlər gipsdən hazırlanır. 1 ədədini 450 manata almışdır. Digərləri yarımçıq manikenlərdir. Mağazaya 2000 ədəd asılqan yerləşirdi. Kompüterə “barkot” proqram təminatı yüklənmişdi və onu da aparacaqdı. Həmin proqram təminatının yüklənməsinə 1500 manat məbləğində pul verilmişdi və ondan yalnız onun mağazasında istifadə edilə bilərdi. Cavabdeh kompyuteri də vermir. Bonus kartları alınmışdı, şkafda idi, hələ paylanmamışdı. Kartlar proqramla işləyir, onları da cavabdeh vermir. Malların üzərində siqnalizasiya sistemi var idi. İddia ərizəsində işçilərin cavabdeh tərəfindən aparılan əşyaları yazılmamışdır, lakin işçilər də əşyalarını tələb edirlər. O, iddia ərizəsində təmir pulunu və aparılan malların pulunu birlikdə tələb edir. Malları cavabdeh apardığı və eyni zamanda, onun mağazada quraşdırdığı avadanlıqları cavabdeh təmir adı ilə yararsız hala saldığı üçün onların pulunu da cavabdehdən tələb edir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf həmin avadanlıq və əşyaları qaytarmaqdan imtina etdiyi üçün onların iddiaçı tərəfindən hesablanmış ümumilikdə 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmalı olması əsaslıdır. Lakin, iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların isə ayrılması və aparılması mümkün deyildir və həmin xərcləri əhatə edən pul vəsaitinin cavabdeh (mülkiyyətçi) tərəfindən ödənilməsini tələb etmək əsassızdır. Məhkəmənin aparılması mümkün olmayan əşyalar və təmirlə bağlı çəkdiyi xərclərin iddiaçıya cavabdeh tərəfindən qaytarılmasının əsassız olması barədə gəldiyi qənaət düzgün deyildir. Çünki təmirlə bağlı çəkilən xərclər cavabdehin qeyd edilən obyektin gələcəkdə digər şəxslərə icarəyə verilməsi zamanı birbaşa olaraq icarə haqqının müəyyənləşdirilmiş qiymətinə təsir edən faktdır. Təmirsiz və təmirli obyekt arasında qiymət fərqinin olması faktı danılmzadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Belə olan halda məhkəmə düzgün qənaətə gəlməmiş, ilkin vəziyyəti bərpa etmək mümkün olmadığından çəkilmiş xərclər tam olaraq onlara ödənilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 701.2.5-ci maddəsinə əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Cavabdeh tərəf məhkəmə iclası zamanı özü də orada iddiaçı tərəfindən əsaslı təmir işlərinin həyata keçirilməsini etiraf etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilənlər real həqiqətə uyğun olmadığına və iddia tələbi əsassız olduğuna görə İddiaçı qarşı "Maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair" məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Belə ki, istifadəsində olan 88 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini 19.03.2015-ci il tarixli İcarə Müqaviləsinə əsasən vergi ödəyicisi (VÖEN - **********) X6 icarəyə vermiş və S.T.Əliyeva həmin qeyri-yaşayış sahəsini maqazin kimi işlətmişdir. 2020-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, S.T.Əliyeva maqazini tərk etmiş, İddiaçı isə onun xəbəri olmadan imzanı saxtalaşdırmış və fəaliyyətdə olmayan, dayandırılmış VÖEN-indən istifadə etməklə 08.03.2018-ci il tarixdə öz adına İcarə Müqaviləsi yazmış, həmin İcarə Müqaviləsində qeyri-yaşayış sahəsinin ölçüsünü 70 kv.metr göstərmiş və onun Cavabdeh yox, Gülşənin ona ayda 300.00 (üç) yüz manat icarə haqqı ödəyəcəyini göstərməklə saxta müqavilə düzəltmiş və iki il ərzində həmin saxta sənəddən istifadə etməklə həm vergidən yayınmış, həm də qanunsuz hüquq əldə etməklə iki ildən artıq müddət ərzində bu hüquqdan istifadə etmişdir (İcarə Müqaviləsi saxta olduğuna görə İddiaçı həmin Müqaviləni skan edərək vergi orqanına elektron kabinet vasitəsi ilə göndərmişdir). Faktla bağlı araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi barədə dəfələrlə və müxtəlif instansiyalara ərizə ilə çoxsaylı müraciətlər etmiş və həmin İcarə Müqaviləsində olan imzanın ona məxsus olmamasını, ********** saylı VÖEN-in 03.12.2014-cü il tarixdən - 03.12.2019-cu il tarixədək dayandırıldığını bildirmişdir. Lakin müraciətinə cavab almadığına görə etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 26.04.2021-ci il tarixdə ərizə ilə AR-nın Baş Prokurorluğuna və Vergilər Nazirliyinə müraciət etmişdir. Hər iki dövlət orqanında aidiyyəti üzrə araşdırma aparılması barədə yazılı cavab verilsə də, nəticə barədə bu günə kimi heç bir cavab verilməmişdir. Sevil Əliyeva ilə bağlanmış 19.03.2015-ci il tarixli İcarə Müqaviləsindən başqa o heç kimlə İcarə Müqaviləsi bağlamamış və Sevil Əliyeva ilə İcarə Müqaviləsi bağlayan zaman qeyriyaşayış sahəsi tərəfindən əsaslı təmir edilmiş vəziyyətdə ona təhvil verilmişdir. Ona məxsus qeyri-yaşayış sahəsində S.T.Əliyeva tərəfindən heç bir təmir işləri aparılmamış və bu barədə nə onunla, nə də İddiaçı ilə heç bir söhbət və razılaşma olmamışdır. İddiaçı bu işdə tamamilə tələb hüququ olmayan bir şəxsdir. Məhz onun qanunsuz hərəkəti nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş və ona həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulmuşdur. Aralarında heç bir hüquqi bağlılıq yoxdur və olmamışdır. Belə ki, hazırda fiziki şəxs X5 ilə aylıq icarə haqqı 3.000 manat olmaqla İcarə Müqaviləsi bağlamışdır. İddiaçı isə ona məxsus qeyriyaşayış sahəsini zəbt edərək öz xeyrinə ticarətlə məşğul olmuş və Respublikada koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısnın alınması məqsədi ilə əlaqədar AR Nazirlər Kabineti yanında X2 bəhanə edərək 2020-ci il ərzində ümumiyyətlə ona aylıq icarə haqqı verməmişdir. Halbuki, ona məxsus qeyri-yaşayış sahəsi ilə yanaşı fəaliyyət göstərən digər obyektlərin icarədarlarına həmin dövrdə aylıq icarə haqqı ödənilmişdir. Ona görə də 2020-ci ilin noyabr ayında ona məlum olanda ki, S.T.Əliyeva maqazini tərk edib, dərhal İddiaçı əvvəlcə şifahi surətdə tələb etmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsini boşaldıb oranı tərk etsin. Lakin İddiaçı zorakılıq edərək qeyri-yaşayış sahəsini boşaltmadıqda, 10.02.2021-ci il tarixdə ona rəsmi xəbərdarlıq etməklə 01.03.2021-ci il tarixədək qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişlər. İddiaçı qeyri-yaşayış sahəsinin ön hissəsinə "Bağlanırıq. Bütün mallara 70% endirim" elanını yerləşdirmiş, lakin qeyri-yaşayış sahəsini boşaltmamış və saxta İcarə Müqaviləsini əlində bayraq edərək onu məhkəməyə verəcəyi və təzminat alacağı ilə hədələmişdir. Hələ rəsmi xəbərdarlığı almamış İddiaçı "xxxx" MMC vasitəsi ilə 11.02.2021-ci il tarixdə "Daşınar əmlakın qiymətləndirilməsi barədə" mütəxəssis rəyi ilə ona məxsus qeyri-yaşayış sahəsinin guya əsaslı təmirinə çəkilmiş xərcləri 10.469.00 manat məbləğində qiymətləndirmişdir. Halbuki, onunla Sevil Əliyeva arasında bağlanmış İcarə Müqaviləsində belə bir yazılı və yaxud şifahi razılaşma olmamışdır. İddiaçı ilə ümumiyyətlə müqavilə bağlamamışdır. Bundan sonra, İddiaçı maqazində olan bəzi satış mallarını qonşuluqda yerləşən yeni icarəyə götürdüyü maqazinə aparmış, ona məxsus qeyri-yaşayış sahəsində isə "ostatka" deyilən, satılmayan, ucuz və keyfiyyətsiz bəzi malları, manikenləri və digər lazımsız əşyaları bilərəkdən və qəsdən saxlamışdır ki, guya ona məxsus qeyri-yaşayış sahəsində onun əmlakı var və onun və yaxud onun tərəfindən "Əmlakın çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət olunsun, məhkəmə araşdırması zamanı iddianın təmini tədbiri kimi qeyri-yaşayış sahəsinin fəaliyyəti dayandırılsın və bununla da məhkəmə araşdırmasının sonuna qədər ona xeyli və yaxud külli miqdarda maddi ziyan vurulmuş olsun. Onun bu kələyinin baş tutmaması üçün 01.04.2021-ci il tarixdə İddiaçı özünün, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ona məxsus qeyri-yaşayış sahəsində olan əşyalar (hələ heç kimə məlum deyil ki, həmin əşyalar S.T.Əliyevaya məxsusdur, yoxsa İddiaçı?) Akt tərtib edilməklə qablaşdırılmış və 166 nömrəli Yükdaşıma xidmətinin yük avtomobilinə yüklədilməklə təhvil verilmiş və video çəkiliş edilmişdir. İddiaçı 166 nömrəli Yükdaşıma xidmətinin sürücüsünə təzyiq göstərməsi və yaxud rüşvət verməsi nəticəsində sürücü qəfildən həmin əşyaları aparmaqdan imtina etmiş və onlar oradan uzaqlaşandan sonra ona məxsus qeyri-yaşayış sahəsinin kilidini sındırmaqla həmin əşyaları yenidən və bu dəfə pərakəndə halda qeyri-yaşayış sahəsinə boşaltmışlar. Axşam saat 23.00 radələrində ona məxsus qeyri-yaşayış sahəsinin kilidinin sındırıldığını və qapısının açıq olduğunu görüb içəri daxil olmuşlar. Həmin vaxt AR DİN-nin 102 telefon xidmətinə zəng vurub bu barədə bildirmişlər, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə dəvət olunaraq izahatları alınmış və oradan qayıdandan sonra gecə saatlarında həmin əmlakları yenidən avtomaşın və fəhlə qüvvəsi cəlb etməklə, lakin bu dəfə Akt bağlamadan yüklədib saxlanc yerinə (mübahisəli məhkəmə qətnaməsində isə bu hal əksinə göstərilmiş, guya İddiaçı yox, onlar qeyri-yaşayış sahəsinin kilidini sındırmışlar) aparmışlar. Beləliklə, İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyriyaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində təxminən 15.000 manat məbləğində gəlirini - yəni, hər ay 3.000 manat məbləğində aylıq icarə haqqını itirmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi zərər kimi 10.000 (on min) manat, mənəvi zərər kimi 5.000 (beş min) manat, əldən çıxmış fayda kimi 15.000 manat məbləğində pul tutulması barədə qətnamə qət edilməlidir. Lakin birinci instansiya məhkəməsi maddi və prosessual normaların tələblərini pozaraq tam və obyektiv məhkəmə araşdırması aparmadan yuxarıda göstərilən ədalətsiz qətnaməni qət etmişdir. Mübahisəli məhkəmə qətnaməsində İddiaçı vəsatəti əsasında iki nəfərin - Şahid2 və Şahid1 şahid ifadələri göstərilmişdir ki, həmin şəxslərin ifadələri şübhə doğurur. Belə ki, əvvəla həmin şəxslərin həqiqətən və qanuni əsasarla inzibatçı və yaxud satıcı vəzifələrində işləməsi məhkəmə tərəfindən araşdırılmamış, 2-cisi, əgər həmin şəxslər həqiqətən İddiaçı işçiləridirlərsə, təbii ki, onun (İddiaçı) izahatına uyğun izahat vermiş olacaqlar. Məhkəmə onun VÖEN-inin 03.12.2014-cü il tarixdən - 03.12.2019-cu il tarixədək dayandırıldığı barədə təqdim olunmuş sənədə, ksero-surət İcarə Müqaviləsinə onun Şəxsiyyət Vəsiqəsinin nömrəsinin yuxarıda 14326174, aşağıda ******** göstərilməsinə, E.O.X1 seriya və nömrəsinin isə tamamilə göstərilməməsinə, icarə haqqının kim tərəfindən və kimə ödənilməsinə, İcarə Müqaviləsinin bağlandığı - 08 mart 2018-ci il tarixinin iş günü olub-olmamasına, həmin gün vergi orqanında İcarə Müqaviləsinin bağlana biləcəyinə və yaxud bağlana bilməyəcəyinə tamamilə fikir verməmiş, aydınlıq gətirməmiş, əksinə, naməlum səbəbdən göz yumaraq tənqidi yanaşmamış və münasibət bildirməmişdir. 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinin əslinin məhkəməyə təqdim olunmaması səbəbindən bu iş üzrə dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına və məhkəmənin tələb etməsinə baxmayaraq, həmin İcarə Müqaviləsinin əsli məhkəməyə təqdim edilməmiş, nəticədə, müqavilənin əsli olmadan işə baxılmış və iş üzrə qanunsuz qətnamə qət edilmişdir. Çünki, İddiaçı ilə aralarında heç bir İcarə Müqaviləsi olmamışdır. Əgər məhkəməyə 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinin ksero-surəti, vergi orqanına isə elektron qaydasında təqdim olunursa, həmin Müqavilənin əsli də olmalıdır. Əsli isə yoxdur. Mübahisəli məhkəmə qətnaməsində onun öz hərəkətilə İddiaçı guya əmlakından məhrum etməsini göstərən məhkəmə, İddiaçı 08 mart 2018-ci ildən etibarən saxta hüquq əldə etməsinə və 2020-ci ilin noyabr ayından (ona məlum olan vaxtdan) onu qeyri-yaşayış sahəsindən və aylıq qazancdan məhrum etməsinə münasibət bildirməmiş və qətnamədə bu barədə heç nə qeyd etməmişdir. Əgər həmin əmlaklar həqiqətən İddiaçı məxsus idisə, əmlakların çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması barədə (Sevil Əliyeva qeyri-yaşayış sahəsini ondan xəbərsiz tərk etdiyinə və ünvanı ona məlum olmadığına görə onun işçisinə) İddiaçı həm şifahi, həm də yazılı xəbərdarlıq edilmişdi. İddiaçı ona məxsus olan və yaxud olmayan əmlakdan şüurlu surətdə imtina etməsində məqsədi - "ostatka" deyilən, satılmayan, ucuz və keyfiyyətsiz bəzi malları, manikenləri və digər lazımsız əşyaları bilərəkdən və qəsdən ona məxsus qeyri-yaşayış sahəsində saxlamaqla onu uzun sürən və lazımsız məhkəmə çəkişmələrinə cəlb etmək, iddianın təmini tədbirinin tətbiq edilməsi barədə məhkəməyə vəsatət verib məhkəmə çəkişməsi başa çatanadək qeyri-yaşayış sahəsinin fəaliyyətinin dayandırılması olmuşdur. Yeri gəlmişkən, İddiaçı hazırki iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən məhkəməyə iddianın təmini tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmənin e-2- 2(119)- 644/2021 saylı, 07.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-90/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 644/2021 saylı, 07.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yəni, İddiaçı məqsədi yalnız ona məxsus qeyri-yaşayış sahəsinin fəaliyyətini müvəqqəti dayandırmaqla onu bir neçə müddət aylıq qazancdan məhrum etməkdən ibarət olmuşdur. Mübahisəli məhkəmə qətnaməsində göstərilmişdir ki, İddiaçı iddia tələbinə daxil olan təmir xərcləri, avadanlıq və əşyaların bəziləri ayrılaraq götürülməsi mümkün olan, bəziləri isə ayrılması mümkün olmayan işlər və yaxud avadanlıqlardır. Bəzi avadanlıqların iddiaçıya qaytarılması mümkün olsa da, cavabdeh tərəf həmin əşya və avadanlıqların özünü qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin belə qənaətə gəlməsi real həqiqətə uyğun deyildir. Çünki məhkəmə araşdırması zamanı həm şifahi, həm də video çəkiliş diskini məhkəməyə təqdim edərək bildirmişlər ki, qeyriyaşayış sahəsində olan, İddiaçı özünün və hal şahidlərinin iştirakı ilə qablaşdırılan avadanlıq və əşyaları 166 nömrəli Yük daşıma xidməti avtomaşınına yükləyib ona təhvil vermişlər. Lakin İddiaçı həmin avadanlıq və əşyaları qəbul etməkdən imtina etdiyinə görə düşünürlər ki, həmin avadanlıq və əşyalar ona məxsus deyil, Sevil Əliyevaya məxsusdur. Məhkəmə həmin avadanlıq və əşyaların kimə məxsus olmasını dəqiq müəyyən elədiyi halda, həmin avadanlıq və əşyaları həmin şəxsə qaytarmağa hazırdırlar. O ki, qaldı ayrılması mümkün olmayan bəzi işlərə və avadanlıqlara, onların dəyər qiyməti hər ay hissə-hissə icarə haqqından çıxılmaqla ödənilmişdir. Məhkəmə, götürülməsi mümkün olan avadanlıq və əşyaların əvəzinə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabddeh İddiaçı xeyrinə ondan 33.500 manat məbləğində pul tutulması qənaətinə gəlməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, həmin əşya və avadanlıqların həm dəyər qiyməti, həm də kimə məxsus olması məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir. Bundan başqa, həmin əşya və avadanlıqların götürülməsi zamanı onların qablaşdırılmasına, işçi qüvvəsinin cəlb edilərək nəqliyyat vasitəsinə yüklənməsinə, saxlanc yerinə aparılmasına və bu günə kimi qorunub saxlanmasına çəkilən xərclər, həmin əşya və avadanlıqların götürülməsi zamanı ona məxsus qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə düşməsi məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının vəkili Nümayəndə1 ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi və bildirdi ki, ilk iddia qismən-33520 manat məbləğində təmin olunmuşdur. Qarşı tərəf onlara məxsus malları mağazadan götürmüşdür. Bunu etiraf etmişlər. Ora əsaslı xərclər çəkmişlər. İddia mallar, avadanlıqlar hissəsində təmin olunmuşdur. Təmir xərcləri hissəsində isə təmin olunmamışdır, hazırda həmin hissəni mübahisələndirirlər. Qarşı tərəfə icarə haqqının ödənilməsi halı birinci instansiya məhkəməsində dəqiq araşdırılmışdır. Qarşı tərəfdən cavabdehin yoldaşı Mütəllim N.Elvinə demişdir ki, yalnız iddianı geri götürdükdən sonra mallar ona qaytarılacaqdır. Birinci instansiya məhkəməsində tərəf malların onda olduğunu etiraf etmişdir. Mallar Elvinin olmuşdur. 166 daşıma xidməti o malları aparmışdır və bununla bağlı heç bir mübahisə yoxdur. 33 000 manata paltar, maniken, kamera, spot, asılqan, mətbəx mebeli, kondisionerlər, antibor, proyektor və s. daxildir. Onun kondisionerini indi mağazada istifadə edirlər. Apellyasiya baxışı zamanı İddiaçı ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi və bildirdi ki, arayışda qeyd olunub ki, N.Elvin 166 Yük Daşıma Xidmətini çağırıb. X20 Xidmətinin 8 metrlik maşını, 6 fəhləsi olub və 240 manat ödəniş edilib. Onunla Elvin arasında müqavilə olmamışdır, məhkəmə sənədlərinə əlavə edilən müqavilə saxta müqavilədir. Elvin mağazada təmir işləri apardığını, işıq çəkdiyini bildirmişdir. Halbuki həmin mağazada əvvəllər də işıq olub və 2013-cü ildə həmin Stilletto mağazasında başqa adam işləmişdir. Elvinə dəfələrlə bildirmişdir ki, malları götürsün, o isə götürməmişdir, bu səbəbdən malları saxlanca vermişdir. Elvinə heç bir borcu yoxdur. Müqavilədə olan imza ona məxsus deyildir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 644/2021 saylı qətnaməsi Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh (VÖEN **********) 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 27520 (iyirmi yeddi min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, icarəyəverən Cavabdeh (VÖEN **********) tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 70 kv.m-lik qeyri-yaşayış sahəsi 1 (bir) il müddətinə icarəçi İddiaçı (VÖEN **********) icarəyə verilmiş və icarə haqqı hər ay üçün 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən məhkəməyə təqdim olunmuş 01 aprel 2021-ci il tarixli Aktdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq saxlanılmış aşağıdakı əmlakların siyahısı tərtib edilməklə, həmin tarixdə "166" Yükdaşıma Xidmətinə təhvil verilmişdir: Divan - 02 ədəd, Tumba - 03 ədəd, Qadın geyimləri - 87 dəst, Qadın əlcəkləri - 02 cüt, Qadın çimərlik paltarları - 05 dəst, Qadın manikenləri - 10 ədəd, Qadın yubkaları - 13 dəst, Ütü - 01 ədəd, Jurnal stolu 02 ədəd, Asılqan - 04 ədəd, Mikrodalğalı soba - 01 ədəd, Güzgü - 01 ədəd, Kassa aparatı "Merkuri - 113" - 01 ədəd, Post Terminal aparatları - 04 ədəd, Telefon "Siqaset" - 01 ədəd, Premium kard - 02 sumka (həmin Akt Nümayəndə2, Cavabdeh, X4, X13, X7, X9 və X11 adlı şəxslər tərəfindən imzalanmış olsa da, həmin Aktda İddiaçı adı göstərilməmiş və eyni zamanda, həmin Akt sonuncu tərəfindən imzalanmamışdır). İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada olan avadanlıqların və əşyaların Cavabdeh tərəfindən aparılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmiş və həmin şikayətlə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən NK-1/745 saylı yoxlama materialı üzrə qəbul edilmiş 06 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarla cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin İddiaçı şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 6(060)-42/2021 nömrəli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin təhqiqatçısının NK-1/745 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 06 may 2021-ci il tarixli qərarı ləğv olunmuş və NK- 1/745 saylı yoxlama materialı məhkəmə qərarındakı məhkəmənin hüquqi mövqeyinə uyğun yenidən araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğu vasitəsilə Sumqayıt Şəhər Polis İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 oktyabr 2021-ci il tarixli **********041600 nömrəli məktubunda göstərilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında 08 mart 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə və İddiaçı tərəfindən təqdim edilən 14 mart 2018-ci il tarixli elektron obyektin qeydiyyatı ərizəsinə əsasən Sumqayıt şəhəri, 2-ci MKR, Sülh küçəsində yerləşən təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən təqdim edilən 14 mart 2018-ci il tarixli təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması barədə müraciət vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza və ya Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kod, parol və şifrə vasitəsi ilə verildiyindən icarə müqaviləsinin əslinin və ya əslinə bərabər tutulan surətinin təqdim edilməsi mümkün deyildir (həmin məktuba 08 mart 2018-ci il tarixli icarə müqaviləsinin surəti əlavə edilmişdir). İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 fevral 2021-ci il tarixli LP-019/21 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis Rəyi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərclər 10469 (on min dörd yüz altmış doqquz) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən məhkəməyə təqdim olunmuş 15 aprel 2021-ci il tarixli İcarə Müqaviləsinin kserosurətindən görünür ki, icarəyəverən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 88 kv.metrdən ibarət ticarət mağazasının 85 kv.metr hissəsi 1 (bir) il müddətinə icarəçi X3 icarəyə verilərək, icarə haqqı hər ay üçün 3000 (üç min) manat məbləğində müəyyən edilmiş və həmin Müqavilə 01 iyun 2021-ci il tarixdən qüvvəyə minir. Birinci instansiya məhkəməsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 2018-ci ildən son dövrlərədək daimi olaraq İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada “inzibatçı” işlədiyini, həmin mağazanın yerləşdiyi obyektin sahibinin Cavabdeh olduğunu, İddiaçı həmin obyekti icarəyə götürüb mağaza kimi işlətdiyini, mağazanın aylıq icarə haqqının 4000 manat olduğunu və buna görə də Cavabdeh hər ay 4000 manat məbləğində icarə pulu ödəndiyini, aylıq icarə pulları İddiaçı göstərişi əsasında hər ay 4000 manat olmaqla “inzibatçı” olaraq onun tərəfindən sayılaraq verildiyini, aylıq icarə pulunu bəzən Cavabdeh özünün, bəzən oğlunun gəlib götürdüyünü, bəzən də Cavabdeh telefon zəngi əsasında pulun ona göndərildiyini, 2021-ci ilin aprel ayının əvvəllərində isə Cavabdeh mağazadakı avadanlıqları və əşyaları İddiaçı icazəsi olmadan yığıb apardığını, həmin əşyaların içində onun özünün də şəxsi əşyalarının, geyimlərinin, üzüyünün və başqa bir tanışının da mallarının olduğunu, o, özünə məxsus üzüyü və əşyaları götürmək istədikdə Cavabdeh həmin üzüyü və əşyaları götürməyə icazə vermədiyini və hal-hazıradək də həmin əşyaların ona qaytarılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində son üç ildə daimi olaraq İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada işlədiyini, həmin mağazanın yerləşdiyi obyektin sahibinin Cavabdeh olduğunu, İddiaçı həmin obyekti icarəyə götürüb mağaza kimi işlətdiyini və buna görə də Cavabdeh hər ay icarə pulu ödədiyini, aylıq icarə pullarını mağazaya gələn Cavabdeh özünə, bəzən də oğluna “inzibatçı” Şahid2 tərəfindən verildiyini, bəzən də Cavabdeh telefon zəngi əsasında icarə pulunun ona göndərildiyini, 2021-ci il aprel ayının əvvəllərində isə Cavabdeh mağazadakı avadanlıqları və əşyaları İddiaçı icazəsi olmadan yığıb apardığını, həmin əşyaların içində onun özünün də şəxsi əşyaları və geyimlərinin olduğunu, o, özünə məxsus şəxsi əşyalarını götürmək istədikdə Cavabdeh həmin əşyaları götürməyə icazə vermədiyini və hal-hazıradək də həmin əşyaların ona qaytarılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etmiş və hesab etmişdir ki, İddiaçı bir neçə il ərzində mağaza kimi istifadə etdiyi və icarə haqqı ödədiyi məlum qeyriyaşayış sahəsini könüllü olaraq tərk etmədikdə, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (qeyd olunan həmin sahəyə görə İddiaçı aylıq icarə haqqı alan) Cavabdeh faktiki olaraq icarə obyekti olan həmin sahənin boşaldılmasını hüquqi müstəvidə, yəni mövcud qanunvericiliyin tələblərinə riayət etməklə tələb etməmiş və 01 aprel 2021-ci ildə həmin qeyri-yaşayış sahəsində olan İddiaçı və digər şəxslərə (mağazanın işçilərinə) məxsus avadanlıqları və əşyaları sonuncuların iradələrinə zidd olaraq mağazadan çıxararaq, digər yerə aparmış və hal-hazıradək də həmin əmlakları sahiblərinə qaytarmamışdır. Bununla da, Cavabdeh öz hərəkəti ilə faktiki olaraq İddiaçı və sonuncuya məxsus mağazada işləyən digər şəxsləri əmlaklarından məhrum etmişdir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə araşdırması zamanı aparılmış əşya və avadanlıqların sahibinə qaytarılması üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə dəfələrlə müraciət edilsə də, sonuncu bu təklifi qəbul etməmiş və həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəf həmin avadanlıq və əşyaları qaytarmaqdan imtina etdiyi üçün onların iddiaçı tərəfindən hesablanmış ümumilikdə 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmalı olması əsaslıdır. Lakin iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların isə ayrılması və aparılması mümkün deyildir və həmin xərcləri əhatə edən pul vəsaitinin cavabdeh (mülkiyyətçi) tərəfindən ödənilməsini tələb etmək əsassızdır. Məhkəmə qarşılıqlı iddianı qismən təmin edərkən isə hesab etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi məhkəmə iclaslarında məlum qeyri-yaşayış sahəsindən mağaza kimi istifadə edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hər ay 500 manat, sonra isə 300 manat məbləğində icarə pulu ödəməyini etiraf etməsinə və eyni zamanda, sonuncunun həmin sahəyə görə 2021-ci ilin mart ayına görə ödənməmiş icarə pulu borcunun qaldığı müəyyən edildiyinə görə qarşılıqlı iddia üzrə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia tələbi əsaslıdır. Qalan hissələrdə isə qarşılıqlı iddianın əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisə edilməyən halları ilə müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı bir neçə il ərzində paltar mağazası kimi istifadə etmiş və həmin sahənin icarə haqqı 19 mart 2015-ci il tarixli İcarə Müqaviləsində 500 manat məbləğində, 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsində isə 300 manat məbləğində göstərilmişdir. Hazırki mübahisə üzrə ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti ilə bağlı araşdırılmalı olan hal- ilk iddianın təmin edilməyən hissəsi, yəni icarə obyektinə əsaslı təmirlə bağlı çəkilmiş xərclərin cavabdehdən tutulmalı olub-olmaması, qarşılıqlı iddianın təmin edilən hissəsinin əsaslı olub-olmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnamənin mübahisələndirilən həmin hissələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının təmir xərcləri ilə bağlı icarə müqviləsində heç bir müddəa qeyd olunmamışdır. İddiaçı həmin xərcləri öz təşəbbüsü ilə etmişdir. İddiaçının özünün də apellyasiya şikayətində qeyd olunduğu kimi, cavabdehlə əsaslı təmir işlərini görmək barədə yalnız şifahi razılığa gəlinmişdir. Məhkəmə kollegiyası cavabdehin icarə obyektinin ümumiyyətlə təmir olunmaması ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində verdiyi izahatında qarşılıqlı iddiaçının nümayəndəsi N.Elvin tərəfindən ora xərclər çəkildiyini etiraf etmiş, bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 fevral 2021-ci il tarixli LP-019/21 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis Rəyi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərclər 10469 (on min dörd yüz altmış doqquz) manat məbləğində qiymətləndirilmişdir. Lakin kollegiya bununla bağlı qeyd edir ki, iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların ayrılması və aparılması mümkün olmadığından, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində qarşılıqlı iddianın tam rədd edilməsini tələb etsə də, bununla bağlı dəlilini əsaslandırmamışdır. Belə ki, iddiaçı özü də apellyasiya şikayətində qeyd etmişdir ki, icarə haqqı 01 mart 2021-ci ilə qədər tam ödənilmiş, yalnız 01 martdan 01 aprelə kimi icarə haqqı ödənilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri isə tərəflər arasında ümumiyyətlə icarə müqaviləsinin olmaması, icarə müqaviləsinin saxta olması, müqavilənin S.Əliyeva ilə bağlanması; yalnız 2020-ci ilin noyabr ayında N.Elvinin qeyri-yaşayış sahəsini işlətməsini bilmələri, cavabdehə maddi və mənəvi ziyan dəyməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası ilk öncə tərəflər arasında icarə müqaviləsinin olmaması, həmin müqavilənin 2015-ci il tarixdə Əliyeva Sevil ilə bağlanmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında hər iki tərəfin imzaladığı 08.03.2018-ci il tarixli müqavilə mövcuddur. İş materialları ilə, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı çoxsaylı izahatları ilə müəyyən olunur ki, tərəflər arasında faktiki icarə münasibətləri mövcud olmuş, hər ay iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş 30.04.2021-ci il tarixl icarə müqaviləsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh dəfələrlə İddiaçı ilə bağlanmış 08.03.2018-ci il tarixli icarə müqaviləsinin saxta olduğunu bildirsə də, yenidən onunla müqavilə bağlaması tərəflər arasında icarə münasibətlərinin mütləq mövcud olduğunu bir daha sübut edir. 08.03.2018-ci il tarixli icarə müqaviləsinin tərtibində yol verilmiş nöqsanlarla bağlı isə məhkəmə kollegiyası hesab edir ki, tərəflər iradə ifadələriniyəni icarə müqaviləsi bağlamaq niyyətində olduqlarını vergi orqanına müqavilənin qeydiyyata alınması üçün müraciət etməklə bildirmişlər və bu nöqsanlar nə həmin müqavilənin olmaması, nə də vergi qeydiyyatına alınmaması anlamına gələ bilməz. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 oktyabr 2021-ci il tarixli **********041600 nömrəli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında 08 mart 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə və İddiaçı tərəfindən təqdim edilən 14 mart 2018-ci il tarixli elektron obyektin qeydiyyatı ərizəsinə əsasən Sumqayıt şəhəri, 2-ci MKR, Sülh küçəsində yerləşən təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. Məktuba 08 mart 2018-ci il tarixli icarə müqaviləsinin surəti əlavə edilmişdir. Məktubun məzmunundan da göründüyü kimi, müqavilə tərəflər arasında 08 mart tarixində bağlanmış, İddiaçı vergi orqanına elektron obyektin qeydiyyatı ərizəsi 14 mart 2018-ci il tarixdə olmuş və yalnız bundan sonra vergi orqanında qeydiyyat olmuşdur. Bu baxımdan 08.03.2018-ci il tarixli müqavilənin qeyri-iş günündə qeydiyyatından söhbət gedə bilməz. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarət olmuşdur ki, yalnız 2020-ci ilin noyabr ayında bilmişlər ki, N.Elvin qeyri-yaşayış sahəsini işlədir, bundan sonra ondan şifahi qaydada qeyri-yaşayış sahəsini tərk etməsini tələb etmişlər. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, əvvəlki icarəçi Əliyeva Sevil 2018-ci ildə Moskva şəhərinə getmişdir və 2018ci ildən İddiaçı həmin qeyri-yaşayış sahəsini işlətmişdir. 2 il ərzində mağazada kimin icarəçi kimi fəaliyyət göstərməsi barədə icarəyə verənin məlumatlı olmaması və hətta bildikdən sonra, yalnız şifahi qaydada İddiaçı oranı boşaltması barədə xəbərdarlıq etməsi ağlabatan deyil və həqiqəti əks etdirmir. Digər tərəfdən isə icarəçinin İddiaçı olmasından 2018-ci ildən 2020-ci ilədək xəbəri olmadığını bildirsə də, ondan icarə haqqı gözləməsi və 5 ay ərzində icarə haqqından məhrum olması ilə bağlı dəlili işin halları ilə uyğun deyildir. Bu onu deməyə əsas verir ki, cavabdeh yalnız 5 ayla bağlı ödənişi mübahisələndirmiş, qalan aylarla bağlı isə ona ödəniş edilmişdir. Cavabdehin digər bir dəlili isə ona maddi və mənəvi ziyan dəyməsi, əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda, qanunvericliyin tələbinə görə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətlərinin ilk növbədə qanunazidd olmasını, həmin hərəkətlərlə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.11.2008-ci il tarixli, 7 saylı Qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barərə iddialar o hallarda təmin edilə bilər ki, iddiaçı mənəvi və fiziki sarsıntı keçirməli, bunlar cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmalıdır. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Ə.Gülşən ümumiyyətlə ona dəymiş mənəvi ziyanın nədə ifadə olunduğunu, işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulduğunu qeyd etsə də, həmin ziyanın məhz nədən ibarət olduğunu əsaslandırmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsini qəbul etməsə də, həmin qeyri-yaşayış sahəsinin mağaza kimi istifadə edilməsinə görə İddiaçı əvvəllər 500 manat, sonra isə 300 manat məbləğində aylıq icarə pulları alındığını etiraf etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə qeyri-yaşayış sahəsi üzrə hər hansı icarə münasibətlərində olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, proses iştirakçılarının izahatları və ifadələri ilə onların faktiki olaraq qeyri-yaşayış sahəsinin istifadə olunması ilə əlaqədar bir neçə il ərzində qarşılıqlı işgüzar münasibətdə olduqları və eyni zamanda, buna görə aylıq icarə haqqı kimi pulun verilib-alındığı təsdiq olunmuşdur (məhkəmə iclaslarında iddiaçı tərəf icarəçi olaraq hər ay 4000 manat məbləğində icarə pulu verdiyini iddia etsə də, cavabdeh tərəf icarəyə verən olaraq əvvəllər hər ay 500 manat, sonra isə 300 manat icarə pulu aldığını etiraf etmişdir). Eyni zamanda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf məhkəmə iclaslarında 2021-ci ilin mart ayının 01-dək məlum qeyri-yaşayış sahəsini boşaltmadığına görə mülkiyyət sahibi Cavabdeh özü tərəfindən mağazanın 01 aprel 2021-ci ildə boşaldılaraq, orada olan avadanlıqların və əşyaların başqa saxlanc yerinə daşınaraq aparıldığını və hal-hazıradək həmin əmlakların İddiaçı və digər şəxslərə qaytarılmadığını təsdiq etmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarına istinadən və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında icarə münasibətləri olmuş, həmin münasibətlərdə icarəçi məhz Nadirrzadə Elvin olmuş, icarəverənə bu hal məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı vəkili Nümayəndə1 apellyasiya baxışı zamanı elektron məhkəmə informasiya sisteminə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 1 ədədinin dəyəri 450 manat olan 7 ədəd -ümumi dəyəri 3150 manat olan maniken; 1 ədədinin dəyəri 120 manat olan 10 ədəd (ümumi dəyəri 1200 manat) maniken; 1ədədinin dəyəri 1,5 manat olan 1200 ədəd (ümumi dəyəri 1800 manat) asılqanın yarısı (900 manat); bonus kartları 750 manat, ümumi 6000 manat dəyərində mallar qaytarıldığını bildirmiş, qətnamə çıxarılan zaman bu halın nəzərə alınmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 27520 (iyirmi yeddi min beş yüz iyirmi) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, e-2- 2(119)- 644/2021 saylı qətnaməsi Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh (VÖEN **********) 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 27520 (iyirmi yeddi min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.3-cü, 392, 393 və 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, e-2- 2(119)- 644/2021 saylı qətnaməsi Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh (VÖEN **********) 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 27520 (iyirmi yeddi ç min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-9/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-9/2022
04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver