Məhkəmə qərarları › İş №2-2(105)-90/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-90/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-90/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2- 2(119)-308/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “subicarə müqaviləsinə xitam verilməsi və avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 30 yanvar 2023-cü il tarixli, 01/2023 nömrəli subicarə müqaviləsinin xitam olunması və iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (ünvan 1-dən) daşınmasına şərait yaradılması vəzifəsinin cavadehin üzərinə qoyulması və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 381 (üç yüz səksən bir) manat məbləğində pul vəsaitinin əvəzinin və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 30 yanvar 2023-cü il tarixli, 01/2023 nömrəli subicarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən obyektin 50 kv.m. istehsal sahəsi, 30 kv.m. anbar sahəsi olmaqla, ümumilikdə 80 kv.m. sahə iddiaçı "xxxx" MMC-yə subicarəyə verilmişdir. Müqavilə imzalandığı gündən icarəyə götürülmüş icarə obyektindən istehsal sahəsi kimi istifadə edilməmişdir. Hazırda həmin icarəyə götürülmüş sahənin istifadəsinə zərurət qalmamışdır və ona görə də iddiaçı tərəfindən bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsi vaxtından əvvəl birtərəfli qaydada xitam olunmuşdur. Lakin iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (ünvan 1-dən) daşınmasına şərait yaradılmamışdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 08 may 2024-cü il tarixində iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus tökmə avadanlıq, induksiya sobası, metal tökmək üçün qəlblər (8 ədəd), tökmə maşınlar (Anod tökmə kompleksi), 1 dəst İnteqral sxemin cavabdehin faktiki istifadəsində olan ərazindən (ünvan 1) daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 381 manat məbləğində pul vəsaitinin əvəzinin və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-2(119)-308/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-2(119)-308/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla(məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mübahisəli icarə müqaviləsi üzrə müqvilənin xitam olunması və bizə məxsus avadanlıqların qaytarılması üçün cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş,avadanlıqlar qaytarılmamışdır. Məhkəməyə avadanlıqlarla bağlı sübutların təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır.Sumqayıt Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış,ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş,ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.Həmçinin məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə iddiaçı şəxs olan X2 Cəmiyyətinin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyii lə müəyyənləşdirir. Belə ki, mübahisəli məsələlərin araşdırılması və hüquqi müdafiənin daha doğru qurulması, eynilə yeni sübutların toplanılması məqsədilə iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş və iddianın baxılmamış saxlanılması xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının ərizəsinə qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli,iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən məhkəmə ərizəni ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlayır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli, 01/2023 nömrəli subicarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqaviləyə əsasən ünvan 1-də yerləşən obyekt subicarəyə verilir. İcarəyə verən (Cavabdeh MMC) yuxarıda göstərilən obyektin 50 kvadrat metrini istehsal sahəsi kimi, 30 kvadrat metrini isə anbar sahəsi kimi, ümumilikdə 80 kvadrat metr sahəni subicarəyə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə 30 yanvar 2024-cü il tarixədək qüvvədədir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi ərazi bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin (İddiaçı MMC) tam sahibliyinə keçir. Həmin müqavilənin 6.1.3-cü yarımbəndinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalandıqdan sonra icarə müqaviləsinin obyektini icarəçiyə təhvil vermək icarəyə verənin vəzifəsidir. Həmin müqavilənin 10.2.1-ci yarımbəndinə əsasən, hər iki tərəfin razılığı ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmin müqavilənin obyekti olan icarə sahəsinə baxış keçirilməsi məqsədilə müqavilənin məzmununda qeyd edilən ünvan 1 ünvanına iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları ilə birinci instasiya məhkəməsi tərəfindən baxış keçirilmiş və icarə sahəsinin həmin ünvanda yerləşmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının nümayəndəsi birinci instasiya məhkəməsində məhkəmə prosesləri zamanı izahatında müqavilədə texniki səhvə yol verildiyini, icarə obyektinin və avadanlıqların qeyd olunan ünvanda deyil, başqa ünvanda yerləşən müəssisədə olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi isə müqavilə tərəflərin iradə ifadəsini əks etdirdiyini və tərəflər arasında bağlanmış subicarə müqaviləsində qeyd edilməyən başqa ünvana baxış keçirilməsinin yolverilməz olduğunu bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi Vəkil vəsatət verərək İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsulıyyətlı Cəmiyyəti arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahənin Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111-də yerləşdiyini bildirərək həmin sahəyə baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli iddia ərizəsi verərkən 30 yanvar 2023-cü il tarixli, 01/2023 nömrəli subicarə müqaviləsinə əsasən faktiki icarəyə verilmiş sahənin ünvan 1 ünvanında yerləşdiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin əraziyə baxış keçirilərkən icarə sahəsinin həmin ünvanda yerləşmədiyi müəyyən edilmişdir. Daha sonra isə iş apellyasiya qaydasında baxılarkən həmin ünvanın ünvan 2 MPM-in 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunun qeyd edilmişdir.149.2-ci maddədə iddia ərizəsi verilərkən göstərilməli olan məlumatlar qeyd olunmuş, 149.2.3-cü maddəyə əsasən isə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd edilməlidir. Göründüyü kimi iddia ərizəsi verilərkən iddiaçının tələbi “subicarə müqaviləsinə xitam verilməsi və avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” olduğundan subicarə müqaviləsi üzrə obyektin yerləşdiyi ünvan dəqiq müəyyən edilməlidir. Hazırki işdən müəyyən edilir ki, iddiaçının nümayəndəsi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsulıyyətlı Cəmiyyəti arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahənin ünvanı barədə dəqiq məlumat verə bilməmiş, iş materialları ilə dəqiq ünvan öz əksini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi hər iki tərəfin bağlamış olduğu müqavilədə ünvanın düzgün göstərilməməsini nəzərə almamış,işin mahiyyəti üzrə düzgün baxılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq subicarə müqaviləsi üzrə ünvanın dəqiqləşdirilməli olmasıni iddiaçıya təklif etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-2(119)-308/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar