Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-92/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh «Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-453/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 199823,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 453/2020 saylı qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır.(hakim Z.Sadiqov) X2 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-453/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan xx.xx.2019-cu il tarixli **********5 nömrəli protokoldan və həmin protokola əlavə edilmiş siyahıya alınmış əmlakların siyahısından görünür ki, cavabdehə məxsus olan Sumqayıt şəhəri, Azərbaycan pr-ti 2də yerləşən, dəyəri 200000 manat olan 1 ədəd istehsal binası siyahıya alınmış və həmin siyahı vergi orqanı əməkdaşlarının, müşahidəçilərin və vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilmişdir. İddia ərizəsinin mətnində siyahıya alınmış əmlak və onun dəyəri barədə tərtib edilmiş protokola və siyahıya istinad edilmiş və həmin protokol və siyahı iddia ərizəsinin ayrılmaz hissəsi kimi iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmaması barədə məhkəmənin gəldiyi nəticə ilə də razı deyillər. Belə ki, iddia ərizəsində iddiaçının tələbi və iddia tələbini əsaslandırdığı hallar iddia ərizəsində tam ifadə edilmişdir. İddiaçının tələbi: “cavabdehin xx.xx.2019 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 199823.45 çamat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 200000 manat məbləğində siyahıya alınınış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması’’, iddia tələbini əsaslandıran hallar: cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019cu il tarixə yaranan 304832.18 manat borcuna görə 200000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********5 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 199823.45 manat ödənilməmiş borcu qalmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-453/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkəniddiaçı apelyasiya şikayətinin geri götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-453/2020 saylı qərardadından verilmiş şikayətin geri qaytarılmasını və şikayətlə bağlı icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətdən apellyasiya icraatı zamanı imtina edilməsi birbaşa prosessual qanunvericiliklə tənzimlənmədiyindən, qanunun anologiyasına istinad edilməklə, qərardaddan verilmiş şikayətdən imtina edilməsi məsələsinə apellyasiya şikayətindən imtina ilə bağlı normalara uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 365, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin şikayətdən imtina barədə ərizəsi qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 453/2020 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-92/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-92/2020
17.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver