Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-94/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh2 Başçısının Birinci X14 Dairəsi üzrə Nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15000 manatın ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə sifarişçi Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə X1 ilə İddiaçı arasında xx xxxxx 2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi tərəfindən müəyyən edilmiş və tərtib olunmuş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını öhdəsinə götürür. Cavabdeh iş icraçısı üçün lazımi iş şəraiti yaradaraq smetada olan məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Binanın cari və əsaslı təmiri üçün əvvəlcə 93074 manat məbləğində smeta sənədi tərtib edilsə də, sonradan 10110,05 manat məbləğində smeta sənədi tərtib edilmiş, tərəflərin nümayəndələri tərəfindən razılaşdırılaraq imzalanmış və möhür vurulmuşdur. İcraçı tərəfindən bina aprel ayında 21266 manat məbləğində, may ayında 26348,64 manat məbləğində, iyun ayında isə 53495,42 manat məbləğində, yəni smetada nəzərdə tutulan məbləğdə əsaslı və cari təmir olunaraq cavabdehə təhvil verilmiş və bu barədə qəbul aktı tərtib edilmişdir. Cavabdeh pul məbləğinin 44848 manat məbləğini ödəsə də, qalan 56262 manat məbləğini dəfələrlə tələb edilməsinə baxmayaraq bu günə qədər ödəməmişdir. Cavabdeh pulun ödənilməməsini onunla əsaslandırmışdır ki, 2014-cü il üçün idarənin hesabatında bu təyinat üzrə vəsait olmadığı üçün ödənilməmiş qalan 56262 manat pul vəsaitini 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin İ rübündə ödəyəcəkdir. Artıq 2016- cı ilin sonu başa çatmasına baxmayaraq cavabdeh yenə pulu ödəməkdən imtina edir. Həm tikintidə işləyən fəhlələrin, həm də vergi və DSMF ayırmalarının pulu ödənilməmiş qalmış, bu da iddiaçının həm gəlirinə, həm də fəaliyyət dairəsinə çox mənfi təsir göstərmiş, işçilər arasında çox ciddi narazılıqlar yaranmışdır. Bütün bunlar iddiaçının digər gəlirlərinin əldən çıxmasına səbəb olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan qətnamə maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Maraqlarına toxunduğundan İcra Hakimiyyəti hesab edir ki, aşağıda qeyd olunanlara əsasən qiyabi qətnamə əsassız olduğu üçün ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, Birinci Nügədi kəndində yerləşən bağça binası təmirə yararsız vəziyyətdə olduğu üçün, İcra nümayəndəliyinin köhnə binası təmir edilərək bağçanın həmin binaya köçürülməsi qərara alınmışdır. Bununla əlaqədar Quba RİHB-nin başçısı xx xxxxxxxx 2014-cü il tarixdə sərəncam vermişdir. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi həmin işlərin görülməsi üçün 44848 manat məbləğində vəsaitin ayrılmasına etiraz etməmiş və büdcədə nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəniş tapşırıqlarına əsasən İddiaçı MMC-nin hesabına ödənilmişdir. X9 ilə İddiaçı MMC arasında İcra Hakimiyyəti ilə razılaşdırılmadan təmir işlərinə 93074 manat məbləğində vəsaitin ayrılması barədə müqavilə bağlanmışdır. Halbuki həmin binanın təmiri üçün 44848 manat məbləğdən artıq vəsait nəzərdə tutulmamış, İcra Hakimiyyəti üzərinə belə bir öhdəlik götürməmiş və nümayəndəliyə bu barədə göstəriş verilməmişdir. Həmçinin Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən 2013-2016-cı illərə dair dövlət büdcəsinin Quba rayonu üzrə yerli gəlir və xərclərindən Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinə əsaslı və cari təmir üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış və bu barədə xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. Aktdan görünür ki, İddiaçı MMC tərəfindən 2014cü ildə 3 saylı körpələr evi-uşaq bağçasında yerinə yetirilmiş 47614,64 manat dəyərində əsaslı təmir işləri nəzarət ölçü qaydasında yerində yoxlanılmış və nəticədə əsaslı təmir işlərinin dəyərinin artırılmadığı müəyyən edilmişdir. İcraçı tərəfindən tərtib edilmiş smetada isə yerinə yetirilmiş işlər üzrə yekun məbləğ şişirdilərək 101110,05 manat göstərilmişdir. Məhkəmədə işə baxılarkən bu barədə İcra Hakimiyyətinə heç bir məlumat verilməmişdir. Halbuki qeyd olunan məsələ ilə əlaqədar sərəncamı İcra Hakimiyyəti vermiş və aparılmış əlavə işlərlə əlaqədar (əgər aparılmışdırsa) İcra Hakimiyyətinin razılığı alınmalı idi. Qətnamədən də göründüyü kimi, İcra Hakimiyyətinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu məsələdə səlahiyyətli orqan olaraq onun dəlilləri qiymətləndirilməmişdir. İcra Hakimiyyəti qətnamənin mövcud olmasından İcra şöbəsi tərəfindən müraciət edildikdən sonra xəbərdar olmuşdur. İşə baxılarkən nümayəndəliklə yanaşı İcra Hakimiyyətinə də bu barədə məlumat verilməliydi, necə ki, hazırda qətnamənin icrası üçün İcra Hakimiyyətinə müraciət edilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən dövlət orqanları icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə uyğun olaraq yardım etməlidirlər. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.15ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanının maraqlarının digər dövlət orqanlarında, məhkəmə və yerli özünüidarəetmə orqanlarında təmsil olunmasını təşkil etmək, bu Əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəməyə və digər orqanlara müraciət etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin əsasnaməyə əsasən inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin məhkəmələrdə müstəqil tərəf kimi iştirak etmək vəzifə və səlahiyyətləri müəyyən edilməmişdir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçı "xxx” MMC-nin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Quba rayonu İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə xx.xx.2014-cü il tarixli müqavilə İddiaçı MMC ilə İ X14 Dairəsi üzrə Nümayəndəliyi arasında bağlandığına görə həmin müqavilədə nəzərdə tutulmuş məbləğin ödənilməsinin Cavabdeh2nə heç bir aidiyyəti yoxdur. İş materiallarından da göründüyü kimi, cavabdeh İ X14 Dairəsi üzrə Nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş pul məbləğindən 44848 manat hissəsini ödəmiş, qalan 56262 manat hissəsini isə ödəyəcəyi barədə öhdəlik götürsə də, ödəməmişdir. Qeyd olunanlardan əlavə, Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən 2013-2016-cı illərə dair dövlət büdcəsinin Quba rayonu üzrə yerli gəlir və xərclərindən Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinə əsaslı və cari təmir üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixdə aktdan görünür ki, İddiaçı MMC tərəfindən 2014-cü ildə 3 saylı körpələr evi-uşaq bağçasında yerinə yetirilmiş 47614,64 manat dəyərində əsaslı təmir işləri nəzarət-ölçü qaydasında yerində yoxlanılmış və nəticədə əsaslı təmir işlərinin dəyərinin artırılmadığı müəyyən edilmişdir. Hesab edir ki, Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən tərtib edilmiş akt ekspert rəyi rolunu oynaya bilməz. Görülmüş təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməlidir. Sonda nümayəndə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdeh və qətnamə maraqlarına toxunan şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X12 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı xxx MMC-nin direktoru X5 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlilləriniaraşdıraraqhesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət edərək, 56262 manat pul vəsaiti, vurulmuş maddi zərərin əvəzi 15000 manatı və ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehdən tələb etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İş artıq icra məhələsində olarkən və Cavabdeh2nə qətnamənin icrası ilə bağlı müraciət olunarkən X17 Hakimiyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qətnamənin ona təqdim olunmasını xahiş etmiş və həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İcra Hakimiyyəti apelyasiya şikayətində qətnamənin mövcud olmasından İcra şöbəsi tərəfindən müraciət edildikdən sonra xəbərdar olduğunu bildirmiş, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.15-ci maddəsinə istinad edərək həmin əsasnaməyə əsasən inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin məhkəmələrdə müstəqil tərəf kimi iştirak etmək vəzifə və səlahiyyətləri müəyyən edilmədiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından “Nümayəndəlik” - yəni hazırki iş üzrə Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır və 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi - hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, filial, nümayəndəlik və idarə hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud hüquq sisteminə aid hüquq sahələrində (Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə və s.) “hüquq qabiliyyəti” və “fəaliyyət qabiliyyəti” fərqli institutlar kimi müəyyən olunmuş və onların hər biri özünəməxsus müvafiq mahiyyət və məzmun daşıyır. Yəni, “hüquq qabiliyyəti” – “hüquqlara malik olmaq və vəzifələr daşımaq” qabiliyyəti olduğu halda, “fəaliyyət qabiliyyəti” - “şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək” qabiliyyətidir. Həmçinin, mülki icraatın (kommersiya mübahisəsi üzrə icraatın) prosessual qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində də proses iştirakçılarının “Mülki prosessual hüquq qabiliyyəti” və “Mülki prosessual fəaliyyət qabiliyyəti” fərqləndirilərək, bunun üçün Məcəlləyə ayrı-ayrılıqda 48-ci və 49-cu maddələr daxil edilmişdir. Yəni, “mülki prosessual hüquq qabiliyyətinin” təsbit olunduğu MPM-nin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. “Mülki prosessual fəaliyyət qabiliyyətinin” təsbit olunduğu MPM-nin 49-cu maddəsində isə göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, “mülki-prosessual fəaliyyət qabiliyyəti” və “hüquq qabiliyyəti” fərqli anlayışlardır və Mülki-Prosessual Məcəllədə mülki-prosessual fəaliyyət qabiliyyəti - tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsus olan “məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq” qabiliyyətidir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh qismində çıxış etmiş Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyi - mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi iştirak edə bilməz. Yəni, hər hansı bir hüquqi şəxsin “Nümayəndəlik” kimi qeydə alınaraq, mülki münasibətlərdə “Nümayəndəlik” olaraq çıxış edən subyekti - Mülki-Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud, iddiaçı ola bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət etməli olduğu halda, iddia ərizəsini icraata qəbul etmiş və qiyabi qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir ki, bu da qanunsuz qətnamə qəbul olunması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Göründüyü kimi, nümayəndəliyin hazırki iş üzrə cavabdeh ola bilməməsini müəyyənləşdirməli və onun əsl cavabdeh ilə əvəz edilməsi məsələsinə baxmalı olan birinci instansiya məhkəməsi işə Cavabdeh2 başçısının İ X14 Dairəsi üzrə Nümayəndəliyinin cavabdeh qismində iştirakı ilə baxaraq qanunsuz qiyabi qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə maraqlarına toxunan şəxs Cavabdeh2 apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-25/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Qətnamə maraqlarına toxunan şəxs Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-25/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-94/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-94/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver