Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-94/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər “X8” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, X4, Cavabdeh8 və Cavabdeh5 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdehlər “X8” MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “X8” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, X4, Cavabdeh8 və Cavabdeh5 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “X8” MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 804.995,52 ABŞ dolları borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 manat faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 2.551.726,75 manat borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 567.374,62 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2- 2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.663,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 248.187,06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının ödənilməsi, borcun əvəzi “X8” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0- 3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın “X8 “ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh5 məxsus ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X8” MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X3 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X3 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, “X8” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X8” MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən çox olmamaqla 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2018-ci il tarixli BİZG5Z2-2-0-3-18 saylı Baş kredit müqaviləsinə 31 yanvar 2020-ci il tarixli 1 №-li razılaşmaya əsasən borcalan tərəfindən kreditora müqavilənin tərkibində verilmiş kredit xətti və kredit müqavilələri üzrə ən azı 200.000 manat ödənildikdən sonra qüvvəyə minir. Qeyd olunan məbləğ ödəniş gününə hesablanmış gecikdirilmiş faiz borcu və cərimə məbləğinin silinməsinə yönəldikdən sonra qalan vəsait xx.xx.2019-cu il tarixli 4-BİZG5Z2- 2-0-3-18 (4) saylı kredit müqaviləsinə əsasən verilmiş 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit üzrə qalıq əsas borc məbləğinin silinməsinə yönəldilir. 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(1) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3- 18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində "xxxx" İKB ASC-dən kredit götürmüşdür. 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd dollar, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi illik 7,5 faiz və kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilir. 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil edir, kreditin faiz dərəcəsi illik 12,5 faiz və kreditin müddəti xx.xx.2020ci tarixədək təyin edilir. 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3- 18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil edir, illik faiz dərəcəsi 12,5 faiz təyin edilir. 31 yanvar 2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 200.663,86 (iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh4 və Cavabdeh3 ilə 07 sentyabr 2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (Z1) və 4-BİZG5Z2-2-0-3-18 (Z2) saylı zaminlik müqaviləsi, “X8” MMC ilə 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsi bağlanmış, “X8” MMC-yə məxsus 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş avadanlıqlar banka girov qoyulmuşdur. “X8“ MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ1) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ2) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ3) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh6 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ4) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh5 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ5) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 804.995,52 ABŞ dolları borcu, 2020-ci il noyabrın 20-dək “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 manat faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2.551.726,75 manat borcu, 2020-ci il noyabrın 20-dək “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz borcu olmaqla ümumilikdə cəmi 567.374,62 manat borcu, 2020-ci il noyabrın 20-dək “X8” MMC-nin 2019-ci il 29 aprel tarixli 4- BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.63,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 248.187,06 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “X8” MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. 29 aprel 2019-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Sonra İddiaçı ASC məhkəməyə bir neçə dəfə iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələr vermiş və sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər “X8” MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 129.428,01 ABŞ dolları faiz, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1.038.959,43 ABŞ dolları borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 723.915,5 manat faiz, 355.937 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3.368.911,04 manat borcun, 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 161.633,69 manat faiz, 77.333,75 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 manat borc olmaqla ümumilikdə, cəmi 768.876,67 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 40.000 ABŞ dolları əsas, 18.085,6 ABŞ dolları faiz, 89.249,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla ümumilikdə, cəmi 162.100,85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının ödənilməsi, borcun əvəzinin “X8” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın ipoteka predmeti olan “X8” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh5 məxsus ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X8” MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X3 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X3 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, “X8” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “X8” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər “X8” MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki dollar əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 80.000 (səksən min) ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 941.297 (doqquz yüz qırx bir min iki yüz doxsan yeddi) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 230.000 (iki yüz otuz min) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3.127.185 (üç milyon yüz iyirmi yeddi min yüz səksən beş) manat məbləğində borc, 2018ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 50.000 (əlli min) manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 (on yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 716.020,52 (yeddi yüz on altı min iyirmi manat əlli iki qəpik) manat məbləğində borc, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2- 0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 (qırx min) ABŞ dolları məbləğində əsas borc, 3587,30 (üç min beş yüz səksən yeddi dollar otuz sent) ABŞ dolları məbləğində faiz borcu, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 (on dörd min yeddi yüz altmış beş dollar qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 63.353 (altmış üç min üç yüz əlli üç) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutulması, tutmanın “X8” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən girov predmeti olan avadanlıqlara yönəldilməsi və həmin avadanlıqların açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, tutmanın ipoteka predmeti olan “X8” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan “X8” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 2.000 000 (iki milyon) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin satış qiymətinin 65.000 (altmış beş min) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin satış qiymətinin 77.000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin satış qiymətinin 390.000 (üç yüz doxsan min) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin satış qiymətinin 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilməsi, “X8” MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərclərinin 10%-nin iddiaçıya, 90%-nin cavabdehlərə aid edilməsi, məhkəmə xərcini təşkil edən 30 manat ödənilmiş dövlət rüsumunun 3 manatının iddiaçıya, 27 manatının cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 27 manat pulun tutularaq iddiaçıya verilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun 4 manatının iddiaçıya, 36 manatının cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 36 manat pulun tutularaq iddiaçıya verilməsi, iddiaçı tərəfindən 80 manat xidmət haqqının 8 manatının iddiaçıya 72 manatının cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 72 manat pulun tutularaq iddiaçıya verilməsi, məhkəmə xərcini təşkil edən əmlakların qiymətləndirilməsi ilə bağlı məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ödəniləsi 2300 manatın 230 manatının iddiaçıya, 2070 manatının cavabdehlərə aid edilməsi, iddiaçıdan 230 manat, cavabdehlərdən müştərək qaydada 2070 manat pulun tutularaq "xxxx" MMC Qiymətləndirmə şirkətinin hesabına ödənilməsi, məhkəmə xərcini təşkil edən məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə cəmi 350 manatın 35 manatının iddiaçıya, 315 manatının cavabdehlərə aid edilməsi, iddiaçıdan 35 manat, cavabdehlərdən müştərək qaydada 315 manat pulun tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev). Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edildməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh “X8” MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(119)-489/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(119)-489/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən qərəzli mövqedən çıxış edilmiş, məhkəmə işin hallarını nəzərə almadan kreditin götürülməsini təsdiq edən halları araşdırmadan faiz və cərimə borcunu əsasız olaraq azaltmışdır. Belə ki, məhkəmə xx.xx.2022-ci il tarixli iddia tələbinə əlavə verilməsinə dair ərizəni nəzərə almamaqla kreditorun hüquq və qanuni mənafelərini pozmuşdur. Belə ki, xx.xx.2019-cu tarixli 4-BİZG5Z2-2-0-3-18 (4)saylı kredit müqaviləsi üzrə məhkəmə bankın illik 5%-lə hesablanmış tələbini nəzərə almaqla məbləği təmin etmiş, lakin bu və digər kredit müqavilələri üzrə bankın xx.xx.2022-ci il tarixə tələb etdiyi faiz və cərimə borcunu nəzərə almamış və qətnaməni xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə əsaslandırmışdır. Halbuki iddiaçı tərəf, bank xx.xx.2022-ci il tarixə hesablanmış borcu cavabdehdən tələb etmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən qərəzli mövqedən yanaşılmışdır. Belə ki, məhkəmə xx.xx.2022-ci il tarixli iddia tələbinə əlavə verilməsinə dair ərizəni nəzərə almamış, həmçinin Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X3 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X3 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissəsində də iddia tələbini təmin etməmişdir. Cavabdeh “X8” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən bir-biri ilə əlaqəli olmayan müqavilələr üzrə işlərə eyni icraatda baxıla bilməz. Belə ki, sözügedən məhkəmə işində dörd kredit müqaviləsi və hər birində bir-birindən fərqli cavabdehlər var. Bir müqavilə üzrə cavabdeh olan şəxs digər müqavilələr üzrə tamamilə aidiyyatı olmayan şəxsdir. Bu səbəblə də sözügedən kredit müqavilələri üzrə mübahisələr bir icraatda baxıla bilməz. Həmin mübahisələr ayrılmalı və onlara müxtəlif məhkəmə icraatlarında baxılmalıdır. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Sözügedən iş üzrə bir-birinə ziddiyyət təşkil edən iki ekspertiza rəyi mövcuddur. Belə ki, ilk ekspertiza rəyində ekspert qeyd etmişdir ki, “ödəniş cədvəlləri olmayan müqavilələr üzrə borc hesablana bilməz”. İkinci ekspertiza rəyində isə “ödəniş vaxtı çatmış müqavilələr üzrə borc hesablana bilər”- deyə qeyd edilmişdir. Baxmayaraq ki, ödəniş vaxtı çatmış müqavilələr üzrə ödəniş cədvəlləri mövcud deyildir. Həmçinin sözügedən ziddiyyət təşkil edən ekspertiza rəyləri məhz eyni ekspertiza mərkəzi tərəfindən təqdim edilmişdir. Ziddiyyətin aydınlaşdırılması məqsədi ilə ya rəy vermiş ekspert(lər) məhkəməyə çağırılmalı, dindirilməli, məsələ ilə bağlı suallar ünvanlanmalı və ekspertin söylədiyi fikirlər nəzərə alınmalı idi, ya da iş təkrar ekspertizaya göndərilməli idi. Lakin məhkəmə məsələnin aydınlaşdırılması üçün heç bir addım atmamış və ilk ekspertiza rəyi yoxmuş kimi ikinci ekspertiza rəyini əsas götürərək müvafiq qətnaməni qəbul etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti çatmadığı üçün kreditor tərəfindən və ya onun tələbi ilə məhkəmə yolu ilə öhdəliklərin icrası borclulardan tələb edilə bilməz. İndiki halda onun sahibkarlıq fəaliyyəti olmadığı üçün mübahisənin kommersiya məhkəməsində baxılması mümkün deyildir. Bundan əlavə kredit borcundan kifayət qədər ödənişlər edilməsinə baxmayaraq Bank tərəfindən şişirdilmiş borc məbləğləri müəyyən edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, cavabdehlərin verdiyi apellyasiya şikayətlərinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh “X8” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəmə iclasının keçiriləcəyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək Gəncə İnzibati Məhkəməsində baxılacaq başqa işdə iştirak etməsi səbəbilə hazırki işdə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəblə məhkəmə iclasının növbəti tarixə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin hazırki apellyasiya şikayəti üzrə əvəllər ətraflı izahat verməsini (5-ci cild,i/v94), həmçinin hazırki vəsatətin qabaqcadan deyil, yalnız məhkəmə iclasının təyin olunduğu tarixdə verilməsini nəzərə alaraq vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X8” MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən, qaytarılması gecikdirildiyi halda günlük faiz dərəcəsi 0,1 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC "xxxx" İKB ASC-dən illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC "xxxx" İKB ASC-dən illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC "xxxx" İKB ASC-dən illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X8” MMC "xxxx" İKB ASC-dən illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z1) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün Cavabdeh4 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z2) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün Cavabdeh3 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №-li sonrakı girov müqaviləsindən görünür ki, borcalan/girov qoyan (“X8” MMC) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən ünvan 1 ünvanındakı əmlak kompleksi kimi müəssisədə yerləşən əmlakları (“X8” MMC-yə məxsus avadanlıqları) 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora/girov saxlayana girova verir. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ1) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan - “X8” MMC mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 2.860.500 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “X8” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ2) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilini 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 57.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ3) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı - Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilini 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 60.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ4) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evini 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 380.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi , 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ5) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh5 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı - ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəni 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 800.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh5 məxsus ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi illik 7,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020ci il tarixdən xx.xx.2020 tarixədək təyin edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 2.289.058,54 ( iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil edir, kreditin faiz dərəcəsi illik 12,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təyin edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 512.334,83 ( beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil edir, illik faiz dərəcəsi 12,5 faiz təyin edilir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 200.663,86 ( iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil edir, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təyin edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4111 nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə “X8” MMC-nin Banka xx.xx.2021-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə 200.004,60 ABŞ dolları, faiz borcu üzrə 3.587,30 ABŞ dolları, 5% dərəcəsi ilə faiz borcu üzrə 9.194,65 ABŞ dolları borcu olmuşdur. Həmçinin qeyd edilmişdir ki, "xxxx" İKB ASC ilə “X8” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı, xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2- 2- 0-3-18 (2) saylı, xx.xx.2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (3) saylı və kredit müqavilələri üzrə rəsmiləşdirilmiş əlavə sazişlər üzrə tərtib edilmiş ödəniş qrafikləri ekspertizaya təqdim edilmədiyinə görə və həmçinin həmin kredit müqavilələri üzrə son ödəniş müddəti borcun hesablanması ilə bağlı ekspert qarşısında qoyulmuş müddətlərdən daha sonrakı tarixdə bitdiyinə görə “X8” MMC-nin borcunu hesablamaq mümkün olmadığından, “X8” MMC-nin (1), (2), (3) saylı müqavilələr üzrə 09 fevral 2021-ci il tarixinə və 30 mart 2021-ci il tarixə Banka olan əsas borcu, faiz borcu və cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/307 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0- 3-18 (1) saylı kredit verilməsinə dair X7 № 1-in 1.2-ci bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X8” MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair Razılaşmanın və xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair X7 № 1-in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə, xx.xx.2022-ci il tarixə “X8” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 752.224,29 ABŞ dolları, faiz borcu 109.072,52 ABŞ dolları, xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0- 3-18 (2) saylı kredit verilməsinə dair X7 №1-in 1.2-ci bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X8” MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair Razılaşmanın və xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0-3- 18 (2) saylı kredit verilməsinə dair X7 № 1-in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə xx.xx.2022-ci il tarixə “X8” MMC-in "xxxx" İKB ASC-yə olan əsas borcu 2.289.058,54 manat, faiz borcu 608.126,55 manat, xx.xx.2020-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit xətti ayrılmasına dair Razılaşma üzrə xx.xx.2022-ci il tarixə “X8” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 512.334,83 manat, faiz borcu 136.110,29 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş qiymətləndirmə aktlarından görünür ki, ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 2.850.000 (iki milyon səkkiz yüz əlli min) manat, likvid dəyəri 2.000.000 (iki milyon) manat, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin bazar dəyəri 70.000 (yetmiş min) manat, likvid dəyəri 65.000 (altmış beş min) manat, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid dəyəri 77.000 (yetmiş yeddi min) manat, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 430.000 (dörd yüz otuz min) manat, likvid dəyəri 390.000 (üç yüz doxsan min) manat, Cavabdeh5 məxsus ünvan 12 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 1.600.000 (bir milyon altı yüz min) manat, likvid dəyəri 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş **********986800 nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlərə bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6024 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3- 18(1) nömrəli kredit müqaviləsinə əsasən 752.224,29 ABŞ dolları əsas borcu, 129.428,01 ABŞ dolları faiz borcu, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.038.954,43 ABŞ dolları borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3- 18(2) nömrəli kredit müqaviləsinə əsasən 2.289.058,54 manat əsas borcu, 723.915,5 manat faiz borcu, 355.937 manat cərimə borcu olmaqla, ümumilikdə 3.368.911,04 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6026 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X8” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3- 18(3) nömrəli kredit müqaviləsinə əsasən 512.334,83 manat əsas borcu, 161.633,69 manat faiz borcu, 77.333,75 manat cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 17.574,40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 768.876,67 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X8” MMC-nin 2019-ci il 29 aprel tarixli 4- BİZG5Z2-2-0-3-18 (4) nömrəli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları əsas borcu, 18.085,60 ABŞ dolları faiz borcu, 89.249,85 ABŞ dolları cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 14.765,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 162.100,85 manat borcu olmuşdur. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, cavabdeh “X8” MMC kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən Baş kredit müqaviləsi əsasında kredit məbləğlərini, müvafiq razılaşmalarla müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitlərini, həmin kreditlərdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, “X8” MMC onunla İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) arasında bağlanılmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Müəyyən müddət keçdikdən sonra “X8” MMC qeyd edilən razılaşmalar üzrə tərtib edilmiş ödəniş cədvəllərinə əməl etməyərək, götürdüyü kredit borclarının qaytarılması üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflər arasında 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3- 18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd dollar, iyirmi doqquz sent) ABŞ dolları təşkil etdiyi müəyyən olunaraq, kreditin faiz dərəcəsi illik 7,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmiş, həmçinin, 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil etdiyi müəyyən olunaraq, kreditin faiz dərəcəsi illik 12,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmiş, həmçinin, 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil etdiyi müəyyən olunaraq, illik faiz dərəcəsi 12,5 faiz təyin edilmiş, eləcə də, 31 yanvar 2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 4-BİZG5Z2-2-0-3- 18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə əsas borc məbləğinin 200.663,86 (iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil etdiyi müəyyən olunaraq, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmiş, 1, 2 və 3-cü razılaşmalar üzrə yeni ödəniş cədvəlləri tərtib edilməmişdir. 07 sentyabr 2018-ci il tarixli 1 və 2 nömrəli razılaşmalar üzrə müqavilə müddətləri 2022-ci il oktyabrın 7-də bitir (həmin razılaşmalar üzrə kredit məbləğləri 49 ay müddətinə verilib). 07 sentyabr 2018-ci il tarixli 3 nömrəli razılaşma üzrə müqavilə müddətləri 2021-ci il sentyabrın 7-də bitmişdir (həmin razılaşma üzrə kredit məbləği 36 ay müddətinə verilib). 29 aprel 2019-cu il tarixli 4 nömrəli razılaşma üzrə müqavilə müddəti 2020-ci il oktyabrın 29-da bitmişdir (həmin razılaşma üzrə kredit məbləği 12 ay müddətinə verilib). Göründüyü kimi, iş üzrə cavabdeh “X8” MMC "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X8” MMC arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinin tərkib hissəsi olan 4 razılaşma əsasənda götürdüyü kredit məbləğləri üzrə öhdəliklərini yerinə yetirməmiş və buna görə də Borcalana güzəşt edilərək, həmin razılaşmalar üzrə verilmiş qalıq kredit məbləğləri kapitallaşdırılmış, faizlərdə dəyişikliklər edilmiş, vaxt güzəştləri müəyyən olunmuş, lakin bütün bunlara, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq, Borcalan öhdəliklərini yerinə yetriməməyə davam etmiş və bununla da Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ASC apellyasiya şikayətini «məhkəmənin işin hallarını nəzərə almadan kreditin götürülməsini təsdiq edən halları araşdırmadan faiz və cərimə borcunu əsassız olaraq azaltması, eləcə də, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X3 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X3 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissələrində iddia tələbini əsassız olaraq təmin etməməsi» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin «faiz borcunun əsassız olaraq azaldılması» hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/307 nömrəli rəyi ilə 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə “X8” MMC-nin "xxxx" İKB ASC-yə 752.224,29 ABŞ dolları əsas borcu, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borcu, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borcu, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və və onunla razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməklə, cavabdehlər “X8“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçıASC-nin xeyrinə 752.224,29 ABŞ dolları əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun tutulması əsaslıdır. Məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin «məhkəmə tərəfindən cərimə borcunun əsassız olaraq azaldılması» hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi kollegiyası işin hallarını və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğlər hesab etmiş və həmin cərimə (dəbbə) məbləğlərini azaltmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə (dəbbə) məbləğlərinin müəyyən edilmiş məbləğlərdə tutulması məqsədəuyğundur. Məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin «Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X3 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X3 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissələrində iddia tələbini əsassız olaraq təmin etməməsi» hissəsinə aşağıdakı kimi münasibət bildirir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ipotekaya qoyulmuş mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən çıxarılmasının aydın ifadə olunmuş xüsusi qaydası nəzərdə tutulmamışdır. Buna görə iddiaçının hazırki iddia tələbi üzrə ipoteka predmeti olan mənzilə tutma yönəldikdən sonra mənzilin yeni mülkiyyətçisi kimi iddiaçıya məxsusluğu müəyyən edilmədən həmin mənzilin məhz iddiaçıya təhvil verilməsinə dair iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh “X8” MMC apellyasiya şikayətini «mülki işdə dörd kredit müqaviləsi və hər birində bir-birindən fərqli cavabdehlər olması, bir müqavilə üzrə cavabdeh olan şəxsin digər müqavilələr üzrə tamamilə aidiyyatı olmayan şəxs olması, bu səbəblə də sözügedən kredit müqavilələri üzrə mübahisələrin bir icraatda baxıla bilməməsi, həmin mübahisələrə ayrı-ayrı məhkəmə icraatlarda baxılmalı olması» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh “X8” MMC-nin apellyasiya şikayətinin qeyd olunan hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" İKB ASC ilə “X8” MMC arasında 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsi bağlanmış və daha sonra həmin Baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC ilə “X8” MMC arasında 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li və 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmalar bağlanmış və müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Cavabdeh “X8” MMC eyni zamanda apellyasiya şikayətini «Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasına dair verdiyi rəylər arasında zidiyyət olması» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh “X8” MMC-nin apellyasiya şikayətinin qeyd olunan hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" İKB ASC ilə “X8” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli, xx.xx.2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (2) nömrəli və xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) nömrəli kredit müqavilələri üzrə rəsmiləşdirilmiş əlavə sazişlər üzrə tərtib edilmiş ödəniş qrafikləri ekspertizaya təqdim edilmədiyinə görə və həmin kredit müqavilələri üzrə son ödəniş müddəti borcun hesablanması ilə bağlı ekspert qarşısında qoyulmuş müddətlərdən daha sonrakı tarixdə bitdiyinə görə “X8” MMC-nin borcunu hesablamaq mümkün olmadığından, “X8” MMC-nin (1), (2), (3) saylı müqavilələr üzrə 09 fevral 2021-ci il tarixinə və 30 mart 2021-ci il tarixə Banka olan əsas borcun, faiz borcunun və cərimə borcunun nə qədər təşkil edib-etmədiyini müəyyən etmək mümkün olmadığından və iş üzrə rəy verilmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Cavabdeh1 apellyasiya şikayətini «kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti çatmadığı üçün kreditor tərəfindən və ya onun tələbi ilə məhkəmə yolu ilə öhdəliklərin icrasının borclulardan tələb edilə bilməməsi, eləcə də indiki halda onun sahibkarlıq fəaliyyəti olmadığı üçün mübahisənin kommersiya məhkəməsində baxılmalı olmaması» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin «kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti çatmadığı üçün kreditor tərəfindən və ya onun tələbi ilə məhkəmə yolu ilə öhdəliklərin icrasının borclulardan tələb edilə bilməməsi» hissəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə cavabdeh “X8” MMC "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə aralarında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinin tərkib hissəsi olan 4 razılaşma əsasında götürdüyü kredit məbləğləri üzrə öhdəliklərini yerinə yetirməmiş və buna görə də Borcalana güzəşt edilərək, həmin razılaşmalar üzrə verilmiş qalıq kredit məbləğləri kapitallaşdırılmış, faizlərdə dəyişikliklər edilmiş, vaxt güzəştləri müəyyən olunmuş, lakin bütün bunlara, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq, Borcalan öhdəliklərini yerinə yetriməməyə davam etmiş və bununla da Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, 2 razılaşma üzrə kredit müqavilə müddəti bitməsə də, ümumilikdə, bütün razılaşmaların və onların tərkib hissəsi olduğu Baş kredit müqaviləsinin əhəmiyyətli dərəcədə pozulduğundan İddiaçı ASC “X8” MMC-dən öhdəliklərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin «indiki halda onun sahibkarlıq fəaliyyəti olmadığı üçün mübahisənin kommersiya məhkəməsində baxılmalı olmaması» hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li Qərarının 11-ci bəndindən görünür ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi olduğundan mülki işə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılması qanunvericiliyin tələbləri baxımından qanunidir. Məhkəmə kollegiyası həmçinin ipoteka predmeti olan əmlakların likvid dəyərinin apellyapsiya şikayətləri ilə mübahisələndirilmədiyini qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı ASC, cavabdeh “X8” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-94/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-94/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver