Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-95/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı tərəfindən Cavabdeh qarşı kommersiya işi üzrə (Açar sözlər: əmlakın geri qaytarılması, icarə haqqının tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədovdan və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçının nümayəndəsi və vəkilləri Vəkil3, Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Adıgözəlbəyov Emı̇ n Taleh oğlunun Cavabdeh qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(119)-21/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı əmlakın geri qaytarılması və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 67005 (altmış yeddi min beş) manatın, hüquqi yardıma görə ödənilmiş 210 manatın, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müxtəlif tikinti avadanlıqlarının icarəsinə dair xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh müqavilənin dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Cavabdehin 30 may 2022-ci il tarixinə qədər olan ümumi borc məbləği 67005 (altmış yeddi min beş) manat müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və müqavilə üzrə verilmiş 2415 ədəd tikinti avadanlıqları geri qaytarılmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 67005 manatın ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manat xərc çəkmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir.
3. İddiaçı nümayəndəsi Vəkil1 13 mart 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat 92 qəpik) manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 210 manatın və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. İddia tələbi ilə əlaqədar Cavabdeh nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı izahat təqdim edərək, aşağıdakıları bildirmişdir: 1) İddiaçının tələbləri onun məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 44/25 saylı müqaviləninin 3.2-ci bəndinə görə tam qanunsuzdur. Belə ki, müqavilənin 3.2-ci bəndinin tələblərinə görə həmin müqavilə qüvvəyə minməmişdir. Çünki həmin bənddə müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir. Buna görə hüquqi cəhətdən istinad edilən müqavilənin hüquqi qüvvəsi yoxdur və onun əsasında irəli sürülmüş iddia tələbi təmin edilə bilməz; 2) İddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışı adlanan sənədi məhkəməyə təqdim edərək, cavabdehin guya 67005 manat borcunun olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi bu maliyyə arayışı heç bir sübutla təsdiq edilmir, halbuki bu qədər borc real mövcuddursa, onda iddiaçının vergi hesabatlarında, yəni müvafiq mühasibat hesabatlarında bu borc xx.xx.2020-xx.xx.2022 tarixlər aralığında debitor borc kimi hər ay (və ya rüb, il) artan ardıcıllıqla mütləq göstərilməlidir. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır; 3) İddiaçının istinad etdiyi 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə 2 sənəd əlavə edilib - üzərində “Qiymətlərin razılaşdırma protokolu” xx/xx/2020 tarixli 44/25 saylı müqaviləyə xx.xx.2020 tarixli 1 saylı əlavə” yazılmış sənəd, üzərində “təhvil-təslim” sözündən başqa heç bir məlumat olmayan sənəd. Göründüyü kimi, birinci sənədin hansı müqaviləyə əlavə edildiyi və onun əlavə 1 olduğu göstərildiyi halda, təhvil-təslim adlanan sənəddə onun hansı müqaviləyə əlavə olaraq tərtib edildiyi göstərilməmişdir. Digər tərəfdən əgər müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırma protokolu 1 saylı əlavə adlandırılıbsa, ümumi qaydaya görə müqaviləyə ikinci əlavə edilən sənəd (təhvil-təslim aktı) 2 saylı əlavə və onun hansı müqaviləyə əlavə olduğu göstərilməli idi, lakin göstərilməyib. Bu hal həmin təhvil-təslim aktının başqa zaman, başqa müqaviləyə və ya başqa sənədə əlavə olaraq tərtib edildiyini sübut edir, yəni bu təhvil-təslim aktının təqdim edilmiş müqaviləyə heç bir aidiyyəti yoxdur. 4) Göstərilən təhvil-təslim aktının 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti olmamasını digər bir hal da sübut edir. Belə ki, qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə adları göstərilən avadanlıqlarla, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur, halbuki eyni avadanlıqlardan söhbət gedirsə, belə fərq istisna olmalı idi. Təhvil-təslim adlandırılan sənəddə 11-ci sırada “Üst ayar mili (48) 1.2m qalvaniz” adlı avadanlığı təhvil verildiyi göstərilib, lakin qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə belə bir adda avadanlıq göstərilməyib. Bu fakt yenə də onu sübut edir ki, məhkəməyə təqdim edilmiş üzərində nəyə aid olduğu göstərilməmiş tarixsiz təhvil-təslim adlı sənədin 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. 5) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər mütləq mənada xx.xx.2017 saylı Q-08 qeydiyyat nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə sənəddə göstərilən Forma MTQA-1 adlanan ciddi hesabat blankında təhvil-təslimi həyata keçirməlidirlər. Belə blankda onun mətbəədə çap edilmiş seriya və nömrəsi olur və bu da vergidən yayınmağın qarşısını alır. Hazırkı halda isə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun bu normativ sənədin tələbi daxilində təhvil-təslim aktını tərtib etməməsi həmin sənədin etibarsızlığını törədir, çünki Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının əsaslandığı 44/25 saylı xx.xx.2020 müqavilə əsasında cavabdeh heç bir avadanlıq almamışdır. İddiaçı bütün avadanlıqları cavabdehin təsisçisi olduğu şirkətə verib və bu günədək də həmin şirkətlə işləyir.
6. Cavabdeh 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı istinad etdiyi müqavilə üzrə aralarında heç bir əməliyyat aparılmamışdır. Onlar yalnız cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN **********) iş içraçıları ilə nağd hesablaşma yolu ilə işləyiblər. İddiaçının istinad etdiyi müqavilə formal bağlanmış və o, bu müqavilə üzrə heç bir mal-material almamışdır. Məhkəməyə təqdim olunan tarixsiz təhvil-təslim aktı artıq icra olunmuş başqa müqaviləyə aiddir. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 44/25 nömrəli X1 əsasən icarəyə verən göstərilən kanca pano, alt ayar mili, üst ayar mili və sair materialları (avadanlıqlar) tikinti, təmir-bərpa işləri məqsədi ilə icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ayba-ay ödəməyi öhdəsinə götürür.
8. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu müqaviləyə Əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır.
9. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilə avadanlıqların təhviltəslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər.
10. xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqaviləyə 1 saylı əlavə olan 23 dekabr 2020-ci il tarixli Qiymətlərin razılaşdırma protokolundan görünür ki, 1 ədəd kanca panonun (balaca) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd kanca panonun (sadə) aylıq icarə haqqı 2 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 0,8 m qalvanizin aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 1,2 m aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd sadə ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd alt ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN müəyyən edilmişdir.
11. Təhvil-təslim aktından görünür ki, 24 dekabr 2020-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 45 ədəd kanca pano (balaca), 07 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48, 08 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 09 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 85 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48, 13 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 120 ədəd üst ayar mili (4-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48, 19 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 09 fevral 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə), 10 fevral 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə) İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir.
12. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş borc barədə arayışa əsasən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə fiziki şəxs Cavabdeh İddiaçı 30 may 2022-ci il tarixinədək 59847,92 manat icarə haqqı borcu yaranmışdır.
13. Məhkəmə araşdırması zamanı Cavabdeh vəsatəti nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 02 fevral 2023-cü il tarixli 4/1729 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrində olan imzalar, 3-cü vərəqində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokolunun (xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqaviləyə 1 saylı əlavə) aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, Ş/V seriyalı DYİ ******* nömrəli təhviltəslim aktının aşağı hissəsində “Təsdiq edirik Cavabdeh (Ş/V seriyalı DYİ 0027677)” qrafasında “Cavabdeh” yazıları və həmin yazıların aşağı hissəsində olan imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(119)- 21/2023 nömrəli qətnaməsi ilə (hakim H.Alıyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqı borcu, hüquqi yardıma görə ödənilmiş 210 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci olmaqla – cəmi 60457,92 (altmış min dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 2415 ədəd tikinti avadanlığı - 45 ədəd kanca pano (balaca), 50 ədəd alt ayar mili 48, 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 50 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48 lik) 0.8m qalvaniz, 100 ədəd alt ayar mili (48-lik), 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 85 ədəd sadə ayar mili 48, 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 100 ədəd alt ayar mili 48, 120 ədəd üst ayar mili (48lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 300 ədəd alt ayar mili 48, 300 ədəd üst ayar mili (48lik) 1.2m qalvaniz, 100 ədəd kanca pano (sadə), 100 ədəd kanca pano (sadə) Cavabdeh alınaraq İddiaçı qaytarılması, Cavabdeh dövlət nəfinə 269,54 (iki yüz altmış doqquz manat 54 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3 və 442-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3, 9.1-1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4. 119.1 və 121.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(119)-21/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Daha sonra apellyasiya şikayəti üzrə tələbinin Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(119)-21/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi kimi qəbul edilməsini xahiş etdi.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 44/25 saylı müqavilənin 3.2 bəndində görə müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir. Odur ki, hüquqi cəhətdən istinad edilən müqavilənin hüquqi qüvvəsi yoxdur və onun da əsasında irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. Göstərilən təhvil-təslim aktının 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti olmamasını digər bir hal da sübut edir. Belə ki, qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə adları göstərilən avadanlıqlarla, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur, halbuki eyni avadanlıqlardan söhbət gedirsə belə fərq istisna olmalı idi. Diqqətlə baxılsa görərik ki, təhvil təslim adlandırılan sənəddə 11-ci sırada “Üst ayar mili (48) 1.2m qalvaniz” adlı avadanlıq təhvil verildiyi göstərilib, lakin qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə belə bir adda avadanlıq göstərilməyib. Bu fakt da yenə də onu sübut edir ki, məhkəməyə təqdim edilmiş üzərində nəyə aid olduğu göstərilməmiş tarixsiz təhvil-təslim adlı sənədin 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. İddiaçının istinad etdiyi 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə 2 sənəd əlavə edilib: - üzərində “Qiymətlərin razılaşdırılması protokolu” xx/xx/2020 tarixli 44/25 saylı müqaviləyə xx.xx.2020 tarixli 1 saylı əlavə yazılmış sənəd; - üzərində təhvil təslim sözündən başqa heç bir məlumat olmayan sənəd. Göründüyü kimi birinci sənədin hansı müqaviləyə əlavə edildiyi və onun əlavə 1 olduğu göstərildiyi halda, təhvil təslim adlanan sənəddə onun hansı müqaviləyə əlavə olaraq tərtib edildiyi göstərilməmişdir. İddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışı adlanan sənədi məhkəməyə təqdim edərək guya iddia məbləği qədər, yəni 67005 manat borcun olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi bu maliyyə arayışı heç bir sübutla təsdiq edilmir, halbuki bu qədər real borc mövcuddursa onda iddiaçının vergi hesabatlarında, (elektron qaimələrdə), yəni müvafiq mühasibat hesabatlarında bu borc xx.xx.2020-xx.xx.2022 tarixləri aralığında debitor borc kimi hər ay (və ya rüb, il) artan ardıcıllıqla mütləq göstərilməlidir. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə bu vacib faktları nəzərə almamışdır. Cavabdeh məhkəməyə onun təsisçisi olduğu Korkmaz Group MMC ilə iddiaçı arasında baglanılmış üzləşmə aktları, icarə dəyərlərinin hesabatı, görülən işlərə dair aktlar, cəmi 35 vərəqdən ibarət sənədlər təqdim edərək iddiaçı ilə cavabdeh arasındakı faktiki müqavilə öhdəliklərinin mövcudluğunu sübut etsə də, məhkəmə işin bu faktiki hallarını araşdırmamışdır. Məhkəmə müəyyən etməmişdir ki, nə səbəbdən müqavilə cavabdehlə bağlanılmış, lakin bütün qarşılıqlı razılaşmalar cavabdehlə yox, onun təsisçisi olduğu hüquqi şəxslə bağlanılmışdır. Məhkəmə qarşılıqlı iddia təmin edilmədiyindən işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməsi haqqında vəsatəti ümumiyyətlə qiymətləndirməməsi işin bütün faktiki hallarının aydınlaşdırmamasına səbəb olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə öhdəlikləri olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020 -ci il tarixli 44/25 saylı müqavilənin 3.2 bəndində görə müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir. Belə olan halda hansı tarixdən müqavilənin bağlanıldığını müəyyən etmək mümkün deyildir. Bununla iş üçün əhəmiyyətli olan əsas hal müqavilənin bağlanma tarixi sübut olunmamışdır. Buna baxmayaraq məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Qanuni qüvvəyə minmə tarixi göstərilməyən müqavilə üzrə məhkəmənin müqavilə öhdəliklərini yerinə yetirməməyə görə zərər hesablaması işin hallarına uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(119)-21/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, təhvil-təslim aktında göstərilən avadanlıqlar həqiqətən təhvil alınmışdır, hazırda istifadə olunur, avadanlıqlar qaytarılmayıb, icarə haqqından bir miqdar- 8000 manat ödənilmişdir, lakin ödənişləri təsdiq edən sənədləri təqdim edə bilmir.
20. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İddiaçınn nümayəndəsi və vəkili Vəkil3 da apellyasiya şikyətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2.1.kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 121.1. məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarəyə verən göstərilən kanca pano, alt ayar mili, üst ayar mili və sair materialları (avadanlıqlar) tikinti, təmir-bərpa işləri məqsədi ilə icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ayba-ay ödəməyi öhdəsinə götürür. Aylıq icarə haqları müəyyən olunaraq 2415 ədəd tikinti avadanlığı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə İddiaçı tərəfindən təhvil-təslim aktı əsasında icarəçi Cavabdeh təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən icarə haqqı ödənilməyərək müqavilə öhdəliyi yerinə yetirilməmiş və həmin tikinti avadanlıqları iddiaçıya geri qaytarılmamışdır. Buna görə də, iddiaçı cavabdeh tərəfindən ödənilməmiş 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının tutulması və 2415 ədəd tikinti avadanlığının iddiaçıya geri qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
29. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetiməmişdir. Buna görə 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması və 2415 ədəd tikinti avadanlığının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması barədə iddia tələbi əsaslıdır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
34. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili olaraq göstərmişdir ki, müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur. İş üçün əhəmiyyətli olan əsas hal müqavilənin bağlanma tarixi sübut olunmamışdır. Qanuni qüvvəyə minmə tarixi göstərilməyən müqavilə üzrə məhkəmənin müqavilə öhdəliklərini yerinə yetirməməyə görə zərər hesablaması işin hallarına uyğun gəlmir.
35. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq əvvəla qeyd edir ki, tələb edilən məbləğ öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyan məbləği olmamaqla ödənilməmiş icarə haqlarından ibarətdir. Cavabdeh icarə haqqından bir miqdarının ödənildiyini bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Təhviltəslim aktının imzalanma tarixinin olmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktında 2415 ədəd tikinti avadanlığının bir dəfəyə deyil, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə 19 dəfəyə Cavabdeh təhvil verildiyi göstərilmiş, hər dəfə təhvil-təslimin aparıldığı tarixlər qeyd olunmuş və sonda həmin akt İddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Eləcə də məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi həmin avadanlıqların qəbul edildiyini və istifadə olduğunu etiraf etmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, aktda qüvvəyə minmə və ya imzalanma tarixinin göstərilməməsi texniki məsələ olmaqla, bu hal həmin avadanlıqların təhvil alınması və tərəflər arasında icarə münasibətlərinin yaranmasının inkar edilməsi kimi qəbul edilə bilməz. Cavabdehin göstərdiyi bu hal formal xarakter daşımaqla sənədlərin tərtibatı ilə bağlı qaydaların pozulmasıdır və tərəflərin icarə münasibətlərinə dair iradə ifadəsinin zədələnməsinə dəlalət etmir.
36. Həmiçinin kollegiya şikayətin təhvil-təslim aktı ilə sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcud olması barədə dəlili ilə də razılaşmır və qeyd edir ki, mübahisələndirilən hər iki sənəddə avadanlıqların adları, çeşidi eynilik təşkil edir. Yəni cavabdehin şikayətinin dəlili əsassız olmaqla sənədlərlə təkzib olunur.
37. Cavabdeh şikayətin digər dəlili olaraq məhkəməyə onun təsisçisi olduğu Korkmaz Group MMC ilə iddiaçı arasında baglanılmış üzləşmə aktları, icarə dəyərlərinin hesabatı, görülən işlərə dair aktlar, cəmi 35 vərəqdən ibarət sənədlər təqdim etdiyini və iddiaçı ilə MMC arasında faktiki müqavilə öhdəliklərinin mövcudluğunu sübut etdiyini bildirmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsaslı hesab etmir.
38. Belə ki, məhkəmə kollegiyası ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi).
39. Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
42. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi, təhvil-təslim aktı və qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Bu sənədlərin cavabdeh tərəfindən imzalanmasına dair mötəbərliyi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdehin sərbəst seçimi olaraq azad və qarşılıqlı iradə ifadəsi nəticəsində icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin etibarlığı mübahisələndirilməmişdr.
43. Cavabdeh tərəfindən təqdim edilmiş qeyd olunan sənədlərə münasbətdə iddiaçı tərəf həmin sənədlərin iddiaçı ilə Korkmaz Group MMC arasında olan başqa bir öhdəliklə bağlı olduğunu göstərmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə göstərdiklərini daha inandırıcı və işin faktiki hallarına uyğun hesab edir.
44. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal olmaqla heç bir sübuta əsaslanmır, iddiaçı tərəfin əsaslandığı halları təkzib edən heç bir mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir, odur ki, şikayətin qeyd olunan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
45. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(119)-21/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.