Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-1/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X2 ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 970968 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 494268,60 manat, cəmi 1465236,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesablaşma hesabına köçürülməsi tələbinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2-2(086)-319/17 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 970968 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 494268,60 manat, cəmi 1465236,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesablaşma hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dondurulmuş toyuq ətinin alınmasına dair 1 kiloqramının qiyməti 3,45 manat olmaqla, ümumi dəyəri ******* manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 199 nömrəli və toyuq yumurtasının alınmasına dair 1 ədədinin qiyməti 0,14 manat olmaqla, ümumi dəyəri ******* manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri bağlanmışdır. Satınalma müqavilələrinin şərtlərinə əsasən cəmiyyət razılaşdırılmış daşınma qrafiklərinə uyğun vaxtlıvaxtında Azərbaycan Ordusunun şəxsi heyətini 2016-cı il ərzində ******* kiloqram dondurulmuş toyuq əti və 20000000 ədəd toyuq yumurtası ilə təmin etməli idi. Müqavilələrin şərtlərinin yerinə yetirilməsi üçün cəmiyyətin hesablaşma hesabına 199 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixdə ******* manat, xx.xx.2016-cı il tarixdə 950130 manat, cəmi ******* manat və 200 nömrəli müqavilə üzrə xx.xx.2016-cı il tarixdə 997640 manat, xx.xx.2016-cı il tarixdə ******* manat, cəmi ******* manat məbləğində qabaqcadan ödənişlər həyata keçirilmişdir. Müqavilələr üzrə müəyyən edilmiş öhdəliklərin tam icrasının son müddəti 30 dekabr 2016-cı il tarixi olmasına baxmayaraq, cəmiyyət 199 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən yalnız ******* manat məbləğində 718560 kiloqram dondurulmuş toyuq əti, 200 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən isə yalnız 2305731,40 manat məbləğində 16469510 ədəd toyuq yumurtası təhvil vermişdir. Faktla bağlı xx.xx.2017-ci il tarixli, 08 nömrəli raportunda məlumat verən Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi Ərzaq xidmətinin rəisi Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 199 və 200 nömrəli satınalma müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi nəticəsində müvafiq təminatda çətinliklərin yaranması barədə bildirmiş, cəmiyyətə qarşı tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinin Cavabdeh-yə ünvanladığı xx.xx.2016-cı il tarixli, 8/1355 nömrəli, xx.xx.2016-cı il tarixli, 8/1713 nömrəli, xx.xx.2016-cı il tarixli, 8/1800 nömrəli məktublarında cəmiyyətdən xx.xx.2015-ci il tarixli, 199 və 200 nömrəli satınalma müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və qabaqcadan alınmış avans məbləğinin əvəzinə müqavilələrdə nəzərdə tutulmuş miqdarda malların təhvil verilməsi tələb edilmişdir. Lakin qarşılıqlı maraqların qorunması üçün danışıqların aparılmasına və müvafiq güzəştlərin edilməsinə baxmayaraq cəmiyyət müqavilələr üzrə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsi istiqamətində tədbir görməmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında dondurulmuş toyuq ətinin və toyuq yumurtasının satılması ilə bağlı müqavilənin mövcudluğunun və həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyini etiraf edirlər. Lakin devalivasiya ilə əlaqədar olaraq həmin məhsulların nəzərdə tutulmuş qiymətə satılması imkan xaricindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2-2(86)-319/2017 saylı qətnaməsi ilə (hakim M.K.Həsənov) iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 970.968,0 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 494.268,60 manat, cəmi 1.465.236,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)- 09/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Q.B.Kərimov, hakimlər: E.Ə.Camalov və Z.A.Zeynalov) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2-2(86)-319/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 258/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-09/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.Q.Əsədov, hakimlər: F.N.Abbasov və T.S.Kərimov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2-2(86)-319/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat idarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı 575.760,0 manat məbləğində pulun “İmişli Quşçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı 12 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 413/2019 saylı 27 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: İ.A.Dadaşov və S.Ə.Hüseynova) iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı 12 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləvğ edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, MMC müqvilələrdə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə çalışmış, lakin manatın devalvasiyası nəticəsinə toyuq ətinin və yumurtanın qiyməti kəskin bahalaşmışdır. MMC bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, Nazirlik onların müraciətlərini təmin etməmiş, bu kimi halları nəzərə almamış, məhkəmə də işin bu hallarına müvafiq qiymət verməmişdir. Belə ki, toyuq əti və toyuq yumurtası təchizatçısı ilə bağlanmış müqavilədəki qiymət dəyişikliyinə uyğun onların müqavilədə qiymət dəyişikliyi aparmayacağı, yəni 1 kiloqram toyuq əti üçün 4 manat və 1 ədəd toyuq yumurtası üçün 0,2 manat qiymət müəyyən edilməyəcəyi təqdirdə Müdafiə Nazirliyini yalnız onlara ayrılmış və ödənilmiş vəsaitə uyğun olaraq ümumilikdə 862,5 ton toyuq əti və 14000000 ədəd toyuq yumurtası ilə təmin oluna bilər. Qeyd edilən faktlar müqavilə münasibətlərində çox ciddi təsir göstərə biləcək real faktlar idi. Belə ki, əgər quşçuluq məhsullarının satış qiymətində mövcud istehsal, emal, satış və iqtisadi sahədə yaranan kəskin dəyişikliklər nəzərə alınmazsa, mövcud müqavilə şərtləri ilə şərtləndirilmiş öhdəliklərini yerinə yetirilməsi üçün məsuliyyət daşımayacaqlarını iddiaçıya bildirmişdir. Ona görə də quşçuluq məhsullarının yuxarıda göstərilən və onlardan asılı olmayan səbəblərdən maya dəyərinin kəskin şəkildə artması nəticəsində bundan sonra müqavilələrdə qeyd edilən qiymətlərlə onların öz müqavilə öhdəliklərini yerinə yetirməklərində həlli mümkün olmayan çətinliklər yaranacağı iddiaçıya rəsmən bildirilmişdir. Ona görə də bir daha iddiaçıya müraciət edərək bütün göstərilənləri, onların quşçuluq məhsullarının qiyməti ilə bağlı təkidli təkliflərini və mövcud bazar reallıqlarını nəzərə almalarını, gələcəkdə ordunun ərzaq təminatında çətinliklər yaranmaması üçün eyni mallar üzrə digər analoji təchizatlarla bağlanmış müqavilədə edilən qiymət artımına uyğun olaraq müqavilə qiymətlərində bağlanmış müqavilədə edilən qiymət artımına uyğun olaraq müqavilə qiymətlərində dəyişiklik edərək 1 kiloqram toyuq əti üçün 4 manat və 1 ədəd toyuq yumurtası üçün 0,20 manat məbləğində qiymətlərin artırılmasını təkidlə təklif və xahiş etsə də nəticə olmamışdır. Məhkəmə də işə baxarkən bu halları nəzərə almamışdır c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2-2(086)-319/17 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun nümayəndəsinə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. Kollegiya məhkəmə icraatının tezliyinin təmin olunması məqsədi ilə məhkəmə iclasında iştirak etməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının dəvam etdirilməsini məqsədəuyğun hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2-2(086)-319/17 saylı qətnaməsini Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəllənin; 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
598. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 413/2019 saylı 27 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: İ.A.Dadaşov və S.Ə.Hüseynova) iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı 12 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir: Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə cavabdehlə müqavilə bağlandıqdan sonra 21 dekabr 2015-ci il tarixdə 2-ci devalvasiya baş vermiş, həmin vaxt 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,55 manat olduğu halda, sonradan, tədricən 2016-ci ilin noyabrın sonuna 1.69 manat səviyyəsində qərarlaşmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, bu hal, toyuq məhsullarının istehsalına, tədarükünə, daşınmasına, onların qiymətlərinin artmasına təsir göstərməyə bilməzdi. Qiymətlərin kəskin şəkildə qalxması icraçının təqsiri olmadan onun tərəfindən müqavilə öhdıliklərinin icra edilməsində çətinliklər yaratmışdır İş materiallarına əsasən müəyyən edilir ki, devalvasiya halı baş verdiyi zamandan sonra Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin hesablaşma hesabına xx.xx.2015-ci il, xx.xx.2016cı il və xx.xx.2016-cı il tarixlərdə (3 dəfə) qabaqcadan ödənişlər həyata keçirilmiş, lakin sonuncu, bu ödənişləri əldə etməkdən imtina etməmiş, əksinə onları qəbul etmiş, daha sonra iddiaçıya malları təhvil vermişdir. Halbuki, həmin zaman devalvasiya halının ona təsir edə biləcəyini əsalandıraraq xx.xx.2005-ci il tarixli 199 və 200 saylı müqavilələrin 22.4-cü bəndinə əsasən ödəmə qabiliyyəti olmadığına görə qarşı tərəfə yazılı bildiriş göndərərək həmin müqavilələri ləğv edə və müqavilə qiymətlərinin dəyişdirilməsi barədə cavabdehə müraciət edə bilərdi. Lakin cavabdeh bu imkandan istifadə etməmiş, müqavilənin icrasını davam etdirmiş və sonradan 2016-cı ilin faktiki bazar qiymətlərindən yüksək qiymətə toyuq əti və yumurtası satmaq üçün qiymətin artırılması barədə müraciətlər etmiş, Müdafiə Nazirliyi də öz növbəsində müvafiq mallara uyğun ümumi bazara, ehtimal olunan faktiki qiymətlərə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin qiymətlərlə bağlı verdiyi rəsmi müşahidə məlumatlarına əsaslanaraq cəmiyyətin təklifini rədd etmişdir. Həmçinin qeyd olunmalıdır ki, hər bir müəssisə öz təsərrüfatını əvvəlcədən planlayır və onun müqavilə üzrə istehsal edəcəyi malların istehsalı üçün tədbirlər görür. Hansı ki, müəssisə istehsal üçün ona vacib olan malların xaric ölkələrdən idxal edəcəyini əvvəlcədən bilir və təsərrüfatını buna uyğun planlayır. Hazırkı işdə manatın məzənnəsinin dəyişməsini cavabdeh üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararaq iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında 1 kiloqramının qiyməti 3,45 manat olmaqla ******* kiloqram dondurulmuş toyuq əti üçün ******* manat ödənilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli müqavilənin göndəriş – razılaşma cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 1000 ton dondurulmuş toyuq ətinin təmin edilməsi ilə bağlı tərəflər arasında daşınma qrafikinə dair razılıq əldə edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında 1 ədədinin qiyməti 0,14 manat olmaqla 20000000 ədəd toyuq yumurtası üçün ******* manat ödənilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 200 nömrəli müqavilənin göndəriş – razılaşma cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 20000000 ədəd toyuq yumurtasının təmin edilməsi ilə bağlı tərəflər arasında daşınma qrafikinə dair razılıq əldə edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, (xx.xx.2015-ci il tarixli, 08 nömrəli hesab-faktura üzrə 724600 kiloqram dondurulmuş toyuq əti üçün 1 kiloqramının qiyməti 3,45 manat olmaqla) Azərbaycan Republikasının Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin "xxxx" ASC-də yerləşən bank hesabına ******* manat pul ödənilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, ********** nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, (xx.xx.2016-cı il tarixli, 11 nömrəli hesab-faktura üzrə 275400 kiloqram dondurulmuş toyuq əti üçün 1 kiloqramının qiyməti 3,45 manat olmaqla) Azərbaycan Republikasının Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin "xxxx" ASC-də yerləşən bank hesabına 950130 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, ********** nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, (xx.xx.2016-cı il tarixli, 12 nömrəli hesab-faktura üzrə ******* ədəd toyuq yumurtası üçün 1 ədədinin qiyməti 0,14 manat olmaqla) Azərbaycan Republikasının Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin “X5” ASC-də yerləşən bank hesabına 997640 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, ********** nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, (xx.xx.2016-cı il tarixli, 22 nömrəli hesab-faktura üzrə 12874000 ədəd toyuq yumurtası üçün 1 ədədinin qiyməti 0,14 manat olmaqla) Azərbaycan Republikasının Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin “X5” ASC-də yerləşən bank hesabına ******* manat pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, 9/2384-851 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə- Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələlərin icra müddəti dövründə ölkə ərazisində dondurulmuş toyuq ətinin orta bazar topdan satış qiyməti nəzəri qaydada təxminən 3,95 manat və toyuq yumurtasının orta bazar topdan satış qiyməti nəzəri qaydada təxminən 0,19 manat müəyyən edilir. Məhkəmə mühasibatlıq-ekspertizası üzrə: Birinci sual- rəyin tədqiqi hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla iş materiallarında olan Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma va Təchizat İdarəsi ilə “İmişli Quşçuluq" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələrinin şərtləri, eləcə də ödəniş sənədləri, hesab fakturalar ve digər sənədlərdəki məlumatlar nəzərə alınmaqla həmin kredit müqavilələri üzrə Cavabdeh tərəfindən Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma va Təchizat İdarəsinə ödənilməli olan ümumilkdə məbləğin cəmi 1.465.236,60 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2015-ci il tarixli, 199 nömrəli müqavilə üzrə 970.968,0 manat xx.xx.2015-ci il tarixli, 200 nömrəli müqavilə üzrə, 494.268,60 manat Kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibatlıq-ekspertizaları üzrə İkinci sual-Şirvan Apellyasiya Məhkəməsi tərəfindən eyni zamanda təyin edilmiş kompleks məhkəmə mühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə ekspertlər qarşısında Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələlərin icra müddəti dövründə ölkə ərazisində dondurulmuş toyuq ətinin və toyuq yumurtasının orta topdan satış qiymətlərinin, həmçinin bu qiymətlərin tərəflər arasında olan müqavilələrdə nəzərdə tutulmuş qiymətlərdən fərqli olduğu halda həmin fərqli qiymətlər (müəyyən edilmiş yeni qiymətlər), eləcə də ödəniş sənədləri, hesab fakturalar və digər məlumatlar nəzərə alınmaqla sözügedən müqavilələri üzrə icra edilən və icra edilməmiş qalan öhdəliklərinin məbləğləri müəyyən edilməsi haqqında sual qoyulmuşdur. Hazırki təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələlərin icra müddəti dövründə ölkə ərazisində dondurulmuş toyuq ətinin və toyuq yumurtasının orta topdan satış qiymətləri, eləcə də həmin müəyyən edilmiş yeni qiymətlərin tərəflər arasında olan müqavilələrdə nəzərdə tutulmuş qiymətlərdən fərqli olduğu nəzərə alınmaqla iş materiallarında olan ödəniş sənədləri, hesab fakturalar və digər məlumatlar nəzərə alınmaqla tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri üzrə icra edilməmiş öhdəlik aşağıdakı kimi müəyyən edilir. xx.xx.2015-ci il tarixli, 199 nömrəli müqavilə üzrə 611688,0 manat xx.xx.2015-ci il tarixli, 200 nömrəli müqavilə üzrə; 329206,90 manat artıq ödəmə Belə olan halda yuxarıda qeyd edildiyi kimi, təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinə əsasən tərəflər arasında bağlanm xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalm müqavilələlərin icra müddəti dövründə ölkə ərazisində dondurulmuş toyuq ətinin və toy yumurtasının orta topdan satış qiymətləri, eləcə də həmin müəyyən edilmiş yeni qiymətlərin tərəflər arasında olan müqavilələrdə nəzərdə tutulmuş qiymətlərdən fərqli olduğu nəzərə alınmaqla, iş materiallarında olan ödəniş sənədləri, hesab fakturalar digər məlumatlar nəzərə alınmaqla Cavabdeh tərəfindən Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə xx.xx.2015-ci il tarixli, nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma muqavilələri üzrə ümumilikdə ödənilməmiş qalıq məbləğin cəmi 282.481,10 manat (611688-329206,90) məbləğində müəyyən edilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının iddia tələbinin mahiyyətini onunla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməməsi təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dondurulmuş toyuq ətinin alınmasına dair 1 kiloqramının qiyməti 3,45 manat olmaqla, ümumi dəyəri ******* manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 199 nömrəli və toyuq yumurtasının alınmasına dair 1 ədədinin qiyməti 0,14 manat olmaqla, ümumi dəyəri ******* manat məbləğində olan xx.xx.2015ci il tarixli, 200 nömrəli satınalma müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən ******* manat ödəniş edilmiş, cavabdeh tərəfindən ******* manat məbləğində (718560 kiloqram dondurulmuş toyuq əti) ərzaq məhsulu təhvil verilmiş, lakin müqavilə üzrə 970968 manat dəyərində ərzaq məhsulu təhvil verilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 200 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən ******* manat ödəniş edilmiş, cavabdeh tərəfindən 2305731,40 manat məbləğində (16469510 ədəd toyuq yumurtası) ərzaq məhsulu təhvil verilmiş, lakin müqavilə üzrə 494268,60 manat dəyərində ərzaq məhsulu təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən, iddia tələbini təmin edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 970968 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı – 494268,60 manat, cəmi 1465236,60 manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində bildirmişdir ki, müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə çalışmış, lakin manatın devalvasiyası nəticəsinə toyuq ətinin və yumurtanın qiyməti kəskin bahalaşmışdır. MMC bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, Nazirlik onların müraciətlərini təmin etməmiş, bu kimi halları nəzərə almamış, məhkəmə də işin bu hallarına müvafiq qiymət verməmişdir. Belə ki, toyuq əti və toyuq yumurtası təchizatçısı ilə bağlanmış müqavilədəki qiymət dəyişikliyinə uyğun onların müqavilədə qiymət dəyişikliyi aparmayacağı, yəni 1 kiloqram toyuq əti üçün 4 manat və 1 ədəd toyuq yumurtası üçün 0,2 manat qiymət müəyyən edilməyəcəyi təqdirdə Müdafiə Nazirliyini yalnız onlara ayrılmış və ödənilmiş vəsaitə uyğun olaraq ümumilikdə 862,5 ton toyuq əti və 14000000 ədəd toyuq yumurtası ilə təmin oluna bilər. Qeyd edilən faktlar müqavilə münasibətlərində çox ciddi təsir göstərə biləcək real faktlar idi. Belə ki, əgər quşçuluq məhsullarının satış qiymətində mövcud istehsal, emal, satış və iqtisadi sahədə yaranan kəskin dəyişikliklər nəzərə alınmazsa, mövcud müqavilə şərtləri ilə şərtləndirilmiş öhdəliklərini yerinə yetirilməsi üçün məsuliyyət daşımayacaqlarını iddiaçıya bildirmişdir. Ona görə də quşçuluq məhsullarının yuxarıda göstərilən və onlardan asılı olmayan səbəblərdən maya dəyərinin kəskin şəkildə artması nəticəsində bundan sonra müqavilələrdə qeyd edilən qiymətlərlə onların öz müqavilə öhdəliklərini yerinə yetirməklərində həlli mümkün olmayan çətinliklər yaranacağı iddiaçıya rəsmən bildirilmişdir. Ona görə də bir daha iddiaçıya müraciət edərək bütün göstərilənləri, onların quşçuluq məhsullarının qiyməti ilə bağlı təkidli təkliflərini və mövcud bazar reallıqlarını nəzərə almalarını, gələcəkdə ordunun ərzaq təminatında çətinliklər yaranmaması üçün eyni mallar üzrə digər analoji təchizatlarla bağlanmış müqavilədə edilən qiymət artımına uyğun olaraq müqavilə qiymətlərində bağlanmış müqavilədə edilən qiymət artımına uyğun olaraq müqavilə qiymətlərində dəyişiklik edərək 1 kiloqram toyuq əti üçün 4 manat və 1 ədəd toyuq yumurtası üçün 0,20 manat məbləğində qiymətlərin artırılmasını təkidlə təklif və xahiş etsə də nəticə olmamışdır. Məhkəmə də işə baxarkən bu halları nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddələr 421.1, 421.2, 423.2, 425) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni, şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. (Mülki Məcəllənin 422.2-ci maddəsi). Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi müqavilənin qüvvədə olduğu müddətdə baş verməlidir. Hazırkı işdə də cavabdeh devalvasiya baş verməsinə istinad edərək, onun tərəfindən müqavilə öhdəliklərinin icra edilməsində çətinliklər yaratmasını bildirsə də, iş materiallarına əsasən müəyyən edilir ki, devalvasiya halı baş verdiyi zamandan sonra Müdafiə Nazirliyi tərəfindən Cavabdeh-nin hesablaşma hesabına xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016cı il tarixlərdə (3 dəfə) qabaqcadan ödənişlər həyata keçirilmiş, lakin sonuncu, bu ödənişləri əldə etməkdən imtina etməmiş, əksinə onları qəbul etmiş, daha sonra iddiaçıya malları təhvil vermişdir. Halbuki, həmin zaman devalvasiya halının ona təsir edə biləcəyini əsaslandıraraq xx.xx.2005-ci il tarixli 199 və 200 saylı müqavilələrin 22.4-cü bəndinə əsasən ödəmə qabiliyyəti olmadığına görə qarşı tərəfə yazılı bildiriş göndərərək həmin müqavilələri ləğv edə və müqavilə qiymətlərinin dəyişdirilməsi barədə cavabdehə müraciət edə bilərdi. Lakin cavabdeh bu imkandan istifadə etməmiş, müqavilənin icrasını davam etdirmiş və sonradan 2016-cı ilin faktiki bazar qiymətlərindən yüksək qiymətə toyuq əti və yumurtası satmaq üçün qiymətin artırılması barədə müraciətlər etmiş, Müdafiə Nazirliyi də öz növbəsində müvafiq mallara uyğun ümumi bazara, ehtimal olunan faktiki qiymətlərə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin qiymətlərlə bağlı verdiyi rəsmi müşahidə məlumatlarına əsaslanaraq cəmiyyətin təklifini rədd etmişdir. Həmçinin qeyd olunmalıdır ki, hər bir müəssisə öz təsərrüfatını əvvəlcədən planlayır və onun müqavilə üzrə istehsal edəcəyi malların istehsalı üçün tədbirlər görür. Hansı ki, müəssisə istehsal üçün ona vacib olan malların xaric ölkələrdən idxal edəcəyini əvvəlcədən bilir və təsərrüfatını buna uyğun planlayır. Hazırkı işdə manatın məzənnəsinin dəyişməsini cavabdeh üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında qeyd olunur ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyrimümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Belə ki, hər bir fiziki və hüquqi şəxs, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni, manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinə əsasən tərəflər arasında bağlanm xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalm müqavilələlərin icra müddəti dövründə ölkə ərazisində dondurulmuş toyuq ətinin və toy yumurtasının orta topdan satış qiymətləri, eləcə də həmin müəyyən edilmiş yeni qiymətlərin tərəflər arasında olan müqavilələrdə nəzərdə tutulmuş qiymətlərdən fərqli olduğu nəzərə alınmaqla, iş materiallarında olan ödəniş sənədləri, hesab fakturalar digər məlumatlar nəzərə alınmaqla Cavabdeh tərəfindən Azərbaycan Republikasının Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə xx.xx.2015-ci il tarixli, nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma muqavilələri üzrə ümumilikdə ödənilməmiş qalıq məbləğin cəmi 282.481,10 manat (611688-329206,90) məbləğində müəyyən edilməsinin əsas götürməsi tərəflərin müqavilə azadlığının pozulmasına gətirib çıxarması kimi qiymətləndirməklə iş üçün mühüm əhəmiyyət kəsb edən sübut kimi nəzərə almır. Beləliklə kollegiya yekun olaraq belə qənaətə gəlir ki, cavabdeh İmişli Quşçuluq" MMC öz apelyasiya şikayətində onunla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli və xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri üzrə öhdəliklərinin tam icra edilməməsi əsası kimi devalvasiyanı, həmçinin audit rəyinə əsas götürərək, 2016-cı il üçün 1 kq toyuq ətinin istehsalı və satışı üzrə maya dəyərinin 3,94 manat, həmin müddətdə 1000 ədəd yumurtasının istehsalı və satışı xərcləri üzrə maya dəyəri 190,02 manat müəyyən edildiyini bildirsə də, yuxarıda qeyd edildiyi kimi cavabdeh “İmişli Quşçuluq" MMC tərəfindən müqavilə tələblərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldırılmadığından hazırkı işdə də cavabdehin gətirdiyi arqumentlər əsasında müqavilə tələblərinin icra edilməməsi qanuni hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən ******* manat ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ******* manat məbləğində (718560 kiloqram dondurulmuş toyuq əti) ərzaq məhsulu təhvil verilməsi, lakin müqavilə üzrə 970968 manat dəyərində ərzaq məhsulu təhvil verilməməsi, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 200 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən ******* manat ödəniş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 2305731,40 manat məbləğində (16469510 ədəd toyuq yumurtası) ərzaq məhsulunun təhvil verilməsi, lakin müqavilə üzrə 494268,60 manat dəyərində ərzaq məhsulu təhvil verilməməsi, beləliklə ümumilikdə 1465236,60 manat məbləğində toyuq və yumurta məhsullarının iddiaçıya təhvil verilməməsi nəticəsində müqavilə üzrə öhdəliyin pozulması qənaətinə gəlmişdir. Kollegiya, cavabdehin apellyasiya şikayətində göstərdiyi halları işin faktiki hallarına uyğun olmayan dəlillər kimi qəbul edir və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2-2(086)-319/17 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2-2(086)-319/17 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh-dən 100 (yüz) manat ekspertiza xərci alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.