Məhkəmə qərarları › İş №2-2(106)-100/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-100/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-100/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankın cavabdeh "X2 Təsərrüfatı” MMC-yə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bank (bundan sonra Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bank və ya ASC "Xalq” Bank) cavabdeh "X2 Təsərrüfatı” MMC-yə qarşı cavabdehin iddiaçı qarşısında **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi (1 -ci Kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanmış 27074,34 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 138308,93 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 31198 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 197581,27 manat; **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 24928,1 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 33490,64 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 522 manat məbləğində çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, **********97915 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 240 manat məbləğində cərimənin, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində faiz, cəmi 6917,75 manat məbləğində pul vəsaitinin "X2 Təsərrüfatı” MMC-dən alınaraq Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin 45 manatının Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankından, 100 manatının "X2 Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, 150 manat məbləğində dövlət rüsumunun "X2 Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı əlavə qətnaməsi ilə iş üzrə əlavə qətnamə çıxarılmış, iddianın "ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 522 manat məbləğində çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələrində qismən təmin edilməsi, 50 manat məbləğində mediasiya xərcinin və 100 manat məbləğində dövlət rüsumunun "X2 Təsərrüfatı” MMC-dən alınaraq Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-48/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 261 (iki yüz altmış bir) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə göndərərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddia ərizəsi üzrə nəzərdə tutulmuş borc məbləğini ödəmiş və tərəflər arasında qarşılıqlı razılaşma olmuşdur. Buna görə də, işə xitam verilməlidir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər, məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını MPM-in 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəf ərizə təqdim etmiş və şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4, 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankın cavabdeh "X2 Təsərrüfatı” MMC-yə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(121)-48/20223 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar