Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-101/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2- 2(121)-12/2025 saylı (hakim Z.Abbasov) qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 189826.91 manat krеdit bоrcu, 12985.62 manat faiz bоrcu və 47187.50 manat cərimə olmaqla ümumilikdə cəmi 250000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 150 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 250000 manat manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində həmin qeyri yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-cü il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsini, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə 189826,91 manat məbləğində əsas borc, 12589,04 manat məbləğində faiz borcu, 15000 manat məbləğində cərimə borcu, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 150 manat xidmət haqqı və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 218135,95 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsini, tələbin ipoteka predmeti olan Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsini, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60660 manat və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 300000 manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən 218135,95 manat məbləğində pul İddiaçı QSC-nə ödənilsin, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 fərdi yaşayış evindən çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini, İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 367,42 manat məbləğində dövlət rüsumu qalığı cavabdehlər Cavabdeh4 və Cavabdeh5 aid edilsin və onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini və Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsini qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli, 2- 2(106)-101/2025 saylı qərardadı ilə iddiaçı tərəfin apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmiş və iş baxılması üçün xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd olunan mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman Şirvan Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı mülki iş üzrə qətnamədən Cavabdeh4 Ələkbər oğlunun apellyasiya şikayəti verdiyi bildirilmiş, daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədilə mülki işin məhkəmə baxışından çıxarılaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədilə mülki iş apellyasiya baxışından çıxarılaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(106)101/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-cü il tarixli, e-2-2(121)- 12/2025 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılmalı, Cavabdeh4 Ələkbər oğlu tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-cü il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli, 2- 2(106)101/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-cü il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılsın, Cavabdeh4 Ələkbər oğlu tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-cü il tarixli, e-2-2(121)- 12/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-101/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-101/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver