Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-108/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) icarə müqaviləsinin ləğvi və digər tələblərə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-52/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Sabirabad Rayon Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinə (mağaza) dair bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsini, Cavabdeh 1680 manat məbləğində əsas borcun, 484 manat məbləğində cərimənin tutularaq İddiaçınə ödənilməsini, İddiaçınə məxsus 190 saylı qeyri-yaşayış sahəsindən (mağazadan) cavabdeh tərəfindən istifadəyə son qoyulması və mağazanın dərhal İddiaçınə təhvil verilməsini, 200 manat mediasiya xərci, 8 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X9 arasında xx.xx.2010-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, bundan sonra onun oğlu Cavabdeh ilə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin mülkiyyətində olan Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı mağazanın (qeyri-yaşayış sahəsi) icarəyə verilməsinə dair icarə müqavilələri bağlanmışdır. X9 ilə icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2019-cu il tarixədək 8040 manat məbləğdə borcu qalmışdır. Bununla bağlı ayrıca iddia veriləcəkdir. Cavabdeh qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq icarə haqqı 40 manat məbləğ olaraq müəyyənləşmişdir. Cavabdeh ilə xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmış və hal-hazırkı tarixədək davam etməkdədir. Cavabdeh ilə icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2023-cü il tarixədək 1680 manat məbləğdə borcu qalmışdır. Aramızda olan icarə müqavilələrinin 11-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın birinci on günlüyündən gec olmayaraq ödəməlidir. Həmin bəndə əsasən vaxtında ödənilməyən icarə haqqına görə hər gün üçün müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə hesablanması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən tarixlərdən mülkiyyətlərində olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsində olmasına baxmayaraq, bu günkü günə kimi icarə müqaviləsində aylıq icarə haqqı olaraq müəyyənləşdirilmiş və yığılıb qalmış 1680 manat məbləğdə borcu onun tərəfindən bizə tam ödənilməmişdir. Dəfələrlə tərəflərindən edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra edilməmiş və daşınmaz əmlakın icarəsi üçün icarə haqqı bizə ödənilməmişdir. Halbuki, aralarında olan icarə müqavilələrinin şərtlərinə əsasən cavabdeh icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icrəyə verənə ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. Lakin müqavilə üzrə öhdəlik götürülməsinə baxmayaraq, bu günkü günə kimi yuxarıda göstərdikləri borclar cavabdeh tərəfindən onlara ödənilməmişdir. Cavabdehlə aralarında olan icarə müqavilələrinin 11-ci bəndinə əsasən gecikdirilmiş hər bir gün üçün 0,1 faiz cərimə hesablanması nəzərdə tutulmuşdur. Cavabdehlə aralarında olan icarə müqaviləsinin şərtlərinə əsasən o, üzərinə götürdüyü öhdəliklərini icra etməyib borclu olduğu məbləğləri ödəmədiyi və gecikdirdiyinə görə tərəflərindən müqavilə şərtlərinə əsasən hesablanmış cərimələri də ödəməlidir. Hal-hazırda Cavabdeh borcu 1680 manat məbləğdə təşkil edir və müqavilələrinin 11-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını ödəmədiyindən və həmin bəndə nəzərdə tutulan 1 faizi həcmində cəriməni nəzərə alsaq, Cavabdeh tətbiq ediləcək cərimə 484 manat məbləğdə təşkil edir. Göstərilənlərdən göründüyü kimi, Cavabdeh 1680 manat məbləğdə əsas borcunu və ona tətbiq edilən 484 manat məbləğində cəriməni ödəmir. Tərəflər arasında imzalanmış müqavilələrin 13-cü bəndinə əsasən müqavilə tərəflərinin birinin tələbi ilə vaxtından 30 gün əvvəl rəsmi xəbərdarlıq edilməklə müqavilə pozula bilər. Bu baxımdan hesab edirlər ki, qeyd edilən məbləğlər cavabdehdən tələb edilməklə yanaşı onunla bağlanmış icarə müqaviləsi ləğv edilməli və cavabdehin “İddiaçı”nə məxsus 190 saylı mağazadan qanunsuz istifadəyə son qoyulmalı və qeyd edilən mağaza təhvil verilməlidir. 22 iyun 2023-cü il tarixdə borcun və cərimənin ödənilməsi tələbinə dair cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı bir cavab verilməmiş və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərilməmişdir. “Mediasiya haqqında” Qanuna uyğun olaraq, cavabdehlə arada olan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə 09 iyun 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifə də hər-hansı bir münasibət bildirməmişdir. Bundan sonra tərəflərindən mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞS/MT-023/2023-01445 saylı xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”a əsasən müəyyən olunur ki, təyin edilmiş mediator tərəfindən cavabdehə ilkin mediasiya sessiyasının tarixi və yeri barədə 5 gün əvvəl məlumatlandırılmasına baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə təşəbbüs göstərsələr də, hər hansı nəticə əldə edə bilməmişlər. Belə olan halda, işin sülh yolu ilə həll edilməsi üçün mümkün vasitələr tükəndiyindən aralarında olan mübahisə məhkəmə qaydasında həll edilməlidir. Aralarında olan mübahisə artıq iki ildən çoxdur ki, davam edir. Hətta bu barədə Sabirabad rayon Məhkəməsinin iddianı təmin edən xx.xx.2022-ci il tarixli 2(056)-64/2022 saylı qətnaməsi də olmuş, lakin məhkəmə aidiyyəti pozulması səbəbilə həmin qətnamə ləğv edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırmış olduğu iddianı qəbul etmədiyini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı “RKC-yə məxsus zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlerin İddiaçınə məxssus əvvəllər 190 saylı mağaza adlanan qeyri-yaşayış sahəsindən çıxarılmaqla onların qanunsuz istifadəsinə son qoyulması və onlardan xx.xx.2010-cu ildən hal-hazıradək icarə haqqı hesabına ödənilməmiş qalan 32944 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Sabirabad RKC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(0 56 )- 64/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Sabirabad RKC-yə məxsus Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 nömrəli mağazanın cavabdehlər X9 və Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdeh X1 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək 42 ay üçün 60 manat aylıq olmaqla 2520 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 24 ay üçün 70 manat olmaqla 1680 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək 12 ay üçün 80 manat olmaqla 960 manat olmaqla, cəmi 5160 manat məbləğində və Cavabdeh xx.xx.2020-ci il tarıxdən xx.xx.2020-ci il tarixədək 12 ay üçün 40 manat olmaqla 480 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçınə verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutulub İddiaçınə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2000- ci il tarixli 55 nömrəli sərəncama əsasən şəhər sakini X5 Azərbaycan prospektində yerləşən ona məxsus mağazanın qarşısına yenidənqurma işlərinin aparılması üçün 16x7 metr ölçüdə əlavə torpaq sahəsinin ayrılması və RİHB aparatının memarlıq və tikinti şöbəsi yenidənqurma işlərinin müasir üslubda aparılmasına ciddi nəzarət edilməsi qərara alınmışdır. xx.xx.1990-cı il tarixli 3 nömrəli protokola əsasən həmin mağaza binasının tikintisi üçün başqa yerdən verilmiş torpaq sahəsinə dair RİK-nin 28 fevral 1990-cı il tarixli 3 nömrəli qərarının ləğv edilməsi, şəhərin Lenin küçəsində tikiləcək mağaza binasının tikinti altına dəmir yol dalanı ilə mebel mağazası arasında qalan sahədə 0,04 hektar torpaq sahəsinin ayrılması və bu barədə komissiyanın tərtib etdiyi 24 avqust 1939-cu il tarixli aktın nəzərə alınması və Memarlıq İnşaat şöbəsinə obyektin sənədlərinə uyğun yerləşdirilib tikilməsinə nəzarət edilməsi qərara alınmışdır. Belə ki, sözügedən mağazanı öz şəxsi vəsaiti hesabına tikdirmiş, mağazanın tikintisi üçün ayrılmış torpaq sahəsi (0,04 ha), ona 20 avqust 1989-cu ildə Sabirabad Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinə yazdığı ərizə əsasında ayrılmışdır. Bu məqsəd üçün Komissiya mağazanın yerləşdiyi ərazini seçmiş və 24 avqust 1989-cu ildə aktlaşdırmışdır. Həmin Akta əsasən 1990-cı ildə 3 nömrəli protokla əsasən torpaq sahəsi onun şəxsi istifadəsinə verilmişdir. Mağazanın tikintisini 4 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsi həyata keçirmişdir. Tikintiyə bu günkü pulun ekvivalenti ilə 67500 manat xərcləmişdir. Rayon İstehlak Cəmiyyətindən mal götürüb satmaq məqsədilə onunla cəmiyyət arasında simvolik olaraq müqavilə bağlanmışdır. Cəmiyyət tərəfindən tikinti idarəsinə cəmi 9000 manat (yeni manatla 18 manat) pul keçirilmişdir. O zamanlar mağaza işlətməyin qanuni yolu belə idi. Cəmiyyətin Tikinti İdarəsinə verdiyi pulun 10 mislini və bəlkədə daha artıq icarə haqqı olaraq ödəmişdir. Məlumat üçün bildirir ki, qəbzlərlə ödədiyi vəsaitlərdən əlavə Məmmədhüseynə, Yadigara və İsrail adlı işçilərə dəfələrlə pul vermiş, lakin heç bir qəbz onlar tərəfindən təqdim edilməmişdir. Mağaza işə başladığı gündən bu günə qədər (01 may 1990-cı ildən bu günə qədər) yəni 32 il müddətində onun olmuşdur. O gündən bu günə qədər bu günkü manatla təqribi 176000 manat icarə haqqı ödəmişdir. Məhkəmənin çıxardığı qətnamədə mağazaya məxsus torpaq sahəsini satdığı göstərilmişdir. Lakin mağazaya bitişik torpaq sahəsi Sabirabad rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə X3 mülkiyyətinə verilmişdir. Yüksək dövriyyələr etmiş, on iki il müddətində öz imzası ilə yalnız bir dəfə məzuniyyət pulu almışdır. Qalan on bir il il ona çatası məzuniyyət pulu, saxta imzalarla mənimsənilmişdir. Sözügedən mağazanın kommunal xərclərini, təmirini və mühafizəsini özü ödəmişdir. Ona məxsus şəxsi əmlakı formal bağlanan bir müqavilə əsasında özününkiləşdirmək cəhdi cinayət xarakteri daşıyır. Mağazanın qarşısında torpaq sahəsi, mağazaya aid olan sənədlər araşdırıldıqdan sonra, Sabirabad rayon icra Hakimiyyətinin Başçısının 15 sentyabr 2000-ci il 55 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş, həmin sərəncama əsasən orada yenidənqurma işləri aparmaq məqsədə uyğun hesab edilmişdir. Həmin işlərə onun tərəfindən 10000 manat vəsait xərclənmişdir. Bundan sonra respublikada gedən regionların inkişafı proqramı çərçivəsində ona da mağazanın qarşısına çəpər çəkmək, 3 ədəd darvaza qurmaq və çəkiləcək hasarı ağlay daşları ilə örtmək tapşırılmışdır. O dərhal həmin tapşırığı icra etmiş və bu məqsədlə 21400 manat vəsait xərcləmişdir. Yuxarıda sadalanan faktlar və onları təsdiq edən təqdim etdiyi rəsmi sənədlərdən başqa ona qarşı verilmiş qanunsuz və əsassız iddia düz olsaydı belə, yenə də iddia tərəfi öz qanunsuz davranışlarını etııaf edir. Belə ki, SSRİ dönəmində “Sentrsoyuz”la əlaqədə respublikada Nazirlik səviyyəsində olan “Azərittifaq”ın Nizamnaməsində xüsusi qeyd edilmişdir ki, bir şəxs 7 il fasiləsiz fəaliyyət göstərərsə, həmin mağaza onun ödədiyi pay haqqı hesabına qeyd-şərtsiz ona verilir. Müqavilə ilə işlədiyi dövrdə dərindən araşdırılma aparılarsa, İstehlak Cəmiyyətinə milyonlarla vəsait qazandırmış və bu da, Cəmiyyətin ayaqda durmasına böyük təkan olmuşdur. Təxmini hesablamalara görə ona çatası pay haqqının məbləği 20000-30000 manat məbləğ təşkil edir. İddiaçı tərəf özlərinin qanuna və hüquqa zidd hərəkətlərindən əl çəksinlər. O, öz qanuni hüquqlarını sonadək müdafiə edərək, onların istehlak cəmiyyətində yol verdikləri miqyaslı cinayət əməllərinin dövlətə və orada çalışan yüzdən artıq ticarət işçilərinə vurduqları ziyan barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracaqdır. X11, mühasibi Mikayılov İsrail ilə birlikdə, sözün əsl mənasında Cəmiyyətə məxsus əmlak və mağazaları, eləcə də əsassız toplanan icarə pullarını öz şəxsi vəsaitləri kimi uzun illər ərzində dağıdıblar. Əlavə olaraq bildirir ki, ona qarşı qaldırmış olduqları iddia tələbinə Sabirabad Rayon Məhkəməsində baxılarkən onu baxış iclasına dəvət etməmişlər. Bu cür olan halda, onun iddia tələbinə dair etirazı və mülahizəsi dinlənilməmişdr. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Sabirabad Rayon Məhkəməsində olan dəftərxanaya imzası ilə qəbul etdiyi onun izahatı belə iddia ərizəsində göstərilməmişdir. Göründüyü kimi, qəsdən onun hüquq və vəzifələri məhkəmə tərəfindən qərəzli olaraq korlanmışdır. Belə ki, sözügedən qətnamədən apellyasiya şikayətini X9 təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsində baxılarən mübahisənin Şirvan Kommersiya Məhkəməsinə yönəlmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü ıl tarixli 2(121)-1129/2023 saylı qərardadına əsasən iddiaçı Sabirabad Rayon Kooperativləri Cəmiyyətinin cavabdehlər X9 və Cavabdeh qarşı zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma və pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,60 manat məbləğində dövlət rüsumunun İddiaçınə geri qaytarılması və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmaması qərara alınmışdır. Göründüyü kimi, Sabirabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022 ci il tarixli 2(056)-64/2022 saylı qətnamə vardır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin xx.xx.2007-ci tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2007-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahari azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olarq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə anlayışın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar başqa borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqasından tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların bu tələblə iddia qaldırmaq məqsədi isə ona qərəzli olaraq intiqam almaq fikrindədir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-52/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1680 manat əsas borc, 50 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1938 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, İddiaçınə məxsus Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə, iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia tələbi 1680 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün İddiaçı ilə Cavabdeh arasında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinə (mağaza) dair bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanılmış, xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmışdır. Cavabdeh İddiaçı ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəverənə ödənilməsini təmin etməmiş, icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2023-cü il tarixindək olan 1680 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə, yəni icarə haqqının ödənilməməsinə istinad etmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə iddiaya dair etiraz təqdim edərək müqavilənin ləğvi üçün əsasların olmadığını ifadə etmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, mübahisə olunan icarə müqaviləsi məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iddia tələbinin 484 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 484 manat deyil, 50 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, iddiaçının “cavabdeh tərəfindən Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) iddiaçıya təhvil verilməsi” dair hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verildiyi barədə müqavilənin bağlandığı müəyyən olunur. Cavabdeh İddiaçı ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəyə verənə ödənilməsini təmin etməmiş və nəticədə cavabdehin 1680 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadəyə görə borcunun yarandığı işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə, cavabdehin Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsini (mağaza) iddiaçıya təhvil verməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi hallara münasibət bildirərək qeyd edir ki, istər Mülki Məcəllədə, istərsə də icarə münasibətlərini tənzimləyən sahəvi qanunvericilikdə icarəyə verənin icarə predmeti üzərində mülkiyyət hüququnun zəruriliyini müəyyən edən imperativ norma yoxdur. Belə olan halda, iddiaçının Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyriyaşayış sahəsinə (mağaza) dair mülkiyyətçi hüquqları icarə müqaviləsində nəzərdə tutulan əsasla əmlaka sahiblik edən iddiaçıya da mənsubdur. Yəni iddiaçı Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) mülkiyyətçisi olmasa da, həmin sahənin icarəyə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı X5 və Cavabdeh qarşı “RKC-yə məxsus zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçınə məxsus əvvəllər 190 saylı mağaza adlanan qeyri-yaşayış sahəsindən çıxarılmaqla onların qanunsuz istifadəsinə son qoyulması və onlardan xx.xx.2010-cu ildən hal-hazıradək icarə haqqı hesabına ödənilməmiş qalan 32944 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Sabirabad RKC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(056)- 64/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Sabirabad RKC-yə məxsus Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 nömrəli mağaza Hüseyn Rasim oğlu və Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdeh X1 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək 42 ay üçün 60 manat aylıq olmaqla 2520 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 24 ay üçün 70 manat olmaqla 1680 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay üçün 80 manat olmaqla 960 manat olmaqla, cəmi 5160 manat məbləğində və Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay üçün 40 manat olmaqla 480 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutulub İddiaçınə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2000-ci il tarixli 55 nömrəli sərəncama əsasən şəhər sakini X5 Azərbaycan prospektində yerləşən ona məxsus mağazanın qarşısına yenidənqurma işlərinin aparılması üçün 16x7 metr ölçüdə əlavə torpaq sahəsinin ayrılması və RİHB aparatının memarlıq və tikinti şöbəsi yenidənqurma işlərinin müasir üslubda aparılmasına ciddi nəzarət edilməsi qərara alınmışdır. xx.xx.1990-cı il tarixli 3 nömrəli protokola əsasən həmin mağaza binasının tikintisi üçün başqa yerdən verilmiş torpaq sahəsinə dair RİK-nin 28 fevral 1990-cı il tarixli 3 nömrəli qərarının ləğv edilməsi, şəhərin Lenin küçəsində tikiləcək mağaza binasının tikinti altına dəmir yol dalanı ilə mebel mağazası arasında qalan sahədə 0,04 hektar torpaq sahəsinin ayrılması və bu barədə komissiyanın tərtib etdiyi 24 avqust 1939-cu il tarixli aktın nəzərə alınması və Memarlıq İnşaat şöbəsinə obyektin sənədlərinə uyğun yerləşdirilib tikilməsinə nəzarət edilməsi qərara alınmışdır. Belə ki, sözügedən mağazanı öz şəxsi vəsaiti hesabına tikdirmiş, mağazanın tikintisi üçün ayrılmış torpaq sahəsi (0,04 ha), ona 20 avqust 1989-cu ildə Sabirabad Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinə yazdığı ərizə əsasında ayrılmışdır. Bu məqsəd üçün Komissiya mağazanın yerləşdiyi ərazini seçmiş və 24 avqust 1989-cu ildə aktlaşdırmışdır. Həmin Akta əsasən 1990-cı ildə 3 nömrəli protokola əsasən torpaq sahəsi onun şəxsi istifadəsinə verilmişdir. Mağazanın tikintisini 4 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsi həyata keçirmişdir. Tikintiyə bu günkü pulun ekvivalenti ilə 67500 manat xərcləmişdir. Rayon İstehlak Cəmiyyətindən mal götürüb satmaq məqsədilə onunla cəmiyyət arasında simvolik olaraq müqavilə bağlanmışdır. Cəmiyyət tərəfindən tikinti idarəsinə cəmi 9000 manat (yeni manatla 18 manat) pul vəsaiti keçirilmişdir. Cəmiyyətin Tikinti İdarəsinə verdiyi pulun 10 mislini və bəlkə də daha artıq icarə haqqı olaraq ödəmişdir. Məlumat üçün bildirir ki, qəbzlərlə ödədiyi vəsaitlərdən əlavə Məmmədhüseyn, Yadigar və İsrail adlı işçilərə dəfələrlə pul vermiş, lakin heç bir qəbz onlar tərəfindən təqdim edilməmişdir. Mağaza işə başladığı 01 may 1990-cı ildən bu günə qədər, yəni 32 il müddətində onun olmuşdur. O gündən bu günə qədər bu günkü manatla təqribi 176000 manat məbləğdə icarə haqqı ödəmişdir. Məhkəmənin çıxardığı qətnamədə mağazaya məxsus torpaq sahəsini satdığı göstərilmişdir. Lakin, mağazaya bitişik torpaq sahəsi Sabirabad rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə X3 mülkiyyətinə verilmişdir. Yüksək dövriyyələr etmiş, on iki il müddətində öz imzası ilə yalnız bir dəfə məzuniyyət pulu almışdır. Qalan on bir il ona çatası məzuniyyət pulu, saxta imzalarla mənimsənilmişdir. Sözügedən mağazanın kommunal xərclərini, təmirini və mühafizəsini özü ödəmişdir. Mağazanın qarşısında torpaq sahəsi, mağazaya aid olan sənədlər araşdırıldıqdan sonra Sabirabad Rayon icra Hakimiyyətinin Başçısının 15 sentyabr 2000-ci il 55 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmişdir. Sərəncama əsasən orada yenidənqurma işləri aparmaq məqsədə uyğun hesab edilmişdir. Həmin işlərə onun tərəfindən 10000 manat məbləğdə vəsait xərclənmişdir. Bundan sonra regionların inkişafı proqramı çərçivəsində ona da mağazanın qarşısına çəpər çəkmək, 3 ədəd darvaza qurmaq və çəkiləcək hasarı ağlay daşları ilə örtmək tapşırılmışdır. Dərhal həmin tapşırığı icra etmiş və bu məqsədlə 21400 manat vəsait xərcləmişdir. Yuxarıda sadalanan faktlar və onları təsdiq edən təqdim etdiyi rəsmi sənədlərdən başqa ona qarşı verilmiş qanunsuz və əsassız iddia düz olsaydı belə, yenə də iddia tərəfi öz qanunsuz davranışlarını etiraf edir. Belə ki, SSRİ dönəmində “Sentrsoyuz”la əlaqədə respublikada Nazirlik səviyyəsində olan “Azərittifaq”ın Nizamnaməsində xüsusi qeyd edilmişdir ki, bir şəxs 7 il fasiləsiz fəaliyyət göstərərsə, həmin mağaza onun ödədiyi pay haqqı hesabına qeyd-şərtsiz ona verilir. Müqavilə ilə işlədiyi dövrdə dərindən araşdırılma aparılarsa, İstehlak Cəmiyyətinə milyonlarla vəsait qazandırmış və bu da, Cəmiyyətin ayaqda durmasına böyük təkan olmuşdur. Təxmini hesablamalara görə ona atası pay haqqının məbləği 20-30 min manat təşkil edir. İddiaçı tərəf özlərinin qanuna və hüquqa zidd hərəkətlərindən əl çəksinlər. O, öz qanuni hüquqlarını sonadək müdafiə edərək, onların istehlak cəmiyyətində yol verdikləri cinayət əməllərinin dövlətə və orada çalışan yüzdən artıq ticarət işçilərinə vurduqları ziyan barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracaqdır. X11, mühasibi Mikayılov İsrail ilə (cinayət ortağı) birlikdə, sözün əsl mənasında Cəmiyyətə məxsus əmlak və mağazaları, eləcə də əsassız toplanan icarə pullarını öz şəxsi vəsaitləri kimi uzun illər ərzində dağıdıblar. Əlavə olaraq, bildirilir ki, ona qarşı qaldırmış olduqları iddia tələbinə dair Sabirabad Rayon Məhkəməsində baxılarkən onu baxış iclasına dəvət etməmişlər. Bu cür olan halda, onun iddia tələbinə dair etirazı və mülahizəsi dinlənilməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Sabirabad Rayon Məhkəməsində olan dəftərxanaya imzası ilə qəbul etdiyi onun izahatı belə iddia ərizəsində göstərilməmişdir. Göründüyü kimi, qəsdən onun hüquq və vəzifələri məhkəmə tərəfindən qərəzli olaraq korlanmışdır. Şirvan Kommersiya Məhkəməsininxx.xx.2023-cü il tarixli 2(121)-1129/2023 saylı qərardadına əsasən iddiaçı Sabirabad Rayon Kooperativləri Cəmiyyətinin cavabdehlər X9 və Cavabdeh qarşı zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma və pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,60 manat məbləğində dövlət rüsumunun İddiaçınə geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, Sabirabad Rayon Məhkməməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(056)- 64/2022 saylı qətnamə vardır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcuddur. Bundan başqa, Sabirabad Rayon İcra Hakimiyyətinin qüvvədə olan xx.xx.2000-ci il tarixli 55 nömrəli Sərəncamı var. Belə olan təqdirdə, məhkəmə hansı əsasla iddianı təmin etmişdir. Necə olur ki, X5 ayrılmış torpaq sahəsi də iddiaçıya qalır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icarə müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Cavabdeh həmin müqavilə əsasında ona verilən obyekti 32 ildən çoxdur ki, işlədir. Qanunvericiliyə əsasən icarə müqaviləsi ləğv edilsə belə, oranı icarəyə götürməkdə üstünlük hüququ cavabdehdədir. Cavabdehin iddiaçıya 1680 manat borcu var və həmin borcu hissə-hissə ödəməyə razıdır. Qarşı tərəflə aralarında razılığın əldə edilməsi mümkündür. Digər tərəfdən Sabirabad Rayon İcra Hakimiyyətinin qüvvədə olan xx.xx.2000-ci il tarixli 55 nömrəli Sərəncamı da var. Cavabdeh müqavilənin ləğvini istəmir və icarə münasibətlərinin davam etdirilməsinin tərəfdarıdır. Bu gün də cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Aylıq icarə haqqı 30 manat təşkil edir. İcarə müqaviləsinin ləğv edilməsinə səbəb edilməmiş ödənişlərdir. Halbuki, cavabdeh ödənişlərdən yayınmır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onlara torpaq sahəsinin ayrılması barədə məhkəməyə müvafiq sənədlər təqdim edirlər. Bu sənədləri birinci instansiya məhkəməsi zamanı ona görə təqdim edə bilməmişlər ki, məhkəmə iclaslarından xəbərləri olmamış, onlara bu barədə heç bir məlumat verilməmişdir. Sözügedən obyekt onların maddi vəsaiti hesabına tikilmişdir, lakin sonradan iddiaçının balansına keçirilmişdir. İcarə müqaviləsinin ləğv edilməsini istəmir və müəyyən ödənişlər edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, məhkəməyə qədər cavabdehlə aralarında razılığın əldə olunması mümkün olsa da, bu hazırda mümkün deyildir. Cavabdeh iddiaçıya olan borcunu ödəyəcəyini bildirir, lakin onun atası Hüseyn Axundovun da Cəmiyyətə mübahisəli obyektlə bağlı 8000 manata yaxın borcu olmuş, lakin ödəməmişdir. Sözügedən obyekt iddiaçının balansındadır və bunu təsdiq edəcək müvafiq sübutları məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, cavabdehin atasıdır. Sözügedən obyekti öz vəsaiti hesabına tikdirmiş, sonra da formal müqavilələrlə obyekt iddiaçının balansına verilmişdir. İcarə müqaviləsi bağlanana qədər obyekt onda olmuşdur. İddiaçıya olan borcundan 50 manat, 80 manat yaxud 100 manat olmaqla müəyyən ödənişlər etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-52/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Sabirabad rayonu H.Əliyev prospektində yerləşən 190 saylı qeyriyaşayış sahəsi (mağaza) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmiş, müqaviləyə əsasən Cavabdeh hər ay 40 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Sabirabad rayon XDS-nin icarəyə Komitəsinin 27 mart 1990-cı il tarixli qərarına əsasən İddiaçınə şəhərin hazırkı Heydər Əliyev prospektində (keçmiş Lenin küçəsində) dəmir yolu dalan ilə mebel mağazası arasında tikiləcək mağaza binasının tikintisi altına 0,04 ha torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazidə İddiaçı 190 saylı mağazası və digər obyektlər fəaliyyət göstərir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmış və hal-hazırkı tarixədək davam etməkdədir. Cavabdeh İddiaçınə ümumi icarə haqqı və cərimə məbləği ümumilikdə 3247,16 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. MM-in 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. MM-in 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin qanunun 15-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyə verənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı qətnamənin ləğvi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət vermişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdeh öz apellyasiya şikayətində mübahisəli mağazanı öz şəxsi vəsaiti hesabına tikdirdiyini və iddiaçı ilə bağlanmış icarə müqaviləsinin simvolik olmasını bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, kollegiya diqqətə çatdırır ki, cavabdeh yuxarıda qeyd edilən dəlili ilə ziddiyyət təşkil edən digər dəlil irəli sürmüşdür. Belə ki, o, göstərmişdir ki, adıçəkilən icarə müqaviləsinin bağlandığı gündən hazırkı vaxta kimi təqribən 176000 manat məbləğində icarə haqqı ödəmiş, lakin həmin ödənişlər üzrə heç bir qəbz almamışdır. Habelə apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan xx.xx.2022-ci il tarixli 2(056)-64/2022 saylı qətnaməsinin olması göstərilmişdir ki, adıçəkilən qətnamə işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(106)-523/2023 saylı qərardadı ilə məhkəmə aidiyyətinin pozulması səbəbilə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 2- 2(121)1129/2023 saylı qərardadı ilə geri qaytarılmış və adıçəkilən qərardad hazırda qanuni qüvvəyə minmişdir. Bundan başqa, Sabirabad Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 55 nömrəli Sərəncamının da hazırda mövcud və qüvvədə olması faktı hazırkı tələb üzrə hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi (mağaza) iddiaçının (Sabirabad RKC-nin) balansındadır və bu iş materialları ilə, habelə tərəflərin izahatları ilə tam təsdiq edilir. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-52/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-52/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-108/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-108/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver