Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-109/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 132/2024 saylı qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y ƏN E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № 8318- GF/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 8170.29 manat əsas, 1041.44 manat faiz, 922.61 manat cərimə borcu olmaqla, cəmi 10134.34 manat borcunun və ödənilmiş 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh1, zamin Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı (hakim Z.Abbasov) qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, BK № 8318-GF/22 nömrəli kredit müqaviləsi üzrə 8.170,29 manat məbləğində əsas borc, 1041,44 manat məbləğində faiz borcu, 70 manat məbləğində cərimə borcu, 210 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 9491,73 manat məbləğində pulun tutularaq iddiaçıya, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 112,82 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qeyd edilən qətnamədən vermiş olduğu kağız daşıyıcıda tərtib edilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur . Şirvan Kommersiya xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti elektron qaydada verilmədiyindən, həmçinin apellyasiya şikayətinə şikayətin verilməsi üçün nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.2 və 363.1.5-ci maddələrinə əsasən geri qaytarılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024cü il tarixli e-2-2(121)-132/2024 saylı qətnaməsinin surəti 26 fevral 2024-cü il tarixində yaşayış yeri üzrə ərizəçinin ünvanına daxil olmuşdur. Apellyasiya şikayətinin verilməsinin son müddəti Novruz Bayramı günlərinə düşdüyü üçün apellyasiya şikayətini 27 mart 2024cü il tarixində poçt vasitəsi ilə rəsmi olaraq göndərmişdir. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti həm elektron qaydada verilmədiyindən, həm də qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmış və qərardaddan rəsmi qaydada verildkdən sonra 10 gün müddətində şikayətin verilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2- 2(121)-132/2024 saylı qərardadının surəti 06 aprel 2024-cü il tarixində Şirvan şəhərində 3 saylı poçta daxil olmuş 11 aprel 2024-cü il tarixində ərizəçiyə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblərdən buraxılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2- 2(121)-132/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qərardadının qəbul edildiyi vaxtı Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh1 münasibətdə qətnaməni rəsmi qaydada aldığı 28 fevral 2024-cü il tarixdən etibarən başlanılması, həmin müddətin isə 28 mart 2024-cü il tarixdə bitdiyi qeyd edilmişdir. Cavabdeh1 tərəfindən ilk apellyasiya şikayətinin, şikayətin verilməsi üçün nəzərdə tutulmuş 1 ay ərzində verilməsi göstərilmişdir. Lakin apellyasiya şikayəti prosessual normalara uyğun olmadığına görə, daha doğrusu apellyasiya şikayəti elektron qaydada verilmədiyindən, həm də qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmış və qərardaddan rəsmi qaydada verildkdən sonra 10 gün müddətində şikayətin verilməsi qərara alınmışdır. Apellyasiya şikayətin geri qaytarılması haqqında qərardad 09 aprel 2024-cü il tarixdə X2 rəsmi qaydada təqdim edilmişdir. Bununla da, Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin axımı həmin tarixdən davam etməyə başlamışdır. Cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə isə 20 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə də, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh1 tərəfindən ötürülməmişdir. Buradan da məlum olur ki, Şirvan Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qəradadının surəti cavabdeh X2 rəsmi qaydada təqdim edildiyindən şikayətin axımı 10 aprel 2024-cü il tarixindən başlayır. Apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə isə 20 aprel 2024-cü il tarixində elektron formada verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli e2-2(121)-132/2024 saylı qərardadının qəbul edildiyi vaxtı ilkin apellyasiya şikayətinin vaxtında verildiyinin qeyd edildiyi halda apellyasiya şikayətinin nə vaxt verilməli olması və ya şikayətin hansı müddətin ötürülməsi ilə verilməsi halı göstərilməmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddəyə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya şikayətin dəlilləri ilə mülki işin materiallarını qarşılıqlı şəkildə və müqayisəli təhlil edərək şikayətin əsaslı olduğu qənaətindədir. Belə ki, ilk dəfə vaxtında, yəni qanunla müəyyən edilmiş müddətdə verilmiş apellyasiya şikayəti həm elektron qaydada verilmədiyi, həm də qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Apellyasiya şikayətin geri qaytarılması haqqında qərardad 09 aprel 2024-cü il tarixdə X2 rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə isə 20 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Kollegiya hesab edir ki, ilk iddia üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməli və müddət bərpa edilməlidir. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin qüvvədə olan normalarının məzmunundan da göründüyü kimi qətnamədən verilən apellyasiya şikayəti qanunun tələblərinə cavab vermədiyi halda apellyasiya şikayəti verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada şikayət vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllə ilə müəyyən edilən müddətlərlə məhdudlaşır. Apellyasiya şikayətinin 1 ay keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Beləcə, qeyd edilən halda bəzən şəxs şikayətin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməli, qərardad ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(121)-132/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və MPM-in 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 132/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilsin və müddət bərpa edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-132/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-109/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-109/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver