Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-11/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X3 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-11/2025 Açar sözlər : kredit müqaviləsi üzrə borcun tutulması, faiz borcuna dair hissədə dəyişdirildi. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh4 MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X3 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2- 2(121)-72/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X3 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC, Fresh Food” MMC, Cavabdeh1 və Cavabdeh2 oğlnudan müştərək qaydada İddiaçıASC-nin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-1- 1181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-1-1181- 21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 107 930,47 manat əsas borc, 9.678,36 manat faiz, 2.566,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 120 175,66 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və 410,18 manat dövlət rüsumunun (mediasiya xərcinin) ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC-yə 16 noyabr 2021-ci il tarixli № 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-dən illik 29 faizlə 120 ay müddətinə 500 000 AZN məbləğində kredit limiti ayrılmışdır. 16 noyabr 2021-ci tarixli 6-SME-1-1181-21/1 №li kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 24 ay müddətinə 200 000 ( iki yüz min) AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evi 16 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 MMC ilə 16 noyabr 2021-ci tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il iyunun 09-dək borcalan olan Cavabdeh4 MMC -nin banka 16 noyabr 2021-ci il tarixli № 6- SME-1-1181-21 №li kredit müqaviləsi üzrə 107 930.47 AZN əsas borc, 9678.36 AZN faiz, 2566.83 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 120 175.66 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabadehlər Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasənəsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Sonradan İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia ərizəsinə əlavə” ərizə ilə müraciət edərək Cavabdehlər Cavabdeh4 MMC -dən, Fresh Food” MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-l-l 181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-l-l 181-21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 107930.47 AZN əsas borc, 15853.93 AZN faiz, 7844.42 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 131 628.82 AZN kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun , 30 manat xidmət haqqının və 410.18 manat dövlət rüsumunun (mediasiya xərcinin) ödənilməs, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi, və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi, sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ‘‘Yeio Bank” ASC-nə ödənilinəsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərə dair iddia ərizəsində qeyd olunan borc üzrə iddia tələbi 09 iyun 2023-cü il tarixədir. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən borca dair tələb üzrə 2023-cü il oktyabrın 18-dək Cavabdeh4 MMC -dən, Fresh Food” MMC X4 və Cavabdeh2 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 16 noyabr 2021-ci il tarixli № 6-SME-İ-İ181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME-l-l 181-21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 107 930.47 AZN əsas borc, 15 853.93 AZN faiz, 7844.42 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 131 628.82 AZN kredit borcu tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkili Vəkil iddia tələbini faiz və cərimə borcuna münasibətdə qəbul etmədiklərini, həmin hissələrdə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə digər cavabdehlər məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(121)-72/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat məbləğində əsas borc, 13.251,37 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 400 manat mediasiya xərci və 10,18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş; Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilmiş; Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində borcun ödənilməsi və əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılması qət edilmiş; İddia qalan hissədə rədd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi və İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi 13251.37 manat faiz borcu,400 manat cərimə borcu, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində ləğv edilməsini və iddia tələblərinin 13251.37 manat faiz borcu, 400 manat cərimə borcu və tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissəsində təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh4 MMC 16 noyabr 2021-ci il tarixli 6- SME-1-1181-21/1№-li kredit müqaviləsinə əsasənİddiaçı ASC-nin “MXD” filialından illik 16 % olmaqla 24 ay müddətinə 200000 (iki yüz min) manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə mütəmadi olaraq ödənişlər edilmişdir. Cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqdər çətinliklər yaranması səbəbindən ödənişlərdə müəyyən çətinliklər yaranmışdır. Cavabdeh borcun üzərinə əlavə faizlər və cərimə hesablanacağını bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən əsas borc üzrə yüksək məbləğdə faiz hesablanmasını nəzərə almamışdır. Halbuki, iddiaçı tərəfindən yüksək məbləğdə faiz və cərimə borcu hesablanmışdır. Məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyini əsas götürmüşdür. Halbuki qeyd edilən ekspert rətində qeyd edilmişdir ki, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181- 21/1 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,7 manat, faiz borcu üzrə 13.521,37 manat və xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,71 manat, faiz borcu üzrə 14.627,28 manat müəyyən edilmişdir. xx.xx.2024cü il tarixli, 9/489 saylı ekspert rəyində əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması qeyd edilsə də məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün, iş üzrə obyektiv araşdırma aparmamış, xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyində əsas borcun iddiada tələb olunan məbləğdən artıq olmasının qeyd edilməsini nəzərə alıb təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, məhkəmə qeyd edilən rəyi sübut növü kimi qəbul etmiş və verilmiş tələblər üzrə qətnamə çıxarmışdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən faiz məbləğinin çox yüksək olmasını nəzərə alıb təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh4 MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya tərəfindən ona ünvanlanan suallara cavabında əlavə olaraq bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini 13251.37 manat faiz borcu, 400 manat cərimə borcu və iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində mübahisələndirirlər. Bir daha dəqiqləşmə apararaq qətnaməni ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində mübahisələndirmədiklərini qeyd etmişdir. Qətnaməni qət edilən 13251.37 manat faiz borcu, 400 manat cərimə borcu və tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissəsində təmin edilməməsi hissəsində mübahisələndirdiklərini göstərmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin işin hallarına uyğun olduğunu, buna görə də qətnamənin dəyışdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişdir. Həmin cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin 13251.37 manat faiz borcu, 400 manat cərimə borcu, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində ləğv edilməsini və iddia tələblərinin 13251.37 manat faiz borcu, 400 manat cərimə borcu və tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissəsində təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni iddianın təmin edilən hissəsində qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hеsab еdir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatları və iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissədə dəyişdirilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, "xxxx" MMC-yə 120 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh4 MMC-yə 24 ay müddətinə 200.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DA/01004/21 saylı ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6- SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6- SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, 15.853,93 manat faiz və 7.844,42 manat cərimə borcu olmaqla, ümumilikdə 131.628,82 manat borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 480.785 manat, likvid dəyəri 400.000 manat təşkil edir. Müşayiət məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci olan 500 manat məbləğin 250 manatı iddiaçı tərəfindən ödənilmiş, qalan 250 manatın cavabdeh tərəfin üzərinə qoyulması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,7 manat, faiz borcu üzrə 13.521,37 manat və xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,71 manat, faiz borcu üzrə 14.627,28 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı qismən təmin etmişdir. Qətnamədən "xxxx" MMC narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin iki əsas dəlili mövcuddur. 1) Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qət edilən 13251.37 manat faiz və 400 manat cərimə borcu hissədə ləğv edilərək iddianın həmin hissədə təmin edilməməsi; 2) İddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının məzmununa nəzər saldıqda müəyyən olunur ki, ekspertiza qarşısında cavabdehin maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixindək və müqavilənin bitdiyi xx.xx.2023-cü il tarixədək yaranmış əsas, faiz və cərimə borcunun müəyyən edilməsi qoyulmuşdir. Halbuki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlərə xəbərdarlıq bildirişi ünvanlayaraq həmin tarixə yaranmış borclarının ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirməklə niyyəti aralarında olan müqavilənin ləğv edilməsini bəyan etmişdir. Buna görə də Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(106)-141/2024 saylı qərardadı ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında cavabdehlərin xx.xx.2023-cü il tarixinə olan əsas, faiz və cərimə borclarının müəyyən edilməsi xahiş olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7620 saylı rəyindən müəyyən olunur ki,ekspertizaya təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181-21/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh4 MMC-nin iddiaçı Yelo Bank ASC-yə sualda soruşulan tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110563,71 manat; faiz borcu üzrə 4357,14 manat. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 6-SME-1-1181- 21/1 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış sənədlərindən göründüyü kimi, cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2023-cü il tarixində aparıldığı və həmin tarixdən etibarən qətnamənin çıxarıldığı 16 may 2024-cü il tarixə qədər iddiaçı banka hər hansı bir ödənişin edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi apellyasiya baxışında təyin edilmiş mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin xx.xx.2023-cü il tarixə müəyyən edilmiş faiz borcu 4357,14 manat olması qeyd edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi olaraq qəbul edir və hesab edir ki, cavabdehin apellyasiya şikayəti faiz borcunun müəyyən edilməsi hissəsində qismən əsaslıdır. Kollegiya həmçinin apellyasiya şikayətinin 400 manat cərimə məbləğinin tutulmaması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində tələb edilən cərimə məbləği 7844.42 manat olmuşdur ki, həmin məbləğə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 400 manat saxlanılması işin hallarına uyğun hesab edilməlidir. Çünki, həmçinin nəzərə alınmalıdır ki, iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Kollegiya iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi “32”, 2-ci küçə, ev. 5F ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi hissəsində əsassız hesab edir. Həmçinin qeyd edir ki, cavabdeh həmin yaşayış evini ilkin satış qiyməti hissəsində mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh4 MMCnin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(121)-72/2024 saylı qətnaməsi - cavabdehlərdən 13251,37 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin hissədə faiz məbləği 4357,14 (dörd min üç yüz əlli yeddi manat on dörd qəpik) manat müəyyən edilməli, apellyasiya baxışında təyin edilmiş ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh4ndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 MMC-nin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(121)-72/2024 saylı qətnaməsi - cavabdehlərdən 13251,37 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin hissədə faiz məbləği 4357,14 (dörd min üç yüz əlli yeddi manat on dörd qəpik) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılasın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh4ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-11/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-11/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver