Məhkəmə qərarları › İş №2-2(106)-114/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-114/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-114/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 6916.74 manat məbləğində kredit bоrcu, 534.41 manat məbləğində faiz bоrcu və 258.69 manat məbləğində cərimə olmaqla, cəmi 7709.84 manat məbləğində bоrcun tutulması və ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 6890,07 manat əsas bоrc, 181,48 manat faiz bоrcu, 18 manat cərimə olmaqla, cəmi 7089,55 manat məbləğində kredit borcu, 100 manat məbləğində mediasiya xərcinin Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməməsi, 90,89 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatının İddiaçı QSC-dən, 75 manatının isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı QSC həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qərardadı ilə İddiaçı QSC-nin Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, İddiaçı QSC-nin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması, İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə (Hökümət ödəniş portalı və ya AsanPay vasitəsi ilə ödənilmiş qəbzin nömrəsi ********** olan) dövlət büdcəsinə (Şirvan Apellyasiya Məhkəməsinin hesabına) ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddət bərpasının rədd olunması barədə qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilən qətnamə MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində İddiaçı QSC-yə məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, həmçinin məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, məhkəmə qətnaməni tərtib etdikdən sonra onu işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini vaxtında təmin etmişdir. İddiaçı müddətin bərpası barədə ərizəsində məhkəmə qətnaməsinin elektron sistemə yerləşdirilmədiyini və ya qətnamənin banka çatdırılmadığını mübahisələndirməmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizədə qeyd olunan iş üzrə qətnamə çıxarılarkən iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vəfat etdiyindən iddia tələblərinin onlara dair hissədə təmin olunmaması və qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh2 dair iddia tələbinin hansı əsaslarla təmin edilmədiyi göstərilmədiyindən iddia tələbinin zamin Cavabdeh2 da vəfat etməsi səbəbindən ona dair hissədə də təmin olunmadığı qənaətinə gəlinmişdir. Həmçinin qətnamənin əsaslandırıcı hissəsində zamin olaraq Cavabdeh1 qeyd olunması və sonra iddianın ona dair hissədə təmin olunması qətnaməni oxuyarkən qarışıqlığa səbəb olmuşdur. Bu barədə müddətin bərpasına dair ərizədə “ölən şəxslərlə qalan şəxslərin bir-birinə qarışdığından” bu səbəbdən də qətnamənin çaşdırıcılığını vurğulayaraq qətnamədən şikayət verilməsi barədə müddətin ötürüldüyü qeyd edilsə də, məhkəmə buna əhəmiyyət verməmiş, əksinə xx.xx.2024-cü il tarixli Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş “yanlışlığın düzəldilməsi” qərardadı qəbul etməklə həqiqətən qətnamədə yalnışlıq olduğunu etiraf etsə də, bu halın çaşdırıcılığını nəzərə almamış, yalnız öz qətnaməsində olan yalnışlığı düzəltməklə kifayətlənərək müddətin bərpasının üzrlü hesab edilməsi barədə ərizəni təmin etməmişdir. Qeyd olunan müddətin qısa müddətdə ötürülməsinin əsasında müddəti ötürmüş şəxs kimi insan məhfumu çıxış edir. Belə ki, bankda olan iş bölgüsünə əsasən qeyd olunan qətnaməni qəbul etmiş məhkəmə üzrə məsul şəxs iddiaçının nümayəndəsi Nicat Ələkbərov olmuşdur. O səbəbdən də, müddətin bərpasına dair ərizəni nəzərə almayaraq şikayətin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərardadı qəbul etmiş, həmçinin qətnamədə yalnışlığa yol verərək xx.xx.2024-cü il tarixli yalnışlığın düzəldilməsi barədə qərardadı qəbul etmiş məhkəmənin hərəkətləri ilə məhkəmənin qətnamədəki yalnışlığına əsasən şəxsləri səhv salaraq müddəti ötürmüş şəxsin hərəkətləri eynilik təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(121)-37/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 146-cı maddəsinin tələbinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ iddiaçının konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Ancaq iddiaçı məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Belə ki, iş materiallarına əsasən Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə saat 16:00-da yerləşdirilmişdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı müddətin bərpasına dair vəsatətində qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ancaq kollegiya ötürülmüş prosessual müddətin bərpasına dair göstərilən dəlilləri əsaslı hesab etmir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə iddiaçının ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-37/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar