Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-119/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X1 (sədrlik edən, məruzəçi), X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 79\2025 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2017-ci il tarixli LAN-141908/17 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 8532.96 manat məbləğində borcun, bundan 4952.74 manat əsas, 2839.75 manat faiz borcunun, 163.63 manat cərimənin və 576.84 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 105.33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-79/2025 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə baxış iclasının 26 fevral 2025-ci il tarixdə saat 11:30-a təyin olunmasına baxmayaraq, həmin gün məhkəmə iclaslarının çoxluğundan qeyd olunan məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd etmiş və e-2- 2(121)-79/2025 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-79/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək, iş üzrə icraatın təzələnməsinə və məhkəmə baxışının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin hallarını və ərizədə qeyd olunanları araşdıraraq hesab etmişdir ki, ərizə təmin ediməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında iştirak edə bilməməsi barədə məhkəməyə məlumatı üzrlü səbəbdən verə bilməməsi haqqında sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi əlavə olaraq vurğulamışdır ki, hazırki iş üzrə iddiaçı hüquqi şəxs olan İddiaçı ASC-dir və o, hər hansı bir nümayəndəsinin bu və ya digər səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi halda həmin iclasda digər bir nümayəndəsinin iştirakını təmin etməklə iddianı müdafiə etmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-79/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilərək, vəsatələrini təmin edərək iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixdə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclaslarının həmin günə çoxluğunu nəzərə alaraq, işə başlarkən elektron qaydada onların iştirakı olmadan məhkəməyə müraciət etməklərini planlaşdırmaqlarına baxmayaraq, İnzibati binaları Bakı şəhəri, Xocalı 36A ünvanında yerləşdiyindən, 26 fevral “Xocalı Soyqırımı” günü ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım X3 soyqırımı abidəsini ziyarət etdiyindən, təhlükəsizlik baxımdan Xocalı prospektindəki bütün yollar bağlı olduğundan, iş saatına yalnız 13:00-da başlaya bilmişdirlər və dərhal da, iddiaçı olduqları e-2-2(121)-79/2025 saylı mülki iş üzrə elektron məhkəmə vasitəsi ilə ərizə yükləmişdirlər. Həmçinin iddia ərizəsinə nəzər yetirsək görərik ki, iddiaçı məhkəmə iclaslarında iştirak etməyəcəyi təqdirdə MPM-in 185.6-cı maddəsinə istinad edərək “iddia tələbimizi tam müdafiə edirik və bu iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasını təmin etməyinizi xahiş edirik” məzmunlu vəsatəti iddia ərizəsinin xahiş etdim hissəsində yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə nümayəndələri Rəşadət Bağırov hakim köməkçisi ilə telefon vasitəsilə əlaqə saxlayaraq (***-***-**-**), məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, elektron kabinetə yükləniləcək iddiaçının ərizəsini nəzərə almaqlarını öncədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025 -cü il tarixli, e-2-2(121)-79/2025 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 79/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-79\2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edilmədiyindən qəradad qanunsuz və əsassızdır. Belə ki, MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və; 259.0.7-ci maddəsinə əsasən isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli QƏRAR-nın 17-ci bəndində göstərilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Müəyyən edilir ki, bəhsi keçən iş xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, 18 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclası keçirilərək məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Rəşadət Bağırov məhkəmə iclasında iştirak edərək məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Elə həmin məhkəmə iclasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnərək baxış iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi bundan öncəki məhkəmə baxış iclasında iştirak etmiş, iddianın məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir. Həmçinin iddiaçı məhkəmə iclaslarında iştirak etməyəcəyi təqdirdə MPM-in 185.6-cı maddəsinə istinad edərək “iddia tələbimizi tam müdafiə edirik və bu iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasını təmin etməyinizi xahiş edirik” məzmunlu vəsatəti iddia ərizəsinin xahiş etdim hissəsində yerləşdirilmişdir. (səh.4) Bundan başqa iddiaçı üzrlü hal kimi “İnzibati binaları Bakı şəhəri, Xocalı 36A ünvanında yerləşdiyindən, məhkəmə iclasının keçiriləcəyi gün - 26 fevral “Xocalı Soyqırımı” günü ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım X3 soyqırımı abidəsini ziyarət etdiyindən, təhlükəsizlik baxımdan Xocalı prospektindəki bütün yollar bağlı olduğundan, iş saatına yalnız 13:00-da başlaya bilmişdirlər və dərhal da, iddiaçı olduqları e-2-2(121)-79/2025 saylı mülki iş üzrə elektron məhkəmə vasitəsi ilə ərizə yükləmişdirlər” kimi izah vermişlər. Bütün yuxarıda şərh edilənlərə əsasən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(121)-79\2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 265-ci, 157-159-cu, 397.2-ci, 398.0.2-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-79/2025 nömrəli qərardadı qərardadı ləğv edilsin və mülki iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün İmişli rayon məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-119/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-119/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver