Məhkəmə qərarları › İş №2-2(106)-12/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-12/2025

27.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-12/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, Aygün Faiq qızı Abasovanın katibliyi, İddiaçı Novruz oğlu, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil4 və üçüncü şəxs X3 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Novruz oğlunun Cavabdeh qarşı pul tələbinə dair kommersiya işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Novruz oğlu, Cavabdeh və üçüncü şəxs X13 qardaşdırlar. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt (2013-cü ildə) qardaşlardan İddiaçı və üçüncü şəxs X14 Respublikasında, Cavabdeh isə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşamışdır. İddiaçı və üçüncü şəxs X19 rayonu, Gərmətük qəsəbəsində şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün orada yaşayan qardaşları Cavabdeh göndərdikləri sərmayə hesabına 2013-cü il 7 sentyabr tarixində Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq 2 sahəsi və üzərində yerləşən ümumi sahəsi 3825.5 m olan əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində ticarət təyinatı üzrə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmış və həmin torpaq sahəsində “Əzizə” şadlıq sarayı inşa edilmişdir. Fəaliyyətə başladığı vaxtdan şadlıq sarayının və əmlak kompleksindəki digər qeyriyaşayış sahələrinin idarə edilməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Sonradan tərəflər arasında şərikli fəaliyyətdən əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı mübahisəli vəziyyət yaranmışdır. Cavabdeh 2022-ci il 23 fevral tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin əmlakın 1/2 hissəsini (0,28 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisədən 1.412,72 kv.m) qardaşı İddiaçı bağışlamış və 2022-ci il 10 mart tarixində daşınmaz əmlakın dövlət reyestrində hər ikisinin ½ hissədə mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra şadlıq sarayının və əmlak kompleksindəki digər qeyri-yaşayış sahələrinin idarəsi İddiaçı tərəfindən həyata keçirilmiş və hər ikisinin müraciəti üzrə Lənkəran rayon Polis şöbəsində aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair 2022-ci il 17 sentyabr tarixli qərar qəbul edilmişdir. 2022-ci il 13 oktyabrda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-2021-ci illərdə ümumi mülkiyyətdə olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2.825,5 kv.m sahəsi olan “Əzizə” X20ndən əldə edilən 2.172.016 manat gəlirin aralarında olan razılaşmaya uyğun olaraq, ona düşməli olan ½ hissəsindən ödənilmiş 160.000 manat çıxıldıqdan sonra qalan 926.008 manatın cavabdehdən tutularaq ona ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlə iddiaçının ümumi mülkiyyətindədir. Həmin əmlak kompleksi onun xaricdən cavabdeh olan qardaşına göndərdiyi vəsait hesabına tikilib ərsəyə gətirilmişdir. Belə ki, cavabdehə mütəmadi olaraq tikinti xərcləri, eləcə də tikinti prosesinə nəzarət üçün tikinti xərclərindən əlavə, aylıq ortalama 1.500 manat məvacib göndərmişdir. Həmin kompleks qardaşının mülkiyyətində olmaqla “Əzizə” şadlıq sarayı, çörək sexi, mağaza, çay evi, bilyard yeri, dərzi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmişdir. Razılaşmaya uyğun olaraq idarəetməni qardaşı həyata keçirməli, ona isə mütənasib aylıq məbləğləri göndərməli idi. Həmin müəssisədən gələn gəlir onunla cavabdeh arasında bölünməli olsa da, 2013-2016-cı illərdə gələn gəlirdən ona heç bir ödəniş edilməmiş, yalnız 2017-2021-ci illərdə ona ümumilikdə ortalama 160.000 manat ödənilmişdir. Azərbaycana qayıtdıqdan sonra, 2022-ci ildə obyektin tikintisinə xərclənən pulların və müvafiq dövr ərzində əldə olunan gəlirlərin hesablanmasını qardaşına təklif etsə də, qardaşı bu işə soyuq yanaşmış və bu hərəkətləri təbii olaraq ona qarşı müəyyən şübhələr oyatmışdır. 2022-ci il 23 fevral tarixində cavabdehlə aralarında olan razılaşmaya müvafiq olaraq Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlayaraq adı çəkilən əmlak kompleksinin yarısını cavabdeh ona bağışlamış və müqavilə bağlanandan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 2022-ci il 16 mart qeydiyyat tarixli çıxarış verilmişdir. Bundan sonra iddiaçı təsadüfən şadlıq sarayının qeydiyyat kitablarını tapmış və öyrənmişdir ki, müəssisənin tərkibinə daxil olan şadlıq sarayından 2013-cü ildən etibarən ümumilikdə 2 milyon manatdan artıq gəlir götürülmüşdür. Eləcə də, əmlak kompleksinə daxil olan digər obyektlərdən də hər ay xeyli miqdarda icarə haqqı qardaşı tərəfindən alınmışdır. Belə ki, müəssisənin kitablarına əsasən şadlıq sarayından ümumilikdə 2.015.416 manat, müvafiq olaraq illər üzrə isə aşağıdakı məbləğlərdə gəlir əldə olunmuş və razılaşmaya uyğun olaraq əldə olunmuş gəlirlərdən ona 1.007.708 manat ödənilməli idi: 1. 2013-cü ildə- 275.641 manat; 2. 2014-cü ildə- 336.996 manat; 3. 2015-ci ildə- 257.112 manat; 4. 2016-cı ildə- 223.791 manat; 5. 2017-ci ildə- 226.794 manat; 6. 2018-ci ildə- 290.783 manat; 7. 2019-cu ildə- 294.491 manat; 8. 2020-ci ildə- 18.737 manat; 9. 2021-ci ildə- 91.071 manat. Bundan əlavə, mağaza 2013-2021-ci illər ərzində aylıq 400 manat olmaqla 43.200 manat, bilyard yeri 2013-2021-ci illər ərzində aylıq 700 manat olmaqla 75.600 manat, çay evi 2013- 2021-ci illər ərzində aylıq 350 manat olmaqla 37.800 manat, ümumilikdə 156.600 manat gəlir vermişdir. Dərzi yeri isə əvvəlcədən icarəyə verilsə də, sonradan cavabdehin ailəsi tərəfindən işlədilmişdir. Bu xərclər minimum yazılıb, icarə haqları bəzi hallarda daha yüksək olmuşdur. Bundan əlavə olaraq, şadlıq evinin müəyyən borcları da yarandığı üçün qərara gəlmişdir ki, həmin şadlıq evinin idarəçiliyini artıq özü həyata keçirsin. Bununla razılaşmayan cavabdeh məhkəməyə öz payının naturada ayrılması tələbi ilə müraciət etmiş həmin tələbində müəssisənin tikilməsində onunla qardaşının şərik olduğunu göstərmişdir. Hər nə qədər bütün vəsait onun tərəfindən ödənilsə də, cavabdeh özünün iddia ərizəsində qismən etiraf etmişdir ki, həmin əmlakı birgə vəsaitləri hesabına tikmişlər və razılaşmışlar ki, əldə olunan gəlirlər aralarında bölünəcəkdir. Eləcə də, iddia ərizəsində qeyd edilmişdir ki, 2013-cü ildən etibarən müəssisədən əldə olunmuş gəlirin ona düşən hissəsini cavabdeh mütəmadi olaraq ona ödəmişdir. Cavabdeh müəssisə fəaliyyətə başlayandan bir neçə il ərzində ona ümumiyyətlə heç bir vəsait ödəməmiş, sonra isə ona olan etibarından sui-istifadə edərək, qazanılan gəlirin cüzi hissəsini ona bildirmiş və beləcə ona çatmalı müvafiq məbləğləri özündə saxlayaraq əsassız varlanmışdır. Həmçinin, cavabdehin də etiraf etdiyi kimi, hər nə qədər müəssisənin yarısı 2022-ci ildə onun mülkiyyətinə keçsə də, faktiki olaraq əmlak qardaşı ilə onun ümumi mülkiyyətində olduğundan gəlirlər də bərabər şəkildə bölüşdürülməli idi. Lakin cavabdeh aralarındakı razılaşmaya uyğun surətdə hərəkət etməmiş, yuxarıda da qeyd edildiyi kimi ona 1 milyon manatdan artıq məbləğdə ödəniş etməli olsa da, ümumilikdə müvafiq dövr ərzində 160.000 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, 49.575 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını və ilk iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, qardaşı Lənkəran rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, ərizəsində göstərmişdir ki, o, paylı mülkiyyətdə olan şadlıq sarayını 8 il ərzində işlədərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ərizə araşdırılaraq təsdiqini tapmadığından 2022-ci il 17 sentyabr tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lənkəran rayon Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli qətnaməsi ilə isə onun iddiası təmin edilərək, “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin tərəflər arasında bölünməsi qət edilmişdir. İddiaçı polis şöbəsinin əsaslı qərarından və məhkəmənin qəbul etdiyi qətnamədən sonra qisas almaq məqsədi ilə ona qarşı heç bir sübuta söykənməyən hazırkı iddianı qaldırmışdır. “Əzizə” Şadlıq Sarayı və həmin torpaq sahəsində yerləşən digər əmlak kompleksi yalnız 2022-ci ilin mart ayından sonra paylı mülkiyyətdir. Həmin vaxta qədər isə şadlıq sarayı bütövlükdə onun adında olmuş, yəni iddiaçının qarşısında onun heç bir öhdəliyi olmamışdır. Əslində aralarında heç bir müqavilə olmadığı halda iddiaçıya həmin illər üçün heç bir məbləğ ödəməli olmasa da, yenə də bir qardaş olaraq qazancın yarısını vermişdir. Ancaq bundan sonra orada şərikli işləməyi mümkün olmadığından, obyektin satılaraq pulunun aralarında bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. 2022-ci ilin may ayına kimi obyektin qazancı iddiaçı ilə tən olaraq aralarında bölünmüşdür. İddiaçı, polis şöbəsinə verdiyi ərizəsində keçən müddət ərzində ona cəmi 163.000 manat pulun (hazırkı iddiada 160.000 manat qeyd edilib) verildiyini və 2 milyona yaxın pulun ona verilmədiyini bildirmişdir. Halbuki cavabdeh, eləcə də şadlıq sarayının tikintisində böyük maliyyə dəstəyi olan Qazaxıstanda yaşayan qardaşları Telman iddiaçıya həmin illər ərzində ona çatası pulları vermişlər. Aralarında etibar olduğundan heç vaxt bütün bunlar barədə sənədləşmə aparmamış, bir-birlərinə inanmışlar, hətta dörd qardaş olaraq kim nə qazanmışdırsa, valideylərinin sağlığında bir yerdə qazanclarını ortaya qoymuş və çox mehriban dolanmışlar. Məsələn, iddiaçının Bakı şəhərinfə “Port-Baku”da olan kifayət qədər bahalı evi də yaxın vaxtlara kimi onun adına olmuş və yalnız 2022-ci ildə öz adına keçirmişdir. İddiaçının bildirdiyi kimi, əgər şadlıq sarayı onun xərci ilə tikilmişdisə, cavabdeh 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən hansı səbəbdən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışdır. Şadlıq sarayı 2013-cü ilin mart ayından fəaliyyətə başlamış, həmin vaxtdan 2014-cü ilin dekabr ayına kimi iddiaçıya qazancın yarısı verilmiş, daha sonra 2014-cü ilin dekabr ayından 2016-cı ilin oktyabr ayına kimi iddiaçı Qazaxıstan Respublikasında silah və narkotiklə əlaqədar tutularaq həbsdə olmuşdur. Lənkəran rayon Polis şöbəsində verdiyi izahatda isə 2013-cü ildən 2016-cı ilədək İsrailin Tel- Əviv şəhərində yaşadığını, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin qazancının cavabdehdə qaldığını göstərmişdir. Həmin vaxtlar onun yanına gedib-gəlməyə və aşağıda sadalanan digər məsələlərə çəkilən xərclər ümumi qazancdan çıxıldığı halda, iddiaçı hazırda həmin xərcləri hesablayaraq tələb edir. 2020-ci ilin mart ayının 11-dən pandemiya başladığından, daha sonra müəyyən məhdudiyyətlərlə toy şənliklərinə icazə verildiyindən şadlıq sarayı demək olar ki, heç bir qazanc əldə etməmiş, yalnız öz xərclərini birtəhər ödəmişdir. İddiaçı ilə aralarında onun yazdığının əksinə olaraq heç bir razılaşma, müqavilə, öhdəlik belə olmamışdır. Bunun nəticəsidir ki, bir qardaş olaraq bir-birlərinə göndərdiyi pulların belə hesabını aparmamış, rəsmiyyətə salmamışdır. Əgər onun Eldara hər hansı bir borcu qalmışdırsa, yaxud şadlıq sarayının qazancını ona verməmişdirsə, hansı səbəbdən bu vaxta kimi məhkəməyə müraciət etməmişdir. Məlum olduğu kimi, hazırkı iş üzrə iddia müddəti 3 ildir. Şadlıq sarayı idarə edilərkən çəkilən xərclər aşağıdakı kimi olmuşdur: 1."xxxx" ASC-nin Enerji Satışı Departamentinin təqdim etdiyi 2022-ci il 13 oktyabr tarixli 7-01/M- 1051/8229 nömrəli məktubdan görünür ki, Şadlıq sarayına enerji sərfiyyatına görə 2015- 2019-cu il tarixinə qədər olan dövr üçün 79.223,5 manat vəsait ödənilmişdir. Şadlıq Sarayına kənd ərazisindən qoşulmuş 2-ci sayğac üzrə hesablanılmış 7.324 manat tərəfindən ödənilmişdir. Aralarında məhkəmə mübahisələri düşdükdən sonra da işıq pulu olaraq 2022-ci ilin sentyabr ayı üçün 40 manat, oktyabr ayı üçün 50 manat, noyabr ayı üçün 252 manat və dekabr ayı üçün 295 manat olmaqla, ümumilikdə 637 manat pul ödəmişdir. 2. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 2022-ci il 13 sentyabr tarixli **********638200 nömrəli arayışdan görünür ki, vergi ödəyicisi olaraq 2013-cü il 1 yanvar tarixdən 2022-ci il 13 sentyabr tarixinədək olan müddətdə 95.703,2 manat vergi, eləcə də 2019-cu il 1 yanvar tarixdən 2022-ci il 13 sentyabr tarixinədək 9.544,26 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 3. X24 İstismar İdarəsinin verdiyi 2022-ci il 20 sentyabr tarixli arayışdan görünür ki, Şadlıq sarayı 2013-cü il 26 avqust tarixli **********00010 saylı kodla kompüter qeydiyyatına alınmış və 2022-ci il 19 sentyabr tarixinədək istehlak etdiyi təbii qaza görə 26.848,6 manat ödəniş edilmişdir. 4. "xxxx" MMC Mühafizə Xidmətinin Lənkəran filialının verdiyi 4 nömrəli arayışdan görünür ki, 2013-cü ildən hal-hazırkı dövrə kimi olan müddət ərzində 27.000 manat xidmət haqqı tam olaraq ödənilmişdir. İddiaçı ilə aralarında məhkəmə çəkişmələri başladıqdan hazırkı günə kimi, yəni 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün də hər ay 500 manat olmaqla, 4 ay üçün 2.000 manat mühafizə haqqı nağd olaraq ödənilmişdir. 5. "xxxx" ASC-nin verdiyi 2022-ci il 19 sentyabr tarixli 22/02 nömrəli arayışından görünür ki, 2013-2021-ci illər ərzində DƏİS, DƏİBMMŞS və Daşınar əmlak sığorta növləri üzrə ümumi olaraq 11.450,51 manat sığorta haqqı ödənilmişdir. 6. "xxxx" MMC Cənub regional filialının Lənkəran şöbəsinin 2022-ci il 20 sentyabr tarixli 09/578 nömrəli məktubundan görünür ki, rabitə xidmətinə görə 2017-2022-ci illər üzrə ümumilikdə 4.676,60 manat ödəniş edilmişdir. Əvvəlki illər sistemə düşməsə də, 2013-2016-cı illər ərzində 2.400 manat rabitə xidmət haqqı ödənilmişdir. 7. X10 X16 İdarəsinin verdiyi 2022-ci il 20 sentyabr tarixli A-02/22 nömrəli arayışdan görünür ki, şadlıq sarayının yayım haqqı reklamının açıq məkanda yayımlanması üçün ümumilikdə 3.510,19 manat ödəniş edilmişdir.

8. Lənkəran şəhər İcra Hakimiyyəti Osman Mirzəyev adına X27 Evinə yardım olaraq onun tərəfindən müxtəlif vaxtlarda və illərdə 7.392 manat dəyərində 616 kq ət göndərilmişdir, bu barədə rəsmi sənədlər əlavə edilir. 9. Şadlıq sarayına 2013- 2022-ci illər ərzində salyarkadizel yanacağına görə 32.000 manat; kömür alınmasına ildə 2.160 manat olmaqla 8 il ərzində 51.840 manat; un alınmasına ildə 6.840 manat olmaqla 7 il ərzində cəmi 47.880 manat, şar-fişənglərin alınmasına 9.600 manat; təmizlik vasitələrinin, yəni şampun, xlor və digər təmizlik vasitələrinin alınmasına ildə 3.000 manat olmaqla 8 il ərzində cəmi 24.000 manat; Sosial Müdafiə Fonduna 3.455 manat; 2013-cü ildən başlayaraq hər il 80-100, daha sonrakı illər üçün 140 manat olmaqla Ekologiya idarəsinə ümumilikdə 968 manat; 2019-cu ilin dekabr ayında saraya qoyulmuş kassa aparatının xidmət haqqı olaraq hər ildə 144 manat olmaqla 3 il ərzində 432 manat; toy şənlikləri ilə əlaqədar tort üçün lazım olan ləvazimatların Bakı şəhərindən 2013-2022-ci illər ərzində gətirilməsinə 14.400 manat; Şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün həmin illər ərzində lampaların alınması və dəyişdirilməsi, yararsızların yeniləri ilə əvəz edilməsinə 6.000 manat; Bakı şəhərindən xarici istehsal olan bakalların alınması və sıradan çıxanların yerinə yenilərinin alınmasına 8.720 manat; xarici istehsal olan boşqabların Bakı şəhərindən alınması və sıradan çıxanların yeniləri ilə əvəz edilməsinə 10.270 manat; qazanların alınmasına 1.200 manat; şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün generatorun alınması və xidmət haqqı olaraq 14.300 manat; 2013-2022-ci illər ərzində alınmış 800.000 dəvətnamənin alınmasına sərf edilmiş 120.000 manat; məişət tullantılarının daşınmasına çəkilən kommunal xərcləri 700 manat; iddiaçının özünün razılığı ilə mərhum anası və atası xəstə olarkən onların dava dərmanlarına 12.000 manat; mərhum anasının Bakı şəhərində Mərkəzi Klinikada müalicəsinə 16.067 manat pul xərclənilmişdir. 10. Şadlıq sarayı və ümumilikdə kompleksdə işləyən işçilərə 2013-cü ildən 2022-ci il tarixədək ümumilikdə 425.350 manat əmək haqqı ödənilmişdir. Qeyd etdikləri çəkilən rəsmi xərclərdir. Aşağıdakı xərcləri isə çıxılan xərclərə hesablamasa da, böyük məbləğ təşkil etdiyindən həmin xərclər də nəzərə alınmalıdır. 1. Bacısı Sadiqəyə aylıq olaraq 500 manat; 2. bibisi Nənəxanıma ayda 250 manat; 3. mərhum anasına baxan tibb bacısına aylıq olaraq 300 manat; 4. iddiaçı həbsxanada olarkən onun yanına gedib-gəlməyə, çəkilən xərclər; 5. iddiaçı üçün Lənkəran rayonu, Gərmətük qəsəbəsində tikilmiş dəbdəbəli villanın tikilməsinə çəkilən xərclər; 6. şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılmasına çəkilən xərclər; 7. valideynlərinin müayinə, müalicə və həkimlərinə çəkilən xərclər; 8. valideynlərinin dərmanlarının alınmasına çəkilən xərclər İddiaçının evinin kommunal xərclərinə çəkilən xərclər; 9. hər iki valideynlərinin vəfat etmələrindən sonra dəfn, yas mərasimi və qəbirüstü daşlarına çəkilən xərclər. Ümumilikdə isə aşağıda qeyd etdiyi müəyyən digər xərcləri əlavə etməsə belə ümumi xərclər təqribən 1.076.891,86 manat təşkil edir ki, həmin xərclər onun tərəfindən çəkilmiş və iddiaçının həmin xərclərin heç birində köməkliyi olmamış, ümumiyyətlə şadlıq sarayının idarə edilməsində heç bir rolu olmamışdır. Qeyd edilən illər ərzində həmin kompleksi yalnız cavabdeh idarə etmiş, zəhmətini çəkmişdir. Hətta həmin şadlıq sarayı ilə əlaqədar Vergi idarəsi tərəfindən 10.000 manat, məhkəmə tərəfindən 10.000 manat cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdan çıxılmalıdır. İddiaçı bu xərclər və çıxarlara heç bir əhəmiyyət vermədən, onları hesablamadan tamamilə əsassız və heç bir sübuta söykənməyən hazırkı iddianı qaldırmışdır. Halbuki həmin xərclər hesablanarsa onun iddiaçıya deyil, iddiaçının ona borcu vardır. Pandemiyadan sonra müəyyən müddətdə məhdudiyyətlər olan dövrlərdə şadlıq sarayında olan toylarla əlaqədar qazancı aralarında bölsələr də, konkret olaraq 2022-ci ilin may-iyun və iyul aylarındakı müddət ərzində şadlıq sarayında cəmi 43 toy şənliyi keçirilmiş, digər xərclər çıxıldıqdan sonra 99.150 manat ümumi qazanc əldə edilmişdir. 2022-ci ilin mart ayından sonra, yəni Şadlıq sarayı və kompleks hər ikisinin ümumipaylı mülkiyyətinə keçirildikdən sonra şərik olduğundan, iddiaçı həmin pulun yarısını ona verməli olduğu halda mart və aprel aylarını, eləcə də may ayının əvvəllərindəki toyların qazanclarını bölsələr də, may ayında olan 4 toyun, iyun və iyul aylarında olan 39 toyun, ümumilikdə isə 43 toyun pullarını bölməmişdir. Həmin müddət ərzində yalnız ona 10.000 manat vermiş, qalanını da sonradan verəcəyini desə də, verməmiş, cavabdeh həmin pulu ona geri qaytarmış və pulu dəqiq olaraq hesablayıb ona çatası 49.575 manat pulun verilməsini xahiş etmiş, lakin bu günə kimi həmin pul qaytarılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 31 mart tarixli auditor rəyinə əsasən, auditə təqdim edilmiş 2013-2022-ci illər üzrə “Əzizə” X11 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2.018.095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168.101 manat olmaqla cəmi 2.186.196 manat qalıq məbləğ (mənfəət) müəyyən edilir; “Əzizə” X11 auditə təqdim edilmiş kitablarda qeyd edilənlərdən başqa digər gəlirləri aşağıdakı kimi olmuşdur: Bilyard zalı– 122.400 manat, Çayxana– 28.350 manat, Gözəllik salonu– 25.650 manat, Mağaza– 40.950 manat, cəmi – 217.350 manat. Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsində ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı” istiqamətləri X15 tərəfindən auditə verilmiş izahatında bildirmiş olduğu istiqamətlərlə eynilik təşkil etdiyindən aşağıdakı kimi müəyyən olunmuşdur: enerji haqqı– 87.184,50 manat, vergi– 105.247,46 manat, təbii qaz– 26.848,60 manat, mühafizə xidməti– 29.000 manat, telefon və internet haqqı– 7.076,60 manat, reklam haqqı– 3.510,19 manat, sığorta haqqı– 11.450,51 manat, cəmi– 270.317,86 manat. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi digər xərc istiqamətləri üzrə təsdiqedici sənədlər mövcud olmadığından dəqiqləşdirmələr aparmaq mümkün olmamışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində göstərilmiş kömür, tort kimi xərclər təqdim olunmuş dəftərxana kitablarında artıq qeyd edildiyindən ikinci dəfə hansı səbəbdən qeyd edilməsini cavabdehin auditə dəvət olunmağına baxmayaraq iştirak etməməsi səbəbindən dəqiqləşdirmək mümkün olmamışdır. İşin obyektivliyi üçün Cavabdeh bir neçə dəfə telefon vasitəsilə və teleqram vurularaq auditə dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. Telman Mamedov isə Qazaxıstanda yaşadığından auditə dəvət edilməmişdir. Bu rəy iddiaçının müraciəti üzrə “Əzizə” X11 fəaliyyətinin faktiki uçot məlumatları kimi təqdim olunmuş göy rəngli dəftərxana kitabları və cavabdehin qarşılıqlı iddia ərizəsi əsasında hazırlanmışdır. Həmin dəftərlərdə əks olunmuş məlumatların düzgünlüyünü müəyyən etmək üçün “Əzizə” X20ndə 2013-2022-ci illər ərzində administrator işləməklə uçot işləri ilə məşğul olmuş X4 izahat alınmışdır. Müslüm Qasımovun öz izahatında qeyd etmişdir ki, “Əzizə” X20 2013-cü ilin əvvəlində tikilib və 2013-cü ilin mart ayından fəaliyyət göstərməyə başlamışdır. Kompleksin tikintisi Eldar və Telman qardaşları tərəfindən maliyyələşdirilmiş, onların digər qardaşı olan Elman isə tikinti işlərinin icrasına nəzarət etmişdir. Tikinti başa çatdıqdan sonra Eldar və Telman ölkə xaricində olduğundan Elman fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, VÖEN almış və “Əzizə” X11 idarəçiliyi ilə məşğul olmuşdur. 2013-2022-ci illər ərzində “Əzizə” X20ndə uçot sadəcə keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərə ödənilən (moyka, qab yuma və s.) pulları və həmin tədbirlərdən qalan xalis məbləği Elmana verməklə bağlı qeydlərdən ibarət olmuşdur. Həmin uçot məlumatları hər hansı proqramda və ya başqa formada aparılmamış, yalnız göy rəngli papkalarda qeyd edilmiş və uçotun bu qaydada, yəni papkalarda əlyazma ilə aparılması ortaqlar tərəfindən ümumi qəbul edilmişdir. Təqdim edilmiş dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri Şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, musiqiçi, foto, dəvətnamə, pover, çörək, blinçik, şampun və s.) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Belə ki, şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tutulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə auditə təqdim edilmiş dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. Bundan başqa, 2013-2022-ci illər ərzində auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, komplekdə şadlıq sarayı ilə yanaşı, bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. Bilyard zalından 1 il üzrə alınan vəsaitlər təqdim edilmiş kitablarda qeyd edilmiş, digər illər üzrə bilyard zalı təqribən 2013-2017-ci illərdə aylıq 1.200 manata, 2018-ci ildən başlayaraq təqribən ***-**** manata, çayxana 2013-2019-cu illərdə pandemiyaya qədər təqribən 300-400 manata, mağaza 300-400 manata, gözəllik salonu əvvəl 400-500 manata icarəyə verilmişdir, sonradan isə Elmanın həyat yoldaşı işlətmişdir. Yoldaşı işlədən dövrdə məbləği nə qədər olduğunu bildirmədiyindən bu hesablamada nəzərə alınmamışdır. Təqdim edilmiş kitablarda qeyd edilməyən və Elman tərəfindən ödənilən xərclərə enerji haqqı, vergiyə ödənilən pullar, təbii qaza ödənilən məbləğ, 1 nəfər mühafizə xidmətinə ödənilən məbləğ, telefon və internetə ödənilən pul, reklam ilə bağlı ödənilən pullar daxildir. Sonradan İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 982.563,57 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin auditor rəyi ilə müəyyən edilir ki, cavabdeh 2.018.095 manat mənfəəti iddiaçı ilə bölmədən götürmüşdür. Bundan əlavə, digər gəlirlərdən cavabdeh 217.350 manat məbləğində xidmət haqlarını iddiaçı ilə bölməmişdir. Auditor rəyinə görə qeyd olunan illər üzrə 270.317,86 manat məbləğində xərclər olmuşdur. Beləliklə, iddiaçı ilə bölgüyə təqdim etmədiyi vəsait (gəlir) 1.965.127,14 (2.018.095+217.350-270.317,86 = 1.965.127,14) manat təşkil edir. Həmin 1.965.127,14 manat mənfəətin 1/2 hissəsi, yəni 982.563,57 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməli olduğu halda cavabdeh bunu etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) həm ilk, həm də qarşılıqlı iddia təmin edilmiş, 982563,57 manat məbləğində pul vəsaiti və 1272,56 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı (İddiaçı Novruz oğluna) ödənilməsi, qarşılıqlı iddia üzrə 49575 manat məbləğində pul vəsaitinin İddiaçı (İddiaçı Novruz oğlundan) alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 dekabr 2023cü il tarixli 2-2(106)-72/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər P.Əhmədov, C.İmanov və T.Kərimov). İşə Cavabdeh kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər K.Abiyeva, B.Məmmədli və Vəkil1a) 31 may 204-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(106)-72/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə Cavabdeh apellyasiya şikayəti əsasında ilk iddianın təmin edilməsinə dair hissədə yenidən baxılır.

Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il 2-2(121)-166/2023 saylı qətnaməsinin İddiaçı Novruz oğluna münasibətdə hissəsinin ləğv edilməsi və əsas iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, onun qardaşı İddiaçı Novruz oğlu ilə aralarında heç bir müqavilə, şəriklik və öhdəlik olmamışdır. İddiaçı iddiasında göstərmişdir ki, guya şadlıq sarayında qeydiyyat kitablarını tapmış və daha sonra öyrənmişdir ki, guya Elman 2013-2022-ci illər ərzində ümumilikdə iki milyondan artıq gəlir götürmüşdür. Bütün bunlar tamamilə yalan və böhtan xarakterli olmaqla həqiqəti əks etdirmir. Məhkəmənin hazırlıq iclasında hakim iddiaçı tərəfin vəkili və nümayəndəsinə sübutlarını təqdim etməyi təklif etdikdə, iddiaçı tərəfin nümayəndəsi və vəkili yalnız məhkəməyə təqdim etdiyi dəftərlərin olduğunu bildirdi. İddiaçı tərəf heç bir başqa sübutlarının olmadığını bildirmişdir. Sonra isə məlum oldu ki, hakimin sübut olmadığını açıq-aşkar bildirdiyi həmin dəftərləri necə oldusa, artıq təkzibedilməz sübut kimi qəbul edildi. 11 aprel 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili yalnız bir cümlə ilə iddialarının təmin edilməsini, eləcə də onun tərəfindən verilmiş təkzibedilməz sübutlara əsaslandığı qarşılıqlı iddianı qəbul etdiyini bildirərək öz iddialarının əsaslılığı barədə heç bir sübut belə təqdim edə bilməmişdir. Ancaq ciddi hesabat blankı olmayan bir neçə dəftərə əsaslanılmışdır. Mübahisə predmeti olan “Əzizə” X11 2013-cü ildən 2022-ci ilin mart ayına kimi tək mülkiyyətçisi Elman olmuş, kompleksin tikintisi Qazaxıstan Respublikasında yaşayan digər böyük qardaşı Telman Mamedovun maliyyə dəstəyi ilə tikilmiş, həmin vaxt ərzində tikintiyə və daha sonra idarə edilməsinə Elman özü rəhbərlik etmişdir. Yalnız 2022-ci ilin mart ayında qardaşı Telmanın göstərişinə əsasən şadlıq evi kompleksinin tən yarısını digər qardaşı, iş üzrə iddiaçı olan İddiaçı notarial qaydasında bağışlamış və hər birinə müvafiq çıxarışlar verilmişdir. Yəni 2013-2022-ci ilin mart ayına kimi tək mülkiyyətçi olmaqla İddiaçı ilə aralarında heç bir müqavilə, şəriklik, öhdəlik olmamışdır. 2022-ci ilin mart ayından sonra isə paylı mülkiyyət olduğundan şərik olmuşlar. Eldar isə həmin illər ərzində yazılmış qeydiyyat dəftərlərini məhkəməyə təqdim etmişdi ki, guya həmin illər ərzində Elman onu aldatmış və bir milyona yaxın pulunu mənimsəmişdir. Elman məhkəməyə sənəd təqdim etmişdir ki, həmin xüsusat İddiaçı Lənkəran rayon polis şöbəsinə etdiyi şikayəti əsasında araşdırılmış və təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar qüvvədədir və ondan şikayət edilməmişdir. Ancaq məhkəmə qüvvədə olan həmin qərara da heç bir əhəmiyyət verməmiş, ancaq Eldarın xeyirinə olan bəzi hallarda həmin qərarın qüvvədə olduğuna əsaslanmışdır. Həmin qərarla İddiaçı göstərdikləri bütün hallar təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Hazırkı qətnamə ilə guya müəyyən edilmişdir ki, o, Eldarı aldadıb onun pullarını mənimsəmişdir. Bu, o deməkdir ki, əgər o, Eldarı aldatmışdırsa, deməli digər qardaşı Telmanı da aldadıb onun pullarını da mənimsəmişdir. Əsl həqiqətdə isə belə deyildir. Belə ki, qardaşı Telman Mamedov da məhkəməyə teleqram ünvanlayaraq İddiaçı tamamilə haqsız olduğunu, onun Elmanla deyil, Telmanla şərik olduğunu onun nə Eldara, nə də ki Telmana borcunun olmadığını, 2013-cü ildən 2022-ci ilin mart ayına kimi həmin obyektin tək mülkiyyətçisinin Elman olduğunu, yalnız 2022-ci ilin mart ayında Telmanın təklifi ilə obyektin yarısını Eldara bağışlayaraq onun mülkiyyətinə keçirildiyini, ciddi hesabat blankları hesab edilməyən dəftərlərdə göstərilənlərin yalnız qazanclar olduğunu, xərclərin isə çıxılmadığını, onun Eldar qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. O, məhkəməyə dövlət qurumları tərəfindən imzalanıb möhürlənmiş məktub, arayış və qəbzlər təqdim etmişdir ki, dəftərdə yazılanlar ancaq qazanclardır ki, həmin qazanclardan çəkilən xərclər, çıxarlar çıxılmamışdır və həmin xüsusatları təsdiq edən və eləcə də, bir milyondan çox çıxar olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi adi dəftərlərə və audit rəyinə əsaslanmışdır. Rəydə bəzi dövlət qurumları tərəfindən verilən xərclər qəbul edilmişdir. Məhkəmə isə həmin dövlət qurumları adından verilmiş digər təkzibedilməz sübutlara heç bir əhəmiyyət verməmiş, Eldarla onun şərikliyinin olmadığı, Eldarın özünün dediyi kimi digər qardaşı Telmanla şərik olmasına baxmayaraq, heç bir sənədə əhəmiyyət verməmiş və İddiaçı iddiasını tam olaraq təmin etmişdir. O, qardaşı İddiaçı qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Reyestrindən çıxarışa əsasən ona, yəni Cavabdeh və İddiaçı Novruz oğlunun hər birinin ½ hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksinin ½ hissəsinin naturada ayrılaraq ona verilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan Şadlıq sarayı və digər kompleksin naturada bölgüsünə, kompensasiya verilməsinə və eləcə də hərracda satılaraq dəyərinin iki yerə bölünməsinə razı olmadığını bildirərək bütün kompleksin ona məxsus olmaqla onun pulu ilə tikilməsini bildirdiyindən onun tərəfindən iddia tələbini dəyişdirərək Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan “Əzizə” Şadlıq Sarayının və digər Əmlak kompleksinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılaraq dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılarkən cavabdeh İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia ünvanlayaraq, onun guya Eldarı aldatdığını və pulunu mənimsədiyini bildirmiş, lakin məhkəmə həmin qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Hansı ki, İddiaçı həmin qarşılıqlı iddiasında göstərdikləri tamamilə əsassız olmaqla həqiqəti əks etdirməməklə ondan qisas almaq məqsədi ilə irəli sürülmüşdür. Daha sonra məhz həmin gün İddiaçı Lənkəran rayon polis şöbəsinə eyni məzmunlu ərizə ilə müraciət etmiş və eləcə də, ərizəsində göstərmişdir ki, o, paylı mülkiyyətdə olan şadlıq sarayını 8 il ərzində işlədərək Eldara külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən həmin ərizə araşdırılaraq təsdiqini tapmadığından 17 sentyabr 2022-ci il tarixli qərarla Cinayət işi başlanılması rədd edilmişdir və həmin qərardan şikayət edilmədiyindən qüvvəsindədir. Eləcə də, Lənkəran Rayon Məhkəməsində baxılaraq məhkəmənin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.metr sahəsi olan “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin İddiaçı Novruz oğlu ilə onun, yəni Cavabdeh arasında bölünməsi qət edilmişdir. Əslində, aralarında heç bir müqavilə olmadığı halda o, İddiaçı həmin illər üçün heç bir məbləğ ödəməli olmasa da, yenə də bir qardaş olaraq qazancın yarısı böyük qardaşları Telmanın göstərişi ilə Eldara verilmişdir. İddiaçı sonradan bildirmişdir ki, onun da həmin kompleksin tikilməsində maliyyə dəstəyi olmuşdur. Ancaq heç vaxt Eldar ona pul verməmişdir. Əgər ona hər hansı bir məbləğdə pul verdiyini deyirsə, gətirib məhkəməyə hər hansı bir sübut təqdim etməlidir. Eldarla Telman arasında hansısa pul münasibətləri olub-olmamasının isə ona heç bir aidiyyəti yoxdur. Əgər hansısa məbləğ ödəmişdirsə, gedib Telmandan tələb edə bilər. 2022-ci ilin may ayına kimi həmin obyektin qazancı İddiaçıla Telman Mamedov arasında tən olaraq bölünmüşdür. Belə ki, Telman və Eldar nə vaxt Lənkərana gəlmişlərsə, lazımi xərclər çıxıldıqdan sonra qazanc onlardan birinə verilmiş və gedib Qazaxıstanda öz aralarında bölüşmüşlər. İddiaçı polis şöbəsinə verdiyi ərizəsində göstərmişdir ki, guya Elman keçən müddət ərzində ona cəmi 163000 manat pul (hazırkı iddiada 160000 manat, auiditə verdiyi ərizədə isə 167000 manat qeyd edilib) verilmiş və 2 milyona yaxın pulu ona verməmişdir. Konkret olaraq iddiaçı Lənkəran rayon polis şöbəsinə verdiyi ərizədə onu aldadaraq ******* manat pulun yarısını, yəni ******* manat tələb etsə də, hazırkı məhkəməyə verdiyi iddiada ona çatası ******* manat payı tələb etmişdir. İddiaçının vəsatəti üzrə dindirilmiş, administrator işləyən Müslüm Qasımov isə ******* manat məbləğdə qazanc olduğunu qeyd etmişdir. Bundan başqa, İddiaçı bildirmişdir ki, guya o, həmin kompleksin tikintisi ilə əlaqədar 2013-cü ilin əvvəllərinədək ******* ABŞ dollar pul göndərmişdir. Qeyd olunanlar tamamilə yalandır. Eldar ona həmin tikinti ilə əlaqədar bir manat olsun belə pul verməmiş və göndərməmişdir. Eldar həmin məbləğdə pulu guya 2013-cü ilin mart ayının əvvəlinədək göndərdiyini göstərmişdir. O, həmin pulları guya Çin Xalq Respublikasından Azərbaycanda yaşayan ticarətçilər üçün mal almaq məqsədi ilə göndərdiyini, Elmanın Bakıda yaşayan bacanağı Bəşirin isə həmin pulları alıb ona verdiyini qeyd etmişdir. Eldar ona heç vaxt pul göndərməmiş, bacanağı Bəşir də Eldar tərəfindən hansısa bir yolla göndərilmiş hər hansı bir məbləğdə pulu ona verməmişdir. O, həmin xüsusatla əlaqədar olaraq bildirir ki, Telman şadlıq evi kompleksinin tikintisinə çəkdiyi xərclərdən başqa, Çin Xalq Respublikasından Gömrük vasitəsi ilə bütün televizorları, reklam üçün işıqlandırıcıları, 1200 nəfərlik stol və stulları, süfrələri, çexolları, qab-qaşıqları, buz aparatlarını və onların qablarını, habelə 3 ədəd bilyard stolunu, gözəllik salonunun bütün avadanlıqlarını gətizdirmişdir. Həmin hal bir daha təsdiq edir ki, İddiaçı yalan danışır. Həmin komplektin tikintisi ilə əlaqədar çəkilən xərclərin əksəriyyətini Telman çəkmişdir. O, Eldarın Telmana hər hansı bir miqdarda pul verib-verməməsini bilmir. Şadlıq evinin qazancının Eldar və Telmana aid olmasını İddiaçı özü də Lənkəran rayon polis şöbəsində verdiyi izahatında da təsdiq etmişdir. Belə ki, həmin qərarın 2-ci vərəqinin sonunda göstərmişdir: “Amma şadlıq evinin qazancı ona və qardaşım Telmana aid olmuşdur. Eldar özü də təsdiq edir ki, Şadlıq evi və kompleks qardaşları Telmanın maliyyə dəstəyi ilə tikilmiş və Telmanla şərik olmuşlar. Onun maliyyə dəstəyi olmamışdırsa, hansı səbəbdən Telmanla qazanc bölünmüşdür. Həmin izahatında Eldar onu da qeyd etmişdir ki, 2017-ci ilin yanvar ayında Almaatı şəhərindən yaşadıqları Lənkəran rayonu Gərmətük qəsəbəsinə gələrək Elmandan ona çatası 4 illik qazancı istəmiş, Telman ona irad tutmuş və o da Telmana “mənim pulumu Qazaxıstanda verərsən” sözlərini demişdir. Bu o deməkdir ki, şəriklik olsa da, bu Elmanla Eldar arasında deyil, Eldarla digər təsisçi Telman arasında olmuşdur. Aralarında etibar olduğundan heç vaxt bütün bunlar barədə sənədləşmə aparılmamışdır. Hətta onlar dörd qardaş olaraq kim nə qazanmışdırsa, valideylərinin sağlığında qazanclarını ortaya qoymuş və çox mehriban dolanmışlar. İddiaçı deyir ki, guya “Əzizə” Şadlıq Sarayı onun xərci ilə tikilmişdir. Əgər belə idisə, şadlıq sarayı tamamilə onun adına olmaqla 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən hansı səbəbdən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışlar. İddiaçı 2014-cü ilin dekabr ayından 2016-cı ilin oktyabr ayına kimi o, Qazaxıstan Respublikasında silah və narkotiklə əlaqədar tutularaq həbsdə olmuşdur. Lənkəran rayon polis şöbəsində verdiyi izahatda göstərmişdir ki, guya 2013-cü ildən 2016-cı ilədək Təl-Əviv şəhərində yaşayıb, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin qazancı guya onda qalmışdır. İzahatındakı həmin ziddiyyət İddiaçı qeyri-səmimi olmasının sübutudur. Həmin vaxtlar çəkilən digər xərclər ümumi qazancdan çıxıldığı halda o, hazırda həmin xərcləri hesablayaraq təkrar tələb edir. 2020-ci ilin mart ayının 11-dən pandemiya başladığından, daha sonra müəyyən məhdudiyyətlərlə toy şənliklərinə icazə verildiyindən şadlıq sarayı demək olar ki, heç bir qazanc əldə etməmiş, yalnız öz xərclərini ödəmişdir. Şadlıq evi iş materiallarında olan sənədlərdən görünür ki, 2013-cü ildən 2022-ci ilin mart ayına kimi yalnız onun mülkiyyətində olub. Həmin vaxta kimi heç bir şəriklikdən söhbət gedə bilməz, lakin 2022-ci ildə tərəfindən əmlakın yarısını İddiaçı bağışladıqdan sonra artıq paylı mülkiyyət olduğundan həmin vaxtdan sonra əldə edilən qazanc aralarında yarıya bölünməlidir. “Əzizə” Şadlıq Sarayının fəaliyyətə başladığı 2013-cü ildən 2022-ci ilə kimi olan dövrdə bir çox xərcləri də olmşdur. Qeyd edilən xərclər ümumi qazancdan çıxılmalı olduğu halda İddiaçı hazırda həmin xərcləri hesablayaraq ondan 982563,57 (doqquz yüz səksən iki min beş yüz altmış üç manat əlli yeddi qəpik) manat pul tələb edir. X17 idarə edilməsində heç bir rolu olmamışdır. Qeyd edilən illər ərzində həmin kompeksi yalnız o özü idarə etmiş, zəhmətini çəkmişdir. Hətta həmin Şadlıq Sarayı ilə əlaqədar Vergi idarəsi tərəfindən 10000 manat, eləcə də Lənkəran Rayon Məhkəməsi tərəfindən də 2017-ci ildə 7000 manat cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdın çıxılmalıdır. İddiaçı xahişi ilə pandemiya zamanı kompleksdə fəaliyyət göstərən çayxananı tamamilə yenidən qurub banket zalları düzəltdirməsinə və komplektləşdirilməsinə, eləcə də yeni kababxana tikilməsinə görə böyük qardaşı Telman Mamedov 50000 manatdan çox pul xərcləmiş və hazırda Eldarın Telmana 27840 manat borcu da qalmışdır.

İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, izahatında birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı yalnız 2022-ci ildən mülkiyyətçi olaraq qeydiyyatdan keçmişdir. İddiaçının təqdim etdiyi 7 ədəd göy üzlü kitablar (“qara mühasibatlıq” sənədləri) və auditor rəyi rəsmi sübut olaraq qəbul edilməməlidir. Xərclərlə bağlı iddiaya qarşı etirazda və qarşılıqlı iddia ərizəsində göstərilmişdir. İddia tələbi 2013- 2021-ci illərdə “Əzizə” şadlıq sarayından əldə olunan gəlirlərin bölünməsi ilə bağlıdır, lakin şadlıq sarayı həmin müddətdə Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. 2022-ci ilin əvvəllərində bağışlanma müqaviləsinə əsasən iddiaçı həmin qeyri yaşayış sahəsinə dair paya sahib olmaqla, çıxarış əldə etmişdir. İddiaçı pay əldə edib çıxarış aldıqdan sonra iddia qaldırmışdır. Belə olduğu halda buna əsassız varlanma kimi qiymət vermək olmaz. Qeyd edilən illər üzrə əldə olunan gəlirlərin sübut olunması mümkün deyildir və hər hansı rəsmi mühasibatlıq sənədləri mövcud deyildir. Digər tərəfdən iddiaçının belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin iddia müddətinin ötürülməsi də nəzərə alınmalıdır. İlkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında iddiaçının subyektiv hüququ ilə bağlı qarşı tərəfin dəlilini əsassız hesab etdiyini bildirmiş, eyni zamanda şadlıq sarayının gəlirlərininin qeydiyyatının aparıldığı, göy rəngli dəftərxana kitablarının və auditor rəyinin sübut kimi qəbul edilməli olmasını qeyd etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, o, hüquqlarının pozulduğunu 2022-ci ildə göy rəngli dəftərxana kitablarını aşkar etdikdən sonra bilmişdir. Ona görə iddia müddətinin axımı həmin göy rəngli kitabların aşkar edildiyi vaxtdan hesablanmalıdır. “Əzizə” X11 xərcləri ilə bağlı qeyd etmişdir ki, bu barədə müvafiq arayışlar və sənədlər brinci instansiya məhkəməsinə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən ərizəyə əlavə edilmiş və istinad edilmişdir. Qeyd olunan xərclər 7 ədəd göy rəngli dəftərxana kitablarında, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin auditor rəyində, sərbəst auditor X2 xx.xx.2023-cü il tarixli auditor rəyində (Cavabdeh sifarişi üzrə) və nəhayət AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1963 №-li Ekspert rəyi ilə tədqiq edilərək hesablanmışdır. Məhkəməyə təqdim olunan son arayışla xərclərin məbləği 254860 manat göstərilsə də, həmin xərclər xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin auditor rəyində 270 317,86 manat göstərilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1963 №-li ekspert rəyində həmin xərclər ümumilikdə 292126,26 manat göstərilmişdir. Eyni zamanda ekspert rəyində göstərilmişdir ki, iddiaçı və cavabdehin təqdim etdikləri, 07 ədəd dəftərxana kitabları əsasında tərtib edilmiş audit rəylərində eynilik təşkil edən dövriyyə məbləği (“Əzizə” Şadlıq Sarayının fəaliyyətindən əldə olunmuş gəlir 2 424 364 manat, kompleksə aid digər sahələrin icarəyə verilməsindən 217350 manat) ümumilkdə 2 641 714 manat təşkil etmişdir. Cavabdeh 2013-2021-ci illər dövründə “Əzizə” X20ndən götürülmüş pulun 2 641 714 manat olmasını öz sifarişi ilə dəvət edilmiş sərbəst auditor X2 xx.xx.2023-cü il tarixli auditor rəyində tamamilə təsdiq etmişdir. Lakin Auditor rəyində X11 fəaliyyəti üzrə xərclərin ******* manat və digər xərclərin 903854 manat olmasını yazmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1963 №-li ekspert rəyində bu xərclərə dair yazılır 1737859,4 manat xərcin bir qismi, yəni 292126,26 manat xərc məbləği rəsmi mühasibatlıq sənədləri ilə təsdiqlənsə də, auditor hesabatı ilə digər müəyyən olunmuş xərclərə dair sənədlər təqdim edilmiş iş materiallarında öz əksini tapmadığından hazırki hesablama zamanı nəzərə alınmamışdı. Cavabdeh 1 737 859,4 manat xərclərə dair sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Cavabdeh Eldar Məmmədovun məhkəməyə təqdim etdiyi son arayışlarda xərc məbləği 254 860 manat olmaqla, məhkəmə ekspertizası ilə müəyyən edilən 292126,26 manat xərcin daxilindədir. Birinci instansiya məhkəməsi iş üzrə ədalətli qərar qəbul etmişdir. İddiaçı və cavabdeh tərəf ayrı-ayrılıqda dövrlər üzrə audit rəyləri çıxarmışlar. Həmin rəylər sübut kimi təqdim olunmuşdur. Hüquqların müdafiə etdiyi şəxs 2021-ci ildə ortaya çıxan haqq-hesab kitablarının mövcudluğunu bildikdən sonra hüquqlarının pozulduğunu bilmişdir. Tərəflər arasında müqavilə öhdəlikləri olmamışdır. Telman əvvəlki məhkəmə iclaslarında da bildirmişdir ki, onun tərəfindən Əzizə şadlıq sarayına çəkilmiş xərci Cavabdeh almışdır, lakin İddiaçı çəkdiyi xərclə bağlı ona hər hansı vəsait qaytarılmamışdır. İlkin iddia üzrə İddiaçı nümayəndəsinin izahatı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, hazırda mübahisə predmeti olan şadlıq sarayının tikintisində müəyyən qədər pul xərcləmiş, bunla yanaşı həmin şadlıq sarayına Eldarı öz şəriki etmişdir. Lakin valideyinləri vəfat etdikdən sonra iddiaçı qardaşı Cavabdeh qarşı haqsızlıq edərək pul tələb etmişdir.

Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissədə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermiş, qətnaməni ilk iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Qətnaməni İddiaçı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cavabdeh şikayəti əsasında işə baxmış və mülki işi yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırki iş üzrə apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib işi yeni məhkəmə baxışına göndərərkən müəyyən göstərişlər vermişdir. MPM-in 420-ci maddəsinin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya məhkəməsi hazırda işə Cavabdeh şikayəti əsasında, ilk iddianın təmin edilməsinə dair hissədə baxır. İşin hallarından görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsində yerləşən 2.825,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçıla üçüncü şəxs Telman Mamedovun vəsaiti hesabına, Cavabdeh tərəfindən tikdirilmiş, sonuncunun adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi 2013-cü ilin mart ayından “Əzizə” şadlıq sarayı kimi fəaliyyət göstərməyə başlamış, 2013-cü ildən 2022-ci ilə kimi şadlıq sarayının fəaliyyətinə rəhbərliyi (idarəçiliyi) Cavabdeh həyata keçirmişdir. Sonradan birgə fəaliyyətdən əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı tərəflərin arasında mübahisə yarandığından, 2022-ci ilin martında qeyri-yaşayış sahəsi ½ pay hüququ ilə Cavabdehla İddiaçı arasında bölünmüşdür. 2022-ci ilin may ayından etibarən şadlıq sarayının və kompleksin tərkibindəki digər qeyri-yaşayış sahələrinin idarəçiliyi İddiaçı tərəfindən həyata keçirilir. Hazırda iddiaçı “Əzizə” şadlıq sarayı üzrə 2013-2021-ci illər ərzində əldə edilmiş 2.172.016 manat gəlirdən cavabdeh tərəfindən ona yalnız 160.000 manat ödənildiyini bildirərək, iddia olunan 982.563,57 manat məbləğində pulun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı hazırki mübahisəyə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə müvafiq göstərişlərini də nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.

Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM)

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

İşin faktiki hallarından göründüyü kimi, qardaşlardan İddiaçıla üçüncü şəxs Telman Mamedov arasında birgə fəaliyyət haqqında razılaşmaya əsasən, müvafiq qeyri yaşayış sahəsinə idarəçiliyin həyata keçirilməsi, o cümlədən gəlirlərin bölüşdürülməsi digər qardaşları Cavabdeh tapşırılmışdır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən ona əsaslanmışlar ki, iddiaçı ilə cavabdeh arasında şərikli fəaliyyət haqqında hər hansı (nə yazılı, nə də şifahi) razılaşma olmadığından cavabdeh şadlıq sarayının qazancından əldə edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıya çatası payı ona vermədiyindən, bununla da əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Göründüyü kimi, məhkəmə tərəflər arasındakı hazırki mübahisəyə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Əsassız varlanmaya əsaslanma ilə bağlı qeyd olunmalıdır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma üçün aşağıdakı şərtlərin mövcud olması müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, bunu iddiaçının əmlakı hesabına əldə edilməsi, əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması. Qeyd olunan şərtlərdən birinin aşkar edilməməsi əsassız varlanma halını istisna edir. Baxılan iş üzrə mübahisəsiz hallarından da göründüyü kimi, qardaşlardan İddiaçıla üçüncü şəxs Telman Mamedov arasında birgə fəaliyyət haqqında razılaşmaya əsasən, müvafiq qeyri yaşayış sahəsinə idarəçiliyin həyata keçirilməsi, o cümlədən gəlirlərin bölüşdürülməsi digər qardaş- Cavabdeh tapşırılmışdır. Belə olan halda, onu demək mümkündür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu baxımdan cavabdehə qarşı hazırkı pul tələbinin müqavilə əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normaları nəzərdən keçirilməlidir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (MM-in 777.1 və 777.2-ci maddələri). İşə baxan məhkəmə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. Bundan başqa, cavabdeh həm iddia tələbinə qarşı etirazında (İ cild i.v 129), həm də apellyasiya şikayətində baxılan mübahisə üzrə mülki qanunvericiliklə iddia müddətinin 3 (üç) il olmasını göstərmiş, nəticə etibarı ilə iddianın digər əsaslarla yanaşı, həm də iddia müddətini tətbiq etməklə bu əsasla da iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlilinə münasibətdə göstərmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia tələbi iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş, cavabdeh qarşılıqlı iddiada və ilkin iddiaya etirazda bu halı sadəcə göstərmişdir. Halbuki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən, hazırki tələb, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Kollegiya qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, maddənin məzmunda bununla bağlı ərizə verilməsinin nəzərdə tutulması da, əslində iradə ifadəsinin yazılı olmasına işarədir. Əks yanaşma, yəni cavabdehin iddia müddətinin tətbiqi barədə ayrıca ərizə vermədiyi, lakin təqdim etdiyi digər prosessual sənədlərdə (etiraz, yazılı izahat, qarşılıqlı iddia ərizəsi, apellyasiya şikayəti və s.) bu barədə iradəsini ifadə etdiyi halda, hazırkı işdə olduğu kimi məhkəmələrin ayrıca ərizə verilməməsi əsası ilə, iddia müddətini nəzərə almamaları (yoxlamamaları) maddənin məzmununa olduqca hərfi yanaşma olmaqla, qanunvericinin məqsədinə və cavabdehin iddiadan müdafiə olunmaq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olardı. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddiaçı iddia müddətinin tətbiqi və iddia müddətinin başlanğıcının hansı vaxtdan hesablanması ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu 2022-ci ildən göy rəngli dəftərxana kitablarını aşkar etdikdən sonra bilmişdir, ona görə müddət də həmin vaxtdan hesablanmalıdır. Bununla yanaşı, iddiaçı öz ərizəsində göstərmişdir ki, 2013-2016-cı illərdə cavabdeh ona heç bir ödəniş etməmişdir. İddiaçı həmin müddətdə cavabdehdən ödəniş tələb etməmiş, yaxud ona qarşı iddia irəli sürməmişdir. Apellyasiya Məhkəməsi hesab edir ki, tərəflər arasında yaranan tapşırıq müqaviləsindən irəli gələn münasibətlər üzrə cavabdehin iddia müddətinin tətbiqinə dair etirazındakı yazılı mövqeyi nəzərə alınmalıdır. Qanunun tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı tərəf iddia müddəti ərzində tələb irəli sürməmişdir. Tərəflərin bildirdiyinə görə, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Kollegiya hesab edir ki, bu cür ödənişlərin edilməsi də iddia müddətinin axımının kəsilməsinə xidmət etməmişdir. Çünki borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətləri də iddia müddəti ərzində baş verməlidir. Bu cür etirafedici hərəkətlər isə, iddiaçının özünün bildirdiyinə görə, 2013-2016-cı illərəd baş verməmişdir. İddia müddətinin ötürülməsini üzrlü saymaq üçün də əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 382-ci maddəsinə görə, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Bundan başqa, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi, sübutların qiymətləndirilməsi ilə bağlı tələbləri də pozulmuşdur. Cavabdeh tərəf etirazında iddiaçı qarşısında onun heç bir öhdəliyinin olmadığını bildirmişdir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki prosessual qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88-ci maddələri). Tərəflər arasındakı hazırkı mübahisənin düzgün hüquqi həlli baxımından müəyyən edilməli olan əsas hallar- mübahisəli dövr ərzində (2013-2021-ci illər) birgə fəaliyyətdən əldə edilmiş gəlirin və xərclərin həcmi, xərclər çıxıldıqdan sonra qalan xalis mənfəətdən iddiaçıya düşən hissənin cavabdeh tərəfindən ona (pul və ya cavabdehin bildirdiyi hər hansı digər formada) verilib-verilmədiyi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İzahatlardan və işin hallarından bəlli olur ki, tərəflər (o cümlədən 3-cü şəxs) arasına şadlıq sarayının fəaliyyətindən əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı yazılı razılıq olmasa da şifahi razılaşma olmuşdur. Kollegiya hesab edir ki, tələb edilən 2013-2021-ci illər üzrə xalis mənfəətin müəyyən edilməsi ilə bağlı gəlirlərin mövcudluğu üzrə sübutetmə yükü iddiaçının, xərclərlə bağlı isə cavabdehin üzərindədir. Pul tələbini əsaslandırmaq üçün birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı “Əzizə” X11 fəaliyyəti ilə bağlı «göy rəngli qeydiyyat kitabları»nı, mübahisəli illər ərzində şaqlıq sarayında administrator işləmiş, tərəflərin bacısının əri X6 izahatını, habelə həmin «kitablar» və Müslüm Qasımovun izahatı əsasında iddiaçının sifarişi ilə aparılmış auditor rəyini təqdim etmişdir. Cavabdeh isə ilk iddiaya qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən bu illər ərzində əldə edilmiş gəlir hesablanarkən etirazın mətnində sadalanmış xərcləri apardığını, o cümlədən iddiaçının Lənkərandakı evinin tikintisini başa çatdırdığını, evin kommunal xərclərini ödədiyini, bacısına, bibisinə, mərhum anasına baxan tibb bacısına aylıq məvacib verdiyini, valideynlərinin müayinə və müalicəsinə, onların dəfn, yas mərasimi və qəbirüstü daşlarına xərclədiyini, uşaq evlərinə mütəmadi ianələr etdiyini, şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılmasına və s. xərclədiyini, qardaş olduqlarından aralarındakı etimada güvənib bu xərcləri rəsmiləşdirməyə ehtiyac görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş, sözügedən auditor rəyində müəyyən edilmiş mənfəət məbləği ilə razılaşsa da, həmin rəyin, həmçinin rəyin verilməsi zamanı əsas götürülmüş «göy rəngli» qeydlərdən ibarət kitabların sübut əhəmiyyəti ilə bağlı hər hansı qiymətləndirmə aparmamış, bununla da MPM-in sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, işin materiallarına əlavə edilmiş, sözügedən «göy rəngli» qeydlərdən ibarət «qara mühasibatlıq» kitablarda sadalanmış müəyyən rəqəmlər, həmin rəqəmlərlə aparılmış riyazi əməliyyatlar əsasında verilmiş məlumatlar konkret dövr üzrə real xərclər nəzərə alınmaqla, «Əzizə» Şadlıq Sarayının fəaliyyətindən əldə edilən xalis mənfəətinin məbləği barədə birmənalı nəticəyə gəlməyə imkan vermir. Məhkəmə həmin rəy üzrə nəticəyə gələrkən nəzərə almamışdır ki, cavabdehin qardaş olaraq iddiaçı ilə bağlı xərclərinə, həmçinin ailə üzvlərinin xərcləri ilə bağlı bildirdiyi mövqeyə (valideynləri ilə bağlı, iddiaçıya aid evin tikintisi ilə bağlı) qarşı, həmin xərclərin ümumiyyətlə çəkilməməsi ilə bağlı iddiaçı tərəfindən də hər hansı etiraz təqdim olunmamış, başqa sözlə, həmin xərclərin çəkilməsi inkar olunmamışdır. Bundan əlavə, iş üzrə üçüncü şəxs T.Məmmədov tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Lənkəran rayonu Gərmətük kəndində yerləşən əmlak kompleksinin iki sahibindən biridir. Kompleks rəsmi olaraq qardaşı Cavabdeh adına sənədləşdirilmiş, ona həmin kompleksin idarəedilməsi həvalə edilmişdir. Əmlak kompleksinin fəaliyyətinin nəticəsində yaranan sərbəst vəsaitdən razılaşdırılmış xərclər aparıldıqdan sonra yerdə qalan məbləğ tam olaraq qardaşlar X9 və X7 ödənilmiş, Cavabdeh hər hansı vəsait qalmamışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli auditor rəyində və Sərbəst auditor X8 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli auditor hesabatında “Əzizə" şadlıq sarayının fəaliyyətindən əldə olunmuş gəlir 2424364,00 manat, kompleksə aid digər sahələrin icarəyə verilməsindən illər üzrə gəlir 217350,00 manat müəyyən edilsə də, hazırkı tədqiqat zamanı “Əzizə” X11 fəaliyyətindən əldə olunmuş gəlirin müəyyən olunması üçün tədqiqat obyekti əl yazma ilə qeydiyyatı aparılan 07 ədəd Dəftərxana kitabları olduğundan, yəni rəsmi mühasibat sənədləri hesab edilmədiyindən həmin məlumatlar üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş iş materiallarının 2-ci cildində “Əzizə” X11 fəaliyyətinə dair bir sıra xərc sənədləri öz əksini tapmışdır ki, həmin sənədlər üzrə tədqiqat aparılaraq onların bir sıra uçot qaydalarına uyğun tərtib edilmiş xərc sənədləri və dövlət müəssisələri tərəfindən təqdim edilmiş arayışlardan ibarət olmaqla, ümumilikdə 292126,26 manatdan ibarət olması müəyyən olundu. Bundan başqa hazırkı tədqiqatla müəyyən olundu ki, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli auditor rəyi ilə müəyyən edilmiş ümumilikdə 270317,86 manat xərcdən bir qism xərclər nəzərə alınmamışdır. O cümlədən ekspert rəyinə görə, təqdim edilmiş iş materiallarında olan Sərbəst auditor X8 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli auditor hesabatı ilə müəyyən edilmiş ümumilikdə 1737859,40 manat xərcin bir qismi, yəni 292126,26 manat xərc məbləği rəsmi mühasibatlıq sənədləri ilə təsdiqlənsə də, auditor hesabatı ilə digər müəyyən olunmuş xərclərə dair sənədlər təqdim edilmiş iş materiallarında öz əksini tapmadığından hazırkı hesablama zamanı nəzərə alınmadı. X1 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli auditor hesabatında müəyyən olunmuş xərclərin bir hissəsinin də "Əzizə” Şadlıq Sarayı Kompleksinin fəaliyyətinə dair çəkilmiş xərclərə aid olmadığı (dərmanalara sərf edilmiş, valideynlərin müalicəsi üçün sərf edilmiş, valideynlərə xidmət üçün sərf edilmiş, villanın tikintisinə sərf edilmiş, villanın kommunal haqqlarına sərf edilmiş xərclər və s.) hazırkı tədqiqatla müəyyən olundu. Ekspert qarşısında qoyulmuş ikinci sualda qeyd olunanlara cavab olaraq bildirilir ki, təqdim edilmiş iş materiallarının 4-cü cildinin 56-cı səhifəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu öz əksini tapmışdır. Həmin məktubda vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləğləri (illər üzrə cədvəl şəklində) göstərilmişdir. Cədvəldə olan bəyannamə məlumatlarına əsasən “Əzizə” şadlıq saray kompleksinin 01 yanvar 2013-cü ildən 31 dekabr 2021 -ci il tarixədək olan dövrdə dövriyyəsi 381780,00 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı və cavabdehin təqdim etdikləri, 07 ədəd dəftərxana kitabları əsasında tərtib edilmiş audit rəylərində eynilik təşkil edən dövriyyə məbləği (“Əzizə” Şadlıq Sarayının fəaliyyətindən əldə olunmuş gəlir 2424364,00 manat, kompleksə aid digər sahələrin icarəyə verilməsindən illər üzrə gəlir 217350.0 manat) vergi orqanının baza məlumatlarında olan dövriyyə məbləği (381780,00 manat) ilə fərqlilik təşkil edir. Bu ziddiyyətli hala məhkəmə tərəfindən qiymət verilməlidir.

Kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən qəbul edilməyən göy rəngli kitablardakı qeydlər və bunun əsasında verilmiş auditor rəyi iddiaçının tələbini təmin etmək üçün yetərli sübut olaraq qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən, «qara mühasibatlıq» sənədlərinə əsasən verilmiş audit rəyini sübut olaraq qəbul etməklə işin hallarının hərtərəfli araşdırılması prinsipini pozmuş, bununla da iş üzrə qəbul edilmiş qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Kollegiya hesab edir ki, hazırki halda mübahisəyə iddia müddəti keçməyən dövr üzrə iddia tələbinə əsaslı şübhələr yaratmayan sübutlardan istifadə etməklə qiymət verilməlidir. İddiaçı 2022-ci ilin oktyabr ayında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lənkəran rayonunda yerləşən “Əzizə” şadlıq sarayı -kompleksinin iddia verilməmişdən əvvəlki üç illik dövr üzrə, eləcə də ayrı-ayrı illər üzrə şadlıq sarayının gəliri, xərcləri, vergiyə cəlb edilən gəlirləri və xalis gəliri barədə, eləcə də sadələşdirilmiş vergi bəyannaməsi üzrə dövriyyə məbləği barədə məlumat tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, vergi ödəyicisi Cavabdeh ********** saylı VÖEN üzrə (Lənkəran rayonunda yerləşən “Əzizə” şadlıq sarayı-kompleksinin) 01 yanvar 2013-cü ildən 31 dekabr 2021-ci il tarixədək olan dövrdə xx.xx.2013-cü ildən xx.xx.2021-ci il üzrə vergi bəyannamələri üzrə dövriyyə məbləği 381780 manat təşkil edir. Şadlıq sarayının iddia verilməmişdən əvvəlki üç il üzrə sadələşdirilmiş vergi bəyannaməsi üzrə dövriyyə məbləği aşağıdakı kimi olmuşdur:

S/s Dövr (il) Dövriyyə 1 2019-cu ilin İV rübü 14200,00

2 2020 7750,00 3 2021 28940,00

CƏMİ: x 50890,00

“Əzizə” şadlıq sarayı-kompleksinin cavabdeh tərəfindən təqdim edilən və iddiaçı tərəfindən mübahisələdirilməyən iddia verilməmişdən əvvəlki üç il üzrə xərcləri aşağıdakı kimi olmuşdur.

Beləliklə, təqdim edilmiş rəsmi məlumatlardan bəlli olur ki, iddia qaldırmazdan əvvəlki üç illik dövr üzrə X11 vergi bəyannaməsi üzrə dövriyyəsi 50890 manat, cavabdeh tərəfindən təqdim edilən həmin müddətdə çəkilən rəsmi xərclər üzrə ödənişlər isə cəmi 48990,04 manat olmuşdur. Belə halda həmin müddət üzrə əldə edilən gəlir 1899,96 manat təşkil edir. Qeyd edilən müddət üzrə şadlıq sarayının gəlirinin 1899,96 manat olduğu nəzərə alınarsa iddiaçının payına düşən (1/2) hissə 949,98 manat təşkil edir. Cavabdeh tərəf etirazında və apellyasiya şikayətində rəsmiyyətə salınmayan xərclər olduğunu da bildirmişdir. Belə ki, cavabdeh göstərmişdir ki, qardaşlardan Telman şadlıq evi kompleksinin tikintisinə çəkdiyi xərclərdən başqa, Çin Xalq Respublikasından Gömrük vasitəsi ilə bütün televizorları, reklam üçün işıqlandırıcıları, 1200 nəfərlik stol və stulları, süfrələri, çexolları, qab-qaşıqları, buz aparatlarını və onların qablarını, habelə 3 ədəd bilyard stolunu, gözəllik salonunun bütün avadanlıqlarını gətizdirmişdir. Bundan başqa, cavabdehin bildirdiyinə görə, şadlıq sarayının fəaliyyəti ilə əlaqədar vergi idarəsi tərəfindən 10000 manat, eləcə də Lənkəran Rayon Məhkəməsi tərəfindən də 2017-ci ildə 7000 manat cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdın çıxılmalıdır. İddiaçı xahişi ilə pandemiya zamanı kompleksdə fəaliyyət göstərən çayxananı tamamilə yenidən qurub banket zalları düzəltdirməsinə və komplektləşdirilməsinə, eləcə də yeni kababxana tikilməsinə görə böyük qardaşı Telman Mamedov 50000 manatdan çox pul xərcləmiş və hazırda Eldarın Telmana 27840 manat borcu da qalmışdır. Bundan başqa, cavabdehin bildirdiyinə görə, Lənkəran şəhər İcra Hakimiyyəti Osman Mirzəyev adına X27 Evinə yardım olaraq onun tərəfindən müxtəlif vaxtlarda və illərdə 7.392 manat dəyərində 616 kq ət göndərilmişdir, bu barədə rəsmi sənədlər əlavə edilir; Şadlıq sarayına 2013- 2022-ci illər ərzində salyarka-dizel yanacağına görə 32.000 manat; kömür alınmasına ildə 2.160 manat olmaqla 8 il ərzində 51.840 manat; un alınmasına ildə 6.840 manat olmaqla 7 il ərzində cəmi 47.880 manat, şar-fişənglərin alınmasına 9.600 manat; təmizlik vasitələrinin, yəni şampun, xlor və digər təmizlik vasitələrinin alınmasına ildə 3.000 manat olmaqla 8 il ərzində cəmi 24.000 manat; 2013-cü ildən başlayaraq hər il 80-100, daha sonrakı illər üçün 140 manat olmaqla Ekologiya idarəsinə ümumilikdə 968 manat; 2019-cu ilin dekabr ayında saraya qoyulmuş kassa aparatının xidmət haqqı olaraq hər ildə 144 manat olmaqla 3 il ərzində 432 manat; toy şənlikləri ilə əlaqədar tort üçün lazım olan ləvazimatların Bakı şəhərindən 2013-2022-ci illər ərzində gətirilməsinə 14.400 manat; Şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün həmin illər ərzində lampaların alınması və dəyişdirilməsi, yararsızların yeniləri ilə əvəz edilməsinə 6.000 manat; Bakı şəhərindən xarici istehsal olan bakalların alınması və sıradan çıxanların yerinə yenilərinin alınmasına 8.720 manat; xarici istehsal olan boşqabların Bakı şəhərindən alınması və sıradan çıxanların yeniləri ilə əvəz edilməsinə 10.270 manat; qazanların alınmasına 1.200 manat; şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün generatorun alınması və xidmət haqqı olaraq 14.300 manat; 2013-2022-ci illər ərzində alınmış 800.000 dəvətnamənin alınmasına sərf edilmiş 120.000 manat; məişət tullantılarının daşınmasına çəkilən kommunal xərcləri 700 manat; iddiaçının özünün razılığı ilə mərhum anası və atası xəstə olarkən onların dava dərmanlarına 12.000 manat; mərhum anasının Bakı şəhərində Mərkəzi Klinikada müalicəsinə 16.067 manat pul xərclənilmişdir. Cavabdehin bildirdiyinə görə, bacısı Sadiqəyə aylıq olaraq 500 manat; bibisi Nənəxanıma ayda 250 manat; mərhum anasına baxan tibb bacısına aylıq olaraq 300 manat; iddiaçı həbsxanada olarkən onun yanına gedib-gəlməyə, çəkilən xərclər; iddiaçı üçün Lənkəran rayonu, Gərmətük qəsəbəsində tikilmiş dəbdəbəli villanın tikilməsinə çəkilən xərclər; şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılmasına çəkilən xərclər; valideynlərinin müayinə, müalicə və həkimlərinə çəkilən xərclər; valideynlərinin dərmanlarının alınmasına çəkilən xərclər İddiaçının evinin kommunal xərclərinə çəkilən xərclər; hər iki valideynlərinin vəfat etmələrindən sonra dəfn, yas mərasimi və qəbirüstü daşlarına çəkilən xərclərin olduğunu da qeyd etmişdir ki, iddiaçı tələbində rəsmiyyətə salınmayan bu xərcləri hesablamamışdır. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi göy rəngli kitablar (qara mühasibatlıq) əsasında aparılmış auditor rəyini sübut olaraq qəbul etsə də cavabdeh tərəfindən təqdim edilmiş xərclər barədə məlumatları nəzərə almamış, bununla da təqdim edilmiş sübutlarıa birtərəfli qiymət verməklə sübutların qiymətləndirilməsi üzrə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, hazırki halda mübahisəyə iddia müddəti keçməyən dövr üzrə iddia tələbinə əsaslı şübhələr yaratmayan sübutlardan istifadə etməklə qiymət verilməli, şadlıq sarayının həmin müddət ərzində gəlirlərinin və xərclərinin hesablanması zamanı rəsmi olmayan xərcləri nəzərə alınmamalıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsinə dair hissədə ləğv edilməli, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçınun (İddiaçı Novruz oğunun) xeyrinə 949.98 (doqquz yüz qırx doqquz manat, doğsan səkkiz qəpik) manat tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayəti və iddia qismən təmin edildiyindən iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu təlflərin özünə aid edilir. Ekspertiza xərcinə görə Cavabdeh 150 manat tutularaq Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-2(121)-166/2023 saylı qətnaməsi ilk iddianın təmin edilməsinə dair hissədə ləğv edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı (İddiaçı Novruz oğunun) xeyrinə 949.98 (doqquz yüz qırx doqquz manat, doğsan səkkiz qəpik) manat tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə Cavabdeh 150 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar