Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-124/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-202/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 131000 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 21 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə birgə imzaladıqları təhviltəslim aktında Cavabdeh 31 aprel 2023-cü il tarixdə 365.217 kq arpanın dəyəri olan 168000 manat puldan qalıq borc olan 131000 manatı qaytaracağına söz vermişdir. Amma buna baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş və Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı müvafiq arayış təqdim edilmişdir və onun tərəfindən 400 manat rüsum ödənilmişdir. Həmin 131000 manat məbləğdə pulun pretenziya qaydasında 3 gün müddətində qaytarılması Cavabdeh məxsus ********** saylı VÖEN-ə internet vergi portalından iddiaçıya məxsus ********** saylı VÖEN-dən təklif olunmuşdur. Borc qaytarılmadığı halda Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılacağı bildirilmişdir. 131000 manat tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər eyni qaydada Cavabdeh məxsus ********** saylı VÖEN-ə, internet vergi portalından iddiaçıya məxsus ********** saylı VÖEN-dən göndərilmişdir. 400 manat mediasiya üçün rüsum, əlavə olaraq 21 manat məhkəmə rüsumu ödənilmişdir. Bunlar da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın əsası xx.xx.2023-cü il tarixdə tərəflərin birgə imzaladıqları təhviltəslim aktı, 21 manat dövlət rüsumu qəbzi, mediasiya arayışı və 400 manat rüsum qəbzi, VÖEN-ər, elektron qaydada göndərilmiş pretenziya, iddia ərizəsi və əlavə edilmiş sənədlərdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, X1 Salyan rayonu Şorsulu kəndində fermer və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu, birinci qarabağ müharibəsi veteranı olduğunu, 2022-ci ilin noyabr ayında Neftçala rayonu Aşağı Surra kənd sakini Cavabdehağa Əvəz oğlunun iddiaçının təsərrüfatından əldə etdiyi arpa məhsulunu satmaq üçün razılığa gəlməyini xahiş etdiyini, 1 kiloqramı 45 qəpik olan arpanı 46 qəpikdən götürmək barədə razılığa gəldiklərini, cavabdehin əvvəl vaxtlar götürdüyü arpanın bir həssəsinin pulunu verdiyini, müəyyən müddət keçdikdən sonra isə apardığı arpanın pulunu vermədiyini, cavabdehin arpanı iddiaçıdan 46 qəpikdən alaraq 35-40 qəpiyə satdığını öyrəndikdən sonra onunla İddiaçı “Yolüstü” restoranında görüşdüklərini, ondan “bu nə ticarətdir edirsən, sən bununla bizim pulumuzu necə qaytaracaqsan?” soruşulduğunu, cavabdehin “mən azot götürdükdən sonra qazanc əldə edib sizin pulunuzu qaytaracam və qazanc əldə edəcəm. Azotun hər bir kisəsində 15 manat qazanc əldə edirəm, siz narahat olmayın, mən kişiyəm sözümün ağasıyam” söylədiyini, eyni zamanda “sən öl” vurmaqla malı verməkdə davam etmələrini istədiyini, cavabdehin daha sonra məhkəməyə təqdim edilən aktı imzaladığını, amma Cavabdeh 131000 manat məbləğində pul dəyərində arpa məhsulunu mənimsədiyini və hazırkı vaxta qədər pulu qaytarmadığını, buna görə də iddiaçının texnikaların lizinq haqlarını və vergiləri ödəməsində problemlər yaşadığını və banklarda da müəyyən çətinliklərlə üzləşdiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-202/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 33400 manat məbləğində borc, ödənilmiş 21 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 33821 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,2 manat məbləğində dövlət rüsumu qalığının cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin təmin olunmayan hissədə tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən təhvil-təslim aktına hər hansı bir formada hüquqdan kənar ad verilməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh öz xətti ilə aktı yazıb, borcu etiraf edib və imzalayıb. İddia qaldırılana qədər, mediasiya, pretenziya və elekron kabinetdən sənədlər göndərilərkən də etirazını bildirməmişdir. Yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra borcu qaytarmamaqdan ötrü müxtəlif bəhanələr gətirmiş və bu bəhanələrin əsası olmasa da, məhkəmə cavabdehin xeyrinə izah vermiş və hüquqi müdafiəsini həyata keçirmişdir. Təqdim edilmiş aktdan da görünür ki, cavabdehə iddiaçı əmlakını vermiş və buna görə də, borclu qaldığı pulunu qaytaracağına söz vermişdir. Aktda xüsusilə vurğulanmışdır ki, cavabdeh verdiyi vədlərə özü cavabdehlik daşıyır və qaytaracağına söz verir. Əgər bu akt cavabdehin iradə ifadəsini ifadə etmirsə, niyə bu cür hüquqi sözlərdən anlayışlardan istifadə edirdi. Sadə şəkildə yazardı ki, borcu var və qaytaracaq. Uzun-uzadı iki səhifəlik öz dəsti xətti ilə kifayət qədər geniş şəkildə izahat formasında yazaraq borcunu qaytaracağını bildirməsi heç bir halda yanılma və aldatma və sui-istifadə kimi göstərilə və bu əsas görə iddia qismən təmin edilə bilməz. Məhkəməyə sübut kimi təqdim edilən təhvil-təslim aktı real olaraq tərəflərin iradə ifadəsini nümayiş etdirir, işin həqiqi hallarının gizlədilməsinə yönəlməmiş, aldatma, zor və hədə altında yazılmamış, heç bir yanılma təsiri nəticəsində yazılmamışdır. Buna görə də, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Təqdim edilmiş aktdan da göründüyü kimi cavabdeh 131000 manat pul borclu qaldığını etiraf etmiş və müddət qoymaqla qaytaracağını bildirmişdir. Belə olan halda bu etirafa ticarət agentliyi münasibəti hüquqi statusunun verilməsininin heç bir hüquqi əssı yoxdur. Cavabdeh iddiaçıdan arpa götürərək müxtəlif şəxslərə satmağa başlamışdır, iddiaçı ilə arpanın 1 kiloqramının 46 qəpiyə satılması barədə razılığa gəliblər. Bu hal müəyyən edilmiş olsa belə, bununla bağlı 30 qəpiyə arpanı satmaq kimi razılığın və cavabdehə göndərilən arpanın təmiz olmaması səbəbi ilə qiymətin alıcılar şikayətlər etmişlər, o, bu barədə iddiaçıya məlumat verərkən iddiaçı ona birtəhər satışı davam etdirməsini, bu məsələni qabartmamasını, əks halda onun nüfuzuna xələl gətirilə biləcəyini bildirmişdir. O, iddiaçıya arpanın təmiz olmamasına görə satış məbləğini azaldaraq arpanı 1 kiloqramını 30 qəpikdən satmağa məcbur olduğunu bildirmiş, iddiaçı da buna etiraz etməmişdir. İddiaçı ona təxminən 1 aydan çox müddətdə ümumi çəkisi 650 ton olan 30 maşın arpa göndərmişdir. Göründüyü kimi, cavabdeh arpanı götürdüyünü etiraf etsə də, faktiki hal kimi aydınlaşdırmamışdır. Satışa başladığı birinci gün iddiaçının göndərdiyi təmiz olan ilk 40 ton arpanı müştərilərə 1 kiloqramı 46 qəpikdən, qalan 610 ton arpanı isə 1 kiloqramı 30 qəpikdən satmış, satışdan əldə edilmiş vəsaitdən iddiaçıya ümumilkdə 168000 manat pul vermişdir. Qalan məbləği verməməsinin səbəbi isə, arpanın keyfiyyətsiz olması səbəbindən müştərilərin ödəniş etməkdən yayınmaları olmuşdur. Bununla bağlı faktiki hal kimi müqavilə olmadığının olmasını məhkəmə aydınlaşdırmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında, iddiaçının tədarük etdiyi yem məhsulunun (arpanın) üçüncü şəxslərə satılması üçün cavabdehə təhvil verilməsinə, cavabdehin təhvil aldığı (iddiaçıdan satın aldığı) malı öz adından və öz hesabına təkrar satışının təşkil edilməsinə dair şifahi razılıq əldə olunmuşdur. İlk növbədə cavabdeh özünün yazdığı və imza etdiyi iltizamı məhkəmə əsas götürməli olduğu halda və iddianın həmin imza etdiyi məbləğin qaytarılması tələbi olduğu halda hər hansı hüquq münasibətinin xarakterini müəyyən etmək düzgün deyildir. Çünki cavabdeh heç bir təsir və məcburetmə olmadan borclu qaldığını etiraf etmiş və vaxt göstərərək pulu qaytaracağını bildirmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təhvil-təslim aktını cavabdehlə birlikdə imzalamışlar. 131000 manatdan sonra cavabdeh 1000 manat məbləğində ödəniş etmişdir. Qalan məbləği hissə-hissə ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Məsələ bundan ibarətdir ki, cavabdehin faiz borcları olmuş, məcbur qalaraq onun yanına gəlmişdir. 46 qəpikdən ondan mal almış, 35 qəpiyə başqa şəxslərə satmışdır. Borclarını bağlamaq üçün ondan mal almış, daha sonra onun özünə borclu qalmışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya 131000 manat məbləğində borcu yoxdur. Təhvil-təslim aktına özü könüllü olaraq imza atmışdır. Ancaq arpanın dəyəri o qədər deyildir. Birinci instansiya məhkəməsi zamanı Təhvil-təslim aktında göstərilən 131000 manat məbləğində borcunu hissə-hissə ödəməsi barədə aralarında razılıq əldə olunmuş və bundan sonra iddiaçıya 1000 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-202/2024 saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan məlumatdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2021-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 365217 kq arpanın dəyəri olan 168000 manat puldan qalıq borc olan 131000 manat məbləğində pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında, iddiaçının tədarük etdiyi yem məhsulunun (arpanın) üçüncü şəxslərə satılması üçün cavabdehə təhvil verilməsinə, cavabdehin təhvil aldığı (iddiaçıdan satın aldığı) malı öz adından və öz hesabına təkrar satışının təşkil edilməsinə dair şifahi razılıq əldə olunmuşdur. Bu zaman tərəflər əlavə olaraq razılaşmışlar ki, cavabdeh təhvil aldığı malın təkrar satış qiymətlərini sərbəst təyin edə bilər. İddiaçı aralarında olan razılaşmaya əməl edərək cavabdehə ümumi dəyəri 299086 manat olan 650 ton çəkidə arpa təhvil verdiyini, əvəzində cavabdehin ona 168000 manat pul verdiyini, nəticədə cavabdehin ona 131000 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh həqiqətən iddiaçı tərəfindən ona ümumilikdə 650 ton çəkidə arpa göndərildiyini, iddiaçı ilə əməkdaşlıqlarının ilk günü göndərilən 40 ton arpanı razılaşdıqları kimi 1 kiloqramını 46 qəpik iddiaçıya ödəmək şərti ilə, 48-50 qəpikdən satdığını, sonradan göndərilən arpanın təmiz olmaması səbəbindən iddiaçıya məlumat verməklə 1 kiloqramını 30 qəpikdən satdığını, satdığı son iki maşın arpadan başqa satdığı arpanın dəyərini iddiaçıya ödədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının və onu nümayəndəsinin izahatlarında malların cavabdehə şifahi qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən verilməsi, lakin cavabdeh tərəfindən nisyə aldığı malların dəyərinin ödənilməməsi qeyd olunmaqla tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair münasibətləri təmzimləyən müvafiq maddələrinə istinad olunsa da, tərəflərin razılaşmasının və həmin razılaşmaya əsasən onların həyata keçirdikləri hərəkətlərinin məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında alğı-satqı münasibətləri deyil, Mülki Məcəllənin ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair müqavilələrə dair müvafiq normalarından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, tərəflərin iradə ifadəsi iddiaçıya məxsus malın təkrar satışının həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair münasibətlərin qurulmasına yönəlmişdir. Tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd olunan konteksdə qiymətləndirmə apararaq məhkəmə müəyyən edir ki, tərəflər arasında malların alğı-satqısına dair razılaşma deyil, malların realizə edilməsinə dair xidmət göstərilməsi barədə razılaşma mövcud olmuşdur. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir” (Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı). MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı məxsus olan ümumi çəkisi 650000 kq arpanı satmağı Cavabdeh öz öhdəsinə götürmüş və satış mərhələsində 168000 manat dəyərində 365217 kq arpanın pulunu ödəmişdir. Cavabdeh 365217 kq arpanın dəyəri olan 168000 manat puldan qalıq borc 284782 kq arpanın dəyəri olan 131000 manat məbləğində pulu 31 aprel 2023-cü il tarixində ödəyəcəyini imzası ilə təsdiq etmişdir. Sözügedən Aktda göstərilənlər işdə iştirak edən şəxslərin izahatları ilə də təsdiq edilir. Məhkəməyə sübut kimi təqdim edilən təhvil-təslim aktı iş materiallarına əsasən real olaraq tərəflərin iradə ifadəsini nümayiş etdirir, aldatma, zor və hədə altında yazılmamışdır. Aktdan da göründüyü kimi cavabdeh 131000 manat pul borclu qaldığını etiraf etmiş və müddət qoymaqla qaytaracağını bildirmişdir. Belə olan halda bu etirafa ticarət agentliyi münasibəti hüquqi statusunun verilməsininin heç bir hüquqi əssı yoxdur. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı cavabdeh aktdakı imzanı özü atdığını bildirmiş, eyni zamanda, tərəflərin izahatları ilə birinci instansiya məhkəməsi zamanı cavabdehin iddiaçıya 1000 manat məbləğində ödəniş etməsi də müəyyən edilmişdir. MPM-in 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu baxımdan, iddia tələbində göstərilən 131000 manat məbləğdən ödənilmiş 1000 manat çıxılmaqla qalan məbləğin – 130000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıya tutulmasının qanuni əsası mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına heç bir əhəmiyyət vermədən yalnız cavabdehin izahatını əsas götürərək onun bildirdikləri əsasında qanuni və əsaslı omayan qətnamə çıxarmışdır. Halbuki, adıçəkilən Akt cavabdehin real iradəsinə söykənməklə onun tərəfindən könüllü imzalanmış, birinci instansiya məhkəməsində iddiaçıya həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmiş, hətta həmin məbləğdən 1000 manat məbləğində ödəniş də həyata keçirilmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına qismən uyğun gəlir və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-202/2024 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli və Cavabdeh ümumilikdə 130000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-202/2024 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 130000 (yüz otuz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-124/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-124/2024
24.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver