Məhkəmə qərarları › İş №2-2(106)-126/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-126/2023

10.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-126/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(121)-1007/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətin; ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019, 2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarını, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətini; 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətlərinin İddiaçı təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(121)-1007/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun, "xxxx" ASC-nin nizamnaməsinin, həmin nizamnaməyə əlavə və dəyişikliklərin layihəsinin, "xxxx" ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin və passivlərin tərkibi əks olunan hissəsinin, 2019, 2020 və 2021-ci illər üzrə "xxxx" ASC-nin maliyyə hesabatlarının, auditor aktlarının, depitor və kreditor borclar haqqında hesabatların, bu illər üzrə Səhmdar Cəmiyyətin illik balanslarının, "xxxx" ASC-yə məxsus olan daşınmaz əmlaklar barəsində məlumatların, "xxxx" ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini kommersiya işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Şirvan Kommersiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə kommersiya işləri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənsə də, elektron imza ilə deyil, adi qaydada birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı kommersiya işini apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən kommersiya işini bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(121)-1007/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kommersiya işi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar