Məhkəmə qərarları › İş №2-2(106)-129/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-129/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-129/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X1 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-2(121)-2225/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-2(121)-2225/2023 saylı qərardadına əsasən İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, mediasiya prosesi yalnız bir cavabdehlə, yəni Cavabdeh2 ilə keçirilmişdir. Halbuki, mediasiya prosesi iş üzrə bütün mübahisə tərəfləri arasında keçirilməlidir. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl iş üzrə digər cavabdeh olan Cavabdeh1 ilə aralarında mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olduğu təqdirdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı BOKT ASC Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2- 2(121)-2225/2023 saylı qərardadından şikayət vermiş, onun ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. İddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bu sənədlərin arasında mediasiya prosesinin keçirilməsinə dair arayış da mövcuddur. Mediasiya prosesinə hər iki cavabdeh çağrılmışdır. Cavabdehlər ərarvaddır, bir ünvanda yaşayırlar və bu fakt MAPS arayışları ilə də təsdiq edilir. Məhkəmə tərəfindən iddia ərizəsində olan cavabdehlərin hər biri ilə mediasiya prosesinin keçirilməməsinə dair göstərilənlər tamamilə qanunsuz və əsasızdır. Çünki MPM-də iddia ərizəsini geri qaytarılmasının əsasları dəqiqliklə göstərilmişdir. İşdən də göründüyü kimi, cavabdehlər ər-arvaddır və istər pretenziya məktubu, istər iddia ərizəsi, istərsə də mediasiya təklifi bir ünvana göndərilmişdir. “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Məhkəmə hazırkı qərardadı ilə məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə cavabdehlərin hər ikisinin eyni ünvanda yaşamasını və ər-arvad olmalarını nəzərə almamışdır. Bununla da, əsassız olaraq iddianı geri qaytarmışdır. Əgər cavabdehlər ər-arvaddırsa və eyni ünvanda yaşayırsa, necə ola bilər ki, mediasiyanın Cavabdeh1 münasibətdə keçirilməməsi qənaətinə gəlinsin? Eyni zamanda iş materialllarında olan mobil telefon nömrəsi də Cavabdeh1 məxsusdur və onun istifadəsindədir. Bütün telefon danışıqları bu nömrə vasitəsi ilə həyata keçirilir. Kredit və ipoteka müqavilələrində də bu nömrə öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və mediasiya arayışından da göründüyü kimi cavabdehlər mediasiya prosesinə gəlməyiblər. Hər iki cavabdeh eyni ünvanda yaşasa da, heç biri bu prosesə gəlməyib. Məhkəmə bu faktı nəzərə almamışdır. Məhkəmə bu hallara düzgün qiymət verməli idi. Hər iki cavabdehin yaşadığı ünvana bildiriş və mediasiya təklifi göndərilib, təklifdə cavabdehlərdən Cavabdeh1 mobil telefon nömrəsi qeyd olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması Şirvan Apellyasiya Məhkəməsinə göndərilmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 149 və 152-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş materialları məhkəməyə qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı tələb üzrə borc məbləği barədə hər iki cavabdehə ünvan 1 ünvan üzrə pretenziya (habelə xəbərdarlıq) göndərilmiş (səh. 10 və 13), eyni ünvanda qeydiyyatda olaraq yaşayan və ər-arvad olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mediasiyada iştirakla bağlı məlumat verilmiş, lakin müvafiq Arayışda mediasiya prosesində yalnız əsas borcalanın - Cavabdeh2 iştirak etmədiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən diqqətə çatdırılmalıdır ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı tələblə məhkəməyə müraciət etməzdən tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisənin xəbərdarlıq və pretenziya üzrə həll edilməsinə təşəbbüs göstərdiyindən, habelə eyni ünvanda yaşayan və Cavabdeh1 ilə ər-arvad münasibətində olan cavabdeh – borcalan Cavabdeh2 ilə mediasiya yolu ilə heç bir nəticə əldə etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu seçdiklərindən, yenidən digər cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə mediasiya tələbi formal xarakter daşımaqla, mediasiya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır. Qeyd edilən səbəblərdən, cavabdeh – borcalan Cavabdeh2 ilə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi digər cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır. Bununla yanaşı, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Belə ki, məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmadığı halda, zəruri hesab edilir. MPM-in 14.3-1 və 52.4-cü maddələrinin mənasına görə məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmətdən və mülki prosessual hüququn təməl prinsiplərindən olan prosessual qənaət prinsipi baxımından, habelə aradan qaldırılmasının məhkəmə icraatının növbəti mərhələlərində də mümkünlüyü səbəbindən hazırkı əsasla iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması mülki məhkəmə icraatının vəzifələrinin ruhuna uyğun deyildir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-2(121)- 2225/2023 saylı qərardadından İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-2(121)- 2225/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. MPM-in apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398.0.2, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-2(121)-2225/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar