Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-137/2022 11.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Novruz oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75.731,04 manat əsas borcun, 24.268,96 manat dəbbə pulu, cəmi 100.000 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli texnikanın icarə müqaviləsinə əsasən İddiaçı MMC ağır yük daşıyan 3 oxlu avtomaşının aylıq icarə haqqı 4000, əlavə hər bir saat üçün 23 manat, 4 oxlu yük avtomaşınlarının aylıq icarə haqqı 4500, əlavə hər bir saat üçün 26 manat olmaqla sürücülər və 1 nəfər mexannik ilə birlikdə istismar edilməsi üçün cavabdehə icarəyə vermişdir. Texnikanın icarədə olduğu və istismar edildiyi hər gün və iş saatları göstərilməklə müvafiq siyahı tərtib edilərək, icarəçinin məsul şəxsi tərəfindən imzalanmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən icarə haqqı növbəti ayın 5-nə qədər ödənilməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən ödəniş gecikdirilərsə, hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu (cərimə) ödənilir. Cavabdeh ödənişləri gecikdirmiş və tezliklə ödəyəcəyini vəd etməsinə baxmayaraq, borc öhdəliyinin icrasından boyun qaçırır. Bu səbəbdən, 2021-ci il dekabrın 08-i vəziyyətinə cavabdehin 75.731,04 manat əsas, 1.237.081,23 manat dəbbə pulu (cərimə) İddiaçı MMC-yə borcu vardır. Bu borcdan İddiaçı MMC əsas borcun və ondan əlavə 24.268,96 manat dəbbə pulu, cəmi 100.000 manat cavbdehdən tələb edir. Məhz həmin məbləğə görə mediasiya haqqı və dövlət rüsumu ödənilmişdir. Mediasiya araşdırılmasına qədər cavabdehə pretenziya göndərilmişdir. Mediasiya araşdırmasında o, borcu ödəyəcəyini vəd etmiş, lakin sonradan vədinə əməl etməmişdir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsi ilə (Hakim: E.Abdullayev), İddiaçı Cavabdehnə qarşı – pul tələbi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 443.3, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı MMC apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun müəyyən etməmiş, cavabdeh ilə aralarında həqiqətən texnikaların verilməsi barədə əmlak kirayə müqaviləsi mövcud olmuş və bağladığı müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlansa da, onların texnikalarından beş ay istifadə olunmuş, üç ayın istifadəyə görə haqqı ödənilsə də, iki ayın yəni iyul və avqust ayı üçün tərtib olunmuş xx.xx.2020-ci il tarixli hesab faktura üzrə 62,258,62 AZN və xx.xx.2020-ci il tarixli hesab faktura üzrə 13,472,42 AZN ödənilməyən borcun qaldığını müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)- 483/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2-ci maddəsinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 690.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)- 483/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan xx-xx/2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, sözügedən müqavilənin 1.1-ci maddəsinə “icarəyəverən, istifadəsində olan “ŞANTU” markalı yükləyici operator və mexanik ilə birlikdə icarəyə verir.” sözləri əlavə edilmişdir. İş materiallarında olan Azərtunel” MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında olan xx-xx/2020, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “texnikaların icarəsinin qəbulu haqqında” 5 nömrəli, 05 avqust 2020-ci il tarixli aktdan görünür ki, aktda qeyd olunan texnikanın xx-xx/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq iyul 2020-ci il müddətində icarəyə verilməsi və tərəflərin bir-birilərinə qarşı heç bir iradının olmaması, göstərilmiş xidmətin ümumi dəyərinin 65.258,62 manat müəyyən edilmişdir. Lakin sözügedən akt yalnız İddiaçı MMC tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında olan xx-xx/2020, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “texnikaların icarəsinin qəbulu haqqında” 6 nömrəli, 18 avqust 2020-ci il tarixli aktdan görünür ki, aktda qeyd olunan texnikanın xx-xx/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq avqust 2020-ci il müddətində icarəyə verilməsi və tərəflərin bir-birilərinə qarşı heç bir iradının olmaması, göstərilmiş xidmətin ümumi dəyəri 13.472,42 manat müəyyən edilmişdir. Lakin sözügedən akt yalnız İddiaçı MMC tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 041/20 nömrəli hesab fakturadan görünür ki, Cavabdeh MMC-yə göstərilən xidmətin dəyəri 62.258,62 manat qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 044/20 nömrəli hesab fakturadan görünür ki, Cavabdeh MMC-yə göstərilən xidmətin dəyəri 13.472,42 manat qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021ci il tarixli maliyyə arayında qeyd edilmişdir ki, xx-xx/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 1.312.812,27 AZN, o cümlədən təsdiqlənməmiş aktlara əsasən borc 75.731,04 AZN, ödənişin gecikdirilməsinə görə dəbbə pulu (cərimə) 1.237.081,23 manatdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yerinə yetirilmiş xidmətlərin məbləği – 180.873,50 manat, ödənilmiş vəsaitin məbləği 105.142,46 manat, qalıq borc – 75.731,04 manatdır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 75.731,04 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş xxxx/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə hesablaşmalar barədə cədvəldə qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün xx-xx/2020 saylı, xx.xx.2020ci il tarixli icarə müqaviləsinə əsasən görülmüş işlərin ümumi dəyəri 105.142,56 manat, ödənilmiş məbləğ 105.142,56 manatdır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə borc qalığı 0.00 manatdır. İş materiallarında olan Azərtunel” MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında olan xx-xx/2020, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli, 04 may 2020-ci il tarixli aktdan görünür ki, texnikanın xx-xx/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq aprel 2020ci il müddətində icarəyə verilməsi və tərəflərin bir-birilərinə qarşı heç bir iradının olmaması, göstərilmiş xidmətin ümumi dəyəri 11.312,12 manat müəyyən edilmişdir. Sözügedən akt İddiaçı MMC və Cavabdeh MMC tərəfindən imzalanmış və onların möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli texnikanın icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 75.731,04 manat əsas, 1.237.081,23 manat cərimə borcunun olması bildirilmiş, həmin borcun ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, iddiaçı ilə olan bütün hesablaşmalar müəyyən olunmuş nağdsız (bank hesabına köçürmə yolu ilə) haqq-hesablar qaydasında cəmi işlədikləri dövr 2020-ci ilin 3 (üç) ayın: aprel, may və iyun aylarını əhatə etmişdir. Bu hesablaşmalar tərəflər arasında görülmüş işlər hər iki tərəfin nümayəndələrinin (mühəndis, sahə rəisi və sürücü-operatorlar) imzaladığı işçi cədvəlləri, görülən işlər barədə aktlar və elektron-qaimələr əsasında rəsmiləşdirilmişdir. Həmin aylar üzrə görülmüş işlər rəsmi olaraq hesab fakturası, işçi cədvəli və elektron qaimələr əsasında tam olaraq iddiaçıya 89.103,86 manat əsas, 16.08,69 manat ƏDV-si olmaqla ümumilikdə 105.142,56 manat məbləğində vəsait tam olaraq ödənilmiş və bu barədə rəsmi sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı izahatında göstərmişdir ki, cavabdeh mediasiya sessiyasında borcu etiraf edərək öhdəliyin məhkəmədən kənar həll edəcəyini vəd etməsinə baxmayaraq buna əməl etməmişdir. Bu cümləyə aydınlıq gətilərək bildirmişdir ki, həmin borc iddiaçıya ödənilməmiş 14.160,02 (18% ƏDV-si daxil) manat məbləğdən gedirdi və həmin birc xx.xx.2021-ci il tarixdə bank vasitəsilə tam ödənilmişdir. İddiaçının əsassız olaraq tələb etdiyi kimi 2020-ci ilin iyul və avqust ayları ərzində müəssisə işləmədiyindən tərəflər arasında heç bir işçi cədvəlləri, görülən işlər barədə aktlar, həmçinin elektron-qaimələr imzalanar təsdiqlənməmiş və rəsmiləşdirilməmişdir. Həmçinin bildirilir ki, İddiaçı MMC-dən götürdükləri texnikalarla "xxxx" ASC-nin sifarişini yerinə yetirirdilər. 2020-ci ilin iyul ayının əvvəlindən "xxxx" ASC onlara ödənişlər etmədiyi üçün işlər tam dayandırılmışdır. Bir də bildirirlər ki, iddiaçıya heç bir borcları yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında texnikaların icarəyəyə verilməsi barədə icarə münasibətləri olduğundan apellyasiya baxışının predmeti olan texnikaların icarə müqaviləsi üzrə istismar edilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə müqaviləsi üzrə yaranmış borcun qaytarılmaması olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 385, 675, 684.1, 689.1, 689.2, 690.1, 690.2, 700.1 və 700.2-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında texnikaların icarəyə verilməsi haqqında 15 aprel 2020-ci il tarixli, xx-xx/2020 saylı icarə müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə bağlanılmışdır. Həmin müqaviləyə və müqaviləyə edilmiş əlavəyə əsasən iddiaçı istifadəsində olan texnikaları sürücü və bir nəfər mexanik ilə birlikdə cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin texnikanı icarəyə götürüb, müqavilədə müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, texnikanı təhvil-təslim aktına əsasən qəbul etmək (icarəçinin) cavabdehin, texnikanı təhvil-təslim aktına əsasən (icarəçiyə) təhvil vermək (icarəyə verənin) hazırkı işdə iddiaçının öhdəliyi kimi müəyyən edilmişdir. Bundan əlavə, müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər arasında olan bütün hesablaşmaların nağd və ya nağdsız haqq hesablar qaydası təqdim edilmiş hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektron-qaimə əsasında həyata keçirilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları ərzində texnikalar müqavilədə nəzərdə tutulmuş qaydada, yəni hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektronqaimə əsasında cavabdehə təhvil verilsə də, 2020-ci ilin iyul və avqust aylarında texnikaların cavabdehə təhvil verilməsinə dair mötəbər sübutlar iş materialları ilə müəyyən edilmir. İddiaçı tərəf texnikaların cavabdehə təhvil verilməsini aktlarla, hesab fakturalarla və işçi cədvəlləri ilə təsdiq edildiyini iddia etsə də, istinad olunan sənədlərin heç birindən cavabdehin hansısa öhdəlik daşıdığı müəyyən olunmur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş 05 avqust 2020-ci il tarixli və 18 avqust 2020-ci il tarixli aktlar birtərəfli qaydada tərtib olunmuş sənədlərdir və həmin sənədlərin cavabdehlə əlaqəsi təsdiq olunmur. Bundan başqa işdə olan iddiaçı ilə cavabdeh arasından bağlanmış icarə müqaviləsi üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar İddiaçı MMC-nin (VÖEN **********) təqdim etdiyi hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektron-qaimədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci icarə müqaviləsi üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə görülmüş işlər bəyan edilsə də, avqust ayı üçün isə görülmüş işlər barədə hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektron-qaiməsinin bəyan edilməsi görülən işlər üzrə cavabdeh Qal Alar MMC tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında təsdiq edilməmişdir. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Qal Alar MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunmuşdur. Həmin məktubda qeyd olunur ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən görülmüş iş və xidmətlərə görə dövriyyə ƏDV ilə birlikdə 105142,59 manat olmuşdur. İddiaçı MMC tərəfindən cəmiyyətə təqdim edilmiş elektron qaimə-fakturalar barədə məlumatlar cədvəl formasında məktuba əlavə olunur. Məhkəmə kollegiyası tərəflər arasında müqavilə əsasında yaranmış öhdəlik hüquq münasibəti üzrə yuxarıda göstərilən maddi hüquq normaları baxımından dəyərləndirmə apararaq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarətdir ki, tərəflər arasında öhdəlik münasibətləri mövcud olmasına baxmayaraq, bu öhdəliyin yaranmasının əsasını təşkil edən texnikaların icarəyə verilməsi 2020-ci ilin aprel, may və iyun ayları ərzində müqavilədə nəzərdə tutulmuş qaydada, yəni hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektron-qaimə əsasında cavabdehə təhvil verilsə də, 2020-ci ilin iyul və avqust aylarında texnikaların cavabdehə təhvil verilməsinə dair mötəbər sübutlar iş materialları ilə müəyyən edilmir. İddiaçı tərəf texnikaların cavabdehə təhvil verilməsini aktlarla, hesab fakturalarla və işçi cədvəlləri ilə təsdiq edildiyini iddia etsə də, istinad olunan sənədlərin heç birindən cavabdehin hansısa öhdəlik daşıdığı müəyyən olunmur. İddiaçı MMC apellyasiya şikayətində dəlil kimi qeyd edir ki, iddiaçı ilə aralarında həqiqətən texnikaların verilməsi barədə əmlak kirayə müqaviləsi mövcud olmuş və bağladığı müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlansa da, onların texnikalarından beş ay istifadə olunmuş, üç ayın istifadəyə görə haqqı ödənilsə də, iki ayın yəni iyul və avqust ayı üçün tərtib olunmuş xx.xx.2020-ci il tarixli hesab faktura üzrə 62,258,62 AZN və xx.xx.2020-ci il tarixli hesab faktura üzrə 13,472,42 AZN ödənilməyən borcu qaldığını, tələb etdiyi aylarda texnikaların “Qal Alar MMC-nin istifadəsində olduğunu qeyd edir və bu halın təsdiqi kimi aralarında olan texnikaların icarəyə verilməsi barədə müqaviləni həmçinin apellyasiya icraatı zamanı təqdim etdiyi “Azərtunel MMC və Qal Alar MMC-nin xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş texnikaların İddiaçı MMC-nin Suraxanı qarajından çıxma və Suraxanı qarajına qayıtma tarixləri haqqında arayışı əsas göstərir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili apellyasiya icraatı zamanı vəsatətlə müraciət edərək İddiaçı MMC-də sürücü işləmiş X2 izahatını təqdim edir, onun şahid qismində dindirilməsini və izahatında göstərdiklərini sübut kimi qəbul edilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili işdə olan sübutlarla təsdiq olunmur. Belə ki, 15 aprel 2020-ci il tarixli, xx-xx/2020 saylı icarə müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə bağlanılmışdır. Həmin müqaviləyə və müqaviləyə edilmiş əlavəyə əsasən iddiaçı istifadəsində olan texnikaları sürücü və bir nəfər mexanik ilə birlikdə cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin texnikanı icarəyə götürüb, müqavilədə müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, texnikanı təhviltəslim aktına əsasən qəbul etmək iddiaçının, texnikanı təhvil-təslim aktına əsasən iddiaçıya təhvil vermək cavabdehin öhdəliyi kimi müəyyən edilmişdir. Bundan əlavə, həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər arasında olan bütün hesablaşmaların müəyyən olunmuş nağd və ya nağdsız haqq hesablar qaydası təqdim edilmiş hesab-faktura, işçi cədvəli, görülən işlərin aktı və elektron-qaimə əsasında həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. Göründüyü kimi tərəflər əmlak kirayə müqaviləsində müddəti tikinti texnikasının təhvil təslim aktı ilə verilməsi ilə şərtləndirmişdir. Belə olan halda İddiaçı MMC tərəfindən müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada texnikaların təhvil-təslim aktı əsasında cavabdeh “Qal Alar MMC-yə təhvil verilməsini sübut etməlidir. Cavabdeh Qal Alar MMC-nin nümayəndəsi həm birinci instansiya həm də, apellyasiya icraatı zamanı verdiyi izahatında 2020-ci ilin iyul və avqust aylarında müqavilədə qeyd olunan texnikalardan istifadə etmədiyini və istifadə etmədiyi halda öhdəliyinin də yaranmadığını bildirmişdir. İddiaçı tərəf texnikaların cavabdehə təhvil verilməsini aktlarla, hesab fakturalarla və işçi cədvəlləri ilə təsdiq edildiyini iddia etsə də, istinad olunan sənədlərin heç birində cavabdeh tərəfindən təsdiq olunması və hansısa öhdəlik daşıdığı müəyyən olunmur. İddiaçı tərəfin apellyasiya icraatı zamanı izahatında tələb etdiyi aylarda texnikaların “Qal Alar MMC-nin istifadəsində olduğunu qeyd edir və bu halın təsdiqi kimi aralarında olan texnikaların icarəyə verilməsi barədə müqavilə ilə yanaşı, apellyasiya icraatı zamanı təqdim etdiyi “Azərtunel MMC və Qal Alar MMC-nin xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş texnikaların İddiaçı MMC-nin Suraxanı qarajından çıxma və Suraxanı qarajına qayıtma tarixləri haqqında arayışı və İddiaçı MMC-nin sürücü işləmiş X2 izahatını əsas göstərsə də, lakin bu sübutun birinci instansiya məhkəməsinə təqdim etmək hüququnun olmasına baxmayaraq, təqdim edə bilməməsinə aydınlıq gətirmir. Halbuki Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 106.1-ci maddələrinin tələbləri baxımından iştirak edən şəxslərin izahatları və təqdim etdiyi yazılı sənədlər sübut növlərindən biridir. Vəsatətə əlavə edilmiş İddiaçı MMC-nin sürücü işləmiş X2 izahatında göstərdiyinin mötəbər sübut kimi qiymətləndirməsi Mülki Prosessual Məcəllənin 62, 104-105, 194-195-ci maddələrinin pozuntusu kimi qiymətləndirilə bilər. Çünki qeyd edilən prosessual normaların məzmunundan müəyyən edilir ki, şahidin ifadəsi məhkəmə iclasında prosessual normalara riayət etməklə (hüquqlarının izah edilməsi, tərəflərlə münasibətinin aydınlaşdırılması, yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə məsuliyyət və.s ) alındıqdan sonra iş üçün sübuti əhəmiyyət daşıyır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçının iddia etdiyi kimi “Azərtunel MMC və Qal Alar MMC-nin xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş texnikaların İddiaçı MMC-nin Suraxanı qarajından çıxma və Suraxanı qarajına qayıtma tarixləri haqqında arayışın olması texnikaların icarədə olduğu və istismar edildiyi kimi qəbul edilə və buna görə icarə haqqının ödənilməsininin qanuni əsası kimi çıxış edə bilməzdi. Çünki tərəflər müqaviləyə əsasən, texnikanı təhvil-təslim aktına əsasən qəbul etmək (icarəçinin) cavabdehin, texnikanı təhvil-təslim aktına əsasən (icarəçiyə) təhvil vermək (icarəyə verənin) hazırkı işdə cavabdehin öhdəliyi kimi müəyyən edilmişdir. Bu hal isə iş materiallarında olan sübutlarla təsdiq olunmur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e2-2(121)-483/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2-2(106)-137/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-137/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver