Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-137/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-582/2022 nömrəli qərardadından (hakim Zaur Abbasov) iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası, müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-582/2022 nömrəli qətnaməsi ilə iddiaçı LPO "Zaminbank” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2014cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.0 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.0 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.0 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014- cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pul Cavabdeh2 alınaraq ləğv prosesində olan "Zaminbank” ASC-yə ödənilməsi; tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus "LEXUS” markalı, LX-570- minik markalı, buraxılış ili 2012-ci il olan, 44-BH444 i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi; Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; ünvan 1ində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və "LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcu ləğv prosesində olan "Zaminbank” ASC-yə ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və ünvan 1ində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin ev və mənzil boşaldılması; Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında e-2-2(121)-582/2022-052 nömrəli, xx.xx.2022-ci tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-582/2022 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2-2(121)- 582/2022 saylı qətnaməsi məhkəmənin bildirdiyinə görə guya ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixində poçt qəbzinə imza edilməklə əldə edilmişdir. Halbuki, onun tərəfindən hər hansı bir poçt qəbzinə imza atılmamışdır. Bundan başqa, sözügedən qətnaməni rəsmi qaydada əldə etməmişdir, eləcə də həmin qətnamədən məlumatı olmamışdır. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş vaxtda apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. X3 Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2- 2(121)- 582/2022 saylı qətnaməsi ilə razı deyil və apellyasiya şikayəti vermək istəyir. Ərizəyə baxılması üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən ərizəçi Cavabdeh1 izahatında ümumiyyətlə məhkəmə prosesi barədə ona məlumat verilmədiyini, ona məxsus olan əmlakın hərracda satışa çıxarılmasından yalnız ona bu barədə bildiriş gəldikdən sonra xəbər tutduğunu, buna görə də apellyasiya şikayəti vermək qərarına gəldiyini, qətnamənin ona təqdim olunmasına dair poçt qəbzində olan imzanın ona məxsus olmadığını bildirmiş və iş üzrə məhkəmə - xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 582/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir və ekspertə "e-2-2(121)-582\2022 nömrəli işin 3-cü cildinin 204-cü səhifəsində olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-582/2022 nömrəli qətnaməsinin verilməsi barədə "Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də olan imza və həmin imzanın qarşısında yazılmış "quliyeva” sözü Cavabdeh1 tərəfindən icra edilmişdirmi?” sualının cavablandırılması həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/253 nömrəli ekspert rəyində aparılmış tədqiqatın nəticəsi olaraq, poçt göndərişinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli xəbərnamədə olan imzanın və "Quliyeva” yazısının Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu bildirilmişdir. Əriəzçi Cavabdeh1 xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpası ərizəsində və məhkəmə iclasında qeyd etdiklərinin ekspert rəyi ilə öz təsdiqini tapdığını, məhkəmə prosesindən xəbəri olmadığını, məhkəmə qətnaməsini şəxsən almadığını, bu səbəbdən də, apellyasiya şikayəti vermək hüququndan qanunvericiliyin tələbinə uyğun istifadəsi mümkün olmadığını bildirmiş, qeyd olunanları nəzərə alaraq ərizəyə iştirakı olmadan baxılmasını və buraxılmış müddətin bərpa olunaraq kommersiya işinin baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-582/2022 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)- 582/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Cavabdeh1 elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 582/2022 nömrəli qərardadının ləğv edilməsi və Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-582/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasia şikayətinin apellyasiya instansiyasına göndərilməsi, əks təqdirdə qərardaddan verilmiş şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələbinə zidd mövqedir və qəbul edilmiş qərardad tam qanunsuz və ədalətsizdir. Şirvan Kommersiya Məhkəməsi qəbul etdiyi qərardadını əsaslandırmağa çalışsa da, düzgün mövqeylə əsaslandırmamış, düzgün nəticəyə gəlməmiş və prosesual hüquq nörmalarını kobud şəkildə pozmaqla yekun qərar qəbul etməmişdir. Belə ki, məhkəmənin qəbul etdiyi qərardaddan da görünür ki, təyin etdiyi məhkəmə-xətşünaslıq ekspertizası və məhkəmə ekspertizasının rəyi formal xarakter daşıyır, məhkəmənin müşavirə otağında qəbul edəcəyi qərar əvvəlcədən ona bəlli idi. Sadəcə işin kənardan ədalətli araşdırılması görüntüsü yaratmaq üçün ekspertiza təyin etmişdir. Halbuki, məhkəmə qəbul etdiyi qərardadda ekspertiza rəyinin hansı səbəbdən, qanunvericiliyin hansı normasına uyğun olaraq nəzərə alınmamasını əsaslandırmamışdır. Sual olunur: işin yekununda ekspertiza rəyi nəzərə alınmayacaqdırsa və bu rəyin nəzərə alınmama səbəbləri qərardadda əsaslandırılmayacaqdırsa niyə məhkəmə ekspertiza təyin edirdi? Ekspertiza rəyinin nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən əsaslandırılmalıdır. 17 may 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi tərəfindən Masallı rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Masallı rayon İcra Hakimiyyəti 01 iyun 2024-cü il tarixli cavab məktubunda ünvan 1ində 0.07 ha torpaq sahəsində yerləşən 287.3 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evində yaşayan şəxslərin adları qeyd edilmişdir. Həmin siyahıda Cavabdeh1 adı yoxdur. Məhkəmə Masallı rayon İcra Hakimiyyətinə sorğu verməsinə baxmayaraq, sorğunun cavabını gözləməmiş və xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmişdir. Sorğunun cavabı məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Gedişat onu göstərir ki, məhkəmənin təyin etdiyi ekspertiza və sorğu formal xarakter daşıyır. Məhkəmə cavabdehə işin ədalətli araşdırdığını göstərir, lakin yekun qərar ədalətsizdir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri tədqiq edərək aşağıdakıları qeyd edir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən və "Elektron Məhkəmə” İnformasiya Sistemindən vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, ərizəçi Cavabdeh1 şəxsiyyət vəsiqəsinin verildiyi xx.xx.2016-cı il tarixdən ünvan 1i ünvanı üzrə qeydiyyatdadır. İşdə olan poçt göndərişlərinin izlənmə məlumatlarından və sifarişli poçt göndərişlərinin surətlərindən görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının məhkəmə bildirişi xx.xx.2022-ci il tarixdə, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin olunması barədə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(l2l)- 582/2022 nömrəli qərardadı xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixə təyin edilmiş növbəti məhkəmə hazırlıq iclasının məhkəmə bildirişi xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının məhkəmə bildirişi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan 1i ünvanı üzrə çatdırılmışdır. Adı çəkilən məhkəmə sənədləri həmin ünvan üzrə imzalanaraq qəbul edilmişdir və bu barədə poçt göndərişi məhkəməyə təqdim olunmuşdur. X2 Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)- 582/2022 nömrəli qətnaməsi də xx.xx.2022-ci il tarixdə eyni qaydada təqdim edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə sənədlərinin işdə iştirak edən səxslərə şəxsən çatdırılması əsas qayda kimi nəzərdə tutulsa da, həmin sənədlərin ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi imkanı da qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsi ilə müəyyən edildiyi kimi məhkəmə sənədi işdə iştirak edən şəxsə rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, baxılan iş üzrə məhkəmə sənədləri, o cümlədən yekun məhkəmə aktı mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada iş üzrə Cavabdeh1 rəsmi şəkildə verilmiş hesab edildiyinə görə, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı da həmin vaxtdan başlamış hesab edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdehin qətnamənin surətini almaması ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, cavabdehin yaşadığı ünvanda ailə üzvləri yaşayırdısa, həmin şəxslərə sənədi cavabdehə təqdim etməli idilər. Cavabdehə göndərilən sənədlər onun qeydiyyatda olduğu ünvana çatdırılmış və həmin ünvanda yaşayan şəxslər tərəfindən qəbul edilmişdir. Belə olan hal da, həmin sənədləri cavabdehə çatdırmaq vəzifəsi ailə üzvlərinin üzərinə düşməklə, cavabdeh məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab etmişdir ki, prosessual müddət ötürülməklə verildiyindən, müddətin bərpasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən şikayət əsaslı hesab olunaraq, təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-582/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-137/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-137/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver