Məhkəmə qərarları › İş №2-2(106)-14/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-14/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-14/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2-2(121)-96/2023 saylı qətnaməsindən iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə, cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 12 iyun 2017-ci il tarixli **********30617/1/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və 12 iyun 2017-ci il tarixli **********30617 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 98241.82 manat məbləğində vaxtı keçmiş əsas borc, 12 iyun 2020-ci tarixdən 27 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 11678.47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 27 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 36 % dərəcəsi ilə hesablanmış 52969.12 manat məbləğində penya, cəmi 162889.42 manat və 27 oktyabr 2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 36% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat rüsumun əvəzi ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 452.89 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2 və Cavabdeh1, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) muvafiq sahədə fəaliyyət göstərən peşəkar və sertifikatlaşmış, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən akkreditasiyadan keçmiş (http://www.amf.az/az/view/pages/18/qiymetlendiriciler) qiymətləndirmə şirkətlərindən birinə həvalə edilməklə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin 1-ci bəndinə dəyişikliklər etməklə həmin hissədə tələbinin həcminin artırıb, 12 iyun 2017-ci il tarixli **********30617/1/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və 12 iyun 2017-ci il tarixli **********30617 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 98241.82 manat məbləğində vaxtı keçmiş əsas borc, 12 iyun 2020-ci tarixdən 01 may 2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14189.10 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01 may 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 68032.87 manat məbləğində penya, cəmi 180463.79 manat və 01 may 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 36% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat rüsumun əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 12 iyun 2017-ci il tarixli **********30617 №-li kredit müqaviləsinə əsasən sonuncuya 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6% ödənilməsi şərtilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında sonuncuya məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 16 iyun 2017-ci il tarixli **********30617/1/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Bankın qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyun 2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh2 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 25 fevral 2020-ci il tarixli 39 №-li bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 10 mart 2020-ci il tarixli 51 №-li ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 mart 2020-ci il tarixli **********03 saylı məktubu ilə banka həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bildirilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2-2(121)-96/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinin təminatı olaraq 12 iyun 2017-ci il tarixli **********30617/1/ip saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 21ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 239840 manat olmaqla açıq hərracda satılması və satışından əldə edilən vəsaitdən 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında olan 69979.06 manat məbləğində əsas borcu, illik 5 faiz dərəcəsi ilə hesablanmış 10549.69 manat məbləğində faiz borcu, 7000 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 87558.75 manat məbləğində pul vəsaitinin iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsinə görə ödənilmiş 352 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 752 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2 qaytarılması, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 saylı fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələblərinin tam təmin edilməsinə, həmçinin apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 235.23 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərindən təqdim edilmiş mötəbər sübutları nəzərə almamış, yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 9/5084 saylı ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmənin tərəflərindən təqdim edilmiş sübut növləri ilə ekspert rəyini qarşılıqlı təqdqiq etmədən, ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi, ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla yanaşı, qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız ekspert rəyində cavabdehin 01 may 2023-cü il tarixə olan əsas borcunun 69979.06 manat, illik 5% hesablanmaqla əldən çıxmış faydanın 10549.69 manat təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, ekspert rəyində hesablamalar zamanı 12 iyun 2017-ci il tarixli **********30617 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Belə ki, ekspert rəyinin tədqiqat hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, ödənilən vəsait tam şəkildə ödəniş edilən gün, ilk növbədə faiz borcundan, sonra isə əsas borcdan silinir. Müqavilə şərtlərinə görə isə kreditin ödənişi qismində ödəniş cədvəlində qeyd edilmiş ödəniş tarixi üzrə məbləğ silinir. Əgər ödənilən məbləğ cədvəldə göstərilən məbləğdən artıqdırsa, qalan vəsait cari hesabda qalır. Bəzi hallarda isə faizlər üzrə borcun olmasına baxmayaraq, bank müştərinin borcunun şişməsinin qarşısını almaq məqsədilə ödənilən məbləğlərin tam və ya qismən əsas borcdan silinməsinə yönəldə bilər. Ödəniş zamanı kredit müqaviləsinə əsaslanaraq cədvəldə göstərilən tarixlər üzrə silinmələr aparılır. Ekspertə təqdim edilmiş hesabdan çıxarışlarda qeyd edilən məsələlər dəqiqliklə öz əksini tapsa da, ekspert tədqiqat zamanı həmin halları nəzərə almamışdır. Həmçinin, tərəflərindən təkrar-məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə əsaslandırılmış yazılı vəsatət təqdim edilmiş, lakin məhkəmə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən, təqdim edilmiş sübutları qarşılıqlı şəkildə təqdqiq etmədən, yalnız ekspert rəyinə istinad etməklə yekun məhkəmə aktı çıxarmışdır. Məhkəmə kobud səhvə yol verərək və prosessual qanunvericiliyin tələbini pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla, qanunsuz qətnamə qəbul etmişdir. Qətnamədən həmçinin cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qismən, yəni fərdi yaşayış evinin ilkin satış qiymətinin 239840 manat müəyyən edilməsi, fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması, illik 5% dərəcəsi ilə hesablanmış faiz və cərimə borcunun tutulmasına dair hissələrində ləğv olunaraq, həmin hissələrdə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamışdır. Bu səbəbdən də, qəbul edilmiş məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə ilə 7000 manat məbləğində cərimə borcunun cavabdehlər tərəfindən iddiaçı ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin halları və iddiaçının mənafeyi nəzərə alınmaqla, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyi qeyd edilməklə, iddiaçının tələb etdiyi 68032.87 manat məbləğində penya kifayət qədər yüksək olduğuna görə azaldılaraq əsas borcun 10 faizi məbləğində, yəni 7000 manat məbləğində müəyyən edilmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən həmin cərimə məbləği 7000 manatdan da az olan məbləğə qədər azaldıla bilərdi. Əsas borcun məbləğinin 69979.06 manat olduğu nəzərə alınsa, iddiaçıya əsas borcdan əlavə 7000 manat məbləğində kifayət qədər yüksək miqdarda olan pulun da ödənilməsinin qət edilməsi ədalətli hesab oluna bilməz. Belə yüksək məbləğdə pulun ödənilməsinin qət edilməsi məhkəmənin özünün də qeyd etdiyi kimi kreditorun əsassız varlanmasına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Çünki dəbbə pulu öhdəliyin icrasının təmini üsuludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Qətnaməyə əsasən cavabdehlərdən 7000 manat məbləğində cərimənin və 10549.69 manat məbləğində faiz borcunun alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, iddiaçının əsassız varlanmasına gətirib çıxaracağı üçün qanunsuz və əsassızdır. İddiaçıya ödənilməli olan əsas borc məbləğinin kifayət qədər yüksək olduğunu nəzərə aldıqda, 7000 manat məbləğində cərimə olduqca yüksək məbləğdir. Çünki cərimə pulu öhdəliyin icrasının təmin üsuludur və o kreditorun, yəni iddiaçının əsassız varlanmasına gətirib çıxarmamalıdır. Üstəlik məhkəmə tərəfindən müəyyən edilmiş illik 5% dərəcəsi ilə hesablanmış 10549.69 manat məbləğində faiz borcu ilə də razılaşmırlar. Belə ki, məhkəmə bu məbləği müəyyən edərkən AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli 9/5084 saylı ekspert rəyini əsas götürmüşdür. Lakin həmin ekspert rəyində cavabdehlər tərəfindən iddiaçı banka ödənilməli olan əsas borcun və edilmiş illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun 01 may 2023-cü il tarixinə olan məbləği hesablanmışdır. Məhkəmə tərəfindən sözügedən ekspert rəyinə əsaslanmaqla müəyyən edilmiş həmin illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu məbləğinin iddiaçı banka ödənilməsinin qət edilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxarmaqla, cavabdehlərin mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olacaqdır. Çünki məhkəmə mübahisəsi cavabdehlərin yox, iddiaçı ASC "xxxx" Bankının yanlış məhkəməyə müraciət etməsi səbəbindən uzanmışdır. Əgər borc alan Cavabdeh1 12 iyun 2017-ci il tarixli **********30617 №-li kredit müqaviləsinə əsasən iddiaçı banka ödəməli pul məbləğini ödəyə bilmirdisə, iddiaçı ASC "xxxx" Bankı vaxtında düzgün məhkəməyə müraciət edərək ipotekaya qoyulan əmlakı satmaqla borclu olduğu məbləği götürə bilərdi. Beləliklə, Şirvan Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2- 2(121)-96/2023 saylı qətnaməsi ilə iddiaçının məhkəmə aiddiyyəti qaydalarında yanılmaqla, iddia ərizəsini düzgün məhkəməyə təqdim etməməsi nəticəsində mübahisənin uzanmasına görə 01 may 2023-cü il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 10549.69 manat məbləğində faiz borcunun cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olunmasının qət edilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 16-cı və 17-ci abzasında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmin Qərarın 29-cu abzasında qeyd olunur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qətnaməsində illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun 01 may 2023-cü il tarixə olan məbləğinin əsas götürülməsinin səbəbi iddiaçının öz iddia tələbinə dair iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla yanlış məhkəməyə təqdim etməsidir. Əgər iddiaçı vaxtında iddia ərizəsi ilə düzgün məhkəməyə müraciət etsəydi, onun tələbinin icrası üçün ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi ilə onun iddia tələbi ödənilə bilərdi. Yəni belə olan halda cavabdehlər məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirməklə borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmiş hesab oluna bilərdilər. İddiaçının səhvinə görə məhkəmə mübahisəsinin uzanması halında cavabdehlər iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmadıqlarına görə illik 5% dərəcəsi ilə hesablanmış 10549.69 manat məbləğdə faiz borcunun iddiaçıya ödənilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxaracaqdır. Şirvan Kommersiya Məhkəməsində işə baxılan zaman ipoteka predmeti olan evin dəyəri "xxxx" MMC tərəfindən təqdim edilmiş 09 fevral 2023-cü il tarixli rəy əsas götürülməklə müəyyənləşdirilmişdir. Lakin cavabdehlər Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 239840 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması ilə razı deyildirlər. Sözü gedən fərdi yaşayış sahəsinin qiyməti göstərilən qiymətdən olduqca yüksəkdir. Yəni əmlakın dəyəri göstəriləndən daha aşağı qiymətləndirilmişdir. İddiaçı bankın məhkəmə aidiyyəti qaydalarını pozmaqla aiddiyyəti məhkəməyə müraciət etməməsi nəticəsində Laçın Rayon Məhkəməsində gedən iş üzrə icraat zamanı çıxarılmış məhkəmə qətnaməsindən də görünür ki, “X5” MMC tərəfindən təqdim edilən 13 sentyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən sözügedən əmlakın həmin dövrə olan orta bazar qiyməti 300000 manat, likvid qiyməti isə 280000 manat təşkil edir. 2021-ci ildə orta bazar qiyməti 300000 manat, likvid qiyməti isə 280000 manat olan əmlakın qiymətinin daşınmaz əmlakın qiymətinin hər gün bahalaşdığı bir dövrdə artmaq əvəzinə azalaraq 239840 manat təşkil etməsi reallığı əks etdirmir və absurddur. Odur ki, əmlakın dəyəri yenidən qiymətləndirilməlidir. İddiaçının səhvinə görə mübahisənin uzanması faktı nəzərə alınmaqla iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və iddiaçıya ödənilməli olan illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun düzgün tarixə olan məbləği müəyyən edilməlidir. Bundan başqa məhkəmənin sözügedən fərdi yaşayış evinin kimlər tərəfindən boşaşdılmasının göstərməməsi qeyri-müəyyənliyə səbəb olmuşdur və bu hal aydınlaşdırılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdhelər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmədə cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissələrində, cavabdehlər isə fərdi yaşayış evinin müəyyən olunan ilkin satış qiyməti, fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması, illik 5% dərəcəsi ilə hesablanmış faiz və cərimə borcunun tutulmasına dair hissələrdə mübahisələndirmişlər. Apellyasiya şikayətlərində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qətnamə ilə müəyyən olunan ipoteka predmetinin ilkin satış qiyməti, cərimə məbləği hissələrdə əsaslı olmaqla, həmin hissələrdə qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə S.K.M.F vəsaitləri hesabına 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir; ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli, **********30617/1/ip saylı ipoteka müqaviləsinə əsasən, 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus olmaqla, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84,54 kv.metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir; 17 iyun 2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklülyü Dövlət qeydiyyatına alınmışdır; ASC "xxxx" Bankı tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli "xxxx" bildirişdən görünür ki, ASC "xxxx" Bankı Cavabdeh1 arasında bağlanmış 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinə üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ASC "xxxx" Bankına ünvanlanmış 17 mart 2020-ci il tarixli, **********03 saylı ərizədən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 3 nömrəli fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatına alınmışdır; ASC "xxxx" Bankının borc haqqında arayışından görünür ki, Cavabdeh1 01 may 2023-cü il tarixinə vaxtı keçmiş borcu 98241.82 manat, cərimə faizləri üzrə borcu 68032.87 manat, kredit müddətinin bitməsi tarixindən (12 iyun 2020) arayışın məhkəməyə verilməsi tarixinədək (01 may 2023) illik 5% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 14189.10 manat, cəmi borc isə 180463.79 manat təşkil edir (İİ cild, s. 41); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus olmaqla, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 252440 manat, likvid dəyəri 239840 manat təşkil edir. "xxxx" MMC-nin qiymətləndirmə xərci olan 500 manat məbləğin 350 manatı iddiaçı tərəfindən ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2023cü il tarixli, 9/1030 saylı ekspert rəyində qeyd olunur ki, 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankına 27 oktyabr 2022-ci il tarixinə əsas borcu 69979.06 manat, 12 iyun 2017-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu 8761.34 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyir 150 manat təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2023cü il tarixli, 9/5084 saylı ekspert rəyində qeyd olunur ki, 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankına 01 may 2023-cü il tarixinə əsas borcu 69979.06 manat, illik 5 faiz hesablanmaqla faiz borcu 10549.69 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyir 150 manat təşkil etmişdir. Kommersiya mübahisəsinin apellyasiya baxışı zamanı kompleks əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməklə: Əlavə məhkəmə mühasibatlıq ekspertizası qarşısında aşağıdakı suallar; 1) Tərəflər arasında 12 iyun 2017-ci ildə bağlanmış **********30617 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna, yəni 12 iyun 2020-ci il tarixinə mövcud əsas borc məbləğinin qalığı, müqavilədə nəzərdə tutulan qaydada hesablanmış cərimənin məbləği müəyyən edilsin? 2) Müqavilə müddətinin bitdiyi 12 iyun 2020-ci il tarixinə mövcud əsas borc məbləğinə sonradan edilən ödənişlər nəzərə alınmaqla 01 may 2023-cü il tarixinə kimi illik 5% dərəcəsi ilə hesablanan faiz məbləği müəyyən edilsin? 3) 12 iyun 2017-ci ildə bağlanmış **********30617 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla edilmiş kredit ödənişləri üzrə əsas borc, faiz və cərimədən silinmələrin düzgün aparılıb-aparılmaması müəyyən edilsin? 4) 12 iyun 2017-ci ildə bağlanmış **********30617 nömrəli kredit müqaviləsi üzrə 01 may 2023-cü il tarixinə bütün edilmiş ödənişlər və müqavilə şərtlərinə müvafiq aparılmış silinmələr nəzərə alınmaqla mövcud əsas borcun qalıq məbləği və qalıq əsas borca illik 5% dərəcəsi ilə hesablanan faiz məbləği müəyyən edilsin? 5) Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1) Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırki şəraitdə real likvid qiyməti nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli 3-16-16/2-9/1232/2024 saylı ekspert rəyinə əsasən, əlavə məhkəmə mühasibatlıq ekspertizası qarşısında qoyulan suallar aşağıdakı formada cavablandırılmışlar: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 12 iyun 2017-ci il tarixli **********30617 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi 12 iyun 2020-cu il tarixə olan ümumi borcu 97916.34 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 95311.17 manat, faiz borcu üzrə 2605. 17 manat. Ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sualda soruşulanlar üzrə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə daif 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdiriimiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi 12 iyun 2020-cİ il tarixdən maliyyə arayışında borcun hesablandığı 01 may 2023-cü il tarixədək Cavabdeh1 tərəfindən iddiaçı "xxxx" ASCyə ümumilikdə 27937.28 manat məbləğində ödənişlər aparılmışdır ki, aparılmış həmin ödənişlərin 25332.11 manatı əsas borc üzrə silinməsi, geriyə qalan 2605.17 manatı isə müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcundan silinməsi müəyyən edilir. Kredit müqaviləsinin müddətinin bitdiyi 12 iyun 2020-ci il tarixdən maliyyə arayışında borcun hesablandığı 01 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 10549.69 manat təşkil edir. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 01 may 2023-cü il tarixə olan ümumi borcu 80528,75 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 69979.06 manat, faiz borcu üzrə 0.0 manat, 5% ilə hesablanmış gecikdiriimiş faiz borcu 10549.69 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 12 iyun 2017-ci il tarixli, **********30617 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı ücün, sualda soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli 3-16-16/2-10/1252/2024 saylı ekspert rəyinə əsasən, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş sual aşağıdakı formada cavablandırılmışdır: Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 saylı fərdi yaşayış evinin mövcud orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 311000.0 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun : 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqvaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-cü maddəsinə əsasən bğu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar; 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında müəyyən edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd olunmuş qanunvericilik aktı normalarına əsaslanaraq kollegiya hesab edir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş, mülkiyyət hüququ əsasında ipoteka qoyan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilərək evinin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması hissədə tələbi təmin edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satıldıqdan sonra boşaldılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsi xx.xx.2017-ci ildə bağlandığından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında müəyyən edilmiş hüquqi mövqe baxımından “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair hissədə” iddia tələbinə mahiyyəti üzrə baxıb həll edən birinci instansiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Bununla belə, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 239840 manat müəyyən edilməsi ilə razılaşmır və hesab edir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında xx.xx.2017-ci ildə bağlanmış ipoteka müqaviləsinin özündə, 3.5-ci bənddə tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin bazar dəyəri 285000 (iki yüz səksən beş min) manat, likvid dəyəri isə 251000 (iki yüz əlli bir min) manat ekvivalentində müəyyən edilmişdir. 2017-ci ildən qətnamə çıxarılan 2023-cü ilədək keçən 6 il müddətində daşınmaz əmlak bazarında qiymətlərin artma tempinin əhəmiyyətli dərəcədə olması hamıya bəlli olan haldır. Belə olan təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə razılaşdırılmış likvid dəyərindən aşağı qiymətlə (239840 manat) hərracdan satışa çıxarılması, mübahisənin ədalətli həlli kimi qəbul oluna bilməz. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilən rəy özünə real vəziyyəti (ipoteka predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi, fərdi yaşayış evinin təmiri və sair hallar nəzərə alınmaqla) əks etdirdiyindən sübut kimi qəbul edilməli və ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 311000 (üç yüz on bir min) manat likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir. Apellyasiya şikayətlərinin dəlillərini qətnamə ilə müəyyən olunan əsas borc və maliyyə arayışının tarixinə 5 faizlə hesablanan faiz məbləğlərinin tutulması hissələrdə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması hissədə iddiaçının tələbi 12 iyun 2017-ci il tarixli **********30617 №-li kredit müqaviləsi üzrə 98241.82 manat məbləğində vaxtı keçmiş əsas borc, müqavilə müddətinin bitdiyi 12 iyun 2020-ci tarixdən 01 may 2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14189.10 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01 may 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 68032.87 manat məbləğində penya, cəmi 180463.79 manat və 01 may 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 36% dərəcəsi ilə hesablanan penyanın əvəzinin ipoteka predmetinin dəyərindən xeyrinə tutulmasından ibarət olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 15 mart 2023-cü il tarixli 9/1030 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli **********30617 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankına xx.xx.2022-ci il tarixinə əsas borcu 69979.06 manat, faiz borcu 0 manat, illik 5 faizlə hesablanan faiz borcu 8761.34 manat müəyyən edilir. Həcmi artırılmış tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə mühasibatlıq ekspertizasının 8 may 2021-ci il tarixli 9/2381 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli **********30617 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankına xx.xx.2023-cü il tarixinə əsas borcu 69979.06 manat, faiz borcu 0.0 manat, illik 5 faizlə hesablanan faiz borcu 10549.69 manat müəyyən edilir. Apellyasiya şikayətlərinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 28 fevral 2024-cü il tarixli 9/1232 saylı rəyinə əsasən, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə olan ümumi borcu 80528.75 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 69979.06 manat, faiz borcu üzrə 0.0 manat, 5% ilə hesablanmış gecikdiriimiş faiz borcu 10549.69 manat. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Kollegiya hesab edir ki, sadalanan qanunvericilik aktı normaları, Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqelər baxımından borc alan kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əssasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəllləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan şərhi baxımından borc alan kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə və kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Bununla belə kreditorun iddiada tələb etdiyi əsas borc məbləği və müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə illik 5 faizlə hesablanan faiz məbləğinin düzgün hesablanması iş üzrə 2 dəfə birinci instansiya məhkəməsində, 1 dəfə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq, əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə təsdiqini tapmamışdır. Əksinə ekspert rəyləri bir-birini tamamlamaqla, daha inandırıcı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləğini, müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə illik 5 faizlə hesablanan faiz məbləğini ekspert rəyləri əsasında müəyyən etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayətlərinin dəlillərini qətnamə ilə müəyyən olunan cərimə məbləği hissədə tədqiq edən kollegiya aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Hesablanmış dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edib 7000 manata qədər azaldan birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşmır və hesab edir ki, bütün əsaslı mənafeləri birinci instansiya məhkəməsi nəzərə almamışdır. İddiaçının hesablayaraq ödənilməsini tələb etdiyi 68032.87 manat dəbbə pulunun 7000 manata qədər azaldılması, işin halları (borc alanın ödənişlər etməsi, müqavilə müddəti üçün müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcunun olmaması, kreditorun müqavilə müddətinin sonuna yalnız əsas borcun qalıq hissəsini tələb etməsi) nəzərə alınaraq tənasübsüz surətdə yüksək dəbbə pulunun ədalətli azaldılması kimi qəbul edilə bilməz. Odur ki, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı və dəbbə pulunun müəyyən edilən məbləği hissədə qətnamə dəyişdirilərək dəbbə pulunun həcmi 3500 manat müəyyən edilməlidir. Kollegiya xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 36% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması kimi tələbin qeyri-müəyyən olmaqla, təmin oluna bilməməsi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası bütün yuxarıda sadalananları ümumiləşdirərək hesab edir ki, iddiaçı ASC “Xalq Bankı”nın apellyasiya şikayəti təmin olunmamalı, cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti və cərimə məbləği hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş kompleks əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatlarının ümumi dəyərini təşkil edən (150+100) 250 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət nəfinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.6, 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2-2(121)-96/2023 saylı qətnaməsi ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 239840 manat, cərimənin isə 7000 manat məbləğində müəyyən olunması hissələrdə dəyişdirilsin. 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsinin təminatı olaraq 12 iyun 2017-ci il tarixli, **********30617/1/ip saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş, Cavabdeh2 məxsus olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin açıq hərracdan ilkin satış (likvid) qiyməti 311000 (üç yüz on bir min) manat müəyyən edilsin. 12 iyun 2017-ci il tarixli, **********30617 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 cərimə borcu 3500 (üç min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyərini təşkil edən 250 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar