Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-140/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmış hissəsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(121)-565/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10.901 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(121)-565/2024 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(121)- 565/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi Vəkil1 həmin qərardaddan apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək Şirvan Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2- 2(121)-565/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi kimi verdiyi apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in tələbinə əsasən məhkəmə xərcləri qətnamədə qeyd edilməli və tərəflərdən tutulmalı olduğu halda qətnamədə buna münasibət bildirilmədiyindən və iddianın dövlət rüsumu haqqında qanuna dəyişiklik edildiyi vaxtdan əvvəl və ya sonra verildiyi dəqiq bilinmədiyindən və illərdi davam edən mübahisə olduğundan dövlət rüsumunun məbləği bilinmədiyindən 15 manat ödənmişdir ki, əgər həqiqətən də iddiaçı 122.70 manat dövlət rüsumu ödəyibsə bu hissədə qərardad əsaslı ola bilər. Lakin iş materialında etibarnamə olduğu, birinci instansiyada vəkil kimi iştirak etdiyi halda qanunvericiliyin tələbinə zidd olaraq yalnız vəkil olaraq qətnamədən şikayət verə biləcəyini nəzərədə tutan əsaslandırma hissədə məhkəmə səhv nəticəyə gəlmişdir ki, həmin hissədə pozuntuları aşağıda qeyd edəcək. Həmin əsaslara görə də dövlət rüsumunun kəsirini ödəməklə qərardaddan şikayəti təmin edilməli və apellyasiya instansiyasına göndərilməlidir. Onu da qeyd etməlidir ki, məhkəmə yeni qaydalarla şikayət verilərkən sistemdə ödənilmiş dövlət rüsumunun məbləği, saatı, kim tərəfindən ödədiyi göründüyü halda dövlət rüsumunun şikayətə əlavə edilmədiyi hissəsində də səhv nəticəyə gəlmişdir. Çünki hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verildiyi və həmin vasitədə rüsumun məlumatları tam qeyd edildiyindən rüsumun ayrıca əlavə edilməsi də tələb oluna bilməz. Bütün bunlar isə məhkəmənin nə qədər qərəzli hərəkətlər etdiyinin açıq aydın göstəricisidir. Şirvan Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı dövlət rüsumu ilə bağlı hissədə ləğv edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Hazırkı halda birinci instansiya məhkəməsinin qərardadı Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin səlahiyyətini təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş qaydada əlavə edilmədiyindən geri qaytarılması hissəsinə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından müəyyən edilir ki, apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin cavabdehlə hər hansı yaxın qohumluq əlaqəsində olduğuna dair sənəd əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Qanunvericiliyə əsasən də, Vəkillər Kollegiyasının üzvləri öz şikayətlərinə notariat qaydasında təsdiq edilmiş etibarnamə və vəkil orderi əlavə edirlər. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə notariat qaydada təsdiq edilmiş etibarnamə əlavə edilsə də, apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş qaydada verilmiş vəkil orderi əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətində məhkəməyə vəkil orderi əlavə etdiyini qeyd etsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin verdiyi vəkil orderi birinci instansiya məhkəməsi üçün verilmişdir və apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinə baxılması üçün vəkillə yeni müqavilə bağlanaraq, ayrıca order verilməlidir. Göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2- 2(121)-565/2024 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı dövlət rüsumu ilə bağlı hissədə ləğv edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmışdır. Hazırda mübahisə predmeti Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadının dəyəşdirilmədən saxlanılmış hissəsidir və kollegiya yalnız birinci instansiya məhkəməsinin qərardadına cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin səlahiyyətini təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş qaydada əlavə edilmədiyindən geri qaytarılması hissəsinə baxır. Məhkəmə Kollegiyası, hesab edir ki, cavabdehin nümayəndəsinin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-140/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-140/2024
13.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver