Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-142/2022 04.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 oktyabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh qarşı - xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun, 6.900,87 manat sığorta pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat; İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Cavabdeh ortaq tanışları vasitəsilə onun sifarişi əsasında xarici ölkələrdən damazlıq iri buynuzlu heyvanları Azərbaycan Respublikasına idxal etdiyini öyrənmişdir. Cavabdeh ortaq tanışları vasitəsilə onunla tanış olaraq, Rusiya Federasiyasından damazlıq iri buynuzlu heyvan almaq niyyətində olduğunu bildirmişdir. Bir neçə görüşlərindən sonra Rusiya Federasiyasına gedərək heyvanlara birlikdə baxış keçirməyə, qiyməti və çatdırılma şərtlərini yerində aydınlaşdırmağı razılaşmışlar. Cavabdehlə aralarında olan şifahi razılaşmalarına görə bütün səfər xərclərini o, öz üzərinə götürməli və həmin xərclər qiymət razılaşması zamanı nəzərə alınmalı idi. Bu məqsədlə dəfələrlə Rusiya Federasiyasına səfərlər edilmişdir. Cavabdehin sifariş verdiyi Kalmık cinsli ətlik 60 baş boğaz düyələrin alınmasıyla bağlı Lenin adına X4 X2 ilə xx.xx.2019cu il tarixli, 01 AZ/RUS nömrəli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə o, Kalmık cinsli ətlik 60 baş boğaz düyələri almalı və onların dəyərini tam məbləğdə ödəməli və alınmış heyvanların yola salınmasınadək olan bütün xərcləri (vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətləri) onun tərəfindən ödənilməli idi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həm heyvanların dəyəri, həm onun çəkməli olduğu həmin xərclər, həm də gəliri cavabdehlə aralarında bağlanacaq müqavilə zamanı qiymət təyinində nəzərə alınmalı idi. xx.xx.2019-cu ildə cavabdehin, iddiaçı və onun oğlu R.Süleymanovun iştirakı ilə Rusiya Federasiyasının Kolmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatında damazlıq iri buynuzlu heyvanlara baxış keçirərək Kalmık cinsli ətlik 60 baş boğaz düyələri (hər birinə görə 3100 və 2 baş cöngəni (hər birinə görə 3400 manat) seçib və heyvanların ümumi dəyəri kimi 192800 manat qiyməti razılaşdırılmışdır. Bununla bağlı hər iki tərəfin iştirakı ilə xx.xx.2019-cu ildə akt tərtib edilmişdir. Tərəflərin aralarındadakı razılaşmanı rəsmiləşdirmək məqsədilə xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə də göstərilmişdir ki, iddiaçı cavabehin sifarişi əsasında Rusiya Federasiyasının Kolmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatından cavabdehlə razılaşdırdığı təmiz Kalmık cinsli ətlik 60 baş boğaz düyələri və 2 baş cöngəni alaraq Azərbaycan Respublikasına gətirməli, cavabdehin Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində ona təhvil verməlidir. Cavabdeh də bunun qarşılığında 60 baş boğaz düyələrin hər birinə görə 3100 manat (cəmi 186000 manat) və 2 baş cöngələrin hər birinə görə 3400 manat (cəmi 6800 manat) olmaqla, ümumilikdə 192800 manat pulu iddiaçıya ödəməli idi. Müqavilənin 3.3-cü bəndindəki şərtə görə, cavabdeh həmin məbləğin 40%-ni, yəni 77120 manatını əvvəlcədən avans olaraq ödəməli, qalan 60%-ni, yəni 115680 manatı isə heyvanları təhvil aldıqdan sonra tam həcmdə iddiaçıya ödəməli idi. Bu məqsədlə cavabdeh xx.xx.2019-cu ildə onun "xxxx" ASC-dəki bank hesabına 77120 manat avans məbləğini ödəmişdir. xx.xx.2020-ci ildə razılaşdırılmış Kalmık cinsli ətlik 60 baş boğaz düyələr Lenin adına X4 X1 yola salınmışdır. Həmin vaxt qeyd edilən Təsərrüfatın rəhbərliyi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli, 03 AZ/DAG nömrəli invoys təqdim edilmişdir. Həmin sənədə əsasən, iddiaçı vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətlərinə görə həmin şirkətə ******* rus rublu ödəməli və şirkətlə arasında olan şifahi razılığa əsasən, heyvanların cavabdehə təhvilindən dərhal sonra cavabdeh, iddiaçı ilə arasında olan müqaviləyə əsasən iddiaçıya borclu qaldığı pulu tam ödəyəcək və iddiaçı da öz növbəsində dərhal qeyd edilən xərclərə görə ödənişi şirkətə tam məbləğdə ödəyəcəkdir. İddiaçı xx.xx.2020-ci ildə Kalmık cinsli damazlıq iri buynuzlu ətlik 60 baş boğaz düyələri Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində cavabdehə təhvil vermiş və bu barədə onun, cavabdehin və mühasib X3 iştirakı ilə xx.xx.2020-ci il tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh bəzi maddi problemlərinin olmasını əsas gətirərək qalan 108880 manatın ödənilməsi üçün qısa vaxt istəmişdir. Cavabdeh xx.xx.2020-ci ildə onun həmin bank hesabına 60550 manat pul köçürmüş, qalan pulun bir neçə günə ödəniləcəyini bildirmişdir. Lakin cavabdeh borclu olduğu 48330 manatı bu günə qədər ona ödəməmişdir. Həmçinin müqavilənin 3.7-ci bəndinə əsasən, heyvanların cavabdehə təhvil veriləcəyi dövrə qədər onları sığortalamaq öhdəliyi iddiaçının üzərinə, cavabdehin təhvil almasından sonrakı bir il müddətinə sığortalamaq öhdəliyi isə cavabdehin üzərinə düşsə də, iddiaçı öz öhdəliyini icra edərək heyvanları sığortaladığı halda cavabdeh maddi imkanının pis olmasını əsas gətirərək onun əvəzinə də növbəti bir il üçün sığorta haqqını iddiaçının ödəməyini xahiş etmişdir və onun əvəzinə ödədiyi sığorta pulunu borclu qaldığı pulla birlikdə ona ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı cavabdehlə razılaşaraq onun əvəzinə 6900.87 manat sığorta haqqını xx.xx.2020-ci il tarixdə "xxxx" ASC sığorta şirkətinə ödəmişdir. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti də iddiaçıya ödəməmişdir. xx.xx.2020-ci ildə pretenziya məktubu ilə cavabdehə müraciət edərək ona borclu olduğu vəsaiti ödəməsini ondan tələb etmişdir. Lakin o, pretenziya məktubunun son səhifəsində həmin əl yazısı ilə qeydlərini yazaraq faktiki olaraq həmin vəsaiti ödəməkdən imtina edib və pretenziya məktubunu geri qaytarmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxslər "xxxx" ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi(hakim N. Misirzadə) ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 48330 manat əsas borc, 6900,87 manat sığorta pulu və 30 manat dövlət rüsumu, cəmi 55260,87 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3100 manat = 186000 manat olmaqla manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil verimişdir. Lakin, cavabdeh malların ümumi qiymətini təşkil edən 186000 manatdan iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 77120 manat, xx.xx.2020-ci il tarixdə isə 60550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Odur ki, iddia əsasslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 8 5 , 4 4 2 , 4 0 4 , 5 6 7 , 6 0 8 -ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 14.2, 76.1, 88, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2-2(121)-175/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Şirvan Apelyasiya Məhkəməsi Kommersiya kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Samir Mayılov, İlham Əsədov) 01 oktyabr 2022-ci il tarixli, 2-2 (106)- 209/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinəəsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan cavadeh Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İş № 2(102)-190/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2-2 (106)- 209/2021 saylı, 01 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən cavabdehdən 48.330 manat əsas borcun tutulması hissəsində ləğv edilməsi. iş həmin hissədə yenidən baxılması üçün Şirvan apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv arpaşdırmaqla işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, cavabdehin iddia tələbinə qarşı əsaslı etirazlarını nəzərə almadan iddia tələbinin təmin edilməsinə dair əsassız nəticəyə gəlmişditr. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2-2(121)-175/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslər "xxxx" ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərinin nümayəndələri keçirilən iclasda iştirak etməmişlər, həmçinin iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxslər "xxxx" ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiq edilən hüquq; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmuşdur. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alğı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat olmaqla manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdehisə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin nəticəni kassasiya qaydasında mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, gəlinən nəticəni qismən cavabdehdən 48.330 manat əsas borcun tutulması hissəsində ləğv edərək, həmin hissədə yeni apellyasiya instansiya məhkəməsinə məhkəmə baxışına qaytarmışdır. Kollegiya məhz İddiaçı Əliseyran oğlunun Cavabdeh qarşı 1 dekabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 48.330 manat əsas borcun Cavabdeh tutulması tələbi hissəsində apellyasiya şikayətinin dəlillərinə həddində hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, “məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlillərinə (bax yuxarıda § 45-48) münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin materiallarında eyni tərəflər arasında, eyni predmet üzrə, eyni tarixdə bağlanmış iki alğı-satqı müqaviləsindən məhz iddiaçının istinad etdiyi nüsxəsini mötəbər saymasının səbəblərini qətnaməsində göstərməmiş, bu zaman hər səhifəsi imzalanaraq, yekunda hər iki tərəfin möhürü ilə təsdiqedilmiş müqaviləni hansı səbəblərdən sübut kimi qiymətləndirilmədiyini əsaslandırmamış, bununla da MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin «heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur» tələbini və işin hallarının hərtərəfli, tam araşdırılması prinsipini pozmuşdur. Qeyd olunmalıdır ki, § 61-də göstərilən dəlillər həm də apellyasiya şikayətinin dəlillərini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya şikayətinin dəlilləri üzrə hər hansı araşdırma aparılmamış, eləcə də həmin dəlillərə hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə olduğu kimi qeyd olunmaqla, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, tərəflər dövlət orqanları ilə sənədləşmədə 01 dekabr 2019-cu il tarixli, 0112/19 nömrəli alğı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən, iddiaçının alğı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməyərək, tərəflərin məhkəmə çəkişməsi hüququnu pozaraq maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin 48.330 manat əsas borcun təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən həmin nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X5rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası təkrar apelyasiya icraatı zamanı iş materiallarında toplanılmış sübutları araşdıraraq aşağıdakıları müəyyən edir: İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktdan (İddiaçı, Cavabdeh və Ramil Süleymanov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu ilin noyabr ayının 22-də Rusiya Federasiyasının Kalmıkiya Vilayətinin Adık qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmık cinsli ətlik boğaz düyələrə baxış keçirilmiş və bir neçəsini yoxlama çəki etmişlər. Hər bir baş boğaz düyə üçün 3100 manata, cöngələr üçün isə 3400 manata razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcının müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin və 2 baş cöngənin (dana-öküz) alqı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri 192800 manat dəyərində təyin edilir. Malların qiyməti – 60 baş düyə hər biri 3100 manat = 186000 manat, 2 baş cöngə hər biri 3400 manat = 6800 manat, cəmi 192800 manat təyin edilir. Alıcı satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən müqavilə dəyərinin 40%-ni (yəni 192800 * 40%) 77120 manat məbləği əvvəlcədən avans şəklində satıcıya ödəyir. Müqavilə dəyərinin qalan 60%-ni (yəni 192800 * 60%) 115680 manat məbləğ hissəsini malları Təhvil-Təslim aktına əsasən aldıqdan sonra tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, mallar gətirilərkən mütləq şəkildə Satıcı tərəfindən təhvil-təslim edilənədək sığortalanmalıdır. Təhvil-təslim edildikdən sonra alıcı tərəfindən ən azı 1 il müddətində sığortalanmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcının müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsi 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri alıcı və satıcının şifahi razılaşmasından sonra Rusiya Federasiyasına gedərək orada yerində heyvanlara baxış - seçim keçirdikdən sonra heyvanların qulaqlarına vurulan birkaların nömrə cədvəli əsasında 138208.20 (yüz otuz səkkiz min iki yüz səkkiz manat 20 qəpik) AZN dəyərində təyin edilir. Birkaların nömrələri, qiyməti və cins cədvəldə göstərildiyi kimi müəyyən edilir. 60 baş düyə hər biri 2303.47 AZN = cəmi 138208.20 AZN dəyərində razılaşdırılır. İş materiallarına əlavə olunan iddiaçıya məxsus bank hesabından aparılmış bank əməliyyatları barədə məlumatları əks etdirən hesab üzrə çıxarışların surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 77120 manat, xx.xx.2020-ci il tarixdə isə 60550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan (İddiaçı, Cavabdeh və Şahin Hüseynov tərəfindən tərtib edilmiş) görünür ki, xx.xx.2019-cu il tarixli 01 AZ/RUS saylı (gömrük qeydiyyat nömrəsi-1********) müqaviləyə əsasən Rusiya Federasiyasından Azərbaycana gətirilmiş 60 baş kalmık cinsli iribuynuzlu dişi mal-qara (düyələr) axşam saat 20:00 radələrində Salyan rayonu Kürsəngi kəndində alıcıya məxsus olan əraziyə (tövləyə) boşaldılmışdır. Bu əsasda xx.xx.2020-ci il tarixdə **********1042 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir.Heyvanların verilməsi barədə elektron vergi qaiməsi yazılacaqdır. Gətirilən mallar sağlamdırlar, gümrahdırlar. Saxlamaq üçün alıcıya - Cavabdeh təhvil-təslim edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ( Rzayev Saleh, Əmrahov Ramil və Cavabdeh tərəfindən tərtib edilmiş) aktdan görünür ki, AQTA Salyan regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri vəzifəsini icra edən Saleh Rzayev, Salyan rayon Baytarlıq idarəsinin rəisi Ramil Əmrahov və Kürsəngi kənd sakini Cavabdeh iştirakı ilə xx.xx.2020-ci il tarixdə Kürsəngi kəndində Rusiya Federasiyasının Kalmıkiya vilayətində xx.xx.2020-ci il tarixində gətirilən 60 baş təmiz cinsli kalmık damazlıq ətlik istiqamətində olan iribuynuzlu heyvanlara baxış keçirilmişdir. Baxış zamanı heyvanların açıq səhra şəraitində otarıldığı müəyyən edilmişdir. Həmin heyvanlar 8 metr eni, uzunluğu 30 metr olan mişar daşı ilə hörülmüş heyvan saxlamaq üçün dam və qarşısında heyvanların saxlanılması məqsədi ilə 50 m x 80 m sahədə məftillə hasarlanmış şəkildə sahədə saxlanılır. Vətəndaş Cavabdeh heyvanları yemləyib bəsləməsi üçün 70 hektar arpa əkini sahəsi, 10 hektar əkilmiş yonca sahəsi vardır. Sahibkar Cavabdeh təmiz kalmık cinsli iribuynuzlu heyvanların saxlayıb bəsləməsi üçün şəraitinin olması müəyyən edilmişdir. Sənədlərə baxış zamanı təmiz kalmık cinsli heyvanların bordaq şəraitində deyil, açıq şəraitdə saxlanması məqsədə müvafiq bilinmişdir. Heyvanlara baxış zamanı klinik cəhətdən sağlam olmaları müəyyən edilmişdir. Təmiz kalmık cinsli heyvanlar təsərrufata gətirilən zaman boğaz olduqlarına görə xx.xx.2020-ci il tarixindən bu günə kimi 35 baş buzov doğmuşdur. Buzovlara baxış zamanı klinik sağlam olmaları müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilən 02 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, heyvanların sığortasına görə 6900,87 manat məbləğində "xxxx" ASC-yə ödəniş (belə ki, ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur) edilmişdir. İş materiallarından görünür ki, 60 baş Rusiya Federasiyasından kalmık cinsli birinci qarın boğaz düyələr xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığorta olunmuş və buna dair cavabdehə KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə yaranmış borcun 3 gün müddətində iddiaçıya ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/420 nömrəli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən 60 baş kalmık cinsli boğaz düyələrin (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara) xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri (bir başının dəyəri 2350 manat) 141000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, PB-OUT-01249- 2021 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh sorğuda qeyd edilən tarixlərdə "xxxx" ASC-də bank əməliyyatları aparılan zaman çəkilmiş video görüntülər 2019-2020-ci illərdə qeydə alındığından və onların saxlama müddəti bitdiyindən qeyd edilən video görüntülərin texniki cəhətdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iki eyni tarixli heyvanların alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı olduğundan apelyasiya baxışının predmeti cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi nəticəsində 48.330 manat əsas borcun ödənilməməsi təşkil etmişdir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 3 8 5 , 3 8 6 , 4 2 5 , 4 2 7 , 4 4 2 , 4 0 4 , 5 6 7 , 6 0 8 -ci maddələri maddələri təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək müəyyən edir ki, tərəflər arasında eyni (xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı) tarixli iki alqı-satqı müqaviləsi bağlanmış, birinci müqaviləyə görə satıcı alıcının müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsi 60 baş birinci qarın boğaz düyələrin alqısatqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri alıcı və satıcının şifahi razılaşmasından sonra Rusiya Federasiyasına gedərək orada yerində heyvanlara baxış - seçim keçirdikdən sonra heyvanların qulaqlarına vurulan birkaların nömrə cədvəli əsasında 138208.20 (yüz otuz səkkiz min iki yüz səkkiz manat 20 qəpik) AZN dəyərində təyin edilir. Birkaların nömrələri, qiyməti və cins cədvəldə göstərildiyi kimi müəyyən edilir. 60 baş düyə hər biri 2303.47 AZN = cəmi 138208.20 AZN dəyərində razılaşdırılmışdır. İkinci (xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı) alqı-satqı müqaviləsi görə malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılır. Birinci instansiya məhkəməsi ikinci müqaviləni əsas götürərək hesab etmişdir ki, iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alğı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdehisə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının alğı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə nəzərə almamşdır ki, tərəflər dövlət orqanları ilə sənədləşmədə 01 dekabr 2019-cu il tarixli, 0112/19 nömrəli alğı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan başqa işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş Kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmış və buna münasib olaraq subsidiya ödənilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Rusiya Federasiyasının Kalmikiya Vilayətinin Adik qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmik cinsli ətlik boğaz düyələrə baxış keçirilməsi və bir neçəsini yoxlama çəki etmələri və hər boğaz düyə üçün 3100 manat, cöngələr üçün isə 3400 manat razıliğa gələmələri barədə tərəflərin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktda, aktın tərtib olunması yeri kimi Rusiya federasiyası göstərilmiş və aktda alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı, Cavabdeh və iddiaçının oğlu Ramil Süleymanov tərəfindən imzalanmışdır. Lakin təkrar apellyasiya icraatı zamanı İddiaçı təsdiq etmişdir ki, akt tərtib olunan vaxt oğlu Rusiya federasiyasında olmamış, aktı Azərbaycana gəldikdən sonra imzalamışdır. Göründüyü kimi bu hal da, müqaviləyə qədərki danışıqlar və yazışmaları iddiaçının iddia etdiyi kimi hər boğaz düyə üçün 3100 manat müəyyən edilməsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını əks etdirmir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçının izahatını iddia tələbinin təmininə yönələn hərəkət kimi qiymətləndirmiş, cavabdehin iddiaya etirazını isə tələbin rədd edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Birinci instnasiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci təqdim olunmuş sübut nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci təqdim olunmuş sübut inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi təqdim olunmuş eyni tarixli heyvanların alqı-satqı müqaviləsinin hansının etibarlı olub-olmamsının sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bundan başqa o da qeyd olunmalıdır ki, məhkəmənin ilk vəzifəsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Hazırki mübahisədən görünür ki, 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə (xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı) alqı-satqı müqaviləsində mövcud olmuşdur. Çünki tərəflər dəyəri alıcı və satıcının şifahi razılaşmasından sonra Rusiya Federasiyasına gedərək orada yerində heyvanlara baxış - seçim keçirdikdən sonra heyvanların qulaqlarına vurulan birkaların nömrə cədvəli əsasında 138208.20 (yüz otuz səkkiz min iki yüz səkkiz manat 20 qəpik) AZN dəyərində təyin edilir. Birkaların nömrələri, qiyməti və cins cədvəldə göstərildiyi kimi müəyyən edilir. 60 baş düyə hər biri 2303.47 AZN = cəmi 138208.20 AZN dəyərində razılaşdırılmışdır. Həmçinin tərəflər dövlət orqanları ilə sənədləşmədə 01 dekabr 2019-cu il tarixli, 0112/19 nömrəli alğı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir.Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Qeyd olunan bu hallar tərəflərin malların qiyməti - Bundan başqa işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmış və buna müvafiq olaraq subsidiya ödənilmişdir. Həmçinin tərəflər dövlət orqanları ilə snədləşmədə xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimədə də, ümumi dəyəri 138.208.20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bütün bunlar ona dəlalət edir ki, tərəflər arasında malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə (xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı) alqı-satqı (əqd) müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsinin həqiqi mənasını əks etdirməyən yalan əqdir, görüntü yaratmaq niyyəti ilə bağlanan əqddir və aldadılma nəticəsində bağlanmışdır. Təkrar apellyasiya icraatı zamanı iddiaçı alğı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsini onunla izah etmişdir ki, malların birinin dəyərinin 3100 manat müəyyən edilməsi barədə müqavilənin bağlanması malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi ilə əlaqədar çəkilmiş xərclər o, cümlədən malların yemlənməsi, baytar həkimlərdən mütəmadi olaraq müayinədən keçirilməsi və qan analizlərinin götürülməsi də daxil edilməklə razılaşdıqlarını, başqa sözlə 3100-2303,47=796,53 manat malların Azərbaycan Respublikasına gətirilməsi (iddiaçının bildirməsinə görə mallar alındıqdan sonra iki aya ərzində Azərbaycana gətirilimiş və cavbedəhə təhvil verilmişdir) müddətində çəkilmiş xərclər təşkil etdiyindən bunun nəzərə alınmasını xahiş etmişdir. Kollegiya iddiaçının bu izahatı ilə bağlı qeyd edir ki, məhkəmənin icraatında olan mübahisə 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməyən 48,330 manat əsas borc pulun qaytarılması təşkil etmişdir. Yəni iddiaçı malların Azərbaycan respublikasına gətirilməsi ilə əlaqədar çəkilmiş xərci deyil, alınan malların hər birinin dəyəri kimi 3100 manata görə borcun qaytarılmasını tələb edir. Bu tələblər ayrı-ayarı tələb olmaqla hazırkı tələbin tərkib hisssi kimi qəbul oluna bilməz. Bunun üçün iddiaçının malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi və cavabdehə təhvil verilənə kimi çəkdiyi xərci ödənilməsi tələbi olduğu halda buna qiymət verilə bilər, əks halda bu iddia tələbindən kənara çıxma kimi qiymətəndirilə bilər. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nın 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk edən şəхslərin verdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl mövcud olmamışdır. Bundan başqa o da qeyd olunmalıdır ki, iddiaçının malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi və cavabdehə təhvil verilənə kimi çəkdiyi xərci ödənilməsi tələbi birinci instansiya məhkəməsinin predmeti olmamışdır. Azərbaycan Respublika Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd edilən hüquq normasına uyğun olaraq, kollegiya qeyd edir ki, iddiaçının təkrar apellyasiya icraatı zamanı izahatında göstərdiyi xüsussatların nəzərə alınması xahiş yeni tələb olduğu və bu tələb birinci instansiya məhkəməsinin araşdırma predmetini təşkil etmədiyindən apellyasiya instansiya məhkəməsi bu tələb üzrə araşdırma aparmağı özünə vəzifə hesab etmir. Göründüy kimi tərəflər arasında malların qiyməti 60 baş düyə hər biri 2303,47 AZN cəmi 138208,20 AZN məbləğində razılaşma yolu ilə müəyyən edillən xx.xx.2019-ci il tarixli №0112/2019 nömrəli alqı-satqı müqaviləsi olmuş və həmin müqavilənin icrası ilə əlaqədar Cavabdeh xx.xx.2019-cu il tarixdə 77120 manat, xx.xx.2020-ci il tarixdə 60550 manat cəmi 137670 manat İddiaçı Əliseyran oğluna ödəmiş yerdə qalan (138.202.20 – 137670= 538) 538 manat borcu isə xx.xx.2020-ci il tarixdə 750 manat qalan borcdan artıq məbləğdə pulu iddiaçıya ödəməkə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş və Cavabdeh İddiaçı Əliseyran oğluna heç bir borcu qalmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul etməməklə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsaslı hesab edilməli, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi 48.330 manat əsas borcun Cavabdeh tutularaq İddiaçı Əliseyran oğluna verilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi 48.330 manat əsas borcun Cavabdeh tutularaq İddiaçı Əliseyran oğluna verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əliseyran oğlunun Cavabdeh qarşı 1 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun Cavabdeh tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-142/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-142/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver