Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-143/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 may 2024-cü il tarixli 2-2(121)-67/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən (41040AZNSK********** saylı kart hesabına bağlı) 6509.73 (altı min beş yüz doqquz manat yetmiş üç qəpik) manat əsas borc, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat faiz borcu, 1283.31 (bir min iki yüz səksən üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7821.26 (yeddi min səkkiz yüz iyirmi bir manat iyirmi altı qəpik) manat məbləğində borcun, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12295.87 (on iki min iki yüz doxsan beş manat səksən yeddi qəpik) manat əsas borc, 1368.33 (bir min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14057.51 (on dörd min əlli yeddi manat əlli bir qəpik) manat məbləğində borcun tutulması, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3396 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. X7 toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı kart hesabına bağlı) imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 6,611 (altı min altı yüz on bir) manat məbləğində tütütn məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 18,918 (on səkkiz min doqquz yüz on səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 243 gün, DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 267 gün gecikdirərək kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən (41040AZNSK********** saylı kart hesabına bağlı) 6509.73 (altı min beş yüz doqquz manat yetmiş üç qəpik) manat əsas borc, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat faiz borcu, 1283.31 (bir min iki yüz səksən üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7821.26 (yeddi min səkkiz yüz iyirmi bir manat iyirmi altı qəpik) manat təşkil edir, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12295.87 (on iki min iki yüz doxsan beş manat səksən yeddi qəpik) manat əsas borc, 1368.33 (bir min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14057.51 (on dörd min əlli yeddi manat əlli bir qəpik) manat məbləğ təşkil edir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 41040AZNSK********** saylı kart hesabına bağlı DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6509.73 manat əsas borc, 28.22 manat faiz borcu, 1660,40 manat cərimə borcu olmaqla, cəmi 8198.35 manat məbləğində borcun, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12295.87 manat əsas borc, 1.559,94 manat faiz borcu, 499,24 manat cərimə borcu olmaqla, cəmi 14355,05 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 may 2024-cü il tarixli e-2-2(121)-67/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilərək cavabdehdən DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6484,73 manat məbləğində əsas borc, 28,22 manat məbləğində faiz borcu, 90 manat məbləğində cərimə borcu, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12295,87 manat məbləğində əsas borc, 1524,10 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20652,92 (iyirmi min altı yüz əlli iki manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni DCLT90072758-01 saylı ərizəyə münasibətdə əsas borca, DC90072758-06 saylı ərizəyə münasibətdə isə faiz borca münasibətdə eyni zamanda hər iki müqavilə üzrə cərimə bocuna münasibətdə ləğv edilməsini, xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əsas götürülməklə iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas borc və faiz məbləğini hər iki müqaviləyə münasibətdə təyin edərkən yalnız ekspert rəyinə əsaslanmış, iddiaçı tərəfindən təqdim edilən hesabatlar, maliyyə arayışları, aylıq ödənişlər üzrə cədvəllərə nəzər yetirməmişdir. Habelə məhkəmə cərimə borcunu təyin edərkən qeyd etmişdir ki, cərimə borcu yüksək məbləğdə olduğundan tələbkarın əsassız varlanmasına səbəb ola bilər. Lakin məhkəmə qətnaməni qəbul edərkən göstərilən cərimə məbləğinin faktiki olaraq hüquqi əsasının olması faktını dəyərləndirməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas borc və faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan əsas borc, faiz və cərimə borcu məbləği əsassız surətdə azaldılmışdır. İş üzrə borc məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizaya təqdim edilmiş hesabdan çıxarışlarla müqayisədə müəyyən edilir ki, ekspertiza rəyində DCLT90072758-01 saylı ərizəyə münasibətdə əsas borc, DC90072758-06 saylı ərizəyə münasibətdə isə faiz borcu əskik hesablanmışdır. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən faiz borc məbləği əsaslı hesab edilə bilməz. Bununla yanaşı, cərimə məbləğləri də müvafiq olaraq yenidən qiymətləndirilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 20 may 2024-cü il tarixli e-2-2(121)- 67/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan mübahisələndirilən hissələrdə arasında xx.xx.2020-ci il tarixli OnGTC/SE/3396 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalamışlar. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5 % olmaqla, 6.611 manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla mal alışı məqsədilə 18.918 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.509,73 manat əsas borc, 28,22 manat faiz borcu, 1.660,40 manat cərimə borcu olmaqla, cəmi 8.198,35 manat, DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12.295,87 manat əsas borc, 1.559,94 manat faiz borcu, 499,24 manat cərimə borcu olmaqla, cəmi 14.355,05 manat təşkil edir təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 200 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli 9/488 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.588,73, faiz borcu üzrə 28,22 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.484,73 manat, faiz borcu üzrə 1.020,92 manat, xx.xx.2023-cü il tarixə əss borc üzrə 6.484,73 manat əsas, faiz borcu üzrə 1.224,11 manat. 2. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı maliyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12.318,76 manat, faiz borcu üzrə 1.250,70 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12.318,75 manat, faz borcu üzrə 1.524,10 manat müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/488 saylı ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı müqavilə üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli DCLT90072758-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 6.484,73 manat əsas borc, həmin kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx.xx.2022ci il tarixə hesablanmış 28,22 manat faiz borcu, müddəti xx.xx.2024-cü il tarixinədək olan xx.xx.2022-ci il tarixli, DC90072758- 06 maliyyələşdirmə ərizəsi üzrə 12.295,87 manat əsas borcu və maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə 1.524,10 manat faiz borcu tutulmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli DCLT90072758-01 saylı və xx.xx.2022-ci il tarixli DC90072758-06 maliyyələşdirmə ərizələri üzrə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə 08 aprel 2024-cü il tarixli 9/488 saylı ekspert rəyini sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, kollegiya iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin 20 may 2024-cü il tarixli 2-2(121)-67/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 may 2024-cü il tarixli 2-2(121)-67/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-143/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-143/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver