Məhkəmə qərarları › İş №2-2(106)-144/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-144/2024

15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-144/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2- 2(121)-1882/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı Şirvan şəhər 1 saylı notariat ofisinin “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli 8İ7414 nömrəli icra qeydinin ləğv edilməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsinin qaytarılmasına dair nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmamasının iddiaçıya izah edilməsi və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına) ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi Vəkil tərəfindən şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1882/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin qismən təmin edilməsi, iddia ərizəsinin geri qaytarılmasına dair Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1882/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının Cavabdeh2 aid hissədə ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı Şirvan şəhər 1 saylı notariat ofisinin “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli 8İ7414 nömrəli icra qeydinin ləğv edilməsi barəsində iddia ərizəsinin Cavabdeh2 aid hissədə “məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması” əsası ilə geri qaytarılması, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmamasının iddiaçıya izah edilməsi, şikayətin Cavabdeh1 MMCyə aid hissədə təmin edilməməsi, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi: **********) dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına) ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi Vəkil şikayət vermiş və şikayət onunla əsaslandırılmışdır ki, şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi Cavabdeh2 qarşı deyil, Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı irəli sürülmüşdür. Cavabdeh1 MMC-nin cavabdeh kimi göstərildiyi halda, ona qarşı hər hansı bir tələb irəli sürülmədiyinə gəldikdə isə müqavilə onunla bağlandığı üçün həmin cəmiyyət cavabdeh qismində göstərilmişdir. İddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları icraata qəbul etməkdən imtinası isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. İşdə olan sənədlərdən və portaldan çıxarışdan göründüyü kimi, Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN verildiyi, fəaliyyət istiqaməti kimi “xüsusi notariusları fəaliyyəti”, fəaliyyət obyekti kimi isə “Notariat Kontoru” olması göstərilmişdir. Habelə Cavabdeh2 özü vergi ödəyicisi olmaqla, xüsusi notarius (yəni Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu) kimi fəaliyyət göstərmişdir və Cavabdeh2 fərdi sahibkar kimi deyil, xüsusi notarius kimi vergi orqanında qeydiyyata alınmışdır. Belə ola halda, məhkəmə hesab etmişdir ki, tərəflərdən biri fərdi sahibkar, digəri notariat ofisi (xüsusi notarius) olmasına baxmayaraq, hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Cavabdeh1 MMC-nin cavadeh kimi göstərildiyi halda, ona qarşı hər hansı bir tələb irəli sürülmədiyinə gəldikdə isə müqavilə onunla bağlandığı üçün həmin cəmiyyət cavabdeh qismində göstərilmişdir. Çünki, iddiaçı fərdi sahibkar olmaqla sahibkarlıqla məşğul olur, eləcə də Cavabdeh1 MMC də sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Göründüyü kimi, qanunverici də məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bundan əlavə, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması yalnız onun nəticə hissəsində iddia verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Yəni, iddia ərizəsinin məzmununda iddia verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırkı iddia ərizəsində bu belədir, nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq formal əlamətlərə istinad etməklə iddia ərizəsi geri qaytarılmamalıdır. Baxmayaraq ki, iddia verən şəxs iddia ərizəsində tələbini dəqiq və aydın ifadə etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1882/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin məhkəmə aidiyyətinə dair hissədə baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi, qeyd edilən qərardaddan şikayətə kasasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1882/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin digər (“forma və məzmununa riayət edilməməsi” əsası ilə geri qaytarılmasına dair) hissədə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli e-2-2(102)-432/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(121)- 1882/2024 nömrəli qərardadının məhkəmə aidiyyətinə dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət “forma və məzmuna riayət edilməməsi” əsası ilə geri qaytarılmasına dair hissədə baxılması üçün mülki iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə razıdır. Belə ki, iddiaçı şikayətində tələbə bağlılıq prinsipini və prosessual qənaət prinsipini əsas tutaraq məhkəmənin iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürməli olduğunu bildirsə də, qeyd edilməlidir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz. Belə ki, MPM-in 50.1-ci və 50.3-cü maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Habelə 152.1.1-ci maddəyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini forma və məzmuna riayət edilməməsi əsası ilə geri qaytarmaq nəticəsinə gələrkən haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. Kollegiya eyni zamanda, qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2-2(121)-1882/2024 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar