Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-145/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-2(121)-75/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1 MMC-yə və Cavabdeh2 birgə qaydada: - DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat əsas borc, 7.725, manat faiz borcu, 11.731,37 manat cərimə borcu olmaqla, cəmi 110.350,29 manat məbləğində borcun, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33.878 manat əsas borc, 2.363, manat faiz borcu, 13.302, manat cərimə borcu olmaqla, cəmi 49.544,70 manat məbləğində borcun, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97.818,25 manat əsas borc, 2.851,80 manat faiz borcu, 42.393,34 manat cərimə borcu olmaqla, cəmi 143.063,39 manat məbləğində borcun, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.725 manat əsas borc, 977,92 manat faiz borcu, 2.066,07 manat cərimə borcu olmaqla, cəmi 9.768,99 manat məbləğində borcun, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.809 manat əsas borc, 1.090,57 manat faiz borcu, 2.045,54 manat cərimə borcu olmaqla, cəmi 9.945,11 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 213 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DCS00261926-03 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X2 “11” dekabr 2020-ci il tarixli ZM-383/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 131,505 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X11nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02525LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X11 çərçivəsində çərçivəsində: - xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 33,878 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 97,819 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6,725 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6,809 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Bank arasında: - DCS00261926-03 saylı kredit müqaviləsi təminatı olaraq xx.xx.2020-ci il tarixli DGS**********31 saylı zaminlik müqaviləsi; - DCL00261926-13 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********25 saylı zaminlik müqaviləsi; - DCL00261926-14 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********30 saylı zaminlik müqaviləsi; - DCL00261926-21 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********86 saylı zaminlik müqaviləsi; - DCL00261926-22 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********071 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin Borcalan DCS00261926-03 saylı müqavilə üzrə öhdəliklərini 592 gün, DCL00261926-13 saylı müqavilə üzrə öhdəliklərini 613 gün, DCL00261926-14 saylı müqavilə üzrə öhdəliklərini 601 gün, DCL00261926-21 saylı müqavilə üzrə öhdəliklərini 561 gün, DCL00261926-22 saylı müqavilə üzrə öhdəliklərini 585 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90,893.69 manat əsas borc, 7,725.23 manat faiz borcu, 11,731.37 manat cərimə borcu olmaqla, cəmi 110,350.29 manat təşkil edir. - DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33,878 manat əsas borc, 2,363.94 manat faiz borcu, 13,302.76 manat cərimə borcu olmaqla, cəmi 49,544.70 manat təşkil edir; - DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97,818.25 manat əsas borc, 2,851.80 manat faiz borcu, 42,393.34 manat cərimə borcu olmaqla, cəmi 143,063.39 manat təşkil edir; - DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,725 manat əsas borc, 977.92 manat faiz borcu, 2,066.07 manat cərimə borcu olmaqla, cəmi 9,768.99 manat təşkil edir; - DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,809 manat əsas borc, 1,090.57 manat faiz borcu, 2,045.54 manat cərimə borcu olmaqla, cəmi 9,945.11 manat təşkil edir. Bundan başqa, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 213 manat dövlət rüsumu ödəmişdir. X9 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X11nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X9 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. DCS00261926-03 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. İddiaçı “tələbin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90,893.69 manat əsas borc, 11,501.86 manat faiz borcu, 13,155.39 manat cərimə borcu olmaqla, cəmi 115,550.94 manat məbləğində borcun, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33,878 manat əsas borc, 2,363.94 manat faiz borcu, 14,673.88 manat cərimə borcu olmaqla, cəmi 50,915.82 manat məbləğində borcun, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97,818.25 manat əsas borc, 2,851.80 manat faiz borcu, 46,096.85 manat cərimə borcu olmaqla, cəmi 146,766.90 manat məbləğində borcun, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,725 manat əsas borc, 977.92 manat faiz borcu, 2,373.36 manat cərimə borcu olmaqla, cəmi 10,076.28 manat məbləğdə borcun, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,809 manat əsas borc, 1,090.57 manat faiz borcu, 2,356.67 manat cərimə borcu olmaqla, cəmi 10,256.24 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 224 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-75/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən 90.893,69 manat məbləğində əsas borc, 11.501,86 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-21 saylı kredit müqaviləsinə əsasən 6.725 manat məbləğində əsas borc, 933,32 manat məbləğində faiz borcu, 140 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-22 saylı kredit müqaviləsinə əsasən 6.809 manat məbləğində əsas borc, 967,82 manat məbləğində faiz borcu, 120 manat məbləğində cərimə borcu, 200 manat məbləğində mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla, ümumilikdə 119.290,69 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixli, DCL00261926-13 saylı kredit müqaviləsinə əsasən 33.878 manat məbləğində əsas borc, 2.363,94 manat məbləğində faiz borcu, 880 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı kredit müqaviləsinə əsasən 97.818,25 manat məbləğində əsas borc, 2.851,80 manat məbləğində faiz borcu və 2.400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 140.191,99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin xx.xx.2021-ci il tarixli DCL00261926- 13 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı kredit müqavilələri üzrə zaminliyə xitam verilmiş hissədə və cərimə məbləğinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin cavabdehlərdən birgə qaydada tutulması, cərimə məbləğinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə verilən iddia tələbinə əlavədə DCS00261926-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13,155.39 manat, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,673.88 manat, DCL00261926-14 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 46,096.85 manat, DCL00261926-21 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 2,373.36 manat, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,356.67 manat cərimə tələb edilmiş, lakin məhkəmə qətnaməsi ilə maliyyələşdirmə üçün ərizələrə müvafiq olaraq 800 manat, 880 manat, 2400 manat, 140 manat və 120 manat cərimə borcu təmin edilmişdir. Məhkəmə qərar verərkən cavabdehin ümumi əsas borcunun 236,123.94 manat və bu məbləğə ümumi məhkəmə praktikasına əsasən minimum 5% ilə hesablanan cərimə borcunun 11,806.197 manat olmasına, yaranmış real cərimə məbləğinin iri həcminə və icranın uzunmüddətli gecikmədə olduğunu nəzərə almamışdır. Göstərilən məbləğ gecikmə nəticəsində Banka dəyən zərəri qarşılamaq üçün mütənasib olaraq təyin edilməmiş və borclu tərəf öhdəliyi gecikdirdiyi üçün çəkməli olduğu məsuliyyətdən yan ötmüşdür. Məhkəmə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum qərarına əsaslanmış və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərini əsas gətirərək zaminlik müqaviləsində öhdəliyin icra müddəti göstərilmədiyindən, əsas kredit öhdəliyi üzrə müqavilə müddətinin bitdiyi tarixdən 1 il müddətinə müəyyən olunan iddia müddəti bank tərəfindən ötürüldüyü üçün xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı kredit müqavilələri əsasında imzalanmış zaminlik müqavilələri üzrə öhdəliyin artıq mövcud olmadığı qənaətinə gəlmişdir. Hazırkı iş üzrə zamin Cavabdeh2 müqavilə müddətindən və digər bütün şərtlərdən tam xəbərdar olduğundan, öhdəliyinin hansı ana qədər davam etdiyini bildiyindən, sözügedən müddətlə bağlı müddəa müqavilənin standart şərti olduğundan Cavabdeh2 zaminliyinə xitam verilməməli və bütün kredit müqavilələri üzrə öhdəliyi əsas borclu ilə birgə daşımağa davam etməlidir. Qeyd edilənləri nəzərə alaraq, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-75/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi kredit müqavilələrinə əsasən yaranan cərimə məbləğinin təmin edilmədiyi, həmçinin xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı kredit müqavilələri üzrə zaminliyə xitam verildiyi hissədə əsassızdır. Buna görə də, işə apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tələb edilən cəriməyə və zaminliyə münasibətdə tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinad etməklə xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı kredit müqavilələri üzrə zaminlik müqavilələrinin müddətinin bitməsi əsası ilə qeyd edilən müqavilələr üzrə öhdəliyi sadəcə əsas borcalana aid etməklə haqlı olmamış və doğru olmayan qənaətə gələrək qətnamə qəbul etmişdir. Bununla yanaşı, məhkəmənin təyin etdiyi cərimə məbləği də adekvat müəyyənləşdirilməmiş, mövcud məhkəmə praktikasına uyğun olmayan cərimə miqdarı təyin edilmişdir. Hazırkı iş üzrə verilən iddia tələbinə əlavədə DCS00261926-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən13,155.39 manat, DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,673.88 manat DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,096.85 manat, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,373.36 manat, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,356.67 manat cərimə tələb edilmiş, lakin məhkəmə qətnaməsi ilə maliyyələşdirmə üçün ərizələrə müvafiq olaraq 800 manat, 880 manat, 2400 manat, 140 manat və 120 manat cərimə borcu təmin edilmişdir. Məhkəmə qərar verərkən cavabdehin ümumi əsas borcunun 236,123.94 manat və bu məbləğə ümumi məhkəmə praktikasına əsasən minimum 5% ilə hesablanan cərimə borcunun 11,806.197 manat olmasına, yaranmış real cərimə məbləğinin iri həcminə və icranın uzunmüddətli gecikmədə olduğunu nəzərə almamışdır. Göstərilən məbləğ gecikmə nəticəsində Banka dəyən zərəri qarşılamaq üçün mütənasib olaraq təyin edilməmiş və borclu tərəf öhdəliyi gecikdirdiyi üçün çəkməli olduğu məsuliyyətdən yan ötmüşdür. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 75/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında bank xidmətlərinin göstərilməsinə dair X11nun xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC02525LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DCS00261926-03 saylı kredit müqaviləsinə əsasən kreditror X2 11 dekabr 2020-ci il tarixli ZM383/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli isifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 131,505 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DGS**********31 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli DCS00261926-03 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 33.878 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********25 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı maliyyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla mal alışı məqsədilə 97.819 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********30 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı maliyyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla mal alışı məqsədilə 6.725 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********86 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla mal alışı məqsədilə 6.809 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********071 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyələşdirmə ərizəsi üzrə borclu Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00261926-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33.878 manat əsas borc, 2.363,94 manat faiz borcu, 12.923,52 manat cərimə borcu olmaqla, cəmi 49.165,46 manat, DCS00261926-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 90.893,69 manat əsas borc, 11.501,86 manat faiz borcu, 11.337,51 manat cərimə borcu olmaqla, cəmi 113,733,06 manat, DCL00261926-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.725 manat əsas borc, 977,92 manat faiz borcu, 1.981,07 manat cərimə borcu olmaqla, cəmi 9.683,99 manat, DCL00261926-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.809 manat əsas borc, 1.090,57 manat faiz borcu, 1.959,48 manat cərimə borcu olmaqla, cəmi 9.859,05 manat və DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 97.818,25 manat əsas borc, 2.851,80 manat faiz borcu, 41.368,97 manat cərimə borcu olmaqla, cəmi 142.039,02 manat təşkil edir təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 400 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/490 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2020-ci il tarixli DCS00261926-03 №-li kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli DCS00261926-03 №-li kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014ci il tarixli qərarına əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 90.893,69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.055,04 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 90.893 69 manat, faiz borcu üzrə 13.750,57 manat, faiz (illik 5%-lə) 3.812,48 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-13 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.079,73 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 33.878 manat, faiz borcu üzrə 2.374,55 manat, faiz (illik 5%-lə) 2.362,15 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-14 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə : xx.xx.2022-ci il tarixə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, xx.xx.2023-cü il tarixə əas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.118,99 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 97.818,25 manat, faiz borcu üzrə 2.851,80 manat, faiz (illik 5%-lə) 7.934,15 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-21 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 959,06 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.725 manat, faiz borcu üzrə 933,32 manat, faiz (illik 5%-lə) 1.149,60 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-22 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 278,98 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.809 manat, faiz borcu üzrə 967,82 manat, faiz (illik 5%-lə) 335,72 manat müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli DCL00261926- 13 saylı və xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2023-cü il tarixdə icra edilməmiş öhdəliklər üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, DCS00261926-03 saylı maliyyələşdirmə ərizəsi üzrə 800 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-13 saylı maliyyələşdirmə ərizəsi üzrə 880 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-14 saylı maliyyələşdirmə ərizəsi üzrə 2.400 manat, xx.xx.2021-ci il tarixli DCL00261926-21 saylı maliyyələşdirmə ərizəsi üzrə 140 manat və xx.xx.2021-ci il tarixli DCL00261926-22 saylı maliyyələşdirmə ərizəsi üzrə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. MM-in 477.0.4-cü maddəsinə əasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Habelə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmçinin MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-75/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-2(121)-75/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-145/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-145/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver