Məhkəmə qərarları › İş №2-2(106)-146/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-146/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-146/2025 18.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-2(121)-602/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 40000 manat məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 210 manat, cəmi 40210 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “X9 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra iddiaçı ilə “X9 Təsərrüfatı” MMC arasında (MMC adından X4) Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş 3M-1059 saylı xx.xx.2022-ci il tarixli sözügedən torpaq sahəsinin istifadə hüququnun alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına qeydə alınmışdır. Torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı üzərində sahiblik və istifadə hüququ olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də, cavabdeh tərəfindən maneə ilə qarşılaşmışdır. Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Cavabdeh həmçinin orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Yuxarıda qeyd olunan bütün faktlar foto və video çəkilişlərlə təsdiq olunur. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh qarşı iddia tələbi ilə müraciət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfində törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 15 may 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Qeyd olunan iddia tələbini qaldırmalarından 1 il 7 ay keçmişdir. Bütün bu zaman ərzində iddiaçı olaraq öz torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə bağlı ona 40000 manat dəyərində zərər dəymişdir. İŞİNHALLARİ: “X3 və Emal Birliyi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23BF/001/2 nömrəli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər arasında təsərrüfata məxsus Beyləqan rayonu xəstəxana yolunun yaxınlığında yerləşən 8 ha torpaq sahəsindən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə razılaşma əldə olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi 18 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının, iddiaçı (icra işi üzrə tələbkar) və cavabdehin (icra işi üzrə borclu) iştirakları ilə tərtib edilmiş və imzalanmış aktın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən torpaq sahəsi ölçülərək İddiaçı təhvil verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək, əvvəlki məhkəmə qərarlarına istinad edildiyini, həmin işlə baxılan işin predmetləri arasında əlaqəni və qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halların baxılan işə münasibətdə preyudisial əhəmiyyət kəsb etdiyini qeyd etsə də, yuxarıda qeyd edilmiş halı diqqətdən qaçırmışdır. Torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verildiyindən, iddiaçı torpaq sahəsini əldə etdikdən sonra cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ olmadığını bildiyi halda həmin torpaq sahəsini verməkdən imtina etmişdir. Nəticədə, torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifaə etmək istəyən iddiaçı 2 (iki) ilərzində bu hüququndan məhrum olmuşdur ki, bununla da hüququ pozulmuş və zərərə uğramışdır. Qazanacağı faydadan məhrum olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə izahatında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq mübahisəli ərazinin yalnız cavabdehə qarşı hazırkı işdə olan məhkəmə qərarlarından sonra ona təhvil verildiyini bildirdi. Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini və mübahisəli ərazinin əvvəlcə - 2019-cu ildə ona Mahirə Həsənova tərəfindən verildiyini bildirdi. Həmin torpaq sahəsi daha sonra “X3 və Emal Birliyi” MMC ilə aralarında bağlanmış 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən ona verilmişdir. O, həmin sahəni vicdanlı olaraq əldə etmişdir. İddiaçı mübahisəli əraziyə dair çıxarış əldə etsə də, torpaq satılan zaman iddiaçıya faktiki surətdə ayrılıb verilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etmədiyini və cavabdehin izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qətnamənin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan əlavə, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, işdə olan mötəbər sübutlar hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, MM-in 159-cu maddəsinin tələbinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Yəni, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Göründüyü kimi, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Habelə MM-in 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Bununla yanaşı, məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 164-cü maddəsi və ondan sonrakı maddələrdə ehtiva olunan normalar sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. 164-cü maddədə qeyd edilmişdir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Beləliklə, əşya hüquqları başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən hüquqlardır. Bu səbəbdən də, əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Qeyd edilməlidir ki, MM-in 572-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin; Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Yuxarıda göstərilən normanın tələblərindən irəli gələrək tərkib hesab edir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı maddi zərərin vurulması və cavabdehin təqsiri iş materialları ilə təsdiq edilmir və beləcə, iddia tələbinin qanuni əsası mövcud olmadığından təmin edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mülki işin mübahisəsiz hallarına əsasən mübahisəli torpaq sahəsi İddiaçı satılan zaman ona satıcı tərəfindən faktiki olaraq təhvil verilməmişdir. Həmin ərazi yalnız uzun sürən məhkəmə mübahisələrindən sonra xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinin tərtib etdiyi Akt əsasında təhvil verilmişdir. Qeyd edilən dövr ərzində adıçəkilən ərazi Cavabdeh faktiki sahibliyində olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli icra sənədi əsasında çıxarılması nəzərdə tutulmuş - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı 3.53 ha torpaq sahəsindən 2019-cu ildən etibarən Mahirə Həsənova ilə aralarında olan sadə yazılı razılaşma, daha sonralar isə “X3 və Emal Birliyi” MMC ilə aralarında bağlanmış 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən istifadə etmişdir. Beləcə, iddiaçı alğı-satqı əsasında aldıqdan sonra mübahisəli torpaq sahəsi satıcı tərəfindən ona təhvil verilməmiş və bununla da, faktiki sahibliyin həyata keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı adıçəkilən torpaq sahəsi üzərində faktiki idarəçiliyi ələ keçirməmiş, sahiblikdən irəli gələn hüquqları əldə etməmiş və cavabdeh tərəfindən iddiaçının sahibliyinin özbaşınalıqla pozulması faktı aşkar edilməmişdir. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən belə qənaət hasil edir ki, əldə edilməmiş sahibliyin qorunması və başqa şəxslər tərəfindən pozulmamış sahibliyin müdafiəsi mümkün deyildir. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilməlidir ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-2(121)-602/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar