Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-148/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Gensan Group of Company” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(121)-2380/2024 saylı (hakim Namidar Misirzadə) qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(121)-2380/2024 saylı qərardadı ilə iddia ərizəsi iddiaçı tərəfindən mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, ödənilmiş 715 manat məbləğində dövlət rüsumu iddia ərizəsi üzrə iddiaçı olan İddiaçı tərəfindən deyil, "Proform” MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qərardad əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, qanunvericilik dövlət rüsumunun ödənilməsi qaydasını qeyd etsə də, belə bir qaydanın "dövlət rüsumunun məhz iddiaçının adından ödənilməsi” kimi müəyyən edilməmişdir. Məhkəmə qərardadda MPM-nin 152.1.5-ci maddəsinə istinad etsə də, həmin qaydanı müəyyən edən qanunvericiliyin hər hansı normasına istinad etməmişdir. Başqa sözlə, heç bir qanunvericilik normasında və ya digər normativ aktda dövlət rüsumunun məhz iddiaçının adından ödənilməsi qaydası müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qərardadda MPM-nin 152.1.5-ci maddəsinə (müəyyən edilmiş ... məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə) istinad etsə də, həmin mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsi Elektron Məhkəmə Sistemi vasitəsilə verilərkən müvafiq bölmədə ödənilmiş dövlət rüsumu barədə məlumat qeyd olunmuş və Elektron Məhkəmə Sistemi həmin məlumatı təsdiqləmişdir. Əgər rüsum ödənilməmişdirsə, Elektron Məhkəmə Sistemi həmin iddia ərizəsini təsdiqləməzdi. Əgər bu da məhkəməni qane etməzsə, həmin rüsumun ödəniş qəbzi məhkəməyə təqdim edilə bilər. Bundan başqa, adından dövlət rüsumu ödənilmiş "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi və direktoru hazırkı iş üzrə İddiaçıdur. Həmin iş üzrə dövlət rüsumu ödənilərkən səhvən şəxsən iddiaçının adından deyil, "xxxx" MMC-nin adından ödənilmişdir. Ödənilmiş qəbzdən göründüyü kimi rüsum iddia ərizəsi məhkəməyə verilən gün ödənilmişdir. Yəni həmin rüsum başqa vaxtlar digər məhkəmə işləri üçün ödənilməmişdir. Ödənilmiş rüsumun geri qaytarılması prosesi isə aylarla davam edən prosesdir. Bu müddət ərzində isə iddia ərizəsi və ya müvəqqəti təminat tədbirinə dair ərizənin effektivliyi itə bilər. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2- 2(121)-2380/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlərə qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(121)-2380/2024 saylı qərardadı ilə iddia ərizəsi iddiaçı tərəfindən mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəsinə əlavə edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə iddiaçının iddia ərizəsini təqdim edərkən, dövlət rüsumu öz adından ödəməsi təsbit edilməmişdir. İş materiallarından da, müəyyən edilir ki, dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun iddiaçının adından ödənilməməsi, iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Hazırda iddiaçının şikayəti əsasında işə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; 108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; 108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; 108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə; 108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla); 108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə; 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə; 108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə; 108.1.10. arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.11. müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə; 108.1.12. arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizələr verildikdə; 108.1.14. xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə təqdim edilərkən, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qanunvericiliyində tələbindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən, dövlət rüsumunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi üzrə rüsumun iddiaçı tərəfindən ödənilməsi qanunvericilikdə konkret olaraq göstərilməsə də, dövlət rüsumunun iddianı verən iddiaçı tərəfindən ödəməsi məntiqəuyğundur. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilsə də, dövlət rüsumu "xxxx" MMC tərəfindən ödənilmişdir. Belə olan halda da, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmişdir. İddia ərizəsini iddiaçı öz adından ödəməli olduğu halda, rüsum hüquqi şəxsin adından ödənilmişdir. Məhkəmə Kollegiyası iddiaçı tərəfin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının şikayətində göstərilənlər əsaslı hesab edilə bilməz, çünki dövlət rüsumunun iddianı məhkəməyə təqdim edən şəxs tərəfindən deyil, hər hansı başqa hüquqi şəxs tərəfindən ödənilməsi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(121)-2380/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-148/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-148/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver