Məhkəmə qərarları › İş №2-2(106)-148/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-148/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-148/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(121)-102/2025 saylı qərardadından (hakim Rəmzi Nəbiyev) Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 23.843,47 manat məbləğində əsas borc, 4733,67 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 28.677,14 (iyirmi səkkiz min, altı yüz yetmiş yeddi manat, on dörd qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 176,03 (bir yüz yetmiş altı manat, sıfır üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 3,97 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 97,17 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 2,83 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab№AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-102/2025 nömrəli qərardadı ilə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-102/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 102/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş şikayətdə göstərilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-102/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ona rəsmi olaraq göndərilməmişdir. Buna görə də qətnamədən vaxtında Apellyasiya şikayəti verə bilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” X1 Elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Rəsmi qaydada verildiyi tarix hazırki iş üzrə Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarı göndərildikdən sonra məlum olmuşdur. Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi olaraq bildiriş, məktub və qərar göndərilmişdir. O, bundan sonra müəyyən etmişdir ki, barəsində icra icraatı başlanılmışdır. Bu vaxta qədər bu məhkəmə işi bağlı məlumatı olmamış və məhkəmənin qətnaməsi ona rəsmi göndərilməmişdir. Qətnamədən məlumatlı olmadığına və rəsmi olaraq ona poçt vasitəsilə göndərilmədiyindən qətnamə qəbul edilən tarixdən 1 ay sonra şikayət verə bilməmiş və üzürlü səbəbdən müddəti ötürmüşdür. Etibarnamə üzrə səlahiyyətləri vəkilə verildikdən sonra Elektron Məhkəmə Sisteminə daxil olduqdan sonra elektron məhkəmə sistemi vasitəsilə şikayət hazırlanılmışdır. Şikayətin əsaslarından biri göründüyü kimi qətnaməni poçtla göndərilməməsidir. Qərardadda isə göstərilir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh2 imzalamaqla qəbul etmişdir. Ümumiyyətlə poçt vasitəsilə Nuraliyev Məhəmməd heç bir məktub, zərf, xəbərnamə və sair sənəd formasında kağız daşıyıcı almamışdır. Əgər poçt vasitəsilə onun imza etdiyi barədə sənəd təqdim edilirsə həmin sənədə adi gözlə baxdıqda iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsi və şəxsiyyət vəsiqəsinə baxış keçirməklə imzanın Cavabdeh2 aid olmadığını görmək mümkündür. Birinci instansiya Məhkəməsi şikayətin dəlillərinə qiymət verərək hesab etmişdir ki, şikayət əsassız olduğuna görə təmin edilməməli və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Ona görə də, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2nın şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-cü il tarixli, e-2-2(121)-102/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tərtib edildikən sonra Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə Cavabdeh2 göndərilmiş və həmin gün poçt xəbərnaməsi imzalanmaqla cavabdeh qətnaməni qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə bərpa edir. Lakin hazırda müəyyən olunur ki, qətnamə Cavabdeh2 03 fevral 2025-ci il tarixdə təqdim olunmuş və onun Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən məlumatlı olmuş, lakin apellyasiya qanunla müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra, yəni, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cavabdehin müddətin üzrlü səbəblərdən ötürülməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən xüsusatları nəzərə alan birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzürsüz səbəbdən ötürüldüyündən cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tərtib edildikən sonra Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmiş, Cavabdeh2 qətnamə xx.xx.2025-ci il tarixdə almışdır. Cavabdeh bəhsi keçən qətnamədən 1 ay ərzində yəni, xx.xx.2025-ci il tarixinədək apellyasiya şikayəti verməli olduğu halda şikayət verməmiş, lakin onu şikayəti 1 ay 15 gün keçdukdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh2 bəhs olunan qətnamədən apellyasiya şikayəti vermə müddətini 1 ay 15 gün ötürməsini qəbul edib həmin müddətin bərpa olunmasını xahiş etsə də şikayətinə müddətin üzrlü olaraq ötürülməsinə dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Kollegiya cavabdehin güya qətnamədən Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona icraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarı göndərildikdən sonra məlumatının olması ilə bağlı arqumentini isə əsaslı hesab etmir. Çünki, cavabdeh məhkəmə qətnməsini xx.xx.2025-ci il tarixdə rəsmi olaraq almış və həmin tarixdən də mübahisələndiridiyi qətnamədən xəbəri və məlumatı olmuşdur. Cavabdeh şikayət vermə müddətini üzrsüz olaraq ötürmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 259, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-cü il tarixli, e-2-2(121)-102/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar