Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-15/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, pretenziyanın verildiyi tarixə borc dəyişdirildi. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X7 (sədrlik edən, məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2-2(121)-551/2023 saylı (hakim Elşən Abdullayev) qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21623.43 AZN əsas borc, 3497.46 AZN faiz borcu və 708.31 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 25829.2 AZN borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11 mart 2021-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 11 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 30000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə 11 mart 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 08 dekabr 2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 28 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il dekabr 12-dək Cavabdeh1 banka 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21623.43 AZN əsas borc, 3497.46 AZN faiz borcu və 708.31 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 25829.2 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. "Yelo Bank” ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Sonradan iddiaçı "iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21623.43 AZN əsas borc, 4.753.91 AZN faiz borcu və 1.341,24 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 27.718,58 AZN borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11 mart 2021-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Sonradan iddiaçı "iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21623.43 AZN əsas borc, 4.753.91 AZN faiz borcu və 1.341,24 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 27.718,58 AZN borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11 mart 2021-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-551/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 21.623,43 manat məbləğində əsas borc, 4.264,61 manat məbləğində faiz borcu, 140 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 26.228,04 (iyirmi altı min iki yüz iyirmi səkkiz manat, dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. X4 Məhkəməsinin e-2-2(121)-551/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair iş üzrə icraata "Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış 11 mart 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etimşdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, təyin olunmuş cərimə və faiz məbləği ilə razı deyil. Cərimə və faiz məbləği tam olaraq silinməlidir. Çünki cavabdeh dəfələrlə iddiyaçıya qeyd olunan müraciətlərdə də mal-qaranın xəstəlik səbəbindən tələf olması bildirilmişdir. Bu da forsmajor hal olaraq nəzərə alınmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən kommersiya işinə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, apellyasiya şikayətinin mahiyyətində də qeyd etdiyi kimi faiz və cərimə borcuna dair hissədə qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun müəyyən edilməsinə dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MGZ3-5-0-97-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, 120 ay müddətinə 400.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 3-MGZ3-5-0-97-21 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 23 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 30.000 manat məbləğində biznes məqsədi ilə kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan bank hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 bank hesabına 30.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021 -ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 bank hesabından 15.000 manat məxaric etmişdir. İş materiallarında olan "Yelo Bank” ASC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Firudin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər xx.xx.2021-ci il tarixli, 3-MGZ3-5-0-97-21 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021 ci il tarixli, 3-MGZ3-5-0-97-21 nömrəli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 22.695,40 manat təşkil etmiş, müqavilə ilə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eyni tarixdə zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Firudin oğlu ilə bağlanmış zaminlik müqavilələrinə də müvafiq dəyişikliklər edilmişdir. İş materiallarında olan "Yelo Bank” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21.623,43 manat əsas, 4.753,91 manat faiz və 1.341,24 manat cərimə borcu olmaqla, ümumilikdə 27.718,58 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, X6 və X3 məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 9/5066 saylı ekspert rəyində qeyd edilmişdir ki, 11 mart 2021-ci il tarixli, 3-MGZ3-5-0-97-21 saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixə Cavabdeh1 "Yelo Bank” ASC-nə olan əsas kredit borcu 22.029,85 manat, faiz borcu isə 4.264,61 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Cavabdeh hazırda birinci instansiya məhkəməsinin qətnaməsini tam olaraq mübahisələndirmişdir. Əsas narazı olduğu hissə borc məbləğidir. İş üzrə apellyasiya baxışında iddiaçıların 22 sentyabr 2022-ci il tarixə (xəbərdarlıq məktubu göndərilən tarixə) qalmış borcunun müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 9/457 nömrəli rəyinə görə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları; 11 mart 2021-ci il tarixli, 3-MGZ3-5-0-97-21 saylı kredit müqaviləsi və 08.12.202-ci il tarixli, “Əlavə Saziş” 1-in şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 22 sentyabr 2022-ci il tarixə (xəbərdarlıq məktubu göndərilən tarixə) 23.887,70 AZN, əsas borc üzrə 22.029,85 AZN, faiz borcu üzrə 1.857,85 AZN, 19 sentyabr 2023-cü il tarixə (birinci instansiya məhkəməsində qətnamə çıxarılan tarixə) 28.912,34 AZN, əsas borc üzrə 22.029,85 AZN, faiz borcu üzrə 6.882,49 AZN müəyyən edilir. Məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən də olsa əsaslıdır. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək, faiz borcu 1.857,85 AZN məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamə ilə müəyyən olunan faiz borcunun apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 551/2023 saylı qətnaməsi- cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4.264,61 manat məbləğində faiz borcunun tutularaq iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada faiz borcu üzrə 1857.85 (bir min səkkiz yüz əlli yeddi manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-15/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-15/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver