Məhkəmə qərarları › İş №2-2(106)-151/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-151/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-151/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı - pultələbi barədə iddiasına dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı - pultələbi barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-2(121)-523/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 manat pul vəsaitinin, 135 manat ödənilmiş dövlət rüsumuna görə pulun ümumilikdə isə 15.135 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində “Memar Əcəmi” metrosunun yaxınlığında yaşayış binasının zirzəmisində satış yeri icarəyə götürərək orada qadın ayaqqabılarının satışı ilə məşğul olur. Həmin ünvanda olan “Miledi” adlı mağazasında aralarında olan şifahi razılaşma əsasında Cavabdeh işə götürərək birlikdə şərikli formada xx.xx.2022xx.xx.2023-cü ilədək 6 ay müddətində birlikdə işləmişlər. xx.xx.2022 - xx.xx.2023-cü ilədək 6 ay müddətində ərzində gündəlik olaraq mağazadakı ticarətin bütün alış-satışını və satışdan gələn pulların Cavabdeh verilməsini şifahi olaraq etibar etmişdir. Qeyd olunan müddət ərzində mağazada olan satışdan 22344 AZN qazanc əldə edilmişdir. Həmin bu dövriyyə mağazada gündəlik olaraq Cavabdeh tərəfindən, onun əlyazma xətti ilə satış dəftərinə qeyd olunmuşdur. O isə şəxsi problemlərinin olması eləcə də sağlamlığımi ilə əlaqədar olaraq mağazaya gedərək hər dəfə hesablaşma apara bilmirmiş. Cavabdeh ona olan etibarından sui- istifadə edərək mağazanın mallarının satışından əldə olunan pul vəsaitlərininmüştərilərdən alaraq özadına olan LEO BANK hesabına və digər ona məlum olmayan bank hesablarına köçürərək ümumilikdə 15 000 (on beş min) AZN məbləğində pulumu mənimsəmiş və ona küllimiqdarda ziyan vurmuşdur. İddia Ərizəsinə əlavə edilmiş satış dəftərində cavabdehin öz dəsti xətti ilə yazılmış sartışların siyahısı qeyd olunmuşdur. Cavabdeh Sözügedən mağazada hər gün satışın olduğunu göstərmiş və həmin satış dəftərində ayırıca qeyd kimi gəlirin də məbləğini xüsusi olaraq qeyd etmişdir.2023-cü ilin mart ayında mağazada satış mallarının azaldığını görüb o Cavabdeh hesablaşmanın aparılmasını tələb etmişdir. Həmçinin malların satışından gələn pulların Cavabdeh məxsus bank kartına göndərilə biləcəyi sualın verdikdə isə cavabdeh bu suala cavab vermədən ondan uzaqlaşmış və onun telefon zənglərini blok edərək dərhal bank kartının hesablarını da bağlatdırmışdır. O banklardan böyük məbləğdə 11 000 (on bir min) manat kredit pul götürərək mağazaya sərmayə kimi yatırtmışdır. Cavabdeh da işlədiyi müddət ərzində Binə Ticarət Bazarından satış üçün nisyə gətirmişdir. Cavabdeh tərəfindən aldadıldığını bildikdən sonra Binə Ticarət Bazarından satış üçün 12 000 (on iki min) manat dəyərində malların nisyə götürüldüyü və verilmədiyini aşkarlamışdır. Cavabdeh yuxarıda qeyd olunlara əsasən ona 15 000 (on beş min) manat məbləğində pul vəsaiti borcludur. Lakin o bu məbləğin ödənişindən könüllü olaraq yayınır və bununla da həm qanun pozuntusu edir həmdə ona maddi və mənəviziyan vurur. Cavabdeh özünün bank hesabına köçürlümüş məbləğlərin araşdırılmasından ehtiyat edərək dərhal bank hesabını bağlamışdır. O bu hadisə ilə bağlı ərazi polisinə məlumat verərək pulun alını ona ödənilməsində köməklik göstərilməsini bildirmişdir. Cavabdeh öhdəsində olan və ona verilməli məbləğlə bağlı şifahi şəkildə polis əməkdaşına 2000 manat sonradan isə 5000 manat ödəniş edə biləcəyini demişdir. Lakin sonradan bu məbləğləri də ödəməmiş, öhdəsində olan və ona verilməli olan 15000 manat məbləği mağazaya gələn müştərilərdən qanunsuz formada almaqla ona külli miqdarda ziyan vurmuşdur. Cavabdehə Pretenziya bildirişi həm poçt vasitəsi ilə həmdə elektron vergi xidməti vasitəsi ilə tərəfindən göndərilmiş və hazırkı iddia ərizəsinə əlavə olunmuşdur. Lakin cavabdeh bu bildirişləri alsa da, ona vurduğu ziyanla bağlı xəbərdar olsa da pulun qaytarması ilə bağlı heç bir addım atmamışdır. Cavabdehin qeydiyyatda olduğu Lənkəran rayonu, Mamusta kəndi olduğuna görə ilkin olaraq iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Lənkəran rayon Məhkəməsinin e-2(049)-4240/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yekun məhkəmə aktı qəbul edilmiş və göstərilmişdir ki, iddia ərizəsindən görnür ki, İddiaçı ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyəndən irəli gələn mübahisə yaranmısḑır. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, həm iddiacı̧, həm də cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmısļar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehnümayəndəsi-vəkili Vəkil izahatında iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-2(121)-523/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayında mağazada satış mallarının azaldığını görüb o, Cavabdeh hesablaşmanın aparılmasını tələb etmiş, həmçinin o, malların satışından gələn pulların Cavabdeh məxsus bank kartına göndərilə biləcəyi sualın verdikdə isə cavabdeh bu suala cavab vermədən ondan uzaqlaşmış və onun telefon zənglərini blok edərək dərhal bank kartının hesablarını da bağlatdırmışdır. O, banklardan böyük məbləğdə 11 000 (on bir min) manat kredit pul götürərək mağazaya sərmayə kimi yatırtmışdır. Cavabdeh da işlədiyi müddət ərzində Binə Ticarət Bazarından satış üçün nisyə gətirmişdir. Cavabdeh tərəfindən aldadıldığını bildikdən sonra Binə Ticarət Bazarından satış üçün 12 000 (on iki min) manat dəyərində malların nisyə götürüldüyü və verilmədiyini aşkarlamışdır. Cavabdeh yuxarıda qeyd olunlara əsasən ona 15 000 (on beş min) manat məbləğində pul vəsaiti borcludur. Lakin o bu məbləğin ödənişindən könüllü olaraq yayınır və bununla da həm qanun pozuntusu edir həmdə mənə maddi və mənəvi ziyan vurur. Cavabdeh özünün bank hesabına köçürlümüş məbləğlərin araşdırılmasından ehtiyat edərək dərhal bank hesabını bağlamışdır. Şirvan Kommersiya məhkəməsi tərəfndən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübut etmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-2(121)-523/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək təmin edilməsini xahiş etməklə tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd olunan Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqiHəmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan əlyazmalardan görünür ki, cavabdehin iddiaçıya 15.000 manat borcunun yaranması göstərilir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.20223-cü il tarixli pretenziya məktubundan görünür ki, 15.000 manat cərimə borcunun olması bildirilmiş, həmin borcun ödənilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı şifahi olaraq ticarətin bütün alış-satışını və satışdan əldə olunan pulların cavabdehə verilməsini iddia etsə də, istinad olunan sənədlərin heç birində cavabdehin hansısa öhdəlik daşıdığı müəyyən olunmur. Eyni zamanda qeyd etmişdir ki, satış dəftərlərində əldə olunan gündəlik qazancların əlyazması göstərilən sənədlərin cavabdehlə əlaqəsi təsdiq olunmur. İddiaçı tərəfindən əldə olunan dövriyyənin məhz cavabdehə təhvil verilməsi və ya sonuncu tərəfindən təhvil alınması təsdiq olunmadığından, iddia tələbi sübuta yetirilmir. Qeyd edilən sübutların iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş əlyazma formasında kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Eyni zamanda, həmin kağızın məzmununda tarixlər, məbləğlər yazılmışdır. Həmin yazıların kim tərəfindən yazılması, kimin kimə borclu olması, hər hansı şəxsin imzası, həmin yazılanlarla razı olub-olmaması, rekvizitləri, telefon nömrəsi və bu kimi digər heç bir qeyd yoxdur. Hətta məhkəmə həmin kağız parçasını sübut kimi qəbul etsə belə, hüquq münasibətində olan tərəflərin kimliyi məhkəmə üçün müəyyən deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etməmiş qətnamədən iddiaçı narazı qalmış və onu mübahisələndirmişdir. Kollegiya həm iddiaçını həm də cavabdehi məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə apellyasiya baxışını 2 dəfə təxirə salmış, lakin məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər, xüsusilə də iddiaçı kollegiyanın iclasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin iclasında iddiasının təmin edilməsi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, həmçinin apellyasiya baxışında da iştirak etməyərək apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olan halları məhkəməyə bildirməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Yuxarıda şərh olunanlara əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməməli, Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-2(121)-523/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-2(121)-523/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar