Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-156/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Nümayəndə Çilovxan oğlunun iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-2(121)-189/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlərin ləğv edilməsi; cavabdehdən onun nizamnaməsinin, 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; emissiya prospektinin; 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; xx.xx.2024-cü ildə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə “əsli ilə düzdür” ştampı və cəmiyyətin möhürü ilə təsdiqləyərək cavabdeh tərəfindən təqdim edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-2(121)-189/2025 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı 17 iyul 2025-ci il tarixdə məhkəmə iclasında iddiadan imtina barədə yazılı ərizə verərək bildirdi ki, qarşı tərəflə öz aralarında razılaşıblar. Buna görə də, iddiadan imtinanın təsdiq olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək qarşı tərəflə öz aralarında razılaşdıqlarını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. İddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə tərkibinə belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi iddiaçının iradə ifadəsinə uyğundur. Məhkəmə tərkibi hesab edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, iddiadan imtina təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Habelə MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 376 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: İddiadan imtina təsdiq edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 may 2025-ci il tarixli e-2-2(121)-189/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(106)-156/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-156/2025
17.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver