Məhkəmə qərarları › İş №2-2(106)-16/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-16/2025

19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-16/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçı və cavabdeh İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, iddiaçı və Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qəbzin etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(121)-1655/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 550000 manat pulun və 840 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehi bir müddətdir tanıyır. Cavabdeh restoran biznesi ilə məşğul olur. Cavabdeh ondan 2021-ci ilin mart ayından 5 sentyabr 2021-ci il tarixədək şəxsi problemlərinin həlli və restoran biznesini genişləndirmək üçün hissə-hissə olmaqla, ümumilikdə 500000 manat borc pul almışdır. Cavabdeh almış olduğu borcu hissəhissə olmaqla 24 ay müddətinə, üzərində əlavə 50000 manat qoymaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh borcundan hər ay minimum 25000-30000 manat məbləğində pul ödəmədiyi təqdirdə, ödəməli olduğu bütün məbləğin, yəni 550000 manat pulun məhkəmə qaydasında tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehin 500000 manat məbləğində borc pul almasını, borcunu ödəmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulmasına etiraz etmədiyini sübut edən özü tərəfindən imzalanmış akt da mövcuddur. Cavabdeh ödəməli olduğu məbləği 2023-cü ilin sentyabr ayınadək ödəyib yekunlaşdırmalı olduğu halda, bu günə qədər bir manat belə ödəniş etməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qəbzin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, onun adından tərtib edilmiş “pulun etirafı barədə” 5 sentyabr 2021-ci il tarixli qəbzin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi üzrə İddiaçı borc pul almamış, bu şəxs onun biznes ortağı olmuş, onunla bir neçə restoranda iş birliyi qurmuş və əldə edilmiş gəlirlərin 50 faizi restoran sahibinə çatmış, qalan 50 faizini isə aralarında bölmüşlər. Biznes fəaliyyətinin tənzimlənməsi və əldə edilmiş gəlirlərin, xərclərin bölünməsi ilə bağlı sənədləşmə işlərinin aparılmasında hüquqşünas Şahid1 onlara yardım etmiş və hər dəfə özü iş yerində olmadığı üçün qabaqcadan imzasını bir neçə boş kağızlara atmaqla, Şahid1 təqdim etmiş və həmin kağızlar da Şahid1 olmuşdur. Qarşı tərəfin təqdim etdiyi həmin qəbzdə də onun imzası və xətti olmuşdur, lakin ondan yuxarıda kompüter vasitəsi ilə yazılan sözlər həmin qəbzə sonradan əlavə edilmişdir. İddia ərizəsindən məlum olmuşdur ki, onun imzaladığı həmin boş kağızı digər sənədlərlə birlikdə Şahid1 İddiaçı biznes ortağı və dost kimi qəbul edərək ona vermiş, bu şəxsin belə bir saxtakarlıq edəcəyini ağlına belə gətirməmişdir. O, İddiaçı 500000 manat almamışdır. İddiaçı dayısından 80000 manat pul götürərək şərikli biznes fəaliyyətinə qoymuş və bunun əvəzində 5 ay müddətində 130000 manat pulu ümumi gəlirdən götürməklə dayısına qaytarmışdır. Lakin bu dəfə İddiaçı ondan külli miqdarda pul qoparmaq üçün imzası olan bir kağıza sonradan kompüter vasitəsi ilə ağlasığmaz bir məbləği əlavə edərək iddia qaldırmışdır. Həmin qəbz məhkəmə qaydasında etibarsız sayılmalı və bu saxtakarlığı etmiş İddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməlidir. Qeyd edilən xüsusatları təsdiqləyən şahid və sübutlar da vardır və məhkəməyə təqdim ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı və cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh borclu olduğu 550000 manat məbləğində pul vəsaitindən 50000 manatını sonradan ona qaytarmışdır. Birinci instansiya məhkəməsində iddiaçı və Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, ilk iddianın rədd edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, pandemiya dövründə avtomobillərini İddiaçı almışdır. İddiaçı ilə birlikdə Sumqayıt şəhərində parkın yanında obyekt götürmüşlər. Restoran işlətməmişdən qabaq müvafiq qurumlardan icazə almadıqları üçün müxtəlif cərimələr yazılmışdır. O, restoranın fəaliyyətində şou proqramların aparılmasına və işçilərə nəzarət etmiş, restoranın kassasına və bazarlığına İddiaçı nəzarət etmişdir. Qəbzdə olan imza “Spring” hotelin restoranının müqaviləsinə atdığı imza olmuşdur. Belə ki, o, boş kağıza imza etmişdir. Yəni, qəbzdə olan yazını boş vərəqə yazaraq imzalamışdır və bunu “Spring” hotelin restoranının işlədilməsi ilə bağlı müqavilə üçün etmişdir. Həmin restoranın müqaviləsini Xətai adlı vəkil gətirmiş və boş kağız olduğunu qeyd etmişdir. Səhəri günü məclisdə olmalı olduğu üçün, həmçinin münasibətləri yaxşı olduğu üçün, o cümlədən Şahid1 İddiaçı tanışı olduğu üçün ona etibar etmişdir. Bütün hüquqi məsələləri Xətai aparmışdır. İmzaladığı müqavilə Şahid1, həmçinin “Spring” hotelin restoranındadır. Onu restoranla bağlı müqaviləyə imza etmək adı ilə aldatmışlar. “Borcun etirafı barədə” 5 sentyabr 2021-ci il tarixli qəbzdən 6 sentyabr 2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, həmin qəbz barədə məlumat onun işçisinin e-mailinə gəlmişdir. İddiaçının təqdim etdiyi “borcun etirafı barədə” 5 sentyabr 2021-ci il tarixli qəbzdən məzmunca fərqli olan başqa qəbzlər də mövcuddur. Həmin qəbzlər ona köməkçisi Eldəniz tərəfindən təqdim edilmişdir. Belə ki, İddiaçı e-mail ünvanın giriş məlumatları Eldənizdə olduğundan, Eldəniz Turalın e-mail ünvanına daxil olaraq həmin qəbzləri çıxarıb ona təqdim etmişdir. Onun Eldənizdən başqa da şahidləri vardır. Belə ki, onun imzası ilə təsdiqlənən eyni məzmunlu boş kağızların olmasını sübuta yetirən şahidləri var. İddiaçı onu birgə iş qurmasından istifadə etməklə bu qəbzi aldadaraq əldə etmişdir. Məhkəmə iclasına tək gəlməli olduğunu düşündüyü üçün şahidləri iclasa gətirməmişdir. Xətai adlı vəkilə zəng edərək bir dəfə danışmış, lakin, Xətai onun sonrakı telefon zənglərinə cavab verilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(121)-1655/2024 saylı qətnaməs ilə ilk iddia qismən təmin olunaraq, 500000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 790 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 882, 442-ci maddələrinə istinadla ilk iddia üzrə gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn münasibətlər formalaşmış, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddiaya münasibətdə isə Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.2, 354.2-ci maddələrinə istinadla məhkəmə hesab etmişdir ki, “borcun etirafı barədə” xx.xx.2021-ci il tarixli qəbzdən iddiaçı xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur. Belə olduğu təqdirdə iddiaçı (yəni, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) öz hüquqlarının cavabdeh (yəni, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) tərəfindən pozulduğunu xx.xx.2021-ci il tarixində bilmiş, 1 il ərzində həmin əqdi mübahisələndirmək hüququna malik olduğu halda, hazırkı iddianı (qarşılıqlı iddianı) xx.xx.2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 2 il 9 ay sonra qaldırmışdır. Bununla qarşııqlı iddia üzrə iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddətin tətbiqi üçün əsas yaratmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin bütövlüklə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində ilk və qarşqılıqlı iddia ərizələrinin yuxarıda qeyd olunan əsaslandırılmalarına, tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlara istinad olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 386, 882-ci maddələrinə istinadla belə hesab etmişdirki, tərtib edilmiş 5 sentyabr 2021-ci il tarixli qəbz (sadə yazılı əqd) əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Halbuki aramızda belə bir iltizam olmamış, iddiaçı eyni yazılar olan bir neçə kağız üzərində eksperiment aparmaqla istədiyi məzmunda yazını kompüterdə yazdıraraq mənim xəttim olan kağız parçasına köçürmüş və mənim əlyazma yazılarımdan sonra kompüterdə gedən yazı həmin kağız parçasına köçürülmüşdür. Bu səbəbdən də mən onun bir neçə variantda köçürdüyü həmin yazıları fərqli kağızlarda əldə etməklə hazırki şikayətimə əlavə edirəm. Bu saxtakarlıqdan məlumatı olan şahidlərin dindirilməsi ilə bağlı məhkəməyə ünvanladığım qarşılıqlı iddia ərizəmdə qeyd etsəmdə, məhkəmə həmin şahidlərin dindirilməsini təmin etməmiş, vəsatətimi təmin etməyərək yekun məhkəmə aktı çıxarmışdır. Məhkəmə qarşılıqlı iddia ərizəsində qoyulmuş dəlillərə və təqdim olunmuş iltizamın saxta olmasına və reallığı əks etdirməməsinə baxmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmənin gəldiyi nəticəyə görə guya təqdim edilən qəbz(əqd) cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən sənəddir və həmin qəbz(əqd) cavabdeh tərəfindən könüllü şəkildə öz xətti ilə (qəbzin aşağı hissəsindən) yazılaraq imzalandığından, onun əldə edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Halbuki iddiaçı mənim sonda öz xəttim ilə yazılan eyni kağızları ələ keçirməklə hər birinə fərqli şəkildə kompüterdən yazılarını əlavə etmiş və həmin yazıların surətini də Şahid2 əldə etməklə mənə təqdim etmişdir. İddiaçı həmin hazırladığı iltizamlardan yalnız birini - bu sözləri əlavə etdiyi iltizamı məhkəməyə təqdim etmişdir “mən xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh xx xxx 1986 - cı il təvəllüdlü İddiaçı həqiqətən də 2021-ci ilin mart ayından 05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla, ümumilikdə şəxsi problemlərimin həlli məqsədilə və restoran biznesimi genişləndirmək üçün 500000 manat pulu borc şəklində təhvil aldım. Almış olduğum 500000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətində üzərində 50000 manat olmaqla, ümumilikdə 550000 manatı İddiaçı qaytarmağı öz öhdəmə (üzərimə) götürürəm. Əgər hər ay minimum 550000 manat puldan cəhd edərək 25000-30000 manat ödəməsəm, məhkəmə qaydasında bütün pulunun (yəni 550000 manatın) birdəfəyə tələb edilməsinə də etiraz etmirəm”. Halbuki bu iltizamdan mənim xəbərim yoxdur, mən belə bir iltizam verməmişəm, mənim yazı xəttim ilə yazıların boş kağızın aşağı hissəsində yazılması biznes fəaliyyətimin qurulması ilə bağlı olmuş və həmin boş kağızlar hüquqşünasda olmuşdur. İddiaçı mənim biznes ortağım kimi sənədlərlə birlikdə həmin yazı xəttim olan kağızları da əldə etməklə bu saxtakarlığa imza atmışdır. Buna görə də mən məhkəməyə vəsatət verməklə bildirmişəm ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi qəbz – iltizam onun özü tərəfindən saxtalaşdırılmış və bu şəxs altında mənim imzam və qeydim olan kagız parcasını printerdən kecirməklə əvvəldə guya mənim ondan külli miqdarda pul almağım barədə yazıları həmin kağıza cap etdirmişdir. Belə ki, mənim imzamla təsdiqlənən eyni məzmunlu boş kagızların olmasını sübuta yetirən şahidlərim də vardır. Əvvəlcədən yazılan həmin vərəqlər mən olmadıgım vaxt, hesabat sənədlərinin verilməsi məqsədi ilə Xətai adlı tanışımda olmuşdur. İddiacı mənimlə birgə iş qurmasından istifadə etməklə, bu vərəqləri aldadaraq əldə etməklə saxtakarlıq etmişdir. Hesab edirəm ki, mənim xəttim və imzama qədər yuxarıda qeyd olunan və kompüterdə yazılan yazıların, həmin vərəqə yazıdan sonra köcürüldüyünü sübut etmək ücün məhkəmə texniki, xəttşünaslıq ekspertizasının kecirilməsi zəruridir. Buna görə xahiş edirəm ki, qeyd olunan halları nəzərə almaqla iş üzrə sənədlərin texniki ekspertizasını təyin edəsiniz, ekspert qarşısında aşagıdakı sualları qoyasınız: 1.Təqdim edilmiş vərəqin üzərindəki əlyazma və çap mətnlərinin hansı daha əvvəl icra edilmişdir? 2.Təqdim olunmuş sənəd montaj üsulu ilə hazırlanmışdırmı? Vəsatətə baxılıb rəy verilənə qədər iş üzrə icraatı dayandırasınız. Lakin məhkəmə tərəfindən 11 sentyabr 2024-cü il tarixli qərardadla vəsatət təmin olunmamış və məhkəmə elə həmin tarixli qətnamə ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Tərəfimdən qaldırılmış qarşılıqlı iddia ərizəsinə qiymət verən məhkəmə qətnamədə göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Lakin məhkəmə bu iş üzrə birtərəfli mövqe göstərməklə mənim qarşılıqlı iddia tələbim üzrə araşdırma aparmamış və iddia tələbimi rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir(Mülki Məcəllə, maddə 337.4). Lakin məhkəmə bu normaları qətnamədə sadalasa da, həmin normaların tələblərinə əməl etməmiş və qanunsuz bir qətnamə çıxarmışdır. Qətnamə həmçinin prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, MPM-in 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-in bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə MPM-in 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. MPM-in 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuş, iş üzrə obyektiv araşdırma aparmamış, iş üzrə zəruri olan ekspertizanı keçirməmiş və 3000 manatdan artıq əqdlərin notarial qaydada bağlanılması tələbi olduğu halda, 500000 manat pulun guya iddiaçı tərəfindən mənə verilməsi barədə saxta iltizamı «Mötəbər» sübut kimi qiymətləndirməklə qətnamə çıxarmışdır. MPM-in 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, tərələr arasında borc münasibətləri olmamışdır. Tərəflər ortaq biznes fəaliyyəti ilə məşğul olmuş, bir neçə restoranda iş birlikləri olmuşdur. Bu restoranlardan mənfəət əldə etmişlər. Bütün işlərə nəzarət ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən həyata keçirilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin restoranlarda sadəcə şou proqramların aparılmasına nəzarət edib. Cavabdeh iş yerində olmadığı üçün qabaqcadan imzasını bir neçə boş kağızlara atmaqla, Şahid1 təqdim etmiş və həmin kağızlar da Şahid1 olmuşdur. Cavabdeh latın qrafikalı əlifbanı ümumiyyətlə oxuyub yaza bilmir. Cavabdeh kiril əlifbasını oxuyub yaza bilir. İddiaçı Nyaməddin Səfərovun imzası olan bir kağıza sonradan kompüter vasitəsi ilə əlavə edərək iddia qaldırmışdır. Tərəflər arasında 500000 manat borcun olmasını təsdiq edəcək hər hansı telefon danışığı və ya whatsapp yazışması yoxdur. Niyməddin Səfərov oxuya bilmədiyi qəbzi imzalaya bilməz. Əlavə olaraq onuda qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində qarşılıqlı iddiaya münasibət bildirməmişdir. Biz qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edirik. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin bütünlüklə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik. Məhkəmədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamamsını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, avtomobil salonum olub, Cavabdeh bir iki dəfə maşın alıb, borclu qalıb və daha sonra həmin borcları ödəyərək etibarını qazanmışdır. Pandemiya vaxtı Cavabdeh avtosalonda ona restoran biznesinə başlamağı təklif etmiş, o isə bu sahəni bilmədiyini bildirmişdi. Cavabdeh bu sahəni bildiyini və buna görə narahat olmamağını demişdi. Daha sonra avtomobil salonu ilə üzbəüz iki mərtəbəli restoranı işlətməyə başlamışlar. Əlbəttə ki, həmin restoran təmir, reklam işləri və digər xərclər tələb edirdi. Avtomobil salonunda 25-ə yaxın maşını var idi. Bir neçə avtomobil sataraq restoranın bütün xərclərini qarşılamışdır. 2021-ci ilin 8 mart tarixində restoranın açılışı oldu. Bundan sonra isə restoranla bağlı müvafiq qurumlar tərəfindən cərimələr yazılmışdır. Bu cərimələrin ödənişlərini etmişdir. Bu restoranda müxtəlif problemlərlə üzləşdiyikləri üçün gəlir götürə bilməmişlər. Həmin ərəfədə Cavabdeh öz şəxsi kreditlərini ödəmək üçün ondan 8000 manat borc götürmüşdür. İlk restoranda Cavabdeh ona ARB TV kanalında verliş açacaqlarını, həmin verlişdə restoranın reklamını həyata keçirəcəklərini demişdi. Həmin verlişin dekoru, laminatı, səhnə və digər xərclərini də, o qarşılamışdı. Eldəniz bəy bu xərclər üçün ondan hər həftə təxminən 2000-3000 manat arası pul alırdı. Hətta ayfon markalı telefon da aldırmışdı. İlk restoranın təmirinə 60000 manat xərc çəkmiş, restoranın saxlanılmasına isə 40000 manat pul xərcləmişdir. İlk restoranda 5000 manat əlavə cərimə yazılmışdır ki, bunu da, ödəmişdir. Ad günü may ayının 17-si idi və may ayının 15-i ikinci restoranı Novxanıda açmağı planlaşdırmışdılar. İkinci restoranın təmirinə 130000 manat pul xərcləmişdir. İkinci restoranda da, müvafiq qurumlar tərəfindən bir neçə dəfə cərimələr yazıldı ki, bunlarıda ödəmişdir. İkinci restoranın da bütün xərclərini qarşılamışdı. May ayının 15-i Novxanıdakı restoranın açılışını etmişlər. İkinci restoranın açılışında Faiq Ağayev, Səidə Sultan, Aynur Dadaşova və digər müğənnilər iştirak edirdilər. Tək restoranın açılışına 10000 manat pul xərcləndi. Bu xərcləri də o qarşılamışdır. Novxanı restoranı 90 gündən artıq fəaliyyət göstərdi. Hər gün şou proqramlara 1500-1700 manat arası ödəniş edirdi. Novxanı restoranından götürülən qazanc işçilərə ödənilirdi. Novxanı restoranından da mənfəət götürməmişlər. Şou proqramlara xərclənən pulu kassadan deyil, öz şəxsi vəsaiti hesabına ödəyirdi. Ümumi dövriyyənin pulu yalnız ərzağa və işçi heyətinə çatırdı. Müğənnilər restorana gəlməyəndə restoranda müştəri olmurdu. Novxanı restoranında müğənnilərə 135000 manat pul xərcləmişdir. 13000 manat vergi borcları var ki, hal-hazırda da ödəməmişlər. Daha sonra qazanc əldə edə bilmədiklərini görmüşlər və “Spring” hotelin rəhbərliyi onlara bir yerdə fəaliyyət göstərməyi təklif etmişdi. Cavabdeh “Spring” hotelin rəhbərliyindən dekor üçün 26000 manat pul aldı. Cavabdeh ondan “Spring” hotelə giriş üçün 80000 manat pul götürüb. “Spring” hotel restoranında 1 ilə yaxın fəaliyyət göstərmişlər. Sonradan Cavabdehla "Spring” hotelin rəhbərliyinin sözləri üst-üstə düşmədiyindən onla “My Beach” restoranına getmişlər. Bu restoranda da bir neçə ay təmir işləri getmişdi. Daha sonra isə Cavabdeh onu kənarlaşdırdı. Sonradan Cavabdeh nə qədər zəng etsə də, telefonlarına cavab vermədi. Bu restoranların fəaliyyəti ilə bağlı 230000 mantlıq bağını satıb xərc qoymuşdur. “Spring” hotel restoranı ilə müqavilə bağlanmamışdan əvvəl Cavabdeh demişdi ki, 550000 manat pul xərcləmişdir, o isə əgər inamın yoxdusa qəbz təqdim edə bilərəm demiş və borcun etirafı barədə qəbzi gətirmiş və imzalamışlar. Həmin ərəfədə münasibətlərimiz normal idi və ona vəd verdi ki, ortalıqda olan bu ziyanı “Spring” hotel restoranında ödəyəcəyik. Borcun etirafı barədə qəbzi “Spring” hotellə müqavilə bağlamamışdan əvvəl imzalamışlar. Qəbzi Cavabdeh yazılı vəziyyətdə Novaxanıdakı restorana gətirmiş və imzalamışlar. Qəbzi Cavabdeh gətirəndə Eldəniz, əmisi oğlu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri orada idi. Borcun etirafı barədə qəbzi imzaladığıqları otaqda kompüter yox idi. Qəbzin əsli onda qalmışdı. “Spring” hotel restoranında hər ay 5000 manat olmaqla, ümumilikdə 50000 manat qazanc əldə etmişdir. Qəbzi Cavabdeh yazılı vəziyyətdə gətirib onun yanında imzalayıb, ona verib. Qəbzin arxasında isə Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti var idi. Təqdim edlən qəbzdən savayı başqa sübutu yoxdur, Cavabdehla borc məbləğinə dair hər hansı səs yazısı, telefon danışığı, vatsap yazışması mövcud deyildir. Bundan başqa Şahid1 ona Cavabdeh imzası ilə olan boş kağız verməmişdir. Məhkəmədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamamsını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, restoranlardakı bütün xərcləri İddiaçı qarşılayıb. İddiaçı dayısı ona xəbərdarlıq etdikdən sonra o, borcun etirafı barədə qəbzi Cavabdeh almışdır. Hətta Cavabdeh İddiaçı dayısı ilə telefonla danışmışdır və onların evinə də, getmişdir. Bundan sonra isə Spring” hotel restoranına getməmişdən əvvəl Cavabdeh yazılı qəbz gətirərək İddiaçıla imzalamışlar. Daha sonra “My Beach” restoranına keçəndə İddiaçı uzaqlaşdırıblar. Cavabdeh birinci instansiya məhkəməsində xx.xx.2021-ci il tarixli borcun etirafı barədə qəbzdən xx.xx.2021-ci il tarixdən xəbərdar olduğunu bildirdi. Əgər borcun etirafı barədə qəbzdən Cavabdeh xəbəri var idisə, niyə İddiaçıla münasibətləri yaxşı olan vaxtda ondan qəbzi almırdı və yaxud da niyə bu qəbzinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermirdi. Cavabdeh restoranların işlədilməsi ilə bağlı xərc çəkməmişdir. Bütün xərcləri İddiaçı ödəmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şəxsiyyət vəsiqəsinin rəngli kserosurəti əks olunmuş A4 ölçüdə kağız vərəqin arxasında kömpüterdə latın qrafikalı əlifbada aşağıdakı məzmunda qəbz çap olunmuşdur: “Aldığım pulun etirafı barədə qəbz 05 sentyabr 2021-ci il. Mən xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh xx xxx 1986-cı il təvəllüdlü İddiaçı həqiqətən də 2021-ci ilin mart ayından 05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla, ümumilikdə şəxsi problemlərimin həlli məqsədilə və restoran biznesimi genişləndirmək üçün 500 000 (beş yüz min) Azn manat pulu borc şəklində təhvil aldım. Almış olduğum 500 000 (beş yüz min) Azn manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətində üzərində 50 000 (əlli min) Azn manat olmaqla, ümumilikdə 550 000 (beş yüz əlli min) Azn manatı İddiaçı qaytarmağı öz öhtəmə (üzərimə) götürürəm. Əgər hər ay minimum 550 000 (beş yüz əlli min) Azn manat puldan cəhd edərək 25000 -30000 (iyirmi beş min-otuz min) manat ödəməsəm, məhkəmə qaydasında bütün pulunun (yəni 550000 beş yüz əlli min manatın) birdəfəyə tələb edilməsinə də etiraz etmirəm”. Qeyd olunan çap mətninin altında isə kiril qrafikalı əlifba ilə əlyazmada aşağıdakı mətn yer almışdır: "Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb razıyam. İmza Cavabdeh xx.xx.2021". Apellyasmya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Niyab oğlu ifadəsində göstərmişdir ki, hər iki tərəfi barışıq üçün bir yerə gətirməyə çalışmışdır. Tərəflərlə dostluq münasibətləri var. İlk olaraq İddiaçı tanımış, daha sonra İddiaçı vasitəsi ilə Cavabdeh tanımışdır. İddiaçı avtosalonu var idi. Daha sonra bilmişdir ki, İddiaçı restoran biznesinə keçmək istəyir. Belə ki, İddiaçı ona demişdi ki, Cavabdehla restoran biznesinə keçmək istəyir. İlk olaraq onlar Sumqayıt şəhərində restoran işlətməyə başlamışdılar. Həmin restoran uğurlu oldu və restoranı daha da böyütmək üçün Novxanıdakı restorana keçdilər. Novxanıdakı restoran “Turan Eli” adlanırdı. Bu restoran yalnız yay sezonu işlənirdi. Həmin restoranda böyük problemlərlə üzləşmişdilər. Restorana müvafiq qurumlar tərəfindən müəyyən cərimələr yazılmışdı. Restoranlarda hüquqi məsələlər və sənədlərin hazırlanması işləri onun tərəfindən aparılmışdır. Sentyabr ayında Novxanıdakı restoranın qış zalı olmadığından “Spring” hotel restoranında fəaliyyət göstərməyə başlamışdılar. Təxminən 1 il ərzində “Spring” hotel restoranında fəaliyyət göstərmişlər. Daha sonra isə “My Beach” restoranına keçdikdə isə tərəflər arasında hansı problemin yaşandığından mənim məlumatı yoxdur. İlk restoran uğurlu olmuşdu, əgər uğurlu olmasaydı daha böyük restorana keçməzdilər. İlk restoran 100-150 nəfərlik yer tuturdu, sonra 500 nəfərlik restorana keçdilər. Restoranlarda bütün xərcləri İddiaçı qarşılayırdı və ilk restorana təxminən 80000-100000 manat arası xərc çəkmişdi. İddiaçı ona dedikəri əsasında ehtimal edir ki, mənfəət əldə etdilər və daha böyük restorana keçdilər. İkinci restorandan da mənfəət əldə etdilər. Hətta deyərdi ki, ən çox mənfəət götürülən retoran ikinci restoran idi. Bu restoranda gün ərzidə təxminən 6000-9000 manat arası satış olurdu. İddiaçı gözünün içinə baxaraq danışır, çünki həqiqəti danışır. Fikrincə “Spring” hotel restoranında mənfəət götürmədilər, əgər mənfəət olsaydı Tural bu qədər borc yığmazdı. İddiaçı Cavabdehla yenidən bir yerdə işləmək istədiyi üçün tərəfləri bir yerə gətirmək istəyirdi. Həmin danışıqlarda borc məsələsindən söhbət getmirdi. Cavabdeh A4 formatda boş kağızı imzalayaraq ona vermişdi. Cavabdeh və digər incəsənət xadimlərini bir yerdə tutmaq olmadığı üçün əvvəlcədə boş kağızlara imza ataraq verirlər ki, müqavilədə və digər sənədlərdə işlədə bilsinlər. Həmin kağızda yazılır ki, müqavilənin şərti ilə razıyam və öz imzamla təsdiq edirəm. Hal-hazırda həmin boş imzalı kağızdan onda yoxdur, çünki tərəflər arasında iş birliyi bitməmişdən əvvəl Cavabdehla münasibətləri korlanmışdı. Cavabdeh ona demişdi ki, sənədlərin hamısını İddiaçı versin və o da, vermişdir. Həmin o boş imzalı kağızları İddiaçı “Spring” hotel restoranı dövründə vermişdir. İçərisində sənədlər olan qovluğu İddiaçı “Spring” hotellə müqavilə bağlanıldıqdan sonra vermişdir. Cavabdeh A4 formatda boş kağıza imza atdığı sənədlər İddiaçı verdiyi qovluğun içində olub. Onda arxasında şəxsiyyət vəsiqəsinin surəti olan imzalı kağız olmayıb. Restoranın fəaliyyətinə İddiaçı nəzarət edir və hesabatı o aparırdı. İlk iki restoranın xərcləri əldə olunan mənfəətdən çəkilirdi. Heç bir restoranda rəsmi işçi kimi fəaliyyət göstərməmişdir, işlərinin aprılması ilə bağlı İddiaçı həyat yoldaşı Lalə xanım ona etibarnamə vermişdi. İlk restoran 3 ay fəaliyyət göstərdisə, o, ay yarım orada olmuşdur. Restoranda hüquqi məslələrin aparılması üçün qonaq kimi və ya axşam şou proqramlar vaxtı orada olmuşdur. Tərəflərin restorandan qazanc əldə etməsi ilə bağlı məlumatı İddiaçı vasitəsi ilə bilmişdir. Həm də ehtimal edir ki, mənfəət əldə edildi ki, daha böyük restorana keçdilər. İddiaçı axırıncı dəfə 2024-cü ilin yanvar ayında görmüş, onunla telefon əlaqəsi isə məhkəməni udduğu zamanı olmuşdur. Cavabdehla da eyni şəkildə telefonla əlaqəsi məhkəmə zamanı olmuşdur. Apellyasmya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdehla bərabər çalışır, bütün işlərində onun yanında olmuşdur. İddiaçı isə 2021-ci ildən tanıyır, onun Sumqayıt şəhərində yerləşən “Qarabağ” adlı avtosalonu var idi. Orada tərəflər arasında restoranla bağlı danışıqlıqlar olmuşdu. Belə ki, ideya və layihə Cavabdeh məxsus idi, maliyyə dəstəyini isə İddiaçı həyata keçirəcəkdi. Bütün dekor və digər işlərlə şəsxən Niyamdədin Səfərov məşğul olmuşdu. İlkin olaraq Sumqayıt şəhərində Nərimanov dairəsi ilə üzbəüz yerləşən “Salami” restoranı ilə başılamışlar və bu layihə çox uğurlu olmuşdu. Məkanın çox balaca olmasına baxmayaraq Cavabdeh öz orkestri ilə orada çıxış edirdi, mən də orada çıxış edir, ifa edirdim. Əlavə olaraq ifaçılar dəvət edirdilər. Həmin məkanın qapalı zalı 80-100 nəfər arası tuturdu, amma həyəti də var idi. Çox insan gəlirdi restorana və məkan çox kiçik idi. Orada işlədikləri dövrdə kassaya, ümumiyyətlə hər şeyə İddiaçı nəzarət edirdi. Əmək haqqını İddiaçı qohumu Fərid adlı şəxs verirdi. Həmin ərəfədə İddiaçı özü Novxanıya gedib-gəlirdi. Bir gün gəlib dedi ki, Novxanıda dəniz kənarında yaxşı bir məkan tapıb. Bərabər gedib ora baxıb görmühlər ki, həqiqətən də yaxşı məkandı. Məkanın yuxarısı banket zalı, aşağısı isə açıq həyət idi. Cavabdeh bütün həyəti gözəlləşdirdi, görüntülər də var ki, həmin məkan açılış günündən etibarən daim çalışıb. “Turan Eli” restoranının açılışında Faiq Ağayev və digər bir çox tanınmış ifaçllar iştirak edib. Həmin restoran hardasa 400-500 nəfərlik idi. Orada da maliyyə məslələrinə İddiaçı nəzarət edirdi. Biz ümumiyyətlə maliyyəyə qarışmamışıq. Orada da, hamının maaşını vaxtında ödəyirdilər. Həmin dövrdə Cavabdehla İddiaçı arasında maliyyə məsələsi ilə bağlı hər hansı bir çətinlik, sıxıntı, mübahisə və ya söhbət olmayıb. Heç bir problem, hər hansı bir çatışmamazlıqla bağlı söz-söhbət olmamışdı. Onların öz aralaırnda söz-söhbət var idi ki, İddiaçı öz qohumu orada onu aldatmışdı. Mənim yanımda İddiaçı hər hansı bir məbləğdə pulu Cavabdeh verməmişdir. Hal-hazırda İddiaçıla ümumiyyətlə münasibətləri yoxdur. Münasibət ona görə pozuldu ki, işdə bəzi xoşagəlməz hadisələr baş verdi. Misal üçün ailəvi restoran işlətsələr də, İddiaçı bəzi qohumları yalnız kişilərlə gəlib saatlarla otururdular. Həmçinin zaman-zaman tərs fikirləri olurdu, üst-üstə düşmürdü. Xətai adlı şəxs var. Biz dövlət tədbirlərinə, bölgələrə konsertə və el şənliklərinə gedən zaman Xətai gəlirdi, öncədən Niyamdədin Səfərova bir neçə vərəqələrə qol çəkdirirdi, sonra müqavilələri ora dərc edirdi. A4 formatlı ağ boş vərəqin aşağıdan orta hissəsinə qol çəkdirir, kiril qrafikası ilə yazırdı. İddiaçı e-mail ünvanı bizim iş telefonunda açıq idi. Avtomatik olaraq ora gələn bütün məktublar telefona gəlirdi. Gmail ünvanına gələn materialı Niyamdədin Səfərova vermişdi. İlk olaraq telefonda görmüş və Cavabdeh zəng edib soruşmuşdur ki, Siz harada müqavilə bağlamısınız və 500000 manat borcunuz necə ola bilər? Həmin telefon hal-hazrıda evdədir. Yəqinki həmin materiallar telefonun yaddaşında qalıb. Həmin material e-maildə idi və İddiaçı yerləşdirmişdi. Həmin e-mailə kimin girişi olduğunu, ümumiyyətlə e-mailin kodunu bilmir, o telefonda açılıb, açıqdır, kodu bilməyinə ehtiyac yox idi. O telefon iş telefonu idi, onda olurdu, ondan başqa da telefonlara cavab verən işçi cavab verirdi. Telefona 2024-cü ilin yay aylarında, hardasa iyun və ya iyul ayında təsadüfən bildiriş gəlmişdi və açmışdı. Orada 3 fəqrli kağız var idi. Mətnləri eyni olsa da, imzalar fərqli yerdə idi. Həmin sənədi Scrinşot edib Niyamdədin Səfərova göndərmişdi. Mənim iştirakımla Cavabdeh 550000 məbləğində borcunun olması barədə Tural Səfərova qəbz verməyib və ya hər hansı bir qəbzi imzalamayıb. Müğənnilərə pul kassadan ödənilirdi. Həmin vaxtı hesabın üzərinə 20% gəlirdilər, bunun 10%-i servis üçün, 10%-i isə şou üçün nəzərdə tutulurdu. Cavabdeh, İddiaçı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə iştirak etdiyi hal olmayıb. Onlar birlikdə toplanmamışlar. İştirakım və şahidliyi ilə belə bir hal baş verməmişdir. Cavabdehla İddiaçı arasında pulun alınması, qaytarılması və ya pulla bağlı hər hansı bir mübahisə olmamışdır. Onun yanımda Cavabdeh İddiaçı heç 50000 manat da borc pul istməməyib. Aralarında borcla bağlı heç bir söz-söhbət olmayıb. Hər şey qaydasında olub. Apellyasmya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, tərəflərlə heç bir qohumluğum, düşmənçiliyi yoxdur. 2011-ci il tarixdən Cavabdeh, 2021-ci il tarixdən isə İddiaçı tanıyır. Onlarla dostluq münasibəti olmuşdur. Cavabdeh Sumqayıtda işlədiyi zaman onlarla işləməmişdir. “Turan Eli” restoranının açılışından 15 gün sonra gəlmişdir. 24 ildir bu sahədə işləyir. Gündəlik alış-verişlər nəzərətində olsa da, maliyyə məsələsinə baxmamış, lakin maliyyəyə yaxın olmuşdur. Həm də, gələn qonaqların qarşılanması və yola salınması ilə məşğul idi. Kassaya nəzarət İddiaçı idi. Əgər restoran işlədilirsə 1-2 ay xeyir götürülmürsə, həmin restoran bağlanılır. Həmin restoran may ayının 15də açılmış, sentyabrın 10-na kimi fəaliyyət göstərmişdi. Restoranın bağlanması maddi vəziyyətlə bağlı deyildi. “Spring” hoteldə alver yox idi. Gün ərzində Springin alveri 500 manat idisə, “Turan Eli” restoranının bir günü 7000-8000 manatdan aşağı düşmürdü. Gəlirlə bağlı bildirir ki, israfçılıq çox, nəzarət az idi. Ondan başqa Ayaz adlı adminsitrator var idi, işçilərə pulu o ödəyirdi. Nəzarət isə İddiaçı idi. Restorana çıxış edən müğənnilərin pulu restoran tərəfindən qarşılanırdı, yəni ümumi hesabdan, kassaya daxil olan puldan. Belə ki, müştərilərin hesabına yazılan faiz hesabına ödənilirdi. Yəni hesabın üzərinə 20% yazılırdı, həmin pullar hesabına ödənilirdi. Hətta “İctimai TV”-yə həmin faizlərlə bağlı açıqlama da vermişdir. “Springə” “Turan Eli” restoranından heç bir zərərlə getməmişdilər. Cavabdeh soruşmuşdu, 30000 manat xeyirlə “Spingə” getmişdilər. İşlədiyim müddətdə İddiaçıla Cavabdeh arasında hər hansı bir borc və maliyyə məsələsi ilə hər hansı bir söz-söhbət olduğunun sahidi olmamış, eşitməmişdir. Cavabdeh çox narahat insandı, bir dəfə eşitmişdi ki, toyuq gətirənə 2000 manat borc var, narahat olmuşdu və adminsitratorları danlamışdı. “Spring”dən də ziyanla çıxmamışlar. “Spring”dən çıxan zaman 21000 manat xeyirlə çıxmışıq, onun 11000 manatı əldə qalan mal, 10000 manat isə pul olmuşdur. İddiaçı Cavabdeh məbləğindən asılı olmayaraq hər hansı bir məbləğdə borcunu istəməsi barədə söhbətin şahidi olmamış, elə bir söz eşitməmişdir. Cavabdeh restoranda malların alınması və təşkilatı işlərlə məşğul olmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə sənədlərin (kompüter) texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur:

1. İş materiallarının 67-ci vərəqində yer alan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcıda olan kiril qrafikalı əlyazma yazının, yoxsa printerdən çap olunmuş mətnin hansının daha öncə icra olunması müəyyən edilsin?

2. Qeyd olunan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcıda kiril qrafikalı əlyazma yazıda istifadə olunan “Yuxarıda” sözünün “Y” hərfi ilə prinetrdə çap olunmuş mətnin “beş” sözünün kəsişməsi üzrə hansının daha öncədən icra olunması müəyyən edilsin?

3. Qeyd olunan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcının arxa tərəfində çap edilmiş rəngli şəxsiyyət vəsiqəsinin skan olunub-olunmaması müəyyən edilsin?

4. Qeyd olunan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcının arxa tərəfində çap edilmiş şəxsiyyət vəsiqəsi skan olunmuş rəngli versiyasıdırsa, kağız daşıyıcının ön tərəfində olan kiril qrafikalı əlyazma yazıdan əvvəl, yoxsa sonra işlənməsi müəyyən edilsin?

5. Qeyd olunan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcının arxa tərəfində çap edilmiş şəxsiyyət vəsiqəsi skan olunmuş rəngli versiyasıdırsa, kağız daşıyıcının ön tərəfində olan printerdən çap olunmuş mətndən əvvəl, yoxsa sonra işlənməsi müəyyən edilsin?

6. Qeyd olunan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcı montaj üsulu ilə hazırlanmışdırmı?

7. İş materiallarının 83-cü vərəqində yer alan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı Screenshot montaj üsulu ilə hazırlanmışdırmı?

8. Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 5/10-5/53 nömrəli ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar:

1. Tədqiqata təqdim edilmiş 05 sentyabr 2021-ci il tarixli "Aldığım pulun etirafı barədə qəbz" adlı sənədin üzərindəki "Aldığım pulun etirafı barədə qəbz 05 sentyabr 2021ci il Mən -xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh" sözləri ilə başlayan və ".. birdəfəyə tələb edilməsinə də etiraz etmirəm" sözləri ilə bitən çap mətni şırnaqlı çap qurğusunda çap edilmişdir.

2. Təqdim edilmiş 05 sentyabr 2021-ci il tarixli "Aldığım pulun etirafı barədə qəbz" adlı sənədin arxa tərəfindəki şəxsiyyət vəsiqəsinin təsviri şəxsiyyət vəsiqəsindən rəqəmsal texniki qurğu (çoxdıcı aparat, skaner, fotoaparat və s.) vasitəsilə köçürülərək şırnaqlı çap qurğusunda çap edilmişdir.

3. Təqdim edilmiş 05 sentyabr 2021-ci il tarixli "Aldığım pulun etirafı barədə qəbz" adlı sənədin üzərindəki çap mətninin son sətirindəki "beş" sözünün "ş" hərfinin aşağı hissəsi ilə əlyazma mətndəki "Yuxarı" sözünün "Y" hərfinin yuxarı hissəsi ilə kəsişən sahənin çox kiçik olduğundan, çap mətninin və əlyazmaların icra ardıcıllığını müəyyən etmək mümkün olmadı.

4. Təqdim edilmiş 05 sentyabr 2021-ci il tarixli "Aldığım pulun etirafı barədə qəbz" adlı sənədin üzərindəki çap mətninin və əlyazıların icra ardıcıllığını müəyyən etmək mümkün olmadığından, ekspert qarşısında qoyulmuş -"5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı kağız daşıyıcı montaj üsulu ilə hazırlanmışdırmı?, İş materiallarının 83-cü vərəqində yer alan 5 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” başlıqlı Screenshot montaj üsulu ilə hazırlanmışdırmı?" sualları üzrə tədqiqat aparılmamışdır.

5. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə ekspertiza qarşısında qoyulan digər suallar üzrə tədqiqat aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 324.1 - Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.3 - Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4 - Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5 - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6 - Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1 - Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 - Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3 - Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 - Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 389.1 - Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2 - Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1 - Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2 - Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 404.1 - Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2 - Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçının məhkəməyə birtərəfli əqd kimi təqdim etmiş olduğu xx.xx.2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz”, həqiqətdə mövcud olmayan bir sənəd kimi əqd tərəfinin iradə ifadəsinin həqiqi məzmununu və həqiqi niyyətini əks etdirmir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan dəyərləndirmə işin faktiki hallarına uyğun olmamaqla, mübahisə tərəflərinin həqiqi iradə ifadəsinə söykənmir. Kollegiya gəlinəcək nəticənin anlaşılan və aydın olmasından ötrü işin müəyyən olunan faktiki halları əsasında birtərəfli əqd kimi təqdim olunan qəbzin, onu vermiş tərəfin həqiqi iradə ifadəsini əks etdirib-etdirməməsi sualı ətrafında aşağıdakı formada təhlilini aparır:

1. İlk iddia üzrə İddiaçı iddiasında 2021-ci ilin mart ayından 5 sentyabr 2021-ci il tarixinədək şəxsi problemlərinin həll edilməsi və restoran biznesinin genişləndirilməsi məqsədilə hissə-hissə olmaqla Cavabdeh 24 ay müddətinə qaytarmaq şərtilə 500000 manat məbləğində borc verdiyini bildirir. Bu zaman həmin məbləğdə borcun necə yaranmasının ətraflı izahını verə bilmir, pulun hansı hissəsinin cavabdehə borc kimi verildiyini, hansı hissəsinin isə restoran biznesinin genişləndirilməsinə yatırıldığını açıqlamır. Məhkəmə baxışı zamanı verdiyi izahatlarında Cavabdeh şəxsi kreditlərini ödəməsi üçün 8000 manat borc verdiyini, Sumqayıt şəhərindəki restoranın təmirinə 60000 manat, saxlanmasına 40000 manat, restorana yazılan cəriməyə görə 5000 manat, sonradan Novxanıda açdıqları “Turan Eli” restoranının təmirinə 130000 manat, restoranın açılışına 10000 manat, “Sprinq Hotel” restoranına giriş üçün 80000 manat xərc çəkdiyini bildirmişdir. Qeyd olunan məbləğlərin cəmi isə 333000 manat təşkil edir. Ümumiyyətlə İddiaçı bilavasitə özünün şəxsən restoran biznesinə etmiş olduğu yatırımların borc kimi qarşı tərəfdən tələb etməsinin tutarlı izahı verilmir, həmin pulların borc kimi Cavabdeh verilməsi müəyyən olunmur;

2. İlk iddia üzrə İddiaçı iddiasının əsası kimi məhkəməyə təqdim etmiş olduğu yeganə sübut 05 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz”dir. Həmin qəbz məzmun etibarı ilə mövcud borcun etirfına yönəlik tərtib olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan qəbzdən savayı borcun yaranmasını, mövcudluğunu təsdiq edə biləcək hər hansı bir sübut (müqaviləyəqədərki danışıqlar, cavabdehin səs yazısı, vatsap yazışmaları və s.) məhkəməyə təqdim edilməmişdir. İstinad olunan birtərəfli əqdin etibarlılıq şərtləri yoxlanılarkən onun yazılı formada tərtib edilməsi, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin müəyyən edilməsi baxımından kifayət deyildir. İş materiallarında həmin birtərəfli əqdin ərsəyə gəlməsinin kökündə duran şərait və motivə, müqaviləyə qədərki danışıqlara, tərəflərin sonrakı etirafedici hərəkətlərinin mövcudluğuna dair hər hansı bir sübut yoxdur. Hərçənd İddiaçı Sumqayıt şəhərində ilk restoranın açılışınadək olan dövrlərdə cavabdehin danışıqlarını videoya çəkmiş, müasir texnologiyanın imkanlarından istifadə etmək bacarığını nümayiş etdirmişdir;

3. İlk iddia üzrə İddiaçı restoran biznesinə etdiyi yatırımların batmasından ibarət arqumentləri inandırıcı olmamaqla yanaşı, aparılan araşdırmalar zamanı təsdiqini tapmamışdır. Əvvəla ona görə ki, Sumqayıt şəhərində açılan 100-150 nəfərlik ilk restorana edilmiş yatırım özünü doğrultmasayıdı, tərəflər bu biznesi genişləndirərək Novxanı qəsəbəsində 500 nəfərlik ikinci restoranı açmaq fikrinə düşməzdi. Bu addım iqtisadi cəhətdən düşünülməmiş, riskli bir addım olardı. Bundan başqa həmin restoranlarda tərəflərin yanında olmuş, onlarla birlikdə işləmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Niyab oğlu, Şahid2 və X5 ifadələrində tam əksini göstərərək bildirmişlər ki, ilk restoran uğurlu olmuşdu, əgər uğurlu olmasaydı daha böyük restorana keçməzdilər. İlk restoran 100-150 nəfərlik yer tutduğu halda, ikinci restoran 500 nəfərlik yer tuturdu. Ən çox mənfəət götürülən retoran ikinci restoran olmuşdur, həmin restoranda gün ərzidə təxminən 6000-9000 manat arası satış olurdu. Restoranların fəaliyyətinə İddiaçı özü nəzarət etmiş, hesabatları özü aparmışdır;

4. Təqdim edilən 05 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” ilk iddia üzrə Cavabdeh şəxsiyyət vəsiqəsinin rəngli kserosurəti əks olunmuş A4 ölçüdə kağız vərəqin arxasında şırnaqlı çap qurğusunda çap edilmiş mətndən və altında mətnin doğruluğunu təsdiq edən əlyazmadan ibarətdir. Cavabdehin latın qrafikalı əlifbada yazıb oxuya bilməməsi iş materialları ilə müəyyən olunur. Qəbzdəki "Yuxarıda yazılanlar mənim sözlərimlə yazılıb razıyam. İmza Cavabdeh xx.xx.2021" sözlərinin kiril qrafikasında əlyazmanın Cavabdeh tərəfindən icra edilməsi də işin mübahisəsiz halıdır. Qəbzin mətninin bütövlükdə cavabeh tərəfindən icra edilməməsi, ən azından böyük bir məbləğdə borc məbləğinin bir cümlə ilə əlyazmada qeyd edilməməsi, qəbzin həqiqiliyini, tərəflərin həqiqi iradə ifadəsini əks edirməsini şübhə altına almaqla, cavabdehin arqumentlərini möhkəmləndirir. Şahid1 müəyyən sənədləşmə işlərində istifadəyə görə cavabdeh tərəfindən ona verilən əlyazması olan boş A4 vərəqlərini İddiaçı verməsindən ibarət ifadəsi, sonuncu tərəfindən həmin əlyazmaya qədər hissəyə istədiyi məzmunda kompüterdə yığılan mətnin çap edilməsindən ibarət cavabdehin dəlillərini bir daha təsdiq edir.

5. İddiaçı bildirir ki, borcun etirafı barədə qəbzi “Spring” hotellə müqavilə bağlamamışdan əvvəl imzalamışlar. Qəbzi Cavabdeh yazılı vəziyyətdə Novaxanıdakı restorana gətirmiş və imzalamışlar. Qəbzi Cavabdeh gətirəndə Eldəniz, əmisi oğlu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri orada olmuşlar. Lakin apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 belə bir halın şahidi olmadığını bildirmişdir;

6. İddiaçı iddiasında 2023-cü ilin sentyabr ayınadək cavabdehin ödəməli olduğu məbləği ödəyib yekunlaşdırmalı olduğu halda, bir manat belə ödəniş etmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində isə cavabdehin sonradan borcundan 50000 manat ödəniş etdiyini bildirmişdir. Lakin cavabdeh bu halı təsdiq etməmiş, iddiaçı isə buna dair hər hansı bir sübut verməmişdir. İş materialları əsasında aparlan araşdırmalar, təhlillər onu göstərir ki, iddia tələbinin əsaslandığı əqd mübahisə tərəflərinin həqiqi iradə ifadəsini əks etdirməməklə əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiqinə dair cavabdehin vəsatətinə münasibət bildirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, əqd reallıqda mövcud olmalıdır ki, ona münasibətdə iddia müddətinin tətbiqi məsələsi müzakirə edilə bilsin. Hətta həmin qəbzin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın verilmədiyi halda belə, əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan və aparılan araşdırmalar nəticəsində əqdin əhəmiyyətsiz əqd kimi etibarsız olduğu müəyyən edildiyindən, iddia müddətinin tətbiqi məsələsi üzərində xüsusi dayanmağa zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılan məhkəmə araşdımasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, apellyasiya baxıhı zmanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat eksmertiza xərci İddiaçınqdan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(121)-1655/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qəbzin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh adından verilmiş 05 sentyabr 2021-ci il tarixli “Aldığım pulun etirafı barədə qəbz” etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 70 manat ekspertiza xərci iddiaçı və cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar