Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-160/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı ASC nümayəndəsi X1 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə (VÖEN: **********) qarşı Cavabdeh MMC– dən İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 noyabr 2015ci il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 27739.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC– dən İddiaçı ASC-nin xeyrinə 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 fevral 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7394.3 manat məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC–dən İddiaçı ASC-nin xeyrinə 11 iyun 2015- ci il tarixli kredit müqaviləsi üzrə 11 iyun 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 29230.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC– dən İddiaçı ASCnin xeyrinə 08 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 08 iyul 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9424.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun tutulması; Cavabdeh MMC– dən İddiaçı ASC-nin xeyrinə 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 noyabr 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 24909.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olan borcun və 452.61 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 25 noyabr 2014-cü il tarixli 6-BİZ-18-0- 2301-14 (Ə18) №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC dən illik 16%-lə 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində, 13 fevral 2015-ci il tarixli 6- BİZ-19-0-212-15 (Ə18) №-li kredit müqaviləsinə əsasən illik 22 %-lə 12 ay müddətinə 30.000 manat məbləğində, 11 iyun 2015-ci il tarixli 6-BİZ-20-0-330-15 (Ə20) №-li kredit müqaviləsinə əsasən illik 16%-lə 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində, 08 iyul 2015-ci il tarixli 6-BİZ- 21-0-475-15 (Ə21) №-li kredit müqaviləsinə əsasən illik 22%-lə 12 ay müddətinə 48.000 ABŞ dolları məbləğində və 22 iyul 2015-ci il tarixli 6-BİZ-22-0- 517-15 (Ə22) №-li kredit müqaviləsinə əsasən illik 22%-lə 16 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Hal-hazırda 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMCnin banka gecikdirilmiş vaxt üçün 25 noyabr 2015-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 27739.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 13 fevral 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 7394.3 manat məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 11 iyun 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 29230.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 08 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 08 iyul 2016-cı il tarixdən 14 aprel 2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 9424.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 22 noyabr 2016-cı il tarixdən 14 aprel 2022ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 24909.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadeh Cavabdeh MMC-nin arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsi ilə (Hakim: E.Abdullayev), İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı – kredit müqavilələri üzrə yaranmış faiz borcunun tutulması tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 445.7, 448.2, 528, 424.2, 424.3 və 445.7 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, borclunun pul öhdəliyinin vaxtında yerinə yetirilməməsi nəticəsində ziyana məruz qalmasına baxmayaraq iddia tələblərinin təmin olunmaması nəticəsində MM-in 447.5-ci maddəsinin tələbləri pozulmuşdur. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, izahatında Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC -nin apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 269.1-ci maddəsinə əsasən girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından sözügedən kredit müqavilələri üzrə cavabdehin üzərinə əlavə öhdəliklərin qoyulması qanunsuz və əsassızdır 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 vǝ 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2- 2(121)-1177/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 6-BİZ-18-0-2301-14 (Ə18) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-19-0-212-15 (Ə18) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 30.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-20-0-330-15 (Ə20) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli, 6-BİZ-21-0-475-15 (Ə21) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 48.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-BİZ-22-0-517-15 (Ə22) saylı kredit müqaviləsinə əsasən, Cavabdeh MMC-yə illik 22 faiz dərəcəsi ilə, 16 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4588 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 27.739.50 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4587 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 7.394.30 AZN borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4586 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 11 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 29.230.65 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4589 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 9.424.50 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, KBD 4585 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 24.909.80 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 21 iyul 2022-ci il tarixli KBD 8427 nömrəli “icra vəziyyəti barədə” arayışında qeyd edilmişdir ki, Şirvan Apelliyasiya Məhkəməsinin 2-2( 106)- 32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları, (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə 2000 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi banka 99 999.18 ABŞ dolları əsas, 29407.62 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 131.406.80 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində); 2015-ci il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 100000 ABŞ Dolları əsas, 35797.84 ABŞ Dolları faiz, 2000 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 137797,84 ABŞ Dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində), 22.07.20!5-ci il tarixli kredit müqaviləsi üzrə banka 92245,62 ABŞ dolları əsas, 37240,99 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 131486,61 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində) cavabdeh “Azəripamservis" MMC-dən tutlaraq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətindəki Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857,9 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəlməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 350 000 manat müəyyən edilməsi, qeyri-yaşayış binası satıldıqdan bir ay sonra həmin qeyriyaşayış binasının boşaldılması, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki ** AC *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki 129 ədəd neft çıxarma üçün avadanlıqlara (avadanlıqların siyahısı 14 dekabr 2011-ci il tarixli, 6-BİZ-7-0- 36-11 (G) saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur), 63 ədəd neft çıxarılması üçün avadanlıqlara (avadanlıqların siyahısı 24 may 2012-ci il tarixli, 6-BİZ-7-0-36-11 (G)-A saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur), neft çıxarılması üçün 74 adda, 17355 ədəddən ibarət, o cümlədən 11 adda, 35 ədəddən ibarət əsas, 63 adda, 17320 ədəddən ibarət köməkçi avadanlıqlara və 2 adda 44880 metrdən ibarət kabelə (avadanlıqların siyahısı 17 dekabr 2012-ci il tarixli, 6-BİZ-7-0- 36-11 (G)-B saylı girov müqaviləsinə 1 nömrəli əlavədə əks olunur) yönəldilməsi, girov qoyulmuş əşyaların ilkin satış qiyməti 1.714.290 manat məbləğində müəyyən edilmiş, açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Neftçala rayon İcra Şöbəsinə göndərilmişdir. Borcluya könüllü icra müddəti verilməklə icraata başlama haqqında qərar qəbul edilmiş və icra olunması üçün tərəflərə göndərilmişdir. Könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar Banka təklif olunmuşdur. “Yelo Bank" ASC X4 13 noyabr 2020-ci il tarixli 38/06 saylı Protokolla Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyriyaşayış binasını əldə etmişdir. Daha sonra 22 fevral 2021 -ci il tarixli **********67- 06301 reyestr nömrəli Çıxarışla həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra icra sənədi üzrə tələb yönəlmiş işin icrası ilə bağlı “Azəripamservis" MMC-nin mülkiyyətindəki **- AC-*** dövlət qeydiyyat nişanlı. 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satışının təşkil olunmasından ötrü avtonəqliyyat vəsiləsinin axtarışı elan olunmuşdur. Həmçinin, icra sənədi üzrə tələb yönəlmiş avadanlıqların açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi məqsədilə Xəzər rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Avadanlıqların hərracda alıcısı olmadığından “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar Banka təklif olunmuşdur. Qeyd olunan əmlakların balansa götürülməsinə Bank tərəfindən müsbət münasibət bildirilmədiyindən icra sənədi bu hissədə Xəzər rayon İcra Şöbəsi tərəfindən geri qaytarılmışdır. Yuxarıda qeyd olunduğu kimi Şirvan Apelliyasiya Məhkəməsinin 2- 2(106)- 32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirləri Neftçala icra şöbəsinin icraatındadır və icra tədbirləri davam etdirilir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 25 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ASC icra sənədinin, tələb yönəlmiş avtomobilə münasibətdə icra olunması üçün aidiyyəti üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 28 mart 2022-ci il tarixli məktubun surətində qeyd edilmişdir ki, icra sənədi üzrə Xəzər rayon ərazisində yerləşən avadanlıqlara münasibətdə icra olunması üçün Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunan avadanlıqlar açıq hərracda satılmamış və Bank tələbkar olaraq balansa qəbul etməmişdir. Bu səbəbdən icra sənədi üzrə Xəzər rayon icra şöbəsinin icraatında görülməli olan icra tədbiri qalmadığından icra sənədinin, tələb yönəlmiş digər əmlaka (avtomobilə) münasibətdə icra olunması üçün borclunun qeydiyyatda olduğu Neftçala rayon icra şöbəsinə gönədərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4088/5A nömrəli məktubun surətindən görünür ki, Xəzər rayon icra şöbəsi Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-32/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsini geri qaytarmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2- 2(106)-32/2019 saylı məktubunun surətindən görünür ki, icra sənədi Cavabdeh MMC-dən pulun tutulması hissəsində icra edilməsi üçün geri qaytarılmalı olduğundan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(106)-32/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın qaytarılması barədə qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-32/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X4 38/06 nömrəli protokolun surətindən görünür ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında ipoteka predmeti (ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası) hərraca çıxarılmış və ipoteka predmetinin ilkin hərrac qiyməti 350.000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 297.500 manat olması, ipoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 223.125 manat qiymətə tələbkar əldə etmək hüququ bildirilmişdir. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” 13 noyabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, borclu Cavabdeh MMCyə məxsus Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən qeyri-yaşayış binası 223.125 manat qiymətə tələbkar İddiaçı ASC tərəfindən alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı ASC-nin tam mülkiyyətində olması xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialında olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, bildirişdə qeyd olunan borcların 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi təqdirdi qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı bildirilmişdir. İş materiallarında olan “ilkin mediasuya prosesində iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mdiasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat dövlət rüsumu məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 42,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlardan müəyyən edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış yuxarıda qeyd olunan kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcları olmaqla, ümumilikdə 131.486,61 ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ Dollarına münasibətdə müəyyən edilmiş məzənnə ekvivalentində) məbləğində pulun cavabdeh “Azeripamservis" MMC-dən tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətindəki Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857,9 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəlməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 350 000 manat müəyyən edilməsi, qeyri-yaşayış binası satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki **-AC- *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “mitsubishi L200” yük sərnişin markalı, avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" MMC-nin mülkiyyətindəki 129 ədəd neft çıxarma üçün avadanlıqlara, 63 ədəd neft çıxarılması üçün avadanlıqlara, neft çıxarılması üçün 74 adda, 17355 ədəddən ibarət, o cümlədən 11 adda, 35 ədəddən ibarət əsas, 63 adda, 17320 ədəddən ibarət köməkçi avadanlıqlara və 2 adda 44880 metrdən ibarət kabelə yönəldilməsi, girov qoyulmuş əşyaların ilkin satış qiyməti 1.714.290 manat məbləğində müəyyən edilmiş, açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Daha sonra icra sənədi icra olunması üçün Neftçala rayon İcra Şöbəsinə göndərilmişdir. Könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. İddiaçı X4 13 noyabr 2020- ci il tarixli 38/06 saylı Protokolla Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binasını əldə etmişdir. Daha sonra 22 fevral 2021 -ci il tarixli **********67-06301 reyestr nömrəli çıxarışla həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra icra sənədi üzrə tələb yönəlmiş işin icrası ilə bağlı “Azeripamservis" MMC-nin mülkiyyətindəki **-AC-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, boz göy metal rəngli, “Mitsubishi L200” yük sərnişin markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satışının təşkil olunmasından ötrü avtonəqliyyat vəsitəsinin axtarışı elan olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsi avtonəqliyyat vəsitəsinin axtarışı ilə bağlı məlumatının olmadığını, həmin avtonəqliyyat vəsitəsinin hal-hazırda Sabirabad rayonunda yerləşdiyini bildirmişdir. Həmçinin, icra sənədi üzrə tələb yönəlmiş neft çıxarılması üçün avadanlıqların açıq hərracdan satılaraq tələb edilən borca yönəldilməsi məqsədilə Xəzər rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Avadanlıqların hərracda alıcısı olmadığından “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. Lakin qeyd olunan neft çıxarılması üçün avadanlıqların balansa götürülməsinə iddiaçı tərəfindən müsbət münasibət bildirilmədiyindən icra sənədi bu hissədə Xəzər rayon İcra Şöbəsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünün kreditor hüquqlarından istifadə etməklə müqavilələr üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun ödənilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. X3 Məhkəməsinin 2-2(106)- 32/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraya göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin icra sənədinə əsasən əmlakların açıq hərracdan satışına və onun tələbkara verilməsinə cavabdeh hər hansı maneə törətməmiş, nəticədə iddiaçı ona təklif olunan Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən 857.9 kv.m-lik qeyri-yaşayış binasını təhvil götürməklə müvafiq icra proseduru qismən başa çatdırılmışdır. Kredit müqavilələrinin təminatı olaraq girov qoyulmuş neft çıxarılması üçün avadanlıqların icra mərhələsində iddiaçı tərəfindən əldə edilməməsi məhkəmə tərəfindən anlaşılan deyildir. Həmçinin, məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi də həmin əmlakların əldə edilməsində maraqlı olmadıqlarını bildirdi. Halbuki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İddiaçı tərəfindən qeyd olunan avadanlıqların özünün subyektiv səbəbləri nəticəsində əldə edilməməsi iddiaçının cavabdehə qarşı öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsini istisna etmir. Eyni zamanda, kredit müqavilələrinin təminatı olaraq girov götürülmüş daşınar əmlakların bazar qiymətini və satış imkanlarını qiymətləndirmək iddiaçının vəzifəsidir. Bununla bağlı gələcəkdə baş verə biləcək iqtisadi dəyişikliklərlə əlaqədar risklərin qiymətləndirilməsi də iddiaçının üzərinə düşür. Belə ki, 30 yanvar 2019-cu il tarixli “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən banklarda kredit risklərinin idarə edilməsi sisteminə daxil olan elementlərdən biri də təminatın qiymətləndirilməsidir. Həmin Qaydaların 8.1.3-cü bəndinə əsasən təminat qismində daşınar əmlak çıxış etdikdə, onun yüklülüyü Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yoxlanılır, habelə onun bazar qiyməti, satış imkanları və əmlakın saxlanmasına nəzarət olunur. Qeyd olunan Qaydaların 10.1-ci bəndinə əsasən bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi məqsədilə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülməlidir. Kollegiya həmçinin qeyd edir ki, müqavilə öhdəliklərinin pozulub-pozulmamasına və həmin öhdəliyə əsasən pulun tutulmasına artıq bir dəfə qiymət verilmiş, bu zaman iddiaçı əlavə olaraq MM-nin 445.7-ci maddəsinə əsasən 5 faiz miqdarında zərərin ödənilməməsini tələb etməmiş, qətnamə ilə müqaviləyə əsasən əsas borcdan əlavə, faiz və öhdəliyin vaxtında icra olunmamasına görə dəbbə pulu da tutulmuşdur. Cavabdehdən kredit borcunun tutulması barədə Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda istinad edilən icra sənədi icraya yönəldilmiş və qismən icra olunmuşdur. Məhkəmə qətnaməsinin icra olunmayan hissəsi isə birbaşa iddiaçının subyektiv yanaşmasına əsasən icra olunmamışdır. İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, cavabdeh borclu olaraq pul məbləğinin ödənilməsini gecikdirməsi nəticəsində ziyana məruz qalmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə MM-in 445.7-ci maddənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsinə əsasən həmin müqavilə tərəflərin öz üzərilərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 vǝ 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: "Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Mülki Məcəllənin 449.1-ci addəsinə əsasən isə özgəsinin pul vəsaitni qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ölənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gecikdirmə; -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz təlabatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin həquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi nomada «faydalanma» və «qanunsuz istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən ödəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. Hazırki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmə qətnaməsinin icrasını gecikdirəcək və ya ona maneə yaradacaq hər hansı bir pozuntunun törədildiyi müəyyən edilmir. Həmçinin cavabdeh borclu olduğu pulun ödənilməsi üzrə iddiaçının pul vəsaitindən faydalanmamışdır. Bununla da cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Bundan başqa o da qeyd olunmalıdır ki, borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqni tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1177/2022 saylı qətnaməsi iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-160/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-160/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver