Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-160/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi liə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı “qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli e-2-2(121)-21/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2-2(121)-21/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları apellyasiya şikayəti ilə birlikdə 9 avqust 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, 19 avqust 2024-cü il tarixli 2-2(106)-160/2024 saylı qərardadla apellyasiya mümkün hesab olunaraq məhkəmə baxışı 18 sentyabr 2024-cü il tarixinə təyin edilmiş, daha sonra isə 30 oktyabr 2024-cü il tarixinə təxirə salınmışdır. 23 oktyabr 2024-cü il tarixdə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi üzərindən ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib, apellyasiya şikayətini geri götürdüklərini bildirmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişlər və məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdən imtina qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli e-2-2(121)-21/2024 saylı qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-160/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-160/2024
30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver