Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-161/2025 18.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-2(121)-164/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 13348,32 manat məbləğində əsas bоrc, 1978,74 manat məbləğində faiz bоrcu və 974,44 manat məbləğində cərimə borcu, 008R********** saylı krеdit razılaşmasına görə 3522,3 manat məbləğində əsas bоrc, 450,86 manat məbləğində faiz bоrcu və 232,42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20507,08 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151,52 manat məbləğlərində pul vəsaitlərinin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6651,68 manat ödəmiş, onun 13348,32 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 246 gün üçün hesablanmış faiz borcu 1978,74 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 246 gün üçün hеsablanmış cərimə 974,44 manat məbləğ təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1477.7 manat ödəmiş, onun 3522,3 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 184 gün üçün hesablanmış faiz borcu 450,86 manat məbləğ təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 184 gün üçün hеsablanmış cərimə 232,42 manat məbləğ təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Belə ki, onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İŞİNHALLARİ: ”AccessBank” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008R********** saylı kredit müqaviləsinə görə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 008S**********02 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli 008L**********63 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. xx.xx.2022-ci il tarixli 008S**********03 saylı zaminlik müqaviləsinə görə xx.xx.2022-ci il tarixli 008L**********63 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 bank hesabına 20000 manat məbləğində pul köçürülmüşdür. “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 008R********** saylı kredit razılaşmasına görə xx.xx.2024-cü il tarixə əsas borcu 13348,32 manat, faiz borcu 1978,74 manat, cərimə borcu 974,44 manat olmaqla, cəmi borc məbləği 16301,5 manat məbləğ təşkil edir. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008R********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli köçürmə sənədinə görə İddiaçı QSC tərəfindən Cavabdeh2 bank hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh2 xx.xx.2022-ci il tarixli 008R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borcu 3522,3 manat, faiz borcu 450,86 manat, cərimə borcu 232,42 manat olmaqla, cəmi borc məbləği 4205,58 manat məbləğ təşkil edir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli 9/9512 saylı ekspert rəyində qeyd edilmişdir: iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 008L**********63 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli 008R********** saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 05 aprel 2024-cü il tarixə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi və maliyyə arayışında qeyd olunan tarixə "xxxx" QSC-yə olan borcu əsas borc üzrə 12777,39 manat, faiz borcu üzrə 2162,83 manat məbləğdə müəyyən edilir; İş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 008L**********63 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli 008R********** saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 05 aprel 2024-cü il tarixə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi və maliyyə arayışında qeyd olunan tarixə "xxxx" QSC-yə olan borcu əsas borc üzrə 3382,66 manat, faiz borcu üzrə 410,43 manat məbləğdə müəyyən edilir. Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə 12777,39 manat məbləğində əsas borc, 1978,74 manat məbləğində faiz borcu, 650 manat məbləğində cərimə borcu və xx.xx.2022ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə 3382,66 manat məbləğində əsas borc, 410,43 manat məbləğində faiz borcu, 170 manat məbləğində cərimə olmaqla, cəmi 19369,22 manat və ödənilmiş dövlət rüsumuna görə 148,11 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 94,45 manat məbləğ hissəsinin cavabdehlərdən müştərək qaydada, 5,55 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 adıçəkilən qətnamədən apellyasiya şikayəti vermişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin səlahiyyətlərinə aid cərimənin silinməsi məsələsinə məhkəmə işə baxdıqda hakim borclunun maddi vəziyyətini yüngülləşdirmək məqsədi ilə cəriməni tamamilə silə biləcəyi halda bunu etməmiş və yüksək məbləğ saxlanılmışdır. Eləcə də, onun kreditora iddia tələbində göstərilən məbləğdə borcu yoxdur. Belə ki, borcu vaxtında ödəmiş və borcunun 90 faizindən çoxunu ödəmişdir. Bununla bağlı çekləri də vardır. Ona məhkəmə bildirişi çatmadığı üçün hazırkı məhkəmə icraatından xəbəri olmamışdır. Bu səbəbdən də, ödəniş çeklərini məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, məhkəmə tərəflərin çəkişmə prinsipinə əməl etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilədə razı deyildir, iş üzrə təkrar və ya əlavə ekspertiza təyin edilməlidir. PROSESSUALMƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətini qəbul etmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı qətnamə Cavabdeh2 apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda, yuxarıda göstərilən tarixlərdən etibarən ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış və təqdim olunmuş bütün sübutlara obyektiv hüquqi qiymət verilmişdir. Bununla bərabər, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayətində göstərilən – apellyatorun məhkəmə iclasının yeri və vaxtı haqqında məlumatsızlığı, iş üzrə yenidən hər hansı növ ekspertizanın keçirilməsi, cərimə məbləğinin tamamilə silinməli olması, habelə borcun digər hissələrdə də ödənilməsi barədə sübutların nəzərə alınmamasına dair dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və işin baxılmasının uzadılmasına xidmət edir. Qeyd edilməlidir ki, MPM-in 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-2(121)-164/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən : Vəli Abdullayev Hakimlər: Tale Kərimov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-161/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-161/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver