Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-17/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı “X8” MMC-nin nümayəndələri X7 və Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X8” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi, artıq ödənilmiş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 74/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: “X8” MMC "xxxx" ASC-yə qarşı subabonentlərin şəbəkəyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq geri ödənilməsi və elektrik enerjisinin kəsilməsinə görə iddiaçıya dəymiş zərər, eləcə də mülki dövriyyə şəraitində əldə edilməli olan gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X23”nə uyğun olaraq Ağcabədi rayon ərazisində aqrobiznesin inkişafına dəstək infrasturukturunun formalaşdırılması istiqamətində iş aparılaraq, rayonun "xxxx" şəbəkəsi genişlənmişdir. Bu məqsədilə rayonun inzibati ərazisində yerləşən dövlət fonduna aid 4800 ha qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı əsasında dəyişdirilərək “X8“ MMC-nin (bundan sonra - MMC) (VÖEN:**********) icarəsinə verilərək "xxxx" yaradılmışdır. Həmin MMC artıq qarşısına qoymuş məqsədlərini reallaşdıraraq, ölkənin daxili istehsal hesabına yem məhsulları ilə təmin olunmasını həyata keçirir. Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2022-ci il tarixdə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir. Fərmanın icrası ilə əlaqədar MMC bu layihəyə qoşularaq müqavilə imzalamışdır. Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Bu təsərrüfatda müasir suvarma sistemlərindən, o cümlədən, pivotaltı suvarmadan istifadə etməklə yüksək məhsul əldə edilir. Müasir suvarma sistemləri qurulan sahələrdə suvarma suyuna qənaət olunur ki, bu da daha çox əkin sahəsinin suvarma suyuna olan tələbatının ödənilməsi deməkdir. Müasir suvarma üsullarının tətbiq edildiyi sahələrdə suvarma normalarına ciddi əməl olunması nəticəsində torpaqdan qida maddələrinin yuyulmasının qarşısını alınır, torpağın münbitliyi əhəmiyyətli dərəcədə artır və torpaq təkrarən şorlaşmaya məruz qalmır. İri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. MMC-də həmin müasir iri taxılçılıq təsərrüfatlarından biridir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli və xx.xx.2022-ci il tarixli Fərmanlarının icrası ilə əlaqədar olaraq MMC tərəfindən Aqropark ərazisində müasir pivot suvarma sistemləri qurulmuş və bunların davamlı fəaliyyəti üçün elektrik enerjisi təminatı infrastrukturunu dövlət dəstəyi sayəsində təşkil etmişdir. Layihənin icrasının həyata keçirilməsi üçün tələb olunan elektrik enerji təminatı 5600 kVt aktiv güc tələb edildiyindən, "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli TX-17/1052 nömrəli texniki şərtə əsasən 35/N kV-luq "xxxx" yarımstansiyasından bir dövrəli 35 kV-luq hava-kabel xətti çəkilərək 10 MVA gücündə “Əkinçi BO” 35/N kV-luq yarımstansiyası inşa edilmiş və Energetika Nazirliyi Enerji X1 xx.xx.2019-cu il tarixli YG 26/19E-0007 nömrəli istismara buraxılış aktı əsasında yarımstansiya istismara verilmişdir. İstismar aktında xidmət sərhəddi 35/N kV-luq "xxxx" yarımstansiyasında 35 kV-luq giriş portalında müəyyən edilmişdir. MMC "xxxx" ASC-də **********3 nömrəli kodi ilə qeydiyyatı rəsmiləşdirilmiş və 35/N kV-luq "xxxx" yarımstansiyasında 69208062 nömrəli (əmsal 21000) elektrik sayğacı quraşdırılmışdır. Dövlət dəstəyi ilə tikilmiş və istismara verilmiş 10 MVA gücündə 35/N kVluq yarımstansiya iddiaçının elektrik enerjisinə olan tələbatına uyğun hesablanmış və başqa tələbatçıların qoşulması nəzərdə tutulmamışdır. Ağcabədi rayonu ərazisində yerləşən iddiaçının elektrik təchizatı sxemidə bunu təsdiq edir. MMC-nin razılığı olmadan 2019-ci ilin sentyabr ayında N saylı hərbi hissə MMC-yə məxsus yarımstansiyanın N kVluq tərəfindən hava xətti vasitəsi ilə şəbəkəyə qoşulmuş və hərbi hissənin elektrik sayğacı N kV-luq xəttin başlanğıcında quraşdırılmışdır. 2021-ci ilin yanvar ayından sonra hərbi hissəyə gedən N kV-luq hava xəttinin müxtəlif budaqlanma nöqtələrindən artezian quyuları üçün 30-a qədər müxtəlif güclü transformatorlar quraşdırılaraq elektrik enerjisindən istifadə etməyə başlamaqla, MMC-nin təsərrüfat fəaliyyətində elektrik enerjisi ilə təminatında problemlər yaranmağa başlamışdır. Bu qoşulmalar həyata keçirilərkən hərbi hissədən də razılıq alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 2.37-ci bəndinə əsasən sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. MMC-nin elektrik enerji tələbatını təmin etmək üçün inşa edilmiş 35/N kVluq yarımstansiyanın N kV-luq tərəfində hərbi hissəyə məxsus hava xəttindən 30-a yaxın transformatorun hesabat aparılmadan böyük yüklərin qoşulması nəticəsində, 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində olan bəzi elektrik avadanlıqlar yanaraq istismara yararsız hala düşmüş və nəticədə hərbi hissəyə gedən xəttin əvvəlində quraşdırılmış elektrik sayğacının işləmədiyindən əksər sərfiyyat MMC-nin üzərində qalmışdır. MMC-nin hesabına istifadə etmədiyi başqa abonentlərin istifadə etdiyi elektrik enerji sərfinin dəyəri daxil edilməkdədir. Sərfiyyatın müqayisəli təhlili zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin ilk 4 ayında MMC-nin sərfiyyatı 226036 kVt/s (20.343,24 manat) olmuş, qalan 8 ayda isə 954 909 kVt/s (85.941,81 manat) olmuşdur. 2022-ci il ərzində MMC-yə qalan sərfiyyat reallıqdan artıqdır. Bu artım davam etməkdədir. Sərfiyyatın təhlili göstərir ki, MMC-nin sayğacından çıxılan hərbi hissənin sayğacı həqiqi sərfiyyatı qeyd etmir. Belə ki, 2022-ci ilin 4 ayında MMC-nin istifadə etdiyi elektrik enerji sərfi 518 800 kVt/s (51 880 manat) olduğu halda, 2023-cü ilin 4 ayında elektrik enerji sərfi 711 770 kVt/s (71 177) manat hesablanmışdır. Əlavə olaraq, 2021-ci il ərzində həm yazlıq, həm də payızlıq əkin aparılıb ancaq 2022-ci il də isə yalnız payızlıq əkin aparılıb. Faktların müqayisəsi göstərir ki, hərbi hissənin xəttindən elektrik enerjisi ilə təmin edilən 30-a qədər artezian quyularının istifadə etdikləri elektrik sayğacları həqiqi sərfiyyatı qeyd etməmiş və nəticədə real istifadə edilmiş elektrik enerjisi sərfinin əsas hissəsi MMC-nin üzərində qalmışdır. Belə məlum olur ki, hərbi hissənin elektrik sayğacına "xxxx" ASC tərəfindən qoşulmuş 30-a yaxın artezianın sərf etdiyi elektrik enerji sərfini sayğacın qeyd etməməsi nəticəsində MMC-nin hesabına istifadə etmədiyi elektrik enerji hesablanaraq ödənilməsi tələb edilir. Məlum olmuşdur ki, hərbi hissənin sayğacı dəfələrlə sıradan çıxmış, "xxxx" ASC tərəfindən yeni sayğac quraşdırılana kimi bütün sərfiyyat MMC-nin üzərində qalmışdır. Yarımstansiyaya baxış keçirilən zaman məlum olmuşdur ki, yarımstansiyada bəzi avadanlıqların yanması nəticəsində hərbi hissənin xətti sayğacsız qoşulmuşdur və həmin sayğac həqiqi sərfiyyatı qeyd etmədiyindən bütün sərfiyyat MMC-nin üzərində qalacaqdır. Bundan başqa, "xxxx" ASC tərəfindən ünvanlanan məktublarda qeyd edilir ki, aqroparkın elektrik təchizatı üçün 35/N kV-luq 10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kv-luq hava xəttlərinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat tərəfindən bağlanmış müqavilə əsasında yerinə yetirilmişdir. Tikinti işləri başa çatdıqdan sonra texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, iddiaçının, eləcə də cavabdehin səlahiyyətli nümayəndəsinin imzası ilə əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) tərtib olunmuş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Əsas vəsaitlərin istismara qəbul aktında (qaiməsində) istehlakçı qrafasında sadəcə imza var. Buna görə də, həmin imzanın iddiaçının səlahiyyətli nümayəndəsinə məxsus olması müəyyən edilmir. Çünki imzanın kimə məxsus olması barədə həmin şəxsin adı, soyadı və vəzifəsi göstərilməmişdir. Əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) "xxxx" ASC tərəfindən hazırlanan zaman "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərildiyi kimi eləcə də istehlakçı qrafasında da iddiaçının səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərilməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-cü bəndinə qeyd edilmişdir ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alğı-satqı müqaviləsini onunla bağlayırlar. Yenə həmin qaydaların 1.4-cü bəndinə qeyd edilmişdir ki, enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alğı-satqı müqaviləsini bağlaya bilər. Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alğı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Yeni tikilmiş 35/N kV-luq 10 MVA gücündə transfmator yarımstansiyası "xxxx" ASC-nin balansında olduğu halda Qaydaların 8.3-cü bəndinə əsasən MMC-nin elektrik sayğacı 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində xəttin üzərində elektrik sayğacı quraşdırılmalıdır. Lakin ASC-nin və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 İmişli filialının səhvi nəticəsində MMC-yə külli miqdarda ziyan dəymişdir. Halbuki, Qaydaların 8.4-cü bəndinə göstərilir ki, istehlakçı ancaq istifadə etdiyi elektrik enerjisi sərfinin dəyərini ödəməlidir. Bu səhvlər nəticəsində 35/N kV-luq "xxxx" yarımstansiyasında 35 KV-luq xəttin başlanğıcında quraşdırılmış elektrik sayğacı ASC tərəfindən MMC-nin adına rəsmiləşdirilmiş və bütün texniki itkilər (xətt itkisi, transfamator itkisi və başqa itkilər) MMC-nin üzərində qalmışdır. Yarımstansiya "xxxx" ASC-nin balansında olduğu halda MMC-dən başqa bütün qoşulmuş ASC abonentlərinin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının yəni MMC-nin sərfindən çıxılmalı idi. MMC-nin elektrik sayğacı yeni tikilmiş 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində quraşdırılmalı idi. Belə vəziyyətdə MMC təkcə öz istifadə etdiyi elektrik enerjisi sərfini ödəməli idi. Subabonentlər şəbəkəyə qoşulan vaxtdan subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC-nin sərfindən çıxılmır. Subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) subabonentlər şəbəkəyə qoşulan vaxtdan MMC-yə hesablanaraq ondan alınır. Hal-hazırda MMC-yə elektik enerjisi verilmir, lakin MMC-nin elektrik sayğacı işləyir və MMC-yə əlavə vəsait yazır. Gündəlik olaraq elektrik sayğacına MMC-nin əməkdaşları tərəfindən baxış keçirilərək aktlaşdırılır və video yazısı aparılır. Bu bir daha sübut edir ki, MMC-yə elektrik enerjisi verilmədiyi halda elektrik sayğacı işləyir və subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC-yə hesablanır. Bundan əlavə, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-9-1827- 5382/2023 nömrəli məktubda da qeyd edilmişdir ki, “Əkinçi” yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədəd isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd KV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə hərbi hissəni və digər istehlakçıları (subartezian) elektik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə xəttinin üzərində olan istehlakçılara aid 0,4 KV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin ”Mehrablı” yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğcanının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.) pozulur. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə MMC ilə hesablaşmanın Qaydaların 7.13-cü bəndinə əsasən aparılması məsələsinə baxılması məqsədilə xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-165/2023 məktub ünvanlanmışdır. Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı ilə təmin edilməsində MMC-nin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün pretenziya məktubu ilə cavabdehə müraciət edilmişdir. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə görə ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixdə “e-taxes.gov.az” saytı vasitəsilə və xx.xx.2023-cü il tarixdə isə “e-mehkeme.gov.az” saytı vasitəsi ilə göndərilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmişdir. Əlavə olaraq, iddiaçının istifadəsində olan "xxxx"ın 1050.31 ha torpaq sahəsində 2019-cu ildən hal-hazırkı dövrə qədər buğda, qarğıdalı və soya bitkiləri əkilmişdir. Buğda üçün suvarma mövsümü noyabr ayının təxminən 15-dən başlayaraq may ayının sonuna qədər davam edir. Birinci ürün qarğıdalı üçün suvarma mövsümü mart ayının 25-dən başlayaraq avqust ayının 15-nə kimi davam edir. Soya üçün suvarma mövsümü aprel ayının 15-dən başlayaraq sentyabr ayının 15-nə kimi davam edir. İkinci ürün qarğıdalı üçün suvarma mövsümü iyun ayının 15-dən başlayaraq oktyabr ayının 25nə kimi davam edir. Bir qayda olaraq birinci taxıl əkilir, sonradan birinci ürün qarğıdalı və soya əkilir. Sonda isə ikinci ürün qarğıdalı əkilir. Həmin əkin sahələrin suvarılması üçün hər suvarma müddəti suyun təzyiqindən asılı olaraq orta hesabla, ardıcıl olaraq 12 gün çəkir. Bundan başqa, iddiaçının istifadəsində olan "xxxx"ın 1050.31 ha torpaq sahəsində əkilən məhsulunun suvarılması üçün 11 ədəd pivot suvarma qurğuları quraşdırılmışdır. Hər pivot tağılardan ibarət olmaqla 1-ci, 2-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci və 8-ci pivotlar 10 tağıdan, 5-ci və 11-ci pivotlar 11 tağıdan, 9-cu pivot 7 tağıdan, 10-cu pivot 9 tağıdan ibarətdir. Cəmi tağıların sayı 108 ədəddir. Hər bir tağını hərəkətə gətirən 1 ədəd elektrik mühərriki vardır. Mühərriklər “LİNDSAY” tipli, LİN-CDU-B3-4-40 P/N ******* modelli olmaqla, 3 fazalı, gərginliyi 380 voltluqdur. Onlardan 46 ədədi böyük ölçülü olmaqla amper/saatı (AMP) 1.9-dur, 62 ədəd tağının mühərrikləri balaca ölçülü olmaqla, amper/saat (AMP) 1.8-dir. Hər dəfə suvarma aparılanda pivotlar dairəvi formada olduğundan tağıların mühərrikləri ardıcıllıqla hərəkət edir və bu səbəbdən mühərriklər ardıcıllıqla işə düşərək sönürlər. Bu səbəbdən hər pivotun elektrik gücü akta əlavə edilən pivotların layihə üzrə nəzərdə tutulmuş həcmdədir. Belə ki, 1-ci; 2-ci; 3-cü; 4- cü; 6-cı; 7-ci və 8-ci pivotların elektrik gücü 12.82 Amps, 5-ci pivotun elektrik gücü 14.00 Amps, 11-ci pivotun elektrik gücü 14.02 Amps, 9-cu pivotun elektrik gücü – 8.73 Amps, 10-cu pivotun 10.89 Amps-dir. Ümumilikdə, pivotların elektrik gücü 137.38 Ampsdir. İddiaçının istehsalat nəzarətçisi - X19 və təsərrüfat briqadiri – X17 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, hər gün saat 16:21-də "xxxx" ASC-yə məxsus Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımstansiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” markalı, “Lun” 6 tipli, 69208062 nömrəli, 3 fazalı hesabat sayğacının göstəriciləri götürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 671.533 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 672.888 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 674.331 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 675.704 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 676.950 kwh olması müəyyən edilmişdir. Göstəricilərin götürülməsində "xxxx" ASC-nin X24 Enerji və Satış İdarəsinin X14nin növbətçi elektrik mantyoru Habil adlı şəxs iştirak etmişdir. Qeyd olunur ki, hesabat sayğacının göstəriciləri götürülərkən iddiaçının elektrik təchizatı tam dayandırılmışdır. "xxxx" ASC-nin X24 Enerji və Satış İdarəsinin X14nin xx.xx.2023-cü il tarixli xəbərdarlığında qeyd edilmişdir ki, guya MMC-nin 29.300 manat məbləğində debitor borcu var. Halbuki, MMC-nin heç bir debitor borcu yoxdur. Xəbədarlıqda qeyd edilən borc elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə yaranmışdır. Bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 İmişli filialının xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-9-1827-5382/2023 nömrəli məktubu da sübut edir. Qeyd edilən əsassız borca görə qanunsuz olaraq iddiaçının istifadəsində olan "xxxx"ın ərazisində elektrik enerjisi kəsilmişdir. Buna görə də, iddianın gələcəkdə müvəffəqiyyətli icrasının təmin etmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilənədək iddiaçının istifadəsində olan "xxxx"ın ərazisində elektrik enerjisinin verilməsinin (subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) çıxmaqla) bərpa edilməsi öhdəliyinin "xxxx" ASC, "xxxx" ASC-nin X26 və Satış İdarəsi və "xxxx" ASC-nin X24 Enerji və Satış İdarəsinin X14nin üzərinə qoyulması, eləcə də elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(121)-34/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Qərardadda qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, fəaliyyəti işığın verilməsindən asılı olan sahibkarlıq subyektinə verilən elektrik enerjisinin dayandırılmasının, hüquqi şəxs olaraq ərizəçinin (maraqlı şəxsin) vəziyyətinin əhəmiyyətli dərəcədə çətinləşdirəcəyindən, bunun qarşısını almaq məqsədilə ərizə “elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi” hissəsində qismən, yəni ərizə üzrə bir cavabdeh olduğundan, cavabdehlərə deyil, yalnız cavabdeh "xxxx" ASC-yə “qadağan edilməsi” hissəsində təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(121)-34/2023 nömrəli qərardadının icrası zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımstansiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” markalı, “Lun” 6 tipli, 69208062 nömrəli elektrik sayğacı çıxarılaraq yeri dəyişdirilmişdir. Sayğacın yeri dəyişdirilən zaman "xxxx" ASC-nin ARAN RETSİ-nin X14 tərəfindən iddiaçının nümayəndələrinin iştirakına şərait yaradılmamışdır. Qeyd edilən hallar videoya çəkilmişdir. Bu günə qədər də X14 tərəfindən iddiaçıya sayğacın yeri dəyişdirilən zaman sayğacın göstəriciləri və cərəyan transformatorun əmsalı barədə heç bir akt və ya protokol təqdim edilməmişdir. Qeyd edilən hallar bir daha sübut edir ki, cavabdeh tərəfindən cavabdehə qarşı qanunsuzluqlar törədilməkdə davam edir. İddiaçı “iddia tələbinin artırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85.038,30 manat məbləğində qalıq (debitor) borcun silinməsi, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində iddiaçının adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş 284.360,27 manat məbləğin və iddiaçıya məxsus Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə ******* manat dəymiş ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, subabonentlərin şəbəkəyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə MMC tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq geri ödənilməsi və elektrik enerjisinin kəsilməsinə görə “X8” MMC-yə dəymiş zərər və eləcə də, mülki dövriyyə şəraitində əldə edilməli olan gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair 2-2(121)-2039/2023 nömrəli mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. İddia ərizəsində qeyd edilmişdir ki, “X8“ MMC-nin hesabatına süni surətdə daxil edilmiş, hərbi hissənin elektrik sayğacının işləməməsi səbəbindən istifadə etmədiyi elektrik enerji sərfi dəyərinin və texniki itkilərin, subabonentlərin şəbəkiyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinin və ona aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat), eləcə də elektrik enerjisinin kəsilməsinə görə “X8” MMC-yə dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edəcəyimiz gəlirlərin (əldən çıxmış faydanın) məbləğləri hesablanıb məhkəməyə təqdim edildikdən sonra iddia tələbinin həcmi artırılacaq və ona görə də, dövlət rüsumu ödəniləcəkdir. Aşağıda göstərilən suallar üzrə tədqiqat aparılması üçün iddiaçı tərəfindən “X11” MMC-yə müraciət edilmişdir. “X8” MMCyə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesablaşma elektrik sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğundurmu? “X8” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissəsinin və subartezian quyularının) yeni inşa olunmuş 35/N kVluq “Əkinçi” elektrik yarımstansiyasınin N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğundurmu? “X8” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakcıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda, MMCyə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyatının 35/N kVluq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacla hesablanması düzgündürmü və “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğundurmu? "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X8” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 30 may 2023-cü il tarixinədək 63.566,70 manat və 14 iyun 2023cü il tarixinədək 85.038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcu düzgün hesablanmışdırmı? “X8” MMC-yə məxsus Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə MMC-yə elektrik enerjisinin verildiyi tarixdən (elektron qaimələrə görə 2017-ci ilin dekabr ayından) və əlavə istehlakçıların həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu tarixdən (2019-cu ilin sentyabr ayından) elektrik enerjisinin verilməsinin kəsildiyi tarixə (2023- cü ilin may ayına) qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğundurmu? 5-ci sualda qeyd edilmiş dövrlər üzrə hesablanmış elektrik enerjisinin sərfiyyatı düzgün hesablanmamışdırsa “X8” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış artıq elektrik enerjisinə görə həmin dövrlər ərzində nə qədər artıq ödəniş olunmuşdur? “X8” MMC-yə məxsus, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan - əldən çıxmış fayda müəyyən edilsin. “X11” MMC-nin ekspertləri tərəfindən tədqiqatın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 90 nömrəli rəy verilmişdir. Rəyin nəticə hissəsində aşağıda göstərilənlər qeyd edilmişdir. 1-ci, 2-ci və 3-cü suallar üzrə: "xxxx" ASC-nin Satış departamentinin direktoru E.Dadaşov və "Əkinci X21" MMC-nin direktoru R.Pəsiyev arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006408 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsi”nin 7-ci bəndində enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktını bu müqaviləyə əlavə edilmədiyini, müqavilənin 9-cu bəndində hesablaşma elektrik sayğaclarının quraşdırılan yerinin qeyd edilməsi nəzərdə tutulsa da, həmin müqavilədə bu barədə heç bir qeydiyyatın aparılmadığını, “Aran” RETSİ-nin adından Ağcabədi EŞ-nin baş mühəndisi Fikrət Əhmədov və Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən “Əkinçi BO” arasında bağlanmış “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqısatqı müqaviləsinə əlavə) aktı”nın tarixi alğı-satqı müqaviləsinin tarixindən fərqli (2018-ci ilin sentyabr ayı göstərilmişdir) olduğunu və “Əkinci BO” (istehlakçı) tərəfindən imza edilmış şəxsin adı və soyadı aktda qeyd edilmədiyini, "xxxx" ASC-nin Aran RETSİ-nin rəisi E.Ə.Həsənov tərəfindən və həmin ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərov tərəfindən "X8" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 51-01/105 nömrəli və 20 aprel 2023-cü il tarixli 13-13/2-1/06- 2444/2023 nömrəli məktublarda 35/N kVluq 1x10 MVA gücündə olan “Əkinçi” yarımstansiyasının və ona çəkilmiş 35 kV-luq hava xəttinin "xxxx" ASC-nin balansında olduğunu, həmin cəmiyyətin əsas vəsaitlərinə əlavə edildiyini və onlara xidmət göstərildiyini nəzərə aldıqda, konkret olaraq enerji təchizatı müəssisəsi ilə abonent (istehlakçı) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və həmin nöqtədə hesablaşma sayğacının quraşdırılması təmin edolmədiyinə, elektrik şəbəkəsinin digər nöqtədə hesablaşma sayğacının quraşdırıldığı halda isə texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, “X8” MMC-yə məxsus aqroparkın elektrik enerjisinin sərfinin həsablanması üçün 35/N kV-luq "xxxx" yarımstansiyasında “Luna” tipli 69208062 nömrəli hesablaşma sayğaçının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 1.4, 5.1, 7.6, 7.12, 7.13, 7.17 bəndlərinin və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerjitəchizatı şəbəkəsinə qoşulması qaydaları”nın 2.36, 2.37, 3.4, 3.6 bəndlərinin tələblərinə uyğun deyildir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli TX17/1052 nömrəli texniki şərtdə və 14 may 2019-cu il tarixli, YG26/19E-0007 nömrəli “İstismara buraxılış aktı”nda yalnız bir istehlakçının, yəni "X8" MMC-yə məxsus aqroparkın elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) 35/N kV-luq “Əkinci” yarımstansiyasının N kV-luq PQ-yə qoşularaq N kVluq elektrik hava xətti ilə elektrik enerjisi ilə təchiz edilməsi, “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.4, 1.6, 2.1, 7.12 bəndlərinin tələblərinə ziddir. Belə ki, əlavə istehlakçıların (abonentlərin) əsas istehlakçının şəbəkəsinə yalnız onun razılığı ilə, yeni texniki şərtin hazırlandığı, yeni alğı-satqı müqavilənin bağlandığı, elektrik enerjisinin sərfiyyatlarının hesablaşma qaydası, hesablaşma sayğaclarının və texniki nəzarət uçot cihazlarının (sayğaclarının) quraşdırma yerlərinin (nöqtələrinin) müəyyən edildiyi halda heyata keçirilməli idi; "xxxx" ASC tərəfindən "X8" MMC-yə verilmiş xx.xx.2017-ci il tarixli TX-17/1052 nömrəli texniki şərtdən kənar əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) həmin MMC-nin elektrik enerjisi təchizat sxeminə qoşulduğu halda, əlavə istehlakçıların (abonentlərin) texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, "X8" MMC-yə məxsus aqroparkın istifadə etdiyi elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" yarımstansiyada quraşdırılmış hesablaşma elektrik sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13, 7.14, 8.3, 8,13 bəndlərinin tələblərinə uyğun deyildir. 4-cü və 5-ci suallar üzrə: “X8“ MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat sxemini və quraşdırılmış elektrik qurğularının texniki göstəricilərini, suvarılan ərazidə yetişdirilən bitkilərin suvarılma xüsusiyyətlərini, elecə də aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsində yarana bilən maksimal texniki itkilərini nəzərə aldıqda, “X8” MMC-yə məxsus aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə: - 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə geyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının (“X8” MMC-nin) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi 3612721,2 kVts (fərq 4,011,705.8 kVts) təşkil edir; - 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir. Belə ki həmin qaimələrlə geyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi ******* kVts (fərq 2,942,535 kVts) təşkil edir. “X8“ MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsinə digər istehlakçıların (hərbi hissənin və N ədəd subartezian quyularının) qoşulduğu halda, elektrik enerjisi sərfiyyatlarının hesablanması yuxarıda göstərilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun aparılmadığına görə, "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X8” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş 30 may 2023-cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq, ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85038,30 manat məbləğində qalıq (debitor) borc düzgün hesablanmamışdır. 6-cı sual üzrə: Aparılmış tədqiqatlar nəticəsində, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına və 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində “X8” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş məbləğ aşağıdakı kimi müəyyən edilir: a) 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 284,360.27 manat; b) 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 196,686.39 manat. 7-ci sual üzrə: Aparılmış tədqiqatlar nəticəsində, “X8” MMC-yə məxsus, Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan - əldən çıxmış fayda - 2335725.00 (iki milyon üç yüz otuz beş min yeddi yüz iyirmi beş) manat müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ekspert tərfindən heç bir araşdırma aparılmadan rəy verilmiş və məhkəmə həmin rəyə istinad edərək iddianı rədd etmişdir. İş materialları, işin faktiki halları, habelə qətnamədə qeyd edilənlərlə tam sübut olunur ki, ekspert yalan rəy vermiş və məhkəmə isə tamamilə qanunsuz və əsassız qətanmə qəbul etmişdir. Rəyin nəticə hissəsində göstərilənlərlə tam müəyyən olunur ki, ekspert düzgün araşdırma aparmadan cavabdehin maraqlarına uyğun rəy vermişdir. Belə ki, ekspert birinci sual üzrə bildirir ki, elektrik sayğacının "xxxx" yarımstansiyasında qurşadırılması bütün normativ hüquqi aktların tələblərinə uyğundur. Qeyd edilən sayğacın yeri xx.xx.2023-cü il tarixdə məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadına əsasən dəyişdirilmişdir. Sayğac düzgün quraşdırılmışdırsa niyə məhkəmənin qərardadından sonra cavabdeh tərəfindən yeri dəyişdirilmişdir? Adil Ağalarov düzgün tədqiqat aparırdısa, niyə sayğac əvvəl başqa yerdə olması və sonradan dəyişidirilməsi halına rəydə toxunmamışdır. Sayğacın yerinin dəyişdirilməsi düzgün deyildirsə niyə buna fikir bildirməmişdir? və ya dəyişdirilmə düzgündürsə, niyə Adil Ağalarov bildirmişdir ki, elektrik sayğacının "xxxx" yarımstansiyasında qurşadırılması bütün normativ hüquqi aktların tələblərinə uyğundur? Elektrik sayğacının "xxxx" yarımstansiyasında qurşadırılması bütün normativ hüquqi aktların tələblərinə zidd olmuşdur. Buna görə də, sayğacın yeri dəyişdirilmişdir. İkinci sual üzrə ekspert bildirir ki, “X8” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissəsinin və subartezian quyularının) yeni inşa olunmuş 35/N kV-luq “Əkinçi” elektrik yarımstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın və digər normativ aktların tələblərinə zidd deyil. Ekspert özü özünü burada təkzib edir. “X8” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulursa, digər istehlakçıların necə qoşula bilər? Ekspert bildirir ki, yarımstansiyaya ayrılan güc faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur. Maraqlıdır ki, ekspert həmin gücün çox olmasını necə müəyyən edib. Bununla bağlı araşdırmanı necə aparıb, çünki rəydə bununla bağlı nəsə qeyd edilməyib. O həqiqətən araşdırma aparsaydı və iddiaçının sənədləri ilə tanış olsaydı görəcəkdi ki, iddiaçıya həmin elektrik bəs etmir. Çünki o layihəsini həmin enerji ilə yerinə yetirə bilmir. Qeyd edilənlərlə müəyyən edilir ki, ekspert heç bir sənədə baxmadan rəy vermişdir. Çünki o sənədlərə baxsa idi, dəqiq fikir bildirəcəkdir. Üçüncü sual üzrə ekspert bildirir ki, “X8” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda, MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 KV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacla hesablanması düzgündürmü və “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə, elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Bütün sullar üzrə ekspert cavabların ziddiyyətlidir və aydın deyildir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış məktublarda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğcanının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Ekspert iş materiallarına baxmadan heç bir tədqiqat aparmadan rəy yazmışdır. İş materialları ilə tanış olsaydı, belə rəy verməyəcəkdi. Dördüncü, beşinci və altıncı sual üzrə ekspert bildirir ki, istifadə olunan elektrik enerjisinin sərfiyatı konkret işlədicilərin sayından və onların işləmə rejimindən asılı olduğuna görə "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X8” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixinədək 63.566,70 manat və xx.xx.2023-cü il tarixinədək 85.038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcu düzgün hesablanıb hesablanmadığını, eləcə də istifadə edilmiş elektrik enerjisinin həmin dövrdə elektron qaimələr əsasında hesablanmış sərfiyyata uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertin vəzifəsi suallar üzrə araşdırma aparıb suallara cavab vermək olduğu halda suallara cavab verməkdən imtina etmişdir. Ekspert özü itkilərin miqdarını müəyyən etməli idi. Əgər edə bilmirsə, niyə görə ekspert işləyir. Ekspertin yalan rəy verdiyini sübut edən digər fakt Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 İmişli filialın müfəttişi X16 oğlunun mütəxəssis rəyidir. Ekspert iş materialları ilə tanış olsa idi, tam və obyektiv rəy vermiş olacaqdı. Ekspertin yalan rəy verməsini sübut edən aşağıdakı hallar da nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 İmişli filialın müfəttişi X16 oğlunun mütəxəssis rəyindən görünür ki, müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, Ağcabədi EŞ-in və MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilmiş, 35/N kV-luq ”içnikƏ“ yarımstansiyasının 35/N kV-luq "xxxx" yarımstansiyasından çəkilmiş 35 kV-luq hava elektrik veriliş xətti vasitəsi ilə qidalandığı, hesablaşma elektrik sayğacının "xxxx" yarımstansiyasında 35 kV-luq çıxış tərəfdə quraşdırıldığı, MMC ilə hesablaşmanın həmin sayğacla aparıldığİ məlum olmuşdur. Bundan əlavə, ”içnikƏ“ yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədədi isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd N kV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə” xəttinin üzərində olan istehlakçılara aid 0,4 kV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin "xxxx" yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin, bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin tələbləri amşalbaseh) elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğısatqımüqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.) pozulur. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğısatqı müqaviləsində göstərilir. Bundan başqa, Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının təşiəm) abonenti istisna olmaqla) baş transformatoru enerji təchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (qaçla) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə təşiəm) abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Eyni zamanda Qaydaların 8.11-ci bəndinə əsasən istehlakçının təşiəm) abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun alansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (qaçla) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı(məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Ekspert qeyd edir ki, istifadə olunan elektrik enerjisinin sərfiyatı konkret işlədicilərin sayından və onların işləmə rejimindən asılı olduğuna görə, "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X8” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixinədək 63.566,70 manat və xx.xx.2023-cü il tarixinədək 85.038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcu düzgün hesablanıb hesablanmadığını, eləcə də istifadə edilmiş elektrik enerjisinin həmin dövrdə elektron qaimələr əsasında hesablanmış sərfiyyata uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspert iş materialları ilə tanış olsa idi, xx.xx.2023-cü il tarixinədək 63.566,70 manat və xx.xx.2023-cü il tarixinədək 85.038,30 manat məbləğdə hesablanmış qalıq (debitor) borcu düzgün hesablanıb hesablanmadığını, eləcə də istifadə edilmiş elektrik enerjisinin həmin dövrdə elektron qaimələr əsasında hesablanmış sərfiyyata uyğun olub-olmadığını müəyyən edə bilərdi. Hakim qətnamədə Energetika Nazirliyi Enerji X1 İmişli filialın müfəttişi X16 oğlunun mütəxəssis rəyini qeyd edir. Həmin rəy ilə iddia sübut olunur. Hakim qətnamədə həmin rəyi qeyd etməsinə baxmayaraq iddia tələbini rədd etmişdir. Qeyd edir ki, həmin mütəxəssis məhkəmə zamanı hakim tərəfindən cəlb edilmişdir. Adil Ağalarovun ekspert qismində dindirilməsi üçün məhkəmədə vəsatət verilmiş və vəsatət təmin edilmişdir. Məhkəmə zalında hakim köməkçisi ekspertə zəng vuraraq xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etməli olduğunu bildirmiş və ona məktubda göndərmişlər. Ekspert telefon danışığı zamanı hakim köməkçisinə bildirmişdir ki, o xx.xx.2024-cü il tarixə qədər təqaüdə çıxacağını və məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə ekspert məhkəmə iclasına gəlməmişdir. Məhkəmə buna baxmayaraq iddia tələbini rədd etmişdir. X31 dindirilməli idi. Bundan başqa, məhkəmə ekspertin iştirakı olmadan iş baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləməmişdir. MMC-yə 2021-ci il ərzində 106125,74 manat, 2022-ci il ərzində 162180,0 manat və 2023-cü ilin 6 ayı ərzində 185582,30 manat olmaqla ümumilikdə 30 ay ərzində 453888,04 manat vəsait hesablanıb. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən sayğacın yeri dəyişdirilərək MMC-nin giriş xəttində quraşdırılıb. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədə qədər MMC-yə, ümumilikdə, 49763,20 manat vəsait hesablanıb ki, bu da aylıq (49763,20:12 ay) 4147,0 manat vəsait edir. Sayğacın yeri dəyişdiriləndə sonra MMC-nin real aylıq sərfiyyatı orta hesabla 4147,0 manat olmuşdur. Əvvəlki dövrlər üzrə orta aylıq 15129,60 manat (453888,04 manat:30 ay) olmuşdur. 15129,60 manat səfiyyat düzgün deyil. MMC-nin real sərfiyyatının aylıq 4147,0 manat götürsək əvvəlki 30 ay üzrə (2021-2022- 2023-ün ilk 6 ayı) 124410,0 manat (4147,0x30) vəsait hesablanmalı idi. "xxxx" ASC tərəfindən hesablanmış 453888,04 manat vəsaitdən real 124410,0 manat vəsaiti çıxanda müəyyən olunur ki, "xxxx" ASC tərəfindən MMC-yə əlavə 329478,0 manat vəsait hesablanmışdır. Qeyd edilənləri təsdiq edən “e-qaimə”lər məhkəməyə təqdim edilsə də, hakim həmin sənədləri nəzərə almamışdır. Həmin sənədlər əsasında sadə riyazi hesablama apardıqda müəyyən olunur ki, "xxxx" ASC tərəfindən həqiqətəndə MMC-yə əlavə vəsait hesablanmışdır. Təqdim etdiyi sənədlərin heç birinə hakim əhəmiyyət verməmişdir. Onlar mütəxəssis və ya ekspert olmadığımız üçün rəqəmlərdə nəsə səhvlik edə bilərlər. Buna görə də, real itkilərin müəyyən edilməsi üçün MMC tərəfindən “X11” MMC-yə müraciət edilmişdir. “X11” MMC-nin ekspertləri tərəfindən tədqiqatın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 90 nömrəli rəy verilmişdir. Rəydə qeyd edilmişdir ki, 284360,27 manat vəsait artıq hesablanmış, 30 may 2023-cü il tarixədək 63566,70 manat və 14 iyun 2023-cü il tarixədək 85038,30 manat məbləğində qalıq (debitor) borcun düzgün hesablanmamışdır. Həmin mütəxəssis rəyi tam və aydındır. Hakim “X11” MMC-nin rəyini nəzərə almamışdır. Hakim, ümumiyyətlə iddia tələbini subut edən heç bir sübutu nəzərə almamış və iddia tələbini rədd etmişdir. Cavabdeh digər subabonentlərin hesabatları barədə sənədləri məhkəməyə təqdim etmişdir. Hakim bildirmişdir ki, hər subabonentin özünün hesabatı öz sayğacı ilə aparılır. Onlar hakimə bildirdik ki onların mübahisəsi subabonentlərin şəbəkəyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq geri ödənilməsidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının videoyazısına baxılmasını xahiş edirlər. Bununla da, sübut olunur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş, eləcə də məhkəmə tərəfindən əldə edilmiş heç bir sübuta əhəmiyyət verməmişdir. Energetika Nazirliyi Enerji X3 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış məktublarda da qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğcanının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır) pozulur. Qeyd edilənlər Energetika Nazirliyi Enerji X1 İmişli filialın müfəttişi X16 oğlunun mütəxəssis rəyi ilə də sübut olunur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə izahat verərək göstərmişdir ki, Mehrablı yarımstansiyasından çıxan xətt müəssisənin ərazisində yerləşir. Həmin yarımstansiya "xxxx" ASC-nin balansında olsa da, təklif etdikləri layihə əsasında tikilmişdir. Həmin dövrdə müəssisənin ərazisində olan kanalda tikinti işləri getdiyi üçün yarımstansiyadan elektrik enerjisinin müəyyən qismini götürmüşlər. Lakin kanalda təmirtikinti işləri yekunlaşdığından ayrılmış elektrik enerjsi kifayət etməmişdir. Energetika nazirliyindən alınmış sorğu məlumatlarına əsasən sayğacı Mehrablı yarımstansiyasında yerləşdiriblər. Sayğac Mehrablı yarımstansiyasında yerləşmiş, digər abonentlər də həmin sayğaca qoşulmuşdur. Sayğac Mehrablıda yerləşməsinə baxmayaraq, onlara elektrik enerjisinin verilməsi 24 km uzunluğunda xətt vasitəsilə verilir. Sayğacı dəyişdikdən sonra elektrik enerjisində məsafə itkisinin olmasını müəyyən etmək üçün bir müddət enerji istifadə etməmişlər. Bundan sonra isə sayğaca 35000 məbləğində borc yazılmışdır. Bunu aydınlaşdırarkən məlum olmuşdur ki, sayğaca digər abonentlər də qoşulmuşdur. Müəssisənin fəaliyyəti dənli bitkilərin becərilməsi olduğundan elektrik enerjisindən mütəmadi olaraq istifadə edilməmişdir. Sayğacın yeri dəyişilsə də, problem hələ də həllini tapmamışdır. Onları narahat edən hal məsafə itkisinin olmasıdır. Onların müəssisəsinə gələn xəttə yeni abonentlərin qoşulmasına razı olmamışdır. İstisna olaraq həmin dövrdə müharibə dövrünə təsadüf etdiyindən hərbi hissənin qoşulmasına razı olmuşdur. Hərbi hissəyə hesablanmış artıq borc da müraciət edildikdən sonra silinmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, "xxxx" yarımstansiyasından “X8” MMC-yə məxsus elektrik xətləri çəkilmişdir. "xxxx" yarımstansiya ilə elektrik sayğacı arasında məsafə çox olduğu üçün elektrik enerjisində itkilər baş vermişdir. Həmin elektrik xətləri hüquqlarını təmsil etdiyi müəsisə ilə yanaşı digər müəssisələrə də elektrik enerjisi ötürməsinə baxmayaraq, elektrik enerjisində itkilər iddiaçı “X8” MMC-yə hesablanmışdır. Sayğaçı yeri dəyişdirildikdən sonra isə sərfiyyat azalmışdır. İtkilər dedikdə məsafənin çox olması zamanı yaranmış elektrik enerjisinin itkisini nəzərdə tutmuşdur. İtkilər iddia tələbində müəyyən edilmiş məbləğ həcmindədir. Müvafiq rəylər də vardır. Belə ki, sayğacın yerinin dəyişdirilməsi zamanı itkilər də azalmışdır. Əvvəl elektrik sayğacı yarımstansiyada olsa da, hazırda aqroparkın ərazisində yerləşir. Sayğac məhkəmədə iddia qaldırılana qədər yarımstansiyada yerləşirdi. O, hazırkı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsində də kifayət qədər araşdırma aparılmış və ekspert rəyi verilmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi məqam transformator itkisi yox, məsafə itkisidir. Həmin ərazidə yerləşən hər bir abonentin ayrıca xətti, sayğac nöqtəsi və saldosu mövcuddur. İddiaçı tərəf isə həmin o məsafə itkisini geri tələb edir. Qeyd edir ki, belə bir itkinin hesablanma mexanizmi yoxdur. Qarşı tərəf bildirir ki, “sayğacın yerinin dəyişidirilməsi sərfiyyatın azalmasına səbəb olmuşdur”. Bu hissəyə münasibət bildirərək qeyd edir ki, elə bir qanunauyğunluq yoxdur. İddiaçı tərəf həmin dövrü mövsümdən asılı olaraq elektrik enerjisindən az istifadə edə bilərdi ki, bu da az sərfiyyata səbəb ola bilər. Xətt birbaşa "xxxx" yarımtansiyasından çıxmışdır. Həmin xəttin uzunluğu 14600 metr təşkil edir. İddiaçı tərəf isə məsafə itkisini mübahisələndirmişdir. Həmin məsafə itkisinin müəyyən edilməsi üçün heç bir metod yoxdur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Şirvan Filialının müfəttişi X18 məhkəmə iclasında bildirmişdir ki, hazırkı iş materiallarından transformator itkilərinin və digər itkilərin çıxılması görünür. Abonent cədvəlinə əsasən iddiaçı təşkilata hesablanan elektrik enerjisinin sərfiyyat məbləğindən transformator və digər itkilər hesablanmamışdır. 2023-cü ilin oktyabr ayına qədər həm balans sayğacı, həm də hesablaşma sayğacı olmuşdur. 2023-cü ilin sentyabr ayına qədər artezian quyularına və hərbi hissəyə gedən sərfiyyat dövriyyədən çıxılmış və iddiaçı təşkilatın saldosuna hesablanmamışdır. Sayğacın biri yarımstansiyada olmuş, bütün xətlər oradan paylanmış hər aylar üzrə çıxılmalar olmuşdur. Elektrik enerjisi "xxxx" yarımstansiyasından paylanmış və bütün aylar üzrə çıxılmalar olmuşdur. Bütün texnoloji, radiaktiv itkilər çıxıldıqdan sonra xətt itkisini müəyyən etmək mümkün olmamışdır. Ona görə ki, xətt itkisini müəyyən edilməsi üçün aqroparkın ərazisində və yarımstansiyada tarnsformator olmalıdır. Belə olan halda, yaranmış xətt itkisini müəyyən etmək mümkün olacaqdır. Qeyd etmişdir ki, xətt itkisinin müəyyən edilməsi üçün heç bir normativ akt mövcud deyildir. Əlavə etmişdir ki, xətt itkisi olsa da, onun müəyyən edilməsi mümkün deyildir. Onu da qeyd edir ki, maqnitləşmə olmadığından xətt itkisi məsafədən asılı olaraq çox cüzi miqdarda olur.Yarımstansiya cavabdeh təşkilatın balansındadırsa, oraya əlavə abonentlərin qoşulması üçün icazə tələb olunmur. İş materiallarından görünür ki, iddiaçı təşkilata borc hesablanarkən transformato və ya reaktiv enerji itkisi nəzərə alınmış, lakin xətt itkisini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-74/2024 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddianın rədd edilməsi və ekspertiza tədqiqatlarının dəyəri olaraq 202 manat məbləğində pul vəsaitinin “X8” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını və mütəxəssisin rəyini dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-74/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: “X8” MMC və cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli 006408 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli” müqaviləsi bağlanmış, Ağcabədi rayonu ərazisində “X8” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Həmin texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. "xxxx" ASC-nin “X8” MMC-nin direktoru Nümayəndə2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən "X8" MMC-yə məxsus aqroparkı elektrik enerjisi ilə təmin eden 35/N kV-luq yarımstansiyanın MMC-nin balansına təhvil verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və “Azərenerji" ASC-yə ünvanlanmış müraciətə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar, göstərilən aqroparkın elektrik təchizatı üçün 35/N kV-luq 10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirilmişdir. İş başa çatdırıldıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, "X8" MMC-nin o vaxtkı rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı (qaiməsi) tərtib olunmuş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt "X8" MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya "Azərişıq” ASC tərəfindən texniki xidmət göstərilir və yarımstansiyadan aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi tachizatı təmin edilir. Yarımstansiyadan aqroparkdan əlavə olaraq strateji əhəmiyyətli obyektlər, o cümlədən hərbi hissələr də elektrik enerjisi ilə təmin olunur. Yarımstansiyaya əlavə güclərin qoşulması "Azərişıq” ASC-nin nəzarətində və səlahiyyətindədir. "X8” MMC tərəfindən mövcud gücdən əlavə gücə ehtiyac yaranarsa, bu yalnız mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq texniki şərtlər əsasında həyata keçiriləcəkdir. Göstərilən yarımstansiyanın "X8" MMC-yə təhvil verilməsi məqsədəuyğun hesab edilmir. "xxxx" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin “X8” MMC-nin direktoru Nümayəndə2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağcabədi rayonu ərazisində “X8” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "Azərişıq” ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "Azərişıq” ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin eləcə də "Azərişıq” ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "Azərişıq” ASCnin balansına qəbul edilmişdir. Yarımstansiya dövlət vəsaiti hesabına inşa edilmiş, istismara verilən andan "xxxx" ASC-nin balansına verilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt "X8" MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya Aran RETSİ-nin X14 tərəfindən texniki xidmət göstərilir, ehtiyac olduqda zədələnmiş qiymətli avadanlıqlar “X8” MMC tərəfindən deyil, “Azərişıq" ASC-nin vəsaiti hesabına dəyişdirilir. 35/N kV-luq yarımstansiyadan Aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilir. Yarımstansiyadan Aqroparkdan əlavə olaraq, texniki şərtlər əsasında hərbi hissə və budaqlanma yolu ilə artezian quyuları da elektrik enerjisi ilə təmin olunur. Hərbi hissənin və bu xəttə qoşulmuş artezian quyularının hər biri elektrik sayğacı ilə təmin olunmuşlar. Hər ay hərbi hissə və artezian quyularının elektrik enerjisinin sərfiyyatı baş yarımstansiyada quraşdırılmış elektrik sayğacının sərfiyyatından çıxılaraq yerdə qalan sərfiyyat Aqroparka aid edilir. Qeyd olunan yarımstansiyada sayğacı olmayan və sayğacı qüsurlu olan heç bir istehlakçı yoxdur. Odur ki, digər istehlakçıların sərf etdiyi enerjinin sərfiyyatının MMC-nin hesabına qeyd olunması barədə müəssisə rəhbərliyinin yazdıqları həqiqəti əks etdirmir. "Azərişıq” ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin istehlakçı "X8" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarına əsasən elektrik enerjisinin sərfinə görə 29300 manat məbləğində (ƏDV ilə) debitor borcu vardır. “X11” MMC-nin xx.xx.2023-cü il tarixli 90 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, "xxxx" ASC-nin Satış departamentinin direktoru E.Dadaşov və "Əkinci X21” MMC-nin direktoru R.Pəsiyev arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 006408 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsi”nin 7-ci bəndində enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktını bu müqaviləyə əlavə edilmədiyini, müqavilənin 9-cu bəndində hesablaşma elektrik sayğaclarının quraşdırılan yerinin qeyd edilməsi nəzərdə tutulsa da, həmin müqavilədə bu barədə heç bir qeydiyyatın aparılmadığını, “Aran” RETS-nin adından Ağcabədi EŞ-nin baş mühəndisi Fikrət Əhmədov və Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən "Əkinci BO" arasında bağlanmış "Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alğı-satqı müqaviləsinə əlavə) aktı'nın tarixi alğı-satqı müqaviləsinin tarixindən fərqli (2018-ci ilin sentyabr ayı göstərilmişdir) olduğunu və "Əkinci BO" (istehlakçı) tərəfindən imza edilmiş şəxsin adı və soyadı aktda qeyd edilmədiyini, "xxxx" ASC-nin Aran RETSİ-nin rəisi E.Ə.Həsənov tərəfindən və həmin ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərov tərəfindən "X8" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 51-01/105 nömrəli və xx.xx.2023-cü il tarixli 13-13/2-1/06-2444/2023 nömrəli məktublarda 35/N kV-luq 1x10 MVA gücündə olan "Əkinçi" yarımstansiyasının və ona çəkilmiş 35 kV-luq hava xəttinin "Azərişıq” ASC-nin balansında olduğunu, həmin cəmiyyətin əsas vəsaitlərinə əlavə edildiyini və onlara xidmət göstərildiyini nəzərə aldıqda, konkret olaraq enerji təchizatı müəssisəsi ilə abonent (istehlakçı) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və həmin nöqtədə hesablaşma sayğacının quraşdırılması təmin edilmədiyinə, elektrik şəbəkəsinin digər nöqtədə hesablaşma sayğacının quraşdırıldığı halda isə texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə "ƏkinçiX21" MMC-yə məxsus aqroparkın elektrik enerjisinin sərfinin hesablanması üçün 35/N kV-luq "Mehrablı yarımstansiyasında "Luna" tipli, 69208062 nömrəli hesablaşma sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları"nın 1.3, 1.4, 5.1, 7.6, 7.12, 7.13, 7.17 bəndlərinin və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerjitəchizatı şəbəkəsinə qoşulması qaydaları"nın 2.36, 2.37, 3.4, 3.6 bəndlərinin tələblərinə uyğun deyildir; "Azərişıq” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, TX-17/1052 nömrəli texniki şərtdə və xx.xx.2019-cu il tarixli YG26/19E-0007 nömrəli “İstismara buraxılış aktı”nda yalnız bir istehlakçının, yəni “X8” MMC-yə məxsus aqroparkın elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) 35/N kV-luq “Əkinci” yarımstansiyasının N kV-luq PQ-yə qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisi ilə təchiz edilməsi, 'Elektrik enerjisindən istifadə qaydaları'nın 1.4, 1.6, 2.1. 7.12 bəndlərinin tələblərinə ziddir. Belə ki, əlavə istehlakçıların (abonentlərin) əsas istehlakçının şəbəkəsinə yalnız onun razılığı ilə, yeni texniki şərtin hazırlandığı, yeni alğı-satqı müqavilənin bağlandığı, elektrik enerjisinin sərfiyyatlarının hesablaşma qaydası, hesablaşma sayğaclarının və texniki nəzarət uçot cihazlarının (sayğaclarının) quraşdırma yerlərinin (nöqtələrinin) müəyyən edildiyi halda həyata keçirilməli idi: "xxxx" ASC tərəfindən "X8" MMC-yə verilmiş xx.xx.2017-ci il tarixli, TX17/1052 nömrəli texniki şərtdən kənar əlavə istehlakçıların (N saylı hərbi hissənin və N ədəd subartezian quyularının) həmin MMC-nin elektrik enerjisi təchizat sxeminə qoşulduğu halda, əlavə istehlakçıların (abonentlərin) texniki itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmadığına görə, "X8" MMC-yə məxsus aqroparkın istifadə etdiyi elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" yarımstansiyada quraşdırılmış hesablaşma elektrik sayğacı ilə hesablanması "Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13, 7.14, 8.3, 8,13 bəndlərinin tələblərinə uyğun deyildir. “X8" MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat sxemini və quraşdırılmış elektrik qurğularının texniki göstəricilərini, suvarılan ərazidə yetişdirilən bitkilərin suvarılma xüsusiyyətlərini, eləcə də aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsində yarana bilən maksimal texniki itkilərini nəzərə aldıqda, "X8” MMC-yə məxsus aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə; 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə qeyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının ("X8" MMCnin) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi 3612721,2 kVts (fərq 4,011,705.8 kVts) təşkil edir: 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr ərzində istifadə edilmiş elektrik enerjisinin sərfi həmin dövrdə elektron qaimələr əsasında hesablanmış elektrik enerjisinin sərfiyyatlarına uyğun deyildir, belə ki həmin qaimələrlə qeyd olunan dövr ərzində elektrik enerjisinin sərfi ******* kVts olduğu göstərilsə də, istehlakçının elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə hesablanmış elektrik enerjisinin sərfi ******* kVts (fərq 2,942,535 kVts) təşkil edir. “X8" MMC-yə məxsus aqropark kompleksinin elektrik enerjisinin təchizat şəbəkəsinə digər istehlakçıların (hərbi hissənin və N ədəd subartezian quyularının) qoşulduğu halda, elektrik enerjisi sərfiyatlarının hesablanması yuxarıda göstərilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun aparılmadığına görə, "xxxx" ASC-nin Ağcabədi Rayon-Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “X8" MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq, ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş xx.xx.2023-cü il tarixində 85038,30 manat məbləğində qalıq (debitor) bord düzgün hesablanmamışdır. Aparılmış tədqiqatlar nəticəsində, 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına və 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində "X8” MMC-nin adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü νə işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş məbləğ aşağıdakı kimi müəyyən edilir: a) 2017-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 284.360,27 manat; b) 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan dövr üzrə - 196.686,39 manat. Aparılmış tədqiqatlar nəticəsində, “X8" MMC-yə məxsus. Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə dəymiş ziyan əldən çıxmış fayda – 2.335.725 manat müəyyən edilmişdir. “X8” MMC-nin nümayəndələrinin də imzaladığı xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü tarixli xx.xx.2023- cü il tarixli baxış aktları vardır. Energetika Nazirliyi Enerji X3 İmişli filialının “X8” MMC-nin direktoru Nümayəndə2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sahibkarlıq obyektinə elektrik enerjisinin verilişinin bərpa olunmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətə Enerji X1 İmişli filialında baxılmışdır. Məsələ ilə bağlı "xxxx" ASC-nin Aran RETSİ-yə göndərilmiş sorğuya əsasən təqdim olunan sənədlər əsasında müəyyən edilmişdir ki, MMC 35/N kV-luq "Əkinçi" yarımstansiyasından elektrik enerjisi ilə təchiz olunur və sözügedən yarımstansiya "xxxx" ASC-nin balansındadır. Araşdırma zamanı Ağcabədi EŞ-in və MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilmiş, sözügedən yarımstansiyanın 35/N kV-luq "Mehrablı yarımstansiyasından çəkilmiş 35 kV-luq hava elektrik veriliş xətti vasitəsi ilə qidalandığı, hesablaşma elektrik sayğacının həmin yarımstansiyada 35 kV-luq çıxış tərəfdə quraşdırıldığı, MMC ilə hesablaşmanın həmin sayğacla aparıldığı məlum olmuşdur. Bundan əlavə, "Əkinçi" yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədədi isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd N kVluq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə” xəttinin üzərində olan istehlakçılara aid 0,4 kV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin "xxxx" yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğısatqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır) pozulur. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə MMC ilə hesablaşmanın Qaydaların 7.13-cü bəndinə əsasən aparılması məsələsinə baxılması məqsədilə 3-15-2-8/2-165/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Bundan başqa, araşdırma zamanı MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istehlak olunmuş elektrik enerjisinin dəyəri (29300 manat) ödənilmədiyindən enerji təchizatı müəssisəsi tərəfindən Qaydaların tələblərinə uyğun olaraq yazılı bildiriş göndərilməklə elektrik enerjisi verilişinin dayandırıldığı müəyyən olunmuşdur. Qaydaların 9.13.2-ci yarımbəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilişini dayandırır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 İmişli filialının müfəttişi X4 mütəxəssis rəyindən görünür ki, müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, Ağcabədi EŞ-in və MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilmiş, 35/N kV-luq “Əkinçi” yarımstansiyasının 35/N kV-luq "xxxx" yarımstansiyasından çəkilmiş 35 kV-luq hava elektrik veriliş xətti vasitəsi ilə qidalandığı, hesablaşma elektrik sayğacının "xxxx" yarımstansiyasında 35 kV-luq çıxış tərəfdə quraşdırıldığı, MMC ilə hesablaşmanın həmin sayğacla aparıldığı məlum olmuşdur. Bundan əlavə, Bundan əlavə, “Əkinçi” yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədədi isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd N kV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə” xəttinin üzərində olan istehlakçılara aid 0,4 kV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin "xxxx" yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin, bu halda həmin istehlakçıların elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğısatqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.) pozulur. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğısatqı müqaviləsində göstərilir. Bundan başqa Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Eyni zamanda Qaydaların 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən “X8” MMCnin 85.038,30 manat məbləğində və xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 63566,70 manat məbləğində qalıq borcu var və bununla bağlı ona xəbərdarlıqlar edilmişdir. Məhkəmə mühəndis-texniki və məhkəmə mühasibatlıq ekspertizasının 3-16-16/2- 10/1636 saylı xx.xx.2024-cü il tarixli rəyi ilə qərardadın İ sualı üzrə - "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinin və "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 2.35-ci bəndinin tələblərini (elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır) və "X8” MMC ilə "Azərişıq” ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 006408 №-li elektrik enerjisinin alğı-satqı müqaviləsinə görə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddinin 35/N kV-luq Mehrablı yarımstansiyasında 35 kV-luq giriş portalı müəyyən edildiyini nəzərə aldıqda, "X8" MMCyə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılmasının "Elektrik enerjisindən istifadə qaydaları"nın və digər normativ aktların tələblərinə uyğun olduğu müəyyən edilir; qərardadın İİ sualı üzrə - "X8” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi" elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi "Elektrik enerjisindən İstifadə qaydaları"nın və digər normativ aktların tələblərinə zidd deyil, belə ki, yarımstansiyaya ayrılan güc (N kVA) "X8" MMC tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur; qərardadın İİİ sualı üzrə - "X8” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kVluq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması "Elektrik enerjisindən istifadə qaydaları"nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir; qərardadın İV, V, Vİ sualları üzrə - istifadə olunan elektrik enerjisinin sərfiyatı konkret işlədicilərin sayından və onların işləmə rejimindən asılı olduğuna görə "xxxx" ASC-nin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən "X8" MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixədək 63566,70 manat və xx.xx.2023-cü il tarixədək 85038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcun düzgün hesablanıb hesablanmadığını, eləcə də istifadə edilmiş elektrik enerjisinin həmin dövrdə elektron qaimələr əsasında hesablanmış sərfiyyata uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/339-9/1647-9/1753 saylı rəyindən görünür ki, Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci növ (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunur. 2-ci növ (təkrar əkin) qarğıdalı əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilir. Bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunur. Eyni zamanda 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla, hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilir. Son illərdə aparılan müşahidələr və statistik məlumatlar göstərir ki, 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25- 28 ton silos məhsulu əldə etmək mümkündür. Tədqiqata təqdim edilmiş Ağcabədi DAİM-in Bitkiçilik sektorunun mütəxəssis rəyində yalnız Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci nov (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunması, 2-ci növ (təkrar əkin) qarğıdal əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilməsi, bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunması, eyni zamanda 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilməsi, aparılan müşahidələr və statistik məlumatlara əsasən 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25-28 ton silos məhsul əldə edilməsi barədə məlumat verilsə də, konkret olaraq Azərbaycan şəraitində 2-ci növ qarğıdalının yetişdirilməsi mümkündürmü, mümkündürsə hansı ayda və məhsuldarlığı nə qədər ola bilməsi, bir sot torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar, 1050 ha torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar, 2023-cü ildə 1050 ha torpaq sahəsindən 2.335.725 manat məbləğində dəyəri olan məhsulun (2-ci növ qarğıdalı şitillərinə görə) götürmək mümkün olması, Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsindən il ərzində götürülən (2-ci növ qarğıdalı şitillərinin) məhsulun miqdarının nə qədər təşkil etməsi, “X8” MMC-nin Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində əkdiyi 2-ci növ qarğıdalı şitillərinin bir kolunun məhsuldarlığı nə qədər olması barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “1. Azərbaycan şəraitində 2-ci növ qarğıdalının yetişdirilməsi mümkündürmü, mümkündürsə hansı ayda və məhsuldarlığı nə qədər ola bilər? 3. Bir sot torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar?
4. 1050 ha torpaq sahəsində nə qədər 2-ci növ qarğıdalı bitkisinin şitilini əkmək olar? 5. 2023-cü ildə 1050 ha torpaq sahəsindən 2.335.725 manat məbləğində dəyəri olan məhsulu (2-ci növ qarğıdalı şitillərinə görə) götürmək mümükündürmü ? 6. Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsindən il ərzində götürülən (2-ci növ qarğıdalı şitillərinin) məhsulun miqdarı nə qədər təşkil edir və dəyəri neçə manat təşkil edir? 8. “X8” MMC-nin Ağcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində əkdiyi 2-ci növ qarğıdalı şitillərinin bir kolunun məhsuldarlığı nə qədərdir?” suallar üzrə tədqiqat işləri aparılmamışdır. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən, 2-ci növ qarğıdalının 2023-cü il tarixə (mövsüm üçün) olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ton 2-ci növ qarğıdalı – 450 manat, - 1050 ha sahədən əldə ediləcək 2-ci növ qarğıdalı məhsulu – 6825 ton (1050 ha × 6.5 ton = 6825 ton) × 450 manat = 3.071.250 manat. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X28 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Azamin Abdullayevin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 74/2024 saylı müraciətində Ağcabədi rayonunda fəaliyyət göstərən “Əkinçi-Bo” fermer təsərrüfatında 1050 hektar sahədə 2-ci növ (təkrar əkin) qarğıdalının yetişdirilməsinin mümkün olması hansı ayda əkilməsi, məhsuldarlığı və sair barədə rəy verilməsi bildirilmişdir. Ağcabədi rayonu ərazisində son illərdə suvarma şəraitində 2-ci növ (təkrar əkin) qarğıdalı əkinlərindən istifadə olunur. 2-ci növ (təkrar əkin) qarğıdalı əkini əsasən payızlıq buğda və dənlik arpa məhsulu biçildikdən sonra həmin sahələrdə əsasən iyun ayında əkilir. Bitki sortunun vegetasiya müddəti nəzərə alınmaqla həm dən, həm də silosluq məhsul istehsal olunur. Eyni zamanda, 2-ci növ (təkrar əkin) qarğıdalı əsasən 70 sm x 14 sm sxemində olmaqla, hər bir hektar sahəyə 102040 ədəd qarğıdalı toxumu səpilir. Son illərdə aparılan müşahidələr və statistik məlumatlar göstərir ki, 2-ci növ (təkrar əkin) qarğıdalı sahəsindən normal becərilmə, suvarılma və aqrotexniki tədbirləri vaxtında yerinə yetirməklə hər hektardan 6-7 ton dən məhsulu və ya 25-28 ton silos məhsulu əldə etmək mümkündür. Eyni zarnanda, əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin müəyyənləşdirilməsi ilə əlaqədar Kənd Təsərrüfatı nazirinin xx.xx.2018-ci il tarixli 04 Q nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “X28 mərkəzlərinin Əsasnamə”sində fiziki və hüquqi şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən də vətəndaşların və hüquqi şəxslərin istifadəsində olan əkin sahələrinə dəymiş maddi ziyanın əldən çıxmış gəlirin müəyyənləşdirilməsi X28 mərkəzlərinin səlahiyyətləri xaricindədir. "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə Ağcabədi rayon ərazisində yerləşən 35/N kV-luq "xxxx" yarımstansiyasından qidalanan “Əkinçi” yarımstansiyasından çıxan N kV-luq “Hərbi hissə” h/x-dən qidalanan X13 İdarəsinə və 181 saylı Hərbi hissəyə məxsus sayğac uçotları barədə "xxxx" ASC-nin X26 Təchizatı və Satışı İdarəsi tərəfindən təqdim olunmuş cədvəl üzrə hər bir istehlakçının ayrı-ayrılıqda uçot kodu, sayğac nömrəsi və debitor borcları göstərilmiş abonent dövriyyəsi (saldosu) məhkəməyə təqdim edilmişdir.
HÜQUQİMƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “X8” MMC və "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli 006408 saylı “Enerji təchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. Ağcabədi rayonu ərazisində “X8” MMC-yə məxsus Aqroparkın elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbul edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Yarımstansiya dövlət vəsaiti hesabına inşa edilmiş, istismara verilən andan "xxxx" ASC-nin balansına verilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt “X8” MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya Aran RETSİ-nin X14 tərəfindən texniki xidmət göstərilir, ehtiyac olduqda zədələnmiş qiymətli avadanlıqlar “X8” MMC tərəfindən deyil, “Azərişıq" ASC-nin vəsaiti hesabına dəyişdirilir. 35/N kV-luq yarımstansiyadan Aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilir. Yarımstansiyadan Aqroparkdan əlavə olaraq, texniki şərtlər əsasında hərbi hissə və budaqlanma yolu ilə artezian quyuları da elektrik enerjisi ilə təmin olunur. Hərbi hissənin və bu xəttə qoşulmuş artezian quyularının hər biri elektrik sayğacı ilə təmin olunmuşlar. Hər ay hərbi hissə və artezian quyularının elektrik enerjisinin sərfiyyatı baş yarımstansiyada quraşdırılmış elektrik sayğacının sərfiyyatından çıxılaraq yerdə qalan sərfiyyat Aqroparka aid edilir. Qeyd olunan yarımstansiyada sayğacı olmayan və sayğacı qüsurlu olan heç bir istehlakçı yoxdur. Həmçinin “X8” MMC-nin 85038,30 manat məbləğində və 63566,70 manat məbləğində qalıq borcu vardır. Borcun ödənilməsi ilə bağlı ona xəbərdarlıqlar edilmişdir. Məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri ilə eyni zamanda müəyyən olunmuşdur ki, “X8” MMCyə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılmasının “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğun olmuşdur. Bundan başqa, “X8” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd deyildir. Belə ki, yarımstansiyaya ayrılan güc (N kVA) “X8” MMC tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur. Həmçinin “X8” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMCnin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Qeyd edilən hər bir istehlakçının isə ayrı-ayrılıqda uçot kodu, sayğac nömrəsi və debitor borcları göstərilmiş abonent dövriyyəsi (saldosu) olmuşdur. Belə olan halda, "xxxx" ASC tərəfindən “X8” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixədək 63566,70 manat və xx.xx.2023-cü il tarixədək 85038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcun düzgün hesablanmaması, o cümlədən 284360,27 manat məbləğində pul vəsaitinin artıq ödənilməsi halı müəyyən olunmur. İddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğun olduğundan, həmçinin, iddiaçıya verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd olmadığından, hətta, yarımstansiyaya ayrılan güc (N kVA) iddiaçı tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çox olduğundan, o cümlədən, iddiaçıya verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMCnin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq "xxxx" elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olmadığndan iddiaçının dəlilləri əsassızdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alğı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qaydaların 5.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. Adıçəkilən Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qeyd edilən Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Göstərilən Qaydaların 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Qaydaların 8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş) xx.xx.2013-cü il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci bəndinə əsasən sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.35-2.38-ci bəndlərinə görə elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır. İstehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndləri ilə tənzimlənir. Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçıların sayğaclarla təchiz edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədi onun balansında olan elektrik qurğularının ETM-in ETŞ-yə qoşulma nöqtəsidir. Sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. Sayğacın balans mənsubiyyəti sərhədində quraşdırılması mümkün olmadıqda, ETM-in sifarişçi ilə qarşılıqlı razılıq əsasında və ya əvəzi ödənilməklə sifarişçinin balansında olan sayğacla qoşulma nöqtəsi arasındakı hissəni öz balansına keçirmək hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 74/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-74/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.