Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-173/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" MMC-nə qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(121)-2301/2025 saylı qərardadından (hakim R.Nəbiyev) iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlkin olaraq iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" MMC-nə qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən cinayət nəticəsində X921BX102 dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı nənliyyat vasitəsinə vurulmuş 31500 manat zərərin, 200 manat vəkilin xidmətlərinə çəkilmiş xərcin və 200 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Mühəndis-Texnologiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə iştirakçısı 26 dekabr 2016-cı il tarixli 5 saylı qərarı əsasında hüquqi şəxsdir, Nizamnamə əsasında fəaliyyət göstərir. MMC-nin balansında kifayət qədər nəqliyyat vasitələri var və hazırkı iş üzrə cavabdehlərdən olan Cavabdeh1 avtomobili idarə edərkən, ehtiyatsızlıqdan zərərçəkmiş M.Q.Kuznetsovanın sağlamlığına ağır zərərin vurulmasına səbəb olan yol hərəkəti qaydalarını aşağıdakı vəziyyətdə pozmuşdur: 11.09 2023-cü ildə saat 23:55 radələrində Cavabdeh1 “99ZY101” dövlət qeydiyyat nişanlı “SCHMTZ SKO 24" yarımqoşqusu olan “99LY101” dövlət qeydiyyat nişanlı texniki saz “Volvo FHA3C” avtomobili idarə edərək, "Həştərxan-Koçubey-Kizlyar-Mahaçqala” P-215 avtomobil yolu ilə Krasniye Barrikadı f.q. tərəfindən Həştərxan şəhər istiqamətində hərəkət etdiyi vaxt getdiyi yolda. RF Hökumətinin Nazirlər Şurasının 23 oktyabr 1993-cu il tarixli 1090 saylı “Yol hərəkəti qaydaları haqqında" Qərarı ilə təsdiq edilmiş Rusiya Federasiyası Yol Hərəkəti Qaydalarının 1.5, 10.1, 10.3-cü bəndlərini pozmuşdur, buna əsasən yol hərəkəti iştirakçıları elə hərəkət etməlidirlər ki, hərəkət üçün təhlükə yaradılmasın və zərər vurulmasın (15-ci bənd), sürücü nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan surətlə sürməli və bu zaman hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən də hərəkət istiqamətində görüntünü nəzərə almalıdır, sürət sürücüyə Qaydaların tələblərini yerinə yetirmək üçün nəqliyyat vasitəsinın hərəkətinə daimi nəzarət imkanını təmin etməlidir, sürücünün aşkar edə biləcəyi hərəkət üçün təhlükə yarandıqda, o nəqliyyat vasitəsini tam dayandıranadək sürəti azaltmaq üçün mümkün tədbirləri görməlidir (10.1-cı bənd), yaşayış məntəqələrindən kənarda başqa avtobusların, qoşqunu yedəkləmə üçun minik avtomobillərin, 3.5 tondan artıq olmayan icazə verilmiş kütləsi olan yük avtomobillərinin avtomagistrallarda 90 km/s-dan çox olmayan, qalan yollarda - 70 km/s-dan artıq olmayan (10.3-cü bənd) hərəkətə icazə verilir, yəni yol şəraitini, xüsusilə də hərəkət istiqamətində görüntünü nəzərə almadan, təxminən 75 km/s sürəti ilə hərəkət edirdi ki, bu da yaşayış sahələrindən kənarda icazə verilmiş 70 km/s-dan artıq olmayan sürətdən çoxdur, və nəqliyyat vasitəsinin hərəkətinə daimi nəzarət etmək imkanını təmin etmirdi. Həştərxan vilayəti Nərimanov rayonunun inzibati ərazisində "Həştərxan- Koçubey-Kizlyar- Mahaçqala" P-215 avtomobil yolunun 12 km + 5520 m-də RF YHQ kobud pozuntusu va etinasızlığında ifadə olunan göstərdiyi laqeydlik nəticəsində, öz hərəkət zolağında, işıqforda dayanan avtomobilləri vaxtında aşkar etmədi və idarə etdiyi avtomobilin ön hissəsinin Q.A.Kuznetsovun idarə etdiyi, X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilinin arxa hissəsinə çırpılmasına yol verdi. Daha sonra, X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobili, çırpılmadan sonra, inersiya ilə önə tərəf hərəkət edərək, T.K.Kabidollinin idarə etdiyi, 37PS-034 ARM dövlət qeydiyyat nişanlı "HYUNDAİ ELANTRA" avtomobilinə çırpılmışdır. Sürücü Cavabdeh1 cinayətkar laqeydliyinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilinin sərnişini M.Q.Kuznetsovaya həyatı üçün təhlükəli olan, sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilən bədən xəsarətləri- 3-cü, 5-ci, 6-cı döş fəqərəsi cisminin qapalı kompression sınıqları, habelə sol belaltı nahiyənin, sol aldarağın 4-cü barmağının hematoması, ənsə nahiyəsinin göyərməsı növündə sağlamlığına ağır zərər vurulmuşdur. Həştərxan vilayəti Nərimanov Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli hökmu ilə Cavabdeh1 RF CM-nin 264-cü maddəsi ilə 1 h. İlə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona RF CM 47 m. 3h. əsasən 1 il ərzində nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 100 000 (yüz min) rubl miqdarında cərimə növündə cəza təyin edilməsi, RF CM 47 m. 4 h. uyğun olaraq nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Cavabdeh1 barəsində başqa yerə getməmə və lazımi davranış haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişikliksiz saxlanılması, Cavabdeh1 X2 xeyrinə mənəvi zərəri ödəmək üçün 500000 (beş yüz min) rublun tutulması, iddianın qalan hissəsini təmin edilməsində imtina edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra əşya dəlilləri: Q.A.Kuznetsovda saxlanan X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobilin üzərindən bu cinayət işinin baxılması ilə bağlı məhdudiyyətlərin götürülməsi hökm edilmişdir. Hökmdən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və hökmün ləğv edilməsi xahiş etmişdir. Həştərxan vilayətinin apellyasiya instansiyası məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Həştərxan vilayəti Nərimanov Rayon Məhkəməsinin Cavabdeh1 barəsində 29 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, cinayətin törədildiyi il 2023-ün əvəzinə 2022-in düzgün hesab edilməsi, qalan hissədə hökm dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki iş üzrə digər cavabdehlərə münasibətdə Cavabdeh3 nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş Cavabdeh2 tərəfindən göndəriş vərəqəsi verildiyindən və digər cavabdehlər onunla birlikdə birgə məsuliyyət daşıyır. İddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin zədələnməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ həll edilən zaman X921BX102 dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ L200” markalı avtonəqliyyat vasitəsinin müstəqil texniki müayinəsinə dair 01648 saylı ekspert rəyinə əsasən qəza nəticəsində zədələnmiş avtomobilin bərpasına görə kompensasiya yuvarlaqlaşdırma nəzərə alınmaqla 21 sentyabr 2022-ci il tarixinə ******* (bir milyon dörd yüz otuz yeddi min səkkiz yüz) rubl təşkil edir. İddia ərizəsinə əlavə olunmuş 18 oktyabr 2023-cü il tarixli 1 nömrəli arayışa əsasən X921BX102 dövlət qeydiyyat nişanlı MİTSUBİSHİ L200 markalı qəza nəticəsində zədələnmiş avtonəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və balansında olduğu öz əksini tapmışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-28/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dəymİş zərərə görə 30000 (otuz min) manat, ödənilmiş dövlət rüsumuna görə 185 manat və hüquqi yardıma görə ödənilmiş 185 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamə cavabdehlərdən Cavabdeh3 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 may 2025-ci il tarixli 2(106)-680/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-28/2025 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(121)-2301/2025 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya Rusiya Federasiyasının müvafiq məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırki xarici elementli mübahisə üzrə zərərin ödənilməsi haqqında tələbin irəli sürülməsinə əsas olan hərəkət və ya digər hal Rusiya Federasiyası ərazisində baş verdiyindən, məhkəmə özünü mübahisə üzrə beynəlxalq səlahiyyətə malik hesab etmir. Qərardaddan iddiaçı "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 şikayət verərək ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə iddia ərizəsinin icraata götürülməməsi barədə düzgün nəticəyə gəlməmiş və qərardadını onunla əsaslandırmışdır ki, hazırki mübahisə xarici elementli olub, “xarici element” hüquq münasibətinin subyektində və obyektində ifadə olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC xarici hüquqi şəxsdir (Rusiya Federasiyası). Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" MMC isə Azərbaycan Respublikasının fiziki şəxsləri və hüquqi şəxsidir. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. İş materiallarından tərəflər arasında “Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyətinə dair bağlanmış razılaşma”nın mövcudluğu müəyyən edilmir. Halbuki, məhkəmə iddia ərizəsini icraata qəbul etmədən qaytarmaqda haqlı olmamış və əsassız olaraq qeyd olunan qərardadı çıxarmışdır. Qeyd edirik ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildiyindən, həmin qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, iddia ərizəsindən də aydın olur ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3rzuman oğlu və "xxxx" MMC-nə qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əmlaka dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Göründüyü kimi, iddia ərizəsi «İddia ərizəsinin forması və məzmunu»nu müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə uyğun tərtib edilmişdir. Açıq-aşkardır ki, cavabdehlərdən olan Cavabdeh1 avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş M.Q.Kuznetsovanın sağlamlığına ağır zərərin vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuş, iddiaçıya məxsus X921BX/102 dövlət qeydiyyat nişanlı "Mitsubisi L200 2.5" avtomobili vuraraq nəqliyyat vasitəsinə ciddi zərər yetirmişdir. Bir sözlə iddia tələbi məhkəmə hökmü ilə müəyyən edilmiş cavabdehlərə qarşı yönəldilmişdir. Digər tərəfdən qeyd edirik ki, cavabdehlər biri fiziki şəxs, digəri sahibkardır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamının məhkəmə qarşısında bərabərlik hüququ vardır. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1-ci hissəsində isə insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğunu müəyyən edən göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı və Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsi olan İnsan Hüquqlarının və Əsas Аzadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə görə hər kəsin ədalətli məhkəmə araşdırması hüququ vardır. Məhkəmənin hazırki iddia tələbinin mülki icraat qaydasinda baxılmalı olmasını qəbul etməməsi, eyni zamanda iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlməsi əsassız və qanunsuz olmaqla yanaşı, hazırki halda məhkəməyə müraciət etmək hüquqlarımızı məhdudlaşdırmışdır. Məhkəmə tərəfindən hüquq normasını səhv təfsir etməklə, onun hüquqi mənasının dəyişdirilməsi hesab edirik ki, kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Şirvan Kommesiya Məhkəməsinin 4 iyul 2025-ci il tarixli e-2-2(121)-2301/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, dəlillər əsaslı olduğundan təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 23 iyun 2025-cü il tarixli e-2- 2(121)-2301/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlər edilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X5rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Plenum Qərarının 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Plenum Qərarının 2.4-cü bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Plenum Qərarının 2.5-ci bəndinə əsasən həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Plenum Qərarının 3.1-ci bəndinə əsasən beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir. Kollegiya hesab edir ki, xarici elementli hazırki kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən hal iş materialları ilə müəyyən edilmir. Belə ki, beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda iş materialları ilə müəyyən edilmir. X8 2.4 və 2.5-ci bəndləri baxımından hazırki xarici elementli kommersiya mübahisəsində Azərbaycan məhkəmələri beynəlxalq səlahiyyətlidir. Çünki birgə cavabdehlər Azərbaycan Respublikasının vətəndaşları və rezidentidir, cavabdehlər Azərbaycan Respublikası ərazisində əmlaka malikdirlər, iddianın icrası tamamilə Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya hesab edir ki, hazırki xarici elementli mübahisə üzrə zərərin ödənilməsi haqqında tələbin irəli sürülməsinə əsas olan hərəkətin Rusiya Federasiyası ərazisində baş verməsi əsası ilə məhkəmənin beynəlxalq səlahiyyətə malik olmaması qənaəti düzgün və əsaslı olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(121)-2301/2025 saylı qərardadı ləğv edilməli, iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. İddia ərizəsində hüquqi şəxsin adının tərcümə olunmasının yolverilməzliyi və bununla bağlı müvafiq dəqiqləşmənin aparılmasının zəruriliyi birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmalıdır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.2 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommesiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(121)-2301/2025 saylı qərardadı ləğv edilsin. Kommersiya işi qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla sonrakı prosessual hərəkətlər edilməsindən Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2-2(106)-173/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-173/2025
24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver