Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-176/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı (Açıq Səhmdar Cəmiyyətinin) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadından (Namidar Misirzadə) Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 532,84 manat faiz borcu, 1.900 manat cərimə borcu olmaqla, cəmi 102.432,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "Paşa Bank” ASCyə ödənilməsi, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 5619,44 manat faiz borcu, 970 manat cərimə borcu olmaqla, cəmi 106.589,44 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "Paşa Bank” ASC-yə ödənilməsi, 395 manat məbləğində mediasiya xərci və 120 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "Paşa Bank” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 373,02 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 400 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyindən, Cavabdeh qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə vermiş olduğu apellyasiya şikayətinin Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılması, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə (Hökumət ödəniş portalında və ya AsanPay vasitəsi ilə ödənilmiş qəbzin nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Apellyasiya Məhkəməsinin hesabına) ödənilmiş 258,50 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Sonradan Cavabdeh “apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş, lakin, ərizəsinə apellyasiya şikayətini əlavə etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması; Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə (Milliön elektron ödəmə sistemi ilə ********** qəbz nömrəsi ödənilmiş) dövlət büdcəsinə ödənilmiş 264 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona qaytarılmış dövlət rüsumu qəbzi əsasında yenidən məhkəməyə müraciət etdyindən, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməklə həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin qərardadlarında qeyd edilən nöqsanlar aradan qaldırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadı ilə Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Cavabdeh üçün ötürülməmiş hesab edilmiş və Cavabdeh apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətində Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadının ləğv edilməsini, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin prosessual müddəti ötürülmədiyindən verildiyi üçün apellyasiya icraatına götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qərardadlarından açıq-aşkar görünür ki, məhkəmə ona qarşı qərəz göstərmişdir və süni şəkildə maneələr yaradaraq prosessual müddəti ötürməməsinə baxmayaraq prosessual müddəti ötürülmüş hesab etmişdir. Apellyasiya şikayəti verilmiş vaxtdan bu günə kimi birinci instansiya məhkəməsinin ona qərəz göstərdiyi, işin apellyasiya məhkəməsinə göndərilməsini əngəllədiyi ortadadır. Azərbaycan Respublikasının MPM-nin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Bəs nə üçün birinci instansiya məhkəməsi onun konstitusion və mülki hüquqlarını kobudcasına pozur? Birinci instansiya məhkəməsinin qərardadlarından açıq-aşkar görünür ki, məhkəmə ona qarşı qərəz göstərmişdir və süni şəkildə maneələr yaradaraq prosessual müddəti ötürməməsinə baxmayaraq prosessual müddəti ötürülmüş hesab etmişdir. Apellyasiya şikayəti verilmiş vaxtdan bu günə kimi birinci instansiya məhkəməsinin ona qərəz göstərdiyi, işin apellyasiya məhkəməsinə göndərilməsini əngəllədiyi ortadadır. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 09 entyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadı ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti üzrə sonrakı hərəkətlər yerinə-yetirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tərtib edildikdən sonra poçt xidməti vasitəsi ilə Cavabdeh ünvanına göndərilmiş, poçt xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tanış olmaq imkanı xx.xx.2024-cü il tarixdən mövcud olmuş, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyindən, Cavabdeh qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə vermiş olduğu apellyasiya şikayətinin Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılması, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə (Hökumət ödəniş portalında və ya AsanPay vasitəsi ilə ödənilmiş qəbzin nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Apellyasiya Məhkəməsinin hesabına) ödənilmiş 258,50 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Sonradan Cavabdeh “apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş, lakin, ərizəsinə apellyasiya şikayətini əlavə etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması; Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə (Milliön elektron ödəmə sistemi ilə ********** qəbz nömrəsi ödənilmiş) dövlət büdcəsinə ödənilmiş 264 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona qaytarılmış dövlət rüsumu əsasında yenidən məhkəməyə müraciət etdyindən, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və Cavabdeh tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməklə həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadı ilə Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Cavabdeh üçün ötürülməmiş hesab edilmiş və Cavabdeh apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətində Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadının ləğv edilməsini, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin prosessual müddəti ötürülmədiyindən verildiyi üçün apellyasiya icraatına götürülməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti qətnamənin rəsmi qaydada təqdim edildiyi tarixdən 1 ay müddətinə verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tərtib edildikdən sonra poçt xidməti vasitəsi ilə Cavabdeh ünvanına göndərilmiş, poçt xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Hazırkı müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti məhkəməyə 05 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda da, Məhkəmə Kollegiyası hesab edir ki, prosessual müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi işə baxarkən, prosessual müddəti bərpa etmək əvəzinə, ötürülməmiş hesab etmiş və bununla da prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadı ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti üzrə sonrakı hərəkətlər yerinə-yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilsin və apellyasiya şikayəti üzrə sonrakı hərəkətlər yerinə-yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-176/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-176/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver