Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-180/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 026R********** saylı krеdit razılaşması üzrə 3498.41 manat məbləğində krеdit bоrcu, 647.78 manat məbləğində faiz bоrcu və 689.24 manat məbləğində cərimə borcu olmaqla, 026R********** saylı krеdit razılaşması üzrə 11181.14 manat məbləğində krеdit bоrcu, 1426.74 manat məbləğində faiz bоrcu və 5740.35 manat məbləğində cərimə borcu olmaqla, hər iki müqavilə ümumilikdə cəmi 23183 (iyirmi üç min yüz səksən üç) manat 34 (otuz dörd) qəpik məbləğində bоrcun, 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdеhlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada хеyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olmaqla Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.metr yaşayış, 237.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olmaqla Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.metr yaşayış, 237.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qərardadı əsasında borc alan Cavabdeh1 27 mart 2024-cü il tarixdə ölməsi ilə əlaqədar, X1 çıxmış cavabdehin hüquqi varisi kimi cavabdeh qismində cəlb edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 3498,41 manat məbləğində əsas borcun, 392,69 manat məbləğində faiz borcunun, 50 manat məbləğində cərimə borcunun, xx.xx.2020-ci il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 11181,14 manat məbləğində əsas borcun, 1162,57 manat məbləğində faiz borcunun, 1000 manat məbləğində cərimə borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində və xidmət haqqı 30 məbləğində manat olmaqla, cəmi 17.529,81 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.metr yaşayış, 237.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 65500 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən borcun ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.metr yaşayış, 237.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materialları apellyasiya şikayəti ilə birlikdə 18 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, 25 sentyabr 2024-cü il tarixli 2-2(106)180/2024 saylı qərardadla apellyasiya mümkün hesab olunaraq məhkəmə baxışı 30 oktyabr 2024cü il tarixə təyin edilmişdir. 2 oktyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsindən cavabdehlərdən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verildiyini bildirb, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə iş materiallarının həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verdiyini bildirib, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya hesab edir ki, iş üzrə Cavabdeh4 tərəfindən də, qətnamədən apellyasiya şikayəti verildiyi müəyyən olunduğundan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunaraq, Cavabdeh4 tərəfindən verilən apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələbinə uyğunluğunun yoxlanılması və digər zəruri prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2-2(106)- 180/2024 saylı qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla, Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsindən cavabdehlərdən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələbinə uyğunluğunun yoxlanılması və digər zəruri prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-180/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-180/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver