Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-190/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı aa Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı aa Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsindən Cavabdeh (hakim Namidar Misirzadə) tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı aa Cavabdeh qarşı DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 532,84 manat faiz borc, 14844,45 manat cərimə borcu olmaqla, cəmi 115377,29 manat, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 5619,44 manat faiz borcu, 5511,11 manat cərimə borcu olmaqla, cəmi 111130,55 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 117 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8610 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; xx.xx.2022-ci il tarixli DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən saylı DCL00317586-01 maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 174 gün, DCL00317586-03 maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 152 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə DCL00317586-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 100,000 manat əsas borc, 532.84 manat faiz, 14,844.45 manat cərimə borcu olmaqla, cəmi 115,377.29 manat təşkil edir; DCL00317586-03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 100,000.00 manat əsas borc, 5,619.44 manat faiz borcu, 5,511.11 manat cərimə borcu olmaqla, cəmi 111,130.55 manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 532,84 manat faiz borcu, 19111,11 manat cərimə borcu olmaqla, cəmi 119643,95 manat, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 5619,44 manat faiz borcu, 9777,78 manat cərimə borcu olmaqla, cəmi 115397,22 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 126 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci intansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Eyni zamanda göstərmişdir ki, ekspert rəylərinin təhlili zamanı qeyri-müəyyənliklər müşahidə olunur. Ekspert rəylərində qeyd edilmişdir ki, DCL00317586-03 saylı, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixədək 14.213,90 manat məbləğində ödəniş aparılmışdır. Aparılmış 14.213,90 manat ödəniş faiz borcuna silinmişdir. Beləliklə, xx.xx.2023- cü il tarixinə 1.322,22 manat faiz borcu hesablanmışdır. DCL00317586-03 saylı, xx.xx.2022-ci tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəlik kredit xəttidir. xx.xx.2023-cü il, yəni kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faiz borcunun cəmi 15.536,11 manat təşkil edir. Faiz borcundan ümumilikdə 9.916,67 manat ödəniş edilmişdir. Beləliklə, faiz borcunun ödənilməyən hissəsi 5.619,44 manat məbləğidir. Göründüyü kimi, faiz borcundan ödəniş 9.916,67 manat olduğu halda, ekspert tərəfindən bu məbləğ 14.213,90 manat olaraq qeyd edilmişdir. Belə olan halda isə, faiz borcuna silinən məbləğlərdə 4.297,23 manat fərq yaranmışdır ki, bu da öz növbəsində sualda qeyd edilən tarixə faiz borcunun səhv hesablanması ilə nəticələnmişdir. Faiz borcundan sonuncu ödəniş məbləği xx.xx.2022-ci il tarixdə 1.463,07 manat məbləğində olmuşdur. Ekspert rəylərində isə əlavə olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir ki, həmin məbləğlər bank hesabından çıxarışda öz əksini tapmamışdır. Kreditin müddəti bitdiyi tarixdən başlayaraq kreditə faiz deyil, cərimə borcu hesablanmışdır. Buna görə də, maliyyə arayışında faiz məbləği əlavə ödəniş edilmədiyi üçün 5.619,44 manat olaraq qalmışdır. Hesabdan çıxarışda texniki səhv olaraq artıq ödənişlər göstərilmişdir. Sonradan həmin səhv iddiaçı tərəfindən düzəldilərək, yeni hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Cavabdeh isə, məhkəmə iclasında iştirak etməyərək, həqiqətən belə bir ödənişlərinin olması barədə sübut təqdim etməmişdir. Halbuki, cavabdeh tərəfindən belə bir ödənişlər edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 532,84 manat faiz borcu, 1.900 manat cərimə borcu olmaqla, cəmi 102.432,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "Paşa Bank” ASC-yə ödənilməsi, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 5619,44 manat faiz borcu, 970 manat cərimə borcu olmaqla, cəmi 106.589,44 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "Paşa Bank” ASC-yə ödənilməsi, 395 manat məbləğində mediasiya xərcinin və 120 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "Paşa Bank” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 373,02 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 400 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün subutlar dəqiq və tam qiymətləndirilməmişdir. İddiaçı ASC tərəfindən tələb olunan borc tələbi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi müntənasib deyil, bu onu göstərir ki, İddiaçı ASC tərəfindən təqdim edilən iddia ərizəsi və əlavə edilən sənədlər həqiqətə uyğun deyil, lakin birinci instansiya məhkəməsi işin faktiki halını müəyyən etmədən ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun dəlillərini əsassız hesab etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "Paşa Bank” ASC ilə Cavabdeh arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.0.3 nömrəli, xx.xx.2021-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/8610 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, DCL00317586-01 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00317586-03 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit verilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xx.xx.2023- cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubu (bildirişi) göndərilmişdir. İş materiallarından görünür ki, texniki səhv olması bildirilən bank hesabından çıxarışda xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir, lakin sonradan verilən bank hesabından çıxarışda bu ödənişlər öz əksini tapmamışdır. İş materiallarına əlavə edilən PB/BPŞ-OUT-00849-2023/3 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 532,84 manat faiz borcu, 19.111,11 manat cərimə borcu olmaqla, cəmi 119.643,95 manat; DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 5.619,44 manat faiz borcu, 9.777,78 manat cərimə borcu olmaqla, cəmi 115.397,22 manat məbləğində borcu təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7134 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "Paşa Bank” ASC ilə Cavabdeh arasında bağlanmış DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2022-ci il tarixinə 100.000 manat məbləğində əsas, 1.368,5 manat məbləğində faiz borcu, DCL00317586- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023cü il tarixinə 100.000 manat məbləğində əsas, 10.435,61 manat məbləğində faiz borcu, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 11.852,28 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.322,22 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023cü il tarixinə 100.000 manat məbləğində əsas, 6.516,67 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 7.933,33 manat məbləğində faiz borcu müəyyən edilir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/2070 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə "Paşa Bank” ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.322,22 manat məbləğində faiz borcu müəyyən edilir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya şikayətinin ilkin dəlili məhkəmə tərəfindən məhkəmə iclasında onun iştirakının təmin olunmamasıdır. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarını təhlil edərkən müəyyən olunur ki, bütün proses boyunca cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmiş və cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Belə ki, müəyyən edilir ki, cavabdehə məxsus elektron kabinet mövcuddur və bütün məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar hər dəfə cavabdehə məxsus həmin elektron kabinetə yerləşdirilmişdir. Bundan başqa məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məxsus ***-***- **-** mobil telefonuna “sms” bildiriş göndərilmişdir. Belə məlumatlar 1-ci cild səh. 135, səh.148-də, səh. 171-172-də, 2-ci cild səh.11-də mövcuddur. Həmçinin cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişini alması barədə 3-cü cild səh. 5, səh. 20-də sübutlar vardır. Bütün qeyd edilənlər cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmasını göstərir. Buna görə də kollegiya cavabdehin qeyd edilən apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Apellyasiya şikayətinin digər dəlili İddiaçı ASC tərəfindən tələb olunan borc tələbi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin müntənasib olmaması və İddiaçı ASC tərəfindən təqdim edilən iddia ərizəsi və əlavə edilən sənədlərin həqiqətə uyğun olmamasından ibarətdir. Cavabdeh İddiaçı ASC tərəfindən tələb olunan borc tələbi ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi müntənasib olmamasını və İddiaçı ASC tərəfindən təqdim edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər həqiqətə uyğun olmamasını qeyd etsə də buna dair müvafiq mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə müəyyən edilir ki, cavabdeh məhkəmə iclaslarından məlumatlı olsa da heç bir halda məhkəmə iclaslarına gəlməmiş, sübutların tədqiqində iştirak etməmişdir. Əksinə məhkəmə cavabdehin iştirakı olmadan 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və rəylər əldə edilərək iş materiallarına əlavə edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarını və ekspert rəylərini təhlil edərkən qeyrimüəyyənliklərin olması müşahidə olunur. Belə ki, ekspert rəylərində qeyd edilmişdir ki, DCL00317586-03 saylı, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023cü il tarixədək 14.213,90 manat məbləğində ödəniş aparılmışdır. Aparılmış həmin 14.213,90 manat ödəniş faiz borcuna silinmişdir. Beləliklədə ekspert tərəfindən xx.xx.2023cü il tarixinə 1.322,22 manat faiz borcu hesablanmışdır. Qeyd edilməlidir ki, DCL00317586-03 saylı, xx.xx.2022-ci tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəlik kredit xəttidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il, yəni kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faiz borcunun cəmi 15.536,11 manat təşkil edir. Müəyyən edilir ki, faiz borcundan ümumilikdə 9.916,67 manat ödəniş edilmişdir. Beləliklə, faiz borcunun ödənilməyən hissəsi 5.619,44 manat olması müəyyən olunur. Göründüyü kimi, faiz borcundan ödəniş 9.916,67 manat olduğu halda, ekspert tərəfindən bu məbləğ 14.213,90 manat olaraq qeyd edilmişdir. Belə olan halda isə, faiz borcuna silinən məbləğlərdə 4.297,23 manat fərq yaranmışdır ki, bu da öz növbəsində sualda qeyd edilən tarixə faiz borcunun səhv hesablanması ilə nəticələnmişdir. Faiz borcundan sonuncu ödəniş məbləği xx.xx.2022-ci il tarixdə 1.463,07 manat məbləğində olmuşdur. Ekspert rəylərində isə əlavə olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində (iş/v. 3-cü cild səh. 9, yaşıl rəngdə dairəyə alınmış tarix və məbləğ) cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir ki, həmin məbləğlər bank hesabından çıxarışda öz əksini tapmamışdır. Kreditin müddəti bitdiyi tarixdən başlayaraq kreditə faiz deyil, cərimə borcu hesablanmışdır. Buna görə də, maliyyə arayışında faiz məbləği əlavə ödəniş edilmədiyi üçün 5.619,44 manat olaraq qalmışdır. Hesabdan çıxarışda texniki səhv olaraq artıq ödənişlər göstərilmişdir. Sonradan həmin səhv iddiaçı tərəfindən düzəldilərək, yeni hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2-2(121)-30/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-190/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-190/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver