Məhkəmə qərarları › İş №2-2(106)-191/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-191/2024

23.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-191/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X4 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadından cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 10901 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (dövlət rüsumu ödənilmədiyi və order əlavə edilmədiyi əsası ilə). Cavabdehin nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadından elektron qaydada şikayət vermişdir. Cavabdehin nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadından şikayət vermişdir. Şirvan Kommersiya xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadının dövlət rüsumu ilə bağlı hissədə ləğv edilməsi, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması və həmin qərardaddan Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(106)-140/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş qərardaddan verdiyi şikayət qismən təmin edilmiş, təmin edilməyən hissədə isə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılarkən şikayətinə etibarnamə əlavə edilmədiyindən şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Halbuki, verdiyi şikayət apellyasiya instansiyasına göndərilərkən iş materiallarında etibarnamə mövcud idi. Tərəfindən verilən apellyasiya şikayəti prosessual müddəti ötürmədən verildiyindən hazırda etibarnaməni əlavə etməklə yenidən şikayət verməli olduğundan müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul etməklə apellyasiya şikayətinin apellyasiya instansiyasına göndərilməsini xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun (qəbz № **********) geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, cavabdehin nümayəndəsi Vəkil1 qətnamədən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-565/2024 nömrəli qərardadı ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilmədiyindən, həmçinin şikayətə əlavə olunmuş etibarnamədən etibar edilən Vəkil1 Vəkillər Kollegiyasının üzvü olduğu görünsə də, vəkil orderi şikayətə əlavə edilmədiyindən həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 565/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, həmin qərardad dövlət rüsumu ilə bağlı hissədə ləğv edilmiş, qərardad qalan hissədə, yəni şikayətin səlahiyyətsiz şəxs tərəfindən verildiyinə görə geri qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmış və həmin hissədə şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)- 140/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən imzalanmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən Vəkil1 27 sentyabr 2022-ci ildən 27 sentyabr 2027-ci il tarixədək məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması), “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sənədləri (ərizə, şikayət və digər sənədləri) müvafiq qaydada göndərmək və s. səlahiyyətlərini təsdiq edən etibarnamə verilsə də və şikayətə əlavə olunmuş etibarnamədən etibar edilən Vəkil1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğu görünsə də, vəkil orderi şikayətə əlavə edilməmişdir. Bununla da şikayət və ərizənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Qeyd olunanlar onu göstərir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, apellyasiya şikayəti bu əsasla geri qaytarılmalıdır. Cavabdeh nümayəndəsi Vəkil1 şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli Vəkil1 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadı qismən – dövlət rüsumunun qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat (qəbz № **********) və 46,35 manat (qəbz № **********) məbləğlərində dövlət rüsumunun Vəkil1 geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 128-ci maddəsindən görünür ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, MPM-in 363.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Adıçəkilən normaların məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq müddətlərlə məhdudlaşır. Kollegiya bu zaman diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Beləcə, məhkəmə kollegiyası diqqəti hazırkı iş üzrə analoji olaraq yuxarıda qeyd edilən normaların nəzərə alınması zəruriliyinə cəlb edir. Bununla yanaşı, kollegiya qeyd edir ki, hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri üzrə MPM-in 363-cü maddəsində nəzərdə tutulmuş hallar məcmu şəkildə yoxlanılmalı, müvafiq qərarın qərarın qəbul edilməsi zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 363-cü maddəsində ehtiva edilmiş tələblərə bütövlükdə lazımi hüquqi qiymət verilməlidir. Diqqətə çatdırılmalıdır ki, iş materiallarına görə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadla onun geri qaytarılması qərara alınmışdır. Bu zaman verilən apellyasiya şikayətlərinin 22 iyun 2024cü il tarixli olduqları və nöqsanların aradan qaldırılıb-qaldırılmaması halları da araşdırılmalıdır. Diqqətə çatdırılmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X5rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X6rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2- 2(121)-565/2024 saylı qərardadı ləğv edilərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən cavabdeh (və ya nümayəndəsi) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən cavabdeh (və ya nümayəndəsi) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar