Məhkəmə qərarları › İş №2-2(106)-194/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-194/2025

10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-194/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1, vəkili, eyni zamanda nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 9 iyul 2025-ci il tarixli e-2-2(121)-1245/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2900 ABŞ dolları (ödənilən gün manat ekvivalenti ilə) və 32471 manat, vəkilə ödənilmiş 1020 manat və dövlət rüsumuna görə ödənilmiş 206 manat pulun cavabdehlərdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində doğulmuş və həmin ünvanda yaşayır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşquldur. Adətən Göyçay rayonunda xurma və nar meyvəsinin fərdi şəxslərdən alaraq çeşidləyib, Rusiya Federasiyasına aparıb, orada satmaqla məşquldur. 2024-cü ilin oktyabr-noyabr aylarında fərdi qaydada müxtəlif kəndlərdən toplayaraq xurma məhsulunu Rusiya Federasiyasına göndərmək məqsədi ilə Göyçay rayonu Qızılağac kəndi ərazisində yerləşən Gündüz adlı şəxsin talvarına yığmışdır. Bundan sonra Göyçay rayonu Çəyirli kənd sakini X10 vasitəsilə Cavabdeh1 MMC-nin sürücüsü Cavabdeh2 ilə görüşüb xurma meyvəsini Rusiya Federasiyasına (Kazan şəhərinə) daşıması barədə razılığa gəlinmişdir. Şifahi müqaviləyə əsasən 300 ABŞ dollarını qabacadan ödəmiş, qalan 2700 ABŞ dollarını isə Kazan şəhərində ödəməli idi. Beləliklə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 göstərilən meyvələri avtomaşına yığaraq yola düşmüşdür. Göndərəcəyi xurma məhsulunun dəllal vasitəsi ilə tapılmasına 1524 manat, xurma məhsulunun dəyəri olaraq (bir yeşiyi 14 manat) 21336 manat, fəhlə pulu olaraq 2133 manat, fəhlələrin daşınmasına, onların nahar pulu və s. olaraq 1828 manat, 1524 ədəd yeşiklərin alınmasına 4115 manat, kəndlərdən daşınmasına 1535 manat, gömrük rüsumunun ödənilməsinə 1800 ABŞ dolları, qəza yerinə başqa avtomaşın aparılması və məhsulun tam yararsız halda olduğu üçün boş qayıtmasına görə 800 ABŞ dolları olmaqla ümumilikdə 2900 ABŞ dolları və 32471 manat vəsait xərcləmişdir. Cavabdeh1 MMC-nin sürücüsü Cavabdeh2 yük avtomobilini Rusiya Federasiyasında Saratov şəhəri ərazisində yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmiş, avtomobilin yük yerində olan ona məxsus xurma məhsulu yararsız hala düşmüş, nəticədə ona 37400 manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehlər Cavabdeh1 MMC-nin əməkdaşları və sürücü Cavabdeh2 ilə dəfələrlə əlaqə saxlasalar da, heç bir faydası olmamış, sonuncu dəfə telefonla Cavabdeh2 ilə danışdıqda “vermirəm, get nə bilirsən elə” deyərək, vurduğu ziyanın ödənilməsindən boyun qaçırmışdır. Bu səbəbdən teleqramla Daxili İşlər Nazirliyinə müraciət edərək vurulmuş ziyanın cavabdehlər Cavabdeh1 MMC-dən və sürücü Cavabdeh2 alınaraq ona ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Müraciətinin araşdırılması Göyçay rayon Polis Şöbəsinə həvalə edilmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh2 izahatı alınmış, sürücü Cavabdeh2 izahat verərək xx.xx.2024-cü il tarixdə onunla tanış olduğunu, ona məxsus xurma məhsulunu idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasına aparmaq barədə razılığa gəldiyini, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası ərazisində idarə etdiyi avtomobil ilə qəza törətdiyini və ona məxsus xurma məhsullarını yararsız hala saldığını etiraf etmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə tərəflərdən biri hüquqi şəxs, digərləri isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşqul olan şəxslərdir. Mübahisə də sahibkarlıq münasibətlərindən doğan mübahisədir. Bu səbəbdən hesab edir ki, hazırki mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi sadəcə tələb xatirinə və əsaslandırılmadan tərtib edilərək məhkəməyə təqdim olunmuş iddiadır. İddia tələbinin ziyan məbləğinə aid olan hissəsi ilə əlaqədar olaraq qeyd edirik ki,

1. Rusiya Federasiyası ərazisində dekabr ayında yollar buz bağladığından yol nəqliyyat hadisəsi baş verərkən yolda hər hansı digər yol iştirakçısı ilə toqquşma baş verməmiş, yolun buz bağlaması səbəbindən yük maşını sürüşmə nəticəsində qatlanmış və belə olan halda da avtomobildə olan yükün ağırlığı avtomobilin kabin hissəsində qayçı forması yaratdığından maşın aşmış və yükdə zədələnmə baş vermişdir. Sürücü tərəfindən dərhal daşıyıcı şirkətə və yük sahibinə məlumat verilmiş, həmin vaxt yararsız hala salınmmamış yüklər yük sahibi tərəfindən qəbul edilmədiyindən məcbur qalıb yararsız hala düşməmiş məhsulu sataraq onun şəriki olan Azər adlı şəxsə 2100 ABŞ dolları pul ödənilmişdir.

2. Avtomobilə ümumilikdə 1600 ədəd yeşikdə xurma yüklənmiş, həmin xurmanın çəkisi 17300 kiloqram, hər kiloqramının dəyəri 0.53 ABŞ dolları olmaqla ümumilikdə 9169 ABŞ dolları təşkil etmişdir. 3. İddiaçı 1524 manat dəllala, 2133 manat fəhlələrə, 1828 manat fəhlələrin naharına, 1535 manat ayrı-ayrı təsərrüfatlardan meyvənin bir ünvanda toplanılması üçün nəqliyyat xərcinə ödədiyi məbləğləri, eləcə də 1524 ədəd yeşiyin alınması üçün 4115 manat pul xərcləməklə, 800 ABŞ dolları guya başqa yükmaşınının qəza yerinə gəlib boş qayıtması ilə əlaqədar olaraq xərc çəkdiyini bildirsə də, həmin xərclərin çəkildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş və iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə cavabdehə qarşı çıxış etməsi qanunsuz və əsassızdır. Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddaya qarşı yazılı mülahizələr təqdim edərək rədd olunmasını xahiş etmişdir. Mülazizələrini belə əsaslandırmışdır ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı mübahisəli yükün sahibi olması işdən aşkar deyildir. Onun özünün məhkəməyə təqdim etdiyi CMR aktından və müqavilələrdən də görünür ki, malın sahibi Sevindik adlı şəxsdir. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, CMR aktı və müqavilədə adı çəkilən X6 gömrük orqanı əməkdaşı olduğu üçün gömrük rəsmiləşdirilməsi zamanı malları bəyan edən, malları göndərən şəxs qismində onun deyil, X3 adı qeyd olunmuşdur. İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil4 iddianın əsaslı olduğunu bildirib, təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, yükün daşınma xərci 3000ABŞ dolları olmuş, iddiaçı tərəfindən cavabdeh Zahidə 300 ABŞ dolları məbləğində beh verilmişdir (iş vərəqi 87). Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddianın əsassız olduğunu bildirib, iddiaya qarşı təqdim etmiş olduğu yazılı mülahizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmamasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 9 iyul 2025-ci il tarixli e-2-2(121)-1245/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarındakı hüquqi mövqedən çıxış edərək gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, işdə olan “Gömrük bəyannaməsi”ndən və 000133 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən göründüyü kimi yük göndərən X6, yük alan cavabdeh "xxxx" MMC, daşıyıcı isə Cavabdeh1 MMC-dir. Mülki Məcəllənin 850.1-ci maddəsinin tələbinə əsasən daşıyıcı yükü haqq müqabilində daşımağa dair yük göndərən, yükü alan və onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyə dair öhdəliklərin daşıyıcılarıdırlar. Göründüyü kimi bu münasibətlərdə İddiaçı yer almır və hər hansı bir hüquq və ya vəzifənin daşıyıcısı deyildir. İddiaçı daşınan malların ona məxsusluğu və ya iddia edilən malların təyinat yerinə çatdırılmaması ilə bağlı cavabdehlərin onun qarşısında məsul olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir, iddiaçının iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququ müəyyən olunmur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1245/2025 saylı qətnaməsində müəyyən edilmiş aşağıdakı halları qəbul etmir: Məhkəmə qətnaməsinin az qala hər abzasında qeyd edir ki, iddiaçının subyektiv hüququ yoxdur. Bu halı qəbul etməməyinin səbəbi odur ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Sual olunur ki, subyektiv hüquq harda pozulub? İş materiallarına əlavə edilən və məhkəmə tərəfindən yarımçıq qiymətləndirilən Göyçay rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarında sürücü Cavabdeh2 etirafı var ki, o İddiaçı 1600 yeşik şişburun xurma-karalyok məhsulunu Rusiya Federasiyasına aparıb təhvil vermək üçün almışdır. Beləliklə tərəflər arasında müqavilə öhdəliyi yaranmışdır. Bundan başqa iş üzrə ifadə vermiş şahidlər bildirib ki, onlar sürücü Cavabdeh2 idarə etdiyi yük avtomobilinə 1600 yeşik xurma məhsulunu yığmışlar. Amma məhkəmə bu faktı araşdırmamış saxlayıb ki, bəs hanı İddiaçı sürücü Cavabdeh2 təhvil verdiyi 1600 yeşik içi dolu xurma məhsulu? Hara getdi bu, Yerin altına girdimi? Amma məhkəmə bərk-bərk yapışıb ki, bəs İddiaçı subyektiv hüququ yoxdu. Sürücünün İddiaçı təhvil aldığı xurma məhsulu hara getdi? Subyektiv hüquq? Məhkəmə həmçinin şahidlərin ifadəsini təhrif edərək qətnamədə münasibət bilidirib. Məhkəmədə şahid ifadələrini belə göstərib ki, şahidlər malın Xəyal tərəfindən üçüncü şəxsə verilməsindən məlumatlı deyil. Halbuki şahid bildirib ki, o, sürücünü orada gördü. Məhkəmədə olsa bilərdi ki, odur yoxsa yox. Malın o yük maşınına yığıldığını gördü. Bundan başqa məhkəmə qeyri obyektiv olaraq X25un ifadəsini yarımçıq şəkildə qətnamədə göstərib: “X25 öz izahatında xx.xx.2025-ci il tarixdəki məhkəmə iclasında bildirib ki, sürücü Cavabdeh2 və İddiaçı o tanış edib və onun yanında hər ikisi razılığa gəlib ki, mal Cavabdeh2 nəqliyyat vasitəsilə Rusiya Federasiyasına daşınacaq. Mülki qanunvericiliyə müvafiq olaraq iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bax sual olunur: Ay Cavabdeh2 sən niyə çıxırdın xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının sərhədindən? Kimin malını aparırdın? Hara gedirdin? Məhkəmə özü xx.xx.2025-ci il tarixli e-2-2(121)-1245/2025 nömrəli məktubunuza göndərib ki, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur” gömrük postundan keçibmi? Dövlət Gömrük komitəsi Xaçmaz Gömrük İdarəsindən cavab olaraq bildirilib ki, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur”gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 00:15 radələrində həyata keçirilmişdir. Məhkəmə heç araşdırdımı ki, sən bu malı kimdən almışdın? Hardan almışdın? Bax bu iddiaçının iradə ifadəsi necə oldu sənin həmin vaxtı sərhədi keçməyinlə üst-üstə düşdü? İddiaçı dəlidimi öz özünə desin ki, sən mənim malımı aparmısan? Məhkəmə bu faktlara qiymət verməmişdir. Bundan başqa məhkəmə iclasında sürücü Cavabdeh2 öz izahatında bildirmişdi ki, Rusiya Federasiyasındakı avtoqəzadan sonra əzilmiş xurmaların kiçik bir qismini İddiaçı təhvil verib? Bəs sual yaranır ki, əgər mal Sevindiyindirsə, niyə Xəyala təhvil verib? Bundan başqa işin hazırlıq və baxış mərhələsində hər iki vəkil dəfələrlə şifahi qaydada səsləndirib və vəsatət verdilər ki, gömrükdə malın adına rəsmiləşdiyi Sevindik adlı şəxs məhkəməyə dəvət olunsun və izahat versin. Amma məhkəmə bu vəsatətləri qərəzli olaraq təmin etmədi. İddiaçı sürücü Cavabdeh2 tapşırıb ki, malı apar çatdır Kazana. Sürücü yolda malı başqasının adına sənədləşdiribsə, aparıb çaya tökübsə, yerə basdırıbsa deməli tapşırıqdan kənara çıxıb və Mülki Məcəllənin 778.3-cü maddəsinin tələbinə əsasən vurulmuş zərərin əvəzini ödəməlidir. Yaxşı tutaq ki, Məhkəmə İddiaçı yükgöndərən hesab etmirsə bəs ondan sürücünün təhvil aldığı 1600 yeşik xurma məshulu hara getdi axı? Yerə batdımı bu? Məhkəmə niyə vəsatətləri təmin edib Sevindik adlı şəxsi çağırıb işin hallarının aydınlaşdırılması üçün izahatını almır? İş materiallarına əlavə edilən və məhkəmə tərəfindən yarımçıq qiymətləndirilən Göyçay rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarında sürücü Cavabdeh2 izahat verərək göstərmişdir ki, o İddiaçı 1600 yeşik şişburun xurma-karalyok məhsulunu Rusiya Federasiyasına aparıb təhvil vermək üçün almışdır. Beləliklə tərəflər arasında müqavilə öhdəliyi yaranmışdır. Bundan başqa iş üzrə ifadə vermiş şahidlər bildirib ki, onlar sürücü Cavabdeh2 idarə etdiyi yük avtomobilinə 1600 yeşik xurma məhsulunu yığmışlar. Beləliklə Cavabdeh2 malı təhvil aldığı var sübut olaraq. Deməli onun yükü təyinat yerinə çatdırmaq öhdəliyi yaranıb. Amma bu öhdəlik yerinə yetirilməyib. Şirvan Kommersiya Məhkəməsi qətnamədə iradə ifadəsinə qətiyyən fikir verməyib. Sırf tərəflər arasında olan hərfi məzmuna köklənib. İddiaçı mal satır Rusiyaya, cavabdehlər də mal daşıyır. Mal maşına yüklənib, sürücü etiraf edib. Deməli aksept var. Mal təhvil verilibmi? Yox. Bəs bu hara getdi axı? Bax bu ağlabatan sualların cavabını məhkəmə bilərəkdən araşdırmayıb. Şirvan Kommersiya Məhkəməsi Cavabdeh2 və İddiaçı arasında olan qarşılıqlı münasibətlərə əhəmiyyət verməmişdir. Aşağıdakı suallar açıq qalmışdır ki, Cavabdeh2 niyə Xəyaldan 1600 yeşik xurma təhvil alıb, onu aparıb kimə verib, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Azərbaycan sərhədindən xurma yükü ilə hara gedirmiş, niyə gedirmiş? Necə olur ki, Xəyalın, sürücünün özünün, şahidlərin verdiyi ifadələr Cavabdeh2 dövlət sərhədindən eyni tarixdə yüklə çıxması ilə üst-üstə düşür? Bax bu sualların cavabı iddiaçı və cavabdehlərin qarşılıqlı münasibətində gizlənir? Məhkəmənin qətnaməsi bu münasibətlərə əsaslanmalı idi. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Yükü Rusiya Federasiyasına aparan Cavabdeh2 polis şöbəsində verdiyi izahatı, şahidlərin izahatını, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur” gömrük postundan ölkə ərazisindən kənara xx.xx.2024-cü il tarixində, saat 00:15 radələrində buraxılışı nəzərə almamışdır. Yükün sərhəddə rəsmiləşməsinə qədər iddiaçının cavabdehdən aldığı malların aqibətinə aydınlıq gətirilməyib. Məhkəmə qətnamənin 38-ci abzasında göstərirki, şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, iddiaçının vəkli tərəfindən daha öncədən dindirilmələri onların ifadələrinin mötəbərliyini şübhə altına alır, eyni zamanda nəzərə alınmalıdır ki, şahidlər malların Cavabdeh1 MMC tərəfindən daşınması həyata keçirilmədən öncə üçüncü bir şəxsə verilib verilməməsindən də məlumatsızdırlar. Məhkəmə sanki işarə edib ki, ola bilər ki, mal sərhədə qədər üçüncü şəxsə təhvil verilib. Məhkəmənin bu mövqeyi sübutetmənin dönüşünü yaradır və Cavabdeh2 bu halı sübut etməlidir. İşin halı ilə qətnamədəki nəticələr çox fərqlidir. İşin aşağıdakı hallarına aydınlıq gətirilməsi üçün tərəf olan Cavabdeh2 izahat vermək üçün məhkəməyə dəvət edilməlidir. Aşağıdakı suallara aydınlıq gətirilməlidir: 1. Cavabdeh2 Sevindik Məmmədov tanıyırmı? 2. Cavabdeh2 İddiaçı aldığı malın pulunu veribmi? 3. xx.xx.2024-cü il tarixdə sərhəddən keçirdiyi malı hardan alıb, nə zaman alıb? 4. Sevindiyin İddiaçı, Cavabdeh2, Profi Transport arasında olan mülki münasibətlərin mahiyyətinə aydınlıq gətirilməlidir? MPM-nin 217-ci maddəsində göstərilir ki, Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin ədalətli həlli üçün Sevindiyin şahid kimi dindirilməsi zəruridir. Aşağıdakı suallara aydınlıq gətirilməlidir: 1. X17 Cəfərovu tanıyırmı? 2. Sevindik Məmmədov bu malı hardan alıb, nə zaman alıb? 3. Sevindiyin İddiaçı, Cavabdeh2, Profi Transport arasında olan mülki münasibətlərin mahiyyətinə aydınlıq gətirilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmuşdur. Etiraz iddiaya dair birinci instansiya məhkəməsinə verilən yazılı mülahizələrin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi əsaslı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti tamamilə əsassızdır və birinci instansiya məhkəməsində verilməyən əsassız vəsatətlərdən ibarədtdir. Ona görə də, hesab edir ki, təmin edilməməlidir. Belə ki, hazırkı işdən müəyyən edilir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Daşındığı iddia edilən yükə görə vurulan zərərin əvəzinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı mübahisəli yükün sahibi olması aşkar deyildir, onun özünün məhkəməyə təqdim etdiyi CMR aktından və müqavilələrdən də görünür ki, malın sahibi Sevindik adlı şəxsdir. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, işdə adı çəkilən Sevindik adlı şəxs Naxçıvan qeydiyyatında olsa da, faktiki olaraq Xaçmaz şəhərində yaşayır. Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına satışa çıxarılması sahəsində formalaşan işgüzar praktika belədir ki, Azərbaycandan mallar bir neçə şəxslərin adından, onların Rusiyada bağladıqları müqavilələr əsasında çıxarılır. Sevindik adlı şəx onun xahişi ilə hazırda məhkəməyə gəlmişdir və məhkəmə zəruri hesab etsə şahid kimi ifadə verərək onun bildirdiklərini təsdiq edə bilər. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 “Elektron məhkəmə” İnsformasiya Sistemində yaradılan kabinet üzərindən məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il taixdə saat 11:00-da Astara Rayon Məhkəməsində başqa prossesi olduğuna görə məhkəmə iclasında iştirak edə biləyəcəyini bildirib, məhkəmə iclasında xx.xx.2025-ci il tarixə saat 16-00-a kimi fasilə verilməsini xahiş etmiş, ərizə əsasında məhkəmə iclası təxirə salınsa da, sonradan məhkəmədə iştirak etməmiş, telefon vasitəsi ilə əlaqə saxlanılan zaman isə təyin edilmiş məhkəmə iclasında iştirak etməyəcəklərini bildirmişdir. Digər Cavabdeh1 MMC-məhkəmədə nümayəndəsi vasitəsi il təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, İddiaçı 1600 yeşik mal satmış, satılan mallar onların anbarından yığılmışdır. Malların ağacdan yığılma xərcini özü çəkmişdir. Malları daşıyan nəqliyyat vasitəsinin sürücüsünü görmüşdür. Malların Xəyal tərəfindən üçüncü bir şəxsə verililib verilməməsindən məlumatlı deyil. Xəyalın vəkili tərəfindən daha öncədən ondan izahat alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Cavabdeh2 onun tanışıdır. Zahidi təxminən 10 ildir ki, tanıyır. Lakin, Cavabdeh1 adında şirkət tanımır. Malların Xəyal tərəfindən üçüncü bir şəxsə verilməsi barədə məlumatlı deyil. Xəyalın vəkili tərəfindən daha öncədən ondan izahat alınmışdır. İş materiallarına əlavə edilmiş sübutlarla aşığıdakılar müəyyən olunur. Cavabdeh1 (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron Məhkəmə informasiya Sistemində olan “Vergi Məlumatları”ndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyata alınmışdır, fəaliyyət istiqaməti refrijeratorla daşınmadır. Hər hansı bir işəgötürənlə bağlanmış əmək müqaviləsi yoxdur. Sərhədkeçmə məlumatlarına əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq müntəzəm olaraq Astara və X24 Buraxılış Məntəqəsindən ölkədən çıxış və girişləri, o cümlədən xx.xx.2024-cü il tarixdə saat 00:52-də X24 Buraxılış Məntəqəsindən ölkədən çıxışı qeydiyyata alınmışdır. Elektron Məhkəmə informasiya Sistemində olan “Vergi Məlumatları”ndan görünür ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubunudan görünür ki, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 00:15 radələrində həyata keçirilmişdir. Məktubuna əlavə edilmiş yükdaşıma üzrə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlər: 1) Təmsilçi "xxxx" MMC ilə xarici iqtisadi fəaliyyət iştirakçısı X6 arasında xx.xx.2024-cü ildə Bakı şəhərində bağlanmış “Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında” 137/310324/CC nömrəli müqavilədən görünür ki, təmsilçi tərəfindən elektron və ya fərdi qaydada sifarişçinin tapşırığı əsasında onun hesabına idxal və ixrac gömrük prosedurlarında yerləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinə aid olan sənədlərdə göstərilən məlumatlar əsasında gömrük tənzimlənməsi ilə bağlı dolayı gömrük təmsilçilik xidmətlərinin göstərilməsi müqavilənin predmetini təşkil etmişdir. 2) Alıcı qismində çıxış edən Rusiya Federasiyasında qeydiyyata alınmış "xxxx" MMC ilə direktoru Qarayev vahid Umud oğlunun şəxsində satıcı qismindlə çıxış edən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 arasında xx.xx.2024-cü ildə Moskva şəhərində bağlanmış A25-11/1 nömrəli müqavilədən görünür ki, satıcı tərəfindən müqavilədə razılaşdırılmış malın göndərilməsi, satıcı tərəfindən isə razılaşdırılmış qaydada və müddətdə malın qəbul edilməsi və dəyərinin ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. 3) xx.xx.2024-cü il tarixli “Gömrük bəyannaməsi”ndən görünür ki, rəsmiləşdirilən malları (Azərbaycan istehsallı, 1600 ədəd taxta yeşiklərdə bağdan yüklənən, açıq bazarda satış üçün nəzərdə tutulan təzə xurma) göndərən (ixracatçı) X6, idxalatçı "xxxx" MMC, bəyannaməçi (təmsilçi) "xxxx" MMC, malı qəbul edən isə "xxxx" MMC-dir (Rusiya Federasıyasının hüquqi şəxsi). Malın çəkisi 17300,00 kq, malın invoys dəyəri 9169 ABŞ dolları, gömrük dəyəri 15587,30 manatdır. Göndərilən ölkədən mal 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində çıxarılır. 4) xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 000133 nömrəli beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, malı (təzə xurma) göndərən X6, alıcı "xxxx" MMC (Rusiya Federasiyası), daşıyıcı isə Cavabdeh1 MMC-dir. Mal daşınan nəqliyyat vasitəsi 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlıdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və yarımqoşqunun sahibi ünvan 3 ünvanında qeydiyyatda olan X7r, həmin şəxs “Elektron məhkəmə” informasiya sistemi məlumtına əsasən Cavabdeh2 atasıdır. Tiktok sosial şəbəkəsində paylaşılan fotolardan görünür ki, 42ZA651 dövlət qeydiyyat nişanlı yarımqoşqu qarlı şəraitdə aşmış və içərisindəki taxta yeşiklərə qablaşdırılmış xurmaya bənzər mevələr dağılmışdır. İddiaçı X2 şikayəti əsasında Göyçay rayon polis şöbəsində toplanmış HK-1, 214 saylı material üzrə təhqiqat bölməsinin təhqiqatçısı X9 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarından görünür ki, araşdırmanın başlansının əsasını Göyçay rayon Bığır kəndində yaşayan X2 22000 ABŞ dolları dəyərində xurma məhsulunun Cavabdeh2 tərəfindən yararsız hala salınmasına dair DİN rəhbərliyinə xx.xx.2025-ci il tarixdə etdiyi müraciət olmuşdur. Aparılan araşdırma zamanı izahatı alınan Göyçay rayon Bığır kəndində yaşayan X4 izahatında göstərmişdir ki, xurma alqı-satqısı ilə məşğul olur. Göyçay rayon Bığır kəndində yerləşən torpaq sahəsindən xurma ağaclarından yığılan məhsulu Rusiya Federasiyasına satmaqla gəlir əldə edir. xx.xx.2024-cıi il tarixdə Əli adlı tanışı vasitəsi ilə tanıdığı yük avtomobili sürücüsü Cavabdeh2 ilə Göyçay rayon Cəyirli kəndi ərazisində şifahi şəkildə razılığa gəlmişdir. Şifahi razılığa əsasən Cavabdeh2 idarə etdiyi yük avtomobili vasitəsi ilə həmin xurma məhsulunu Rusiya Federasiyasına 3000 ABŞ dolları qarşılığında aparmalı idi. xx.xx.2024-cü il tarixdə 300 ABŞ dollarını əlbəəl şəkildə Cavabdeh2 vermişdir, qalıq qalan 2700 ABŞ dollarını isə ünvana çatdıqda verəcəkdi. Həmin gün Cavabdeh2 ilə razılaşdıqdan sonra toplam dəyəri 22000 ABŞ dolları olan xurma məhsulunu sonuncunun idarə etdiyi yük avtomobili vasitəsi ilə Rusiya Federasiyasına doğru yola düşmüşdür. xx.xx.2024-cü il iarixdə isə Rusiya Federasiyasının Saratov şəhərindən Cavabdeh2 onunla telefon əlaqəsi saxlamış, qəza törətməsini və avtomobildə olan xurma məhsulunun tam yararsız hala düşməsini bildirmişdir. Aparılan araşdırma zamanı izahatı alınan Göyçay rayon Cəyirli kənd sakini X10 izahatında göstərmişdir ki, Cavabdeh2 onun tanışıdır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Alıkərim Müzəffərov da həmçinin onun tanışıdır. Alıkərim Müzəffərova məxsus xurma məhsulunu xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına aparılması zərurəti yarandığından, ona köməklik etmək məqsədi ilə həmin tarixdə yük avtomobili sürücüsü olan tanışı Cavabdeh2 bu barədə məlumat verib. Alıkərim Müzəffərov ilə Cavabdeh2 bu barədə şifahi razılığa gəliblər. Belə ki, Alıkərim Müzəffərov özünə məxsus xurma məhsulunu Rusiya Federasiyasına aparması üçün yük avtomobili sürücüsü Cavabdeh2 toplam 3000 ABŞ dolları verməli idi. xx.xx.2024-cü il tarixdə əvvəlcə 300 ABŞ dollarını Cavabdeh2 verdi. Qalıq qalan 2700 ABŞ dollarını isə məhsul ünvana çatdıqda verməli idi. Lakin, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi yük avtomobili ilə RF-nin Saratov şəhərində yol-nəqliyyat hadisəsi törədib və nəticədə Alıkərim Müzəffərova məxsus xurma məhsulu yararsız hala düşüb. Aparılan araşdırma zamanı izahatı alınan Lənkəran şəhəri M.İbayev küçəsində yaşayan Cavabdeh2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayon sakini Xəyal adlı şəxslə tanış olmuşdur. Xəyala məxsus xurma məhsulunu idarə etdiyi yük avtomobili vasitəsi ilə Rusiya Federasiyasına aparmaq barədə razılığa gəlmişdir. xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası ərazisində hava şəraitinin əlverişli olmaması və yol səthinin sürüşkən olması səbəbindən idarə etdiyi yük avtomobili ilə qəzaya uğrayıb və Alıkərim Müzəffərova məxsus xurma məhsulu yararsız hala düşüb. İddiaçı tərəfindən Cavabdeh1nə və Cavabdeh2 ünvanlanmış bildirişlə borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə sonuncular məlumatlandırılmışlar. "xxxx"MMC-nin qiymətləndirmə hesabatından görünür ki, dəymiş zərər: 30146,0 manat təşkil edir. Əldən çıxmış mənfəətlə birlikdə isə: 36175,2 manat təşkil edir. Məhsulun qablaşdırılması üçün istifadə olunmuş bir ədəd taxta yeşiyin dəyəri 2 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1.1 Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir, Maddə 1.2 Mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq bu Məcəllənin vəzifələri kimi müəyyən olunmuşdur, Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası), Maddə 11.5 Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz, Maddə 13 Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir, Maddə 14.1. və 14.2.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır, Maddə 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur, Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür, Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir, Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir, Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır, Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür, Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir, Maddə 851 Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir, Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır, Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır, Maddə 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar, Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İşin müəyyən olunan mübahisəsiz faktiki halları aşağıdakılardan ibarətdir: İddiaçı ilə Cavabdeh2 arasında tapşırıq və yük daşınması müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, iddiaçı nar və xurma məhsullarının mövsümi olaraq toplanışı, Rusiya bazarlarına daşınması və satışı ilə məşğul olan fiziki şəxs kimi sahibkardır. Cavabdeh2 da 2020-ci ildən refrejeratorla yük daşınması ilə məşğul olan fiziki şəxs kimi sahibkardır. İddiaçı satın almış olduğu 1600 ədəd taxta yeşiklərə yüklənmiş xurma məhsulunu Rusiyanın Kazan şəhərinə çatdırmasını Cavabdeh2 tapşırmış, yükün daşınması haqqını 3000 ABŞ dollarına onunla razılaşmış, 300 ABŞ dolları beh vermiş, qalan 2700 ABŞ dollarını isə yükü qəbul edən zaman ödəyəcəyini bildirmişdir. Bununla müqavilə şərtlərinə əsasən yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) olmuşdur. Yük xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ əsasında cavabdehin atası X8 məxsus olmaqla cavabdeh tərəfindən idarə edilən 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və yarımqoşquya yüklənmiş, xx.xx.2024-cü il tarixdə saat 00:52-də X24 Buraxılış Məntəqəsindən ölkədən çıxışı qeydə alınmışdır, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 00:15 radələrində həyata keçirilmişdir. Məktuba əlavə edilmiş yükdaşıma üzrə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən xx.xx.2024-cü il tarixli “Gömrük bəyannaməsi”nə əsasən rəsmiləşdirilən mallar (Azərbaycan istehsallı, 1600 ədəd taxta yeşiklərdə bağdan yüklənən, açıq bazarda satış üçün nəzərdə tutulan təzə xurma) göndərən (ixracatçı) X6, idxalatçı "xxxx" MMC, bəyannaməçi (təmsilçi) "xxxx" MMC, malı qəbul edən isə "xxxx" MMC-dir (Rusiya Federasıyasının hüquqi şəxsi). Malın çəkisi 17300,00 kq, malın invoys dəyəri 9169 ABŞ dollarıdır. Göndərilən ölkədən mal 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində çıxarılır, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası ərazisindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən idarə edilən 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük avtomobili aşır və daşınan məhsullar dağılaraq məhv olur. Bu barədə daşıyıcı Cavabdeh2 yük göndərən Xayal Mirzəfərova məlumat verir. Kollegiya iddiaçının hazırki iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malik olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, həmin əsasla iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Kollegiya hesab edir ki, hazırki mübahisənin həlli üçün Azərbaycan istehsallı kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına satışa çıxarılması ilə əlaqədar tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu hökmən nəzərə alınmalı olan hallardır. Cavabdeh2 göndərilən malların İddiaçı məxsus olduğunu qəbul və etiraf etdiyi, yol nəqliyyat hadisəsi nəticəsində malların məhv olmasına dair məlumatı da ilkin ona verdiyi halda, gömrük rəsmiləşdirilməsində mal göndərən və mal alan kimi başqa şəxslərin qeyd edilməsi əsası ilə həmin malların məhvinə görə yük göndərənin zərəri tələb etməyə müvafiq subyektiv hüquqa malik olmaması qənaəti mübahisənin obyektiv həlli üçün doğru yanaşma olmamışdır. Birinci insinasiya məhkəməsi bu sahədə formalaşan işgüzar praktikanı öyrənməli, gömrük bəyannaməsinə əsasən mal göndərən kimi adı çəkilən Sevindik Məmmədov adlı şəxsin tərəflərə münasibətini, həmin mallara aidiyyətinin olub-olmamasını müəyyən etməli idi. Apellyasiya baxışı zamanı iddiaçı Sevindik Məmmədovun onun dəvəti ilə məhkəməyə gəldiyini bildirib, şahid qismində dindirilməsini təklif etsə də, kollegiya MPM-in 372.2-ci maddəsinin tələbi baxımından həmin vəsatəti təmin etməmişdir. Bununla belə iş materiallarından cavabdehin idarə etdiyi 42CG351/42ZA651 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığılaraq Rusiya bazarlarında satışa çıxarılması üçün göndərilən 1600 yeşik xurma məhsuluna dair gömrük bəyannaməsində yük göndərən kimi adı qeyd edilmiş Sevindik Məmmədovun hər hansı bir formada aidiyyətinin olması müəyyən olunmur. Qeyd olunan hal həmçinin Azərbaycandan malların bir neçə şəxslərin adından, onların Rusiyada bağladıqları müqavilələr əsasında çıxarılmasından ibarət işgüzar praktikanın mövcudluğuna dair iddiaçının dəlilini təsdiq edir. İddiaçının məruz qaldığı zərərin məbləği iş materiallarına əlavə olunmuş rəsmi sənəd olan gömrük bəyannaməsində malın invoys dəyəri kimi göstərilən 9169 ABŞ dolları və malın yükləndiyi birinin dəyəri 2 manat təşkil edən 1600 ədəd taxta yeşiyin dəyəri (3200 manat) ilə müəyyən edilməlidir. Zərərin daha böyük məbləğdə müəyyən oluna bilməsi üçün iddiaçı tərəfindən mötəbər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 yuxarıda sadalanan maddi hüquq normaları və işin mübahisəsiz faktiki halları baxımından yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı olaraq dəyərini tam olaraq ödəməlidir. Odur ki, iddia tələbi ona münasibətdə qismən əsaslı hesab olunaraq, sübuta yetirilən zərərin məbləği həddində üzərinə mülki məsuliyyət qoyulmalıdır. Apellyasiya şikayətinin dəlilləri üzrə digər Cavabdeh1 MMC-yə münasibətdə araşdırma aparan kollegiya hesab edir ki, iş materialları ilə nə sürücü Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsinin həmin şirkətə məxsus olması, sonuncunun həmin şirkətin işçisi olması, nədəki, iddiaçı ilə həmin şirkət arasında hər hansı bir danışıqların aparılması, müqavilə bağlanması müəyyən olunmur. Ümumiyyətlə hesab olunur ki, həmin şirkətə qarşı iddia qaldırılmasının kökündə adının gömrük bəyannaməsində daşıyıcı kimi qeyd edilməsi durur. Nəzərə alınsa ki, işin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarına əsasən malların gömrükdə rəsmiləşdirilməsi bu sahədə formalaşan işgüzar praktika üzrə baş vermiş, reallıqda isə mal göndərən bəyannamədə adı çəkilən Sevindik Məmmədov, daşıyıcı isə Cavabdeh1 MMC olmamışdır, sonuncu iddiaya cavab verməli olan şəxs deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Beləliklə aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və əsaslandırıcı hissədə sərgilənən hüquqi mövqeyə uyğun iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini qismən tapdığından, iş üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırılarkən ödənilmiş 206 manat, qətnamədən apellyasiya şikayəti verilərkən ödənilmiş 106 manat dövlət rüsumlarının iddianın təmin olunan (2900 ABŞ dolları = 4930 manat, 4930+32471=37401manat; 9169 ABŞ dolları=15587.3 manat, 15587.3+3200= 18787.3 manat, 18787.3 : 37401= 50.2%) 50.2% hissəsinə mütənasib olan (206+106=312; 312x50.2%=156.6) 156.6 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Kollegiya həmçinin hesab edir ki, iş materiallarında iddiaçının birinci instansiya məhkəməsində iddia qaldırarkən vəkilə 1020 manat məbləğində xidmət haqqının ödənilməsini təsdiq edən sübut olmadığından, vəkillərlə bağlanan müqavilələr üzrə minimum xidmət haqqının 300 manat olması əsas götürülərək həmin məbləğ də Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 9 iyul 2025-ci il tarixli e-2-2(121)-1245/2025 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 9169 ABŞ dolları (ödənilən gün üçün Azərbaycan Mərkəzi bankının manata münasibətdə müəyyən etdiyi məzənnə üzrə) və 3200 manat yetirilmiş zərərin əvəzi olaraq, ödənilmiş dövlət rüsumlarının 156.6 manat hissəsi, həmçinin vəkilin göstərdiyi yardıma görə çəkilən xərcin əvəzi olaraq 300 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin, ödənilmiş dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar